Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-30/2019 09.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 30/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "09" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Mirzə-zadə Elçin Musa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Bağırova Janna Mirzə qızı, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər R.A.Əliyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) xx xxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 206.3.1, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, o, 13 noyabr 2014-cü ildə Bakı şəhərində külli miqdarda, 22.744,7 manat məzənnəsində 29.000 ABŞ dollarını 23.296 avroya dəyişmiş və “DAF” markalı, XLRTE47MS0E816893 şassi nömrəli yəhərli dartıcını və “SAMRO” markalı, VK1S338SJPG300030 şassi nömrəli yarımqoşqunu almaq üçün Azərbaycan Respublikasından Niderland Krallı ğına gedərkən özü ilə götürüb 15 noyabr 2014-cü ildə saat 19 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.3-cu maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 2016-cı ilin mart ayında İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Ukraynaya daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edi lmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 486 kiloqram 50 qram heroin narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə şəffaf polietilen torbalarda qablaşdırıb 918 bağlamada 1800 qutu kişmiş yükünün 114 qutusunda yerləşdirmiş və 14 mart 2016-cı ildə İran İslam Respublikasının Astara şəhərində onun idarə etdiyi “DAF” markalı, 90ZV438/99ZC154 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunun orta hissəsinə yüklətmiş, o isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərindən tranzit keçirməklə İran İsla m Respublikasından Ukraynaya aparmaq üçün idarə etdiyi “DAF” markalı, 90ZV438/99ZC154 dövlət qeydiyyat nişanlı yük avtomobilində kişmiş yükü adı ilə qanunsuz olaraq saxlamış, 15 mart 2016-cı ildə saat 18 radələrində Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirib həmin tarixdə Astara-Bakı marşrutu üzrə hərəkət edərək Bakı şəhərinə, 17 mart 2016-cı ildə isə Bakı-Qusar marşrutu üzrə hərəkət edərək Azərbaycan-Rusiya sərhədinə gətirmiş, həmin tarixdə saat 16 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşk ar edilib götürülmüşdür. Bundan başqa o, 2016-cı ilin mart ayında İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə malların Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri 14 mart 2016-cı ildə İran İslam Respublikasının Astara şəhərində 1686 qutuda 16672 kiloqram kişmiş yükünü onun idarə etdiyi “DAF” markalı, 90ZV438/99ZC154 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədib Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərindən tranzit keçirməklə İran İslam Respublikasından Ukraynaya aparması üçün 15 mart 2016-cı ildə İran İslam Respublikasından yola salmış, o isə guya İran İslam Respublikasında fəaliyyət göstərən “X5” şirkəti tərəfindən Ukraynada fəaliyyət göstərən “Limited Liability Company Dgilis” şirkətinə 17800 ABŞ dolları dəyərində, 1800 qutuda 17800 kiloqram kişmiş yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri – 16 mart 2016-cı il tarixli, 002843 nömrəli əmtəə-nəqliyyat qaiməsini (CMR) və 15 mart 2016-cı il tarixli, 08 nömrəli invoysu təqdim etməklə külli miqdarda, cəmi 138656 manat dəyərində, 1 kiloqramı 8 manat olmaqla, 1686 qutuda 16673 kiloqram və 114 qutuda 659 kiloqram, cəmi 17332 kiloqram kişmişi 15 mart 2016-cı ildə saat 18 radələrində Astara Gömrük İdarəsində Azərba ycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə təkrar keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 206.3.1, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliyinin sübuta yetirilmədiyinə görə isə ona bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.M.Əhmədov, hakimlər N.R.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 30 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü məhkumun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CMnin 206.1-ci maddəsi ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, apellyasiya şikayəti təmin edilmiş, apellyasiya protesti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə məhkəmələr cinayət tərki binin əlamətlərini düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirərək obyektiv nəticəyə gəlməmişlər. Belə ki, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında təsdiq olunmuş sübutlara əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu, yəni Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə keçirmiş və tranzit yolu ilə xarici ölkəyə aparmağa planlaşdırmış, lakin gömrük nəzarətindən keçərkən həmin narkotik vasitə onun idarə etdiyi yük avtomaşınında aşkar edilərək götürülmüşdür. Lakin məhkəmələr qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyek tiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Bundan başqa, protestə qeyd edilmişdir ki, məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, peşmançılıq hissi keçirməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin, məhkəmə kollegiyası az ağır cinayət əməli törətmiş Məhkum səmir peşmançılığının nədə ifadə olunmasını əsaslandırmamış, iş üzrə qeyri obyektiv və yalan ifadə verməsinə diqqət yetirməmiş, onun cina yətin törədilməsi prosesindəki hərəkətlərini, yəni narkotik vasitədən xəbəri olmaması barədə uydurma mülahizələri cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamış və bu hissədə məhkəmənin gəldiyi nəticə aydın olmamışdır. Məhkum himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal olsa da, bu Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd cəza təyin etməsi üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası Məhkum 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən cəza təyin etmənin əsaslarım təşkil edən CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərini yerinə yetirməmiş, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı apellyasi ya məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, müdafiəçi və məhkumun isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində məhkəmələr tərəfindən Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə bəraət verildiyi, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1. 234.4.3, 206.3.1 və 206.3.2-ci maddələri ilə tövsif edilməli olduğu iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya protestinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya protestində göstərilmiş, b u səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə apellyasiya protestinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bunlarla, o cümlədən Məhkum bir sıra maddələrlə bəraət verilməsi, əməlinin tövsifi ilə bağlı gəldiyi nəticəni qərarında işin hallarına, Azərbaycan Respublikası CPM-nin normalarının tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün (apellyasiya protestinə münasibətdə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq birinci insta nsiya məhkəməsinin iş üzrə mövqeyi ilə (bir sıra maddələrlə bəraət verilməsi və əmələ hüquqi qiymət verilməsi hissəsində) razılaşmışdır. Birinci instansiya məhkəməsinin hökmündə aşağıdakılar göstərilmişdir: “... Aparılan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə, şahidlərin ifadələri ilə, habelə, iş üzrə toplanmış digər sübutlarla kifayət qədər müəyyən olunmuşdur ki, Məhkum oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham öz təsdiqinit apmamışdır. Məhkəmə hesab edir ki, Məhkum tərəfindən İran İslam Respublikasından yük avtomaşını ilə Azərbaycan Respublikasına keçirilmiş 17 ton 800 kiloqram kişmiş məhsulunun içərisinə narkotik vasitələrin qablaşdırılmasından avtomaşının sürücüsü Məhkumin xəbərinin olması yalnız mülahizələrə əsaslanmışdır. Beləki, aparılan ibtidai istintaq zamanı Məhkumin kişmiş yükünün içərisində olan narkotik vasitənin olmasını bilməsinə dair heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq demək olar ki, tam şəkildə aparılmamış, cinayət törətmiş şəxslərin müəyyən edilməsi üçün zəruri olan istintaq hərəkətləri yerinə yetirilməmişdir. Hər şeydən əvvəl bir dövlətdən digər dövlətə rəsmi sənədlərlə mal göndərən şirkət məlumdur, şirkətin məsul işçiləri, habelə, bu malın göndərilməsi ilə bağlı olan şəxslər mövcud olduğu halda bu fakt üzrə heç bir istintaq hərəkəti aparılmamışdır. Toplanmış sənədlərdən görünürki, mal göndərən şirkət İran İslam Respublikasının “Mansur Yazdani Trading” şirkəti, mal qəbul edəcək təşkilat isə Ukrayna Respublikasının “Limited Liability Co mpany Dgilis” şirkətidir. Göründüyü kimi İran dövlətinin şirkəti Ukrayna dövlətində olan şirkətə göndərdiyi yükün içərisinə külli miqdarda narkotik vasitə “heroin” yerləşdirib göndərirsə, bu o deməkdir ki, hər iki şirkətin məsul işçiləri qarşılıqlı şəkildə cinayət əlaqəsi yaradaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olmuşlar. Eləcə də sözü gedən narkotik vasitənin miqdarı yarım tona yaxın, dəyəri isə “qara bazarda” çox yüksək məbləğdir. Odurki, qeyd olunan cinayətin törədilməsi üçün məhz geniş əlaqəli şəxslərin fəaliyyətləri mövcud olmalıdır. Lakin, aparılan istintaq zamanı heç bir sübut əldə etmədən yalnız avtomaşının sürücüsünü məsuliyyətə cəlb etməklə kifayətlənmişlər. İbtidai istintaqın sonunda, yəni 17 mart 2017-ci il tarixdə bu cinayətin törədilməsində iştirak etmiş digər şəxsl ər barəsində cinayətişindən başqa cinayət işi ayrılmasına baxmayaraq Məhkumin digər şəxslərlə əlaqəsinin olub-olmaması, habelə, onun özünün bu cinayətdə iştirakının olmasına dair heç bir sübut və fakt aşkar olunmamışdır. Bundan əlavə Məhkum açıq aydın ifadəsində göstərir ki, Azərbaycan dövlətinin ərazisində olarkən ona bir neçə mobil telefon zəngləri gəlmiş, həmin şəxslər onun hansı ərazidə olması, hara çatması ilə maraqlanmışlar. Ona gəlmiş zənglər barəsində Məhkum telefon nömrələrini istintaqa təqdim etmişdir. Buna baxmayaraq ibtidai istintaq həmin telefonların kimə məxsus olması barədə, nə məqsədlə maraqlanmaları barədə heç bir istintaq hərəkəti aparmamışlar. İş üzrə ifadə vermiş şahidlər yalnız Məhkum idarə etdiyi “DAF” markalı, 90ZV438/99ZC154 dövlət qeydiyyat nişanlı yük avtomobilini n qoşqusunda olan 1800 qutu kişmiş yükünün 114 qutusundan cəmi 918 ədəd kərpic formalı, boz və qara rəngli yapışqan lentlə bağlanmış, üzərindəiki at təsvirli möhür olan bağlama aşkar edildiyini təsdiq etmişlər. Göstərilənlər Məhkumin İran İslam Respublikasından Ukrayna Respublikasına tranzit yük ilə birlikdə narkotik vasitələrin satışını təşkil etməsi kimi qiymətləndirmək qeyri mümkündür. Çünki, iş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkumin avtomaşına yüklənmiş narkotik vasitəyə aidiyyəti olmasına dair nə düzünə, nə də dolayı şəkildə ifadə verməmişlər, həmçinin, malı qəbul edən və ya göndərən şirkətlərdən heç birinin avtomaşında olan kişmiş yükünün içərisində narkotik vasitənin gizlədilməsinə dair xəbərlərinin olmaması barədə cinayət işinin materiallarında hər hansı bir sübut və ya fak t müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İran Astarasının gömrük terminalında X1 adlıiranlı makler ona yaxınlaşmış və Ukraynaya aparmaqüçün kişmiş yükü olduğunu demişdir. Lakin, Ukrayna və Rusiya arasında münasibətlər gərgin olduğundan vəonunidarə etdiyiavtomaşın Rusiya nömrəsiilə olduğu üçün Ukraynaya getmək istəməmiş, ona görə də cavab vermişdir ki, Ukraynaya gedə bilməz. Həmin vaxt Məhkum onun yanında olduğu üçün X1ə yüküaparmağı Hacıbalaya deməyi təklif etmişdir. Elə onun yanında Hacıbala ilə X1 danışmış və 2600 ABŞ dollarına yüküİrandan Ukraynaya aparmağa razılaşmışlar. Məhz bu fakt bir daha onu göstərir ki, Məhkum həmin yükü Ukraynaya aparmağı əvvəlcədən heç kimlə razılaşmadan, danışmadan, planlaşdırmadan sadəcə olaraq təsadüfən rast gəldiyi adamla yükü 2600 ABŞ dollarına aparmağa razılaşmışdır. Bu o deməkdir ki, Məhkumin avtomaşına yüklənmiş kişmiş yükünün içərisinə narkotik vasitənin yerləşdirilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Göründüyü kimi, X1 adlı şəxs Hacıbalanıt anımamış, onunlaünsiyyətdəolmamış, həmin yükün aparılmasını X1 adlı şəxs milliyyətcə azərbaycanlı olan Şahiddən xahiş etmiş, lakin, Şahid gedə bilmədiyi üçün yükün aparılmasını sürücü tanışı Məhkumə təklif etmiş və bu barədə X1 adlı şəxsə də demişdir. Qeyd olunanlarla müəyyən olunur ki, Məhkum tərəfindən həmin yükün aparılması hadisələrin təsadüfü axarı zəminində baş vermişdir. Bununla bir daha təsdiq olunur ki, Məhkumin idarə etdiyi yük avtomaşınına yüklənmiş kişmiş yüklərinin arasında gizlədilmiş narkotik vasitədən onun mə lumatı olmamışdır. Azərbaycan Respublikası Beynəlxalq Yükdaşımalar haqqında qanunun tələblərinə əsasən Yüklərin qablaşdırılması və markalanması yükgöndərən tərəfindən yük daşınmaya dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq qüsursuz tara və ya qablaşdırmada təqdim edilməlidir. İxrac edilən yüklərin markalanması yüklərin ümumi markalanma tələblərinə uyğun olmalıdır. Yüklər markalanarkən yükgöndərən tərəfindən aşağıdakı məlumatlar göstərilməlidir: müqavilənin nömrəsi; - yük yerlərinin nömrəsi (kəsrlə göstərilir: surətdə-partiyada yerin sıra nömrəsi, məxrəcdə- partiyada yerlərin sayı); - yükalanın adı; - ölkənin və təyinat məntəqəsinin adı; - yükgöndərənin əmtəə nişanları və markaları; - yük yerlərinin qabarit ölçüləri (sm); - netto (xalis) və brutto (qabla) çəkisi (kq); - yük yer lərinin həcmi (m3.); Yük yerinin qabarit ölçülərindən hər hansı biri - uzunluğu, eni və ya diametri 1 metrdən az olduqda, onun qabarit ölçülərinin və həcminin göstərilməməsinə yol verilir.Həmçininqanundanəzərdətutlmuşdurki, “Yükləmə - boşaltma işlərinə dair tələblər, yüklərin yüklənməsi və boşaldılması yükgöndərənin və ya yükalanın işçi qüvvəsi vəvasitələri ilə yerinə yetirilir. Tərəflərin razılaşması əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini daşıyıcı öz üzərinə götürə bilər”. Lakin, istintaq materniallarından göründüyü kimi avtomaşının sürücüsü Məhkumlə yükgöndərən şirkət arasında hər hansı bir müqavilə və ya razılaşma olmamışdır. Bu fakt da bir daha təsdiq edir ki, yükləməyə nəzarət və rəhbərlik, habelə, məhz yükün üzərində məsuliyyət hissi yalnız şirkətin özünə məxsus olm uşdur. Sürücü isə yalnız yükün qüsursuz daşınaraq ünvana çatdırılmasına məsul olmuşdur. Bundan əlavə qanunda nəzərdə tutulmuşdur ki, yükü yükləmə zamanı sürücü yükləmədə iştirak etməlidir və nəqliyyat vasitəsinin düzgün yüklənməsinə əmin olmalıdır, yükün təsviri, yüklərin sayı, markalanması, çəkisinin müvafiq sənədlərə uyğun gəlməsini həmişə yoxlamalıdır. Sürücü yükləmə zamanı hər hansı pozuntunu aşkar etdikdə, yükün daşınmasından imtina edə bilər. Yolda tənəffüsə və yaxud istirahətə dayanan zaman sürücü nəqliyyat vasitəsinə texniki və yük bölməsinə zahiri baxış keçirməlidir və aşkarlanan qüsurları aradan qaldırmalıdır. Göründüyü kimi mal anbarda olduğu zaman yüklərin qablaşdırılmasına nəzarət səlahiyyəti sürücüyə verilməmişdir, sürücü avtomaşına yükləmədə iştirak edərkən yalnız yükün nəql iyyat vasitəsinə düzgün yüklənməsinə əmin olmalıdır, yükün təsviri, yüklərin sayı, markalanması, çəkisinin müvafiq sənədlərə uyğun gəlməsinə nəzarət etməlidir. Göründüyü kimi, kişmiş yükünün anbarda olarkən qutulara qablaşdırılması zamanı sürücünün iştirakı qanunla nəzərdə tutulmamışdır. Bununla bir daha təsdiq edilir ki, Məhkumin avtomaşına yüklənmiş 1800 ədəd kişmişq utusundan 114 ədəd kişmiş qutusunun içərisinə narkotik maddənin yerləşdirilməsindən məlumatının olması qeyri mümkündür. İstintaq orqanı Məhkumin külli miqdarda narkotik maddələrin satışı ilə məşğul olmasını və həmin narkotik maddənin satış məqsədi ilə bilavastə özünün maşına yüklətdirməsi ilə bağlı iş üzrə heç bir sübut əldə etməmiş, buna dair iş materiallarında da heç bir sübuta rastlanmamışdır. “Avtomobil nəqliyyatı ilə yü klərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 17 sentyabr 2009-cuiltarixli 142 saylıqərarının 36-cımaddəsinin 1cibəndindəgöstərilmişdirki, Yükgöndərən tərəfindən yük daşınmaya dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq nöqsansız tara və ya qablaşdırılmada təqdim edilməlidir. Tara və qablaşdırılmaya dair dövlət standartları müəyyən edilmədikdə, yüklər avtomobil nəqliyyatı ilə daşınarkən, habelə yüklənmə və ya boşaldılma zamanı onların tam salamatlığını təmin edən nöqsansız tarada və ya qablaşdırılmada daşınmaya təqdim edilməlidir. Həmin qərarın 37-ci maddəsində göstərilir ki, yüklərin yüklənməsi və boşaldılması yük göndərənin və ya yükalanın işçi qüvvəsi və vasitələri ilə yerinə yetirilir. Tərəflərin razılaşması əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini daşıyıcı öz üzərinə götürə bilər. Bir daha göstərilənlərlə təsdiq olunur ki, yalnız yüklərin boşaldılması və yüklənilməsi tərəflərin razılaşması ilə daşıyıcının üzərinə düşə bilər. Lakin, yüklərin qablaşdırılmasına aid daşıyıcının nəzarət etməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda yuxarıda qeyd olunan qərarın 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Eləcə də Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsində göstərilmişdir ki, avtonəqliyyat vasitəsi daşıyıcı və ya daşımanın təşkilatçısı tərəfindən təqdim edilənədək yükgöndərən yükü yüklənmək üçün hazırlamalı və müəyyən olunmuş tələblərə uyğun olaraq onu daşınma üçün təqdim etməlidir. Göründüyü kimi, yükgöndərən və yükalan arasında olan razılaşmaya əsasən yükün içərisinə qablaşdırılmış hər hansı bir mala daşıyıcının cavabdeh olması heç bir sənəddə öztəsdiqini tapmır. Bu da o deməkdir ki, Məhkumin kişmiş yükünün içərisində gizlədilmiş narkotik vasitə barədə heç bi rməlumatı olmamışdır. Aparılan məhkəmə istintaqı zamanı kifayət qədər sübutlarla müəyyən edilmişdir ki, Məhkum oğlunun avtomaşına yüklənmiş kişmiş yükünün içərisində narkotik vasitələrin gizlədilməsindən məlumatsız olmuşdur. O, İran İslam Respublikasının “Mansur Yazdani Trading” şirkəti tərəfindən təqdim edilmiş rəsmi sənədlər əsasında kişmiş yükünü q əbul etmiş və həmin yükü Ukrayna Respublikasının “Limited Liability Company Dgilis” şirkətinə çatdırmağı öz üzərinə götürmüşdür. Həmçinin, istintaq orqanı tərəfindən Məhkum oğluna Azərbaycan Respublikası CMnin 206.3.1-ci maddəsi ilə ittiham elane dilmişdir ki, o, 1800 qutuda 17800 kiloqram kişmiş yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri – 16 mart 2016-cı il tarixli, 002843 nömrəli əmtəə-nəqliyyat qaiməsini (CMR) və 15 mart 2016-cı il tarixli, 08 nömrəli invoysu təqdim etməklə külli miqdarda, cəmi 17332 kiloqram kişmişi 15 mart 2016-cı ildə saat 18 radələrində Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə təkrar keçir mişdir. Məhkumin idarə etdiyi avtomaşında olan kişmiş yükünün çəkisinin qaimədə göstərilmiş çəkidən az müəyyən olunması, həmin kişmiş yükünün Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə təkrar keçirməsi istintaq orqanı tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur ki, Məhkumin idarə etdiyi avtomaşında İran İslam Respublikasından Ukrayna Respublikasına göndərilən yük, hər iki şirkət arasında kişmiş adı altında yalnız narkotik maddələrin göndərilməsini nəzərdə tutmuşdur. Məhkum yalnız avtomaşınında olan yükün çəkisinə və avtomaşına yüklənməsinə, eyni zamanda qutuların sayına cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi İran İs lam Respublikasının “Mansur Yazdani Trading” şirkəti yükü Ukrayna Respublikasına göndərməkdə məqsədi və niyyəti yalnız narkotik vasitənin təyinat yerinə çatdırılması olmuşdur. Ona görə də böyük miqdarda narkotik vasitəni məhz bu məqsədlə kişmiş yüklərinin arasında gizlətməklə gömrük məntəqələrindən keçirməyə cəhd etmişlər. Odur ki, istintaq orqanı nəzərə almamışdır ki, mal göndərən təşkilatın niyyəti kişmişin qaçaqmalçılıq yolu ilə keçirilməsinə yönəlməmişdir. Ona görə də qablaşdırılmış yükün ümumi çəkisi qaimədə göstərilən çəkiyə tam şəkildə uyğun olmuşdur. Bir halda ki, Məhkumin avtomaşına yüklənmiş narkotik vasitədən heç bir məlumatı yoxdur, ona kişmiş yükünün qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair ittiham elan olunması qeyri mümkündür. Odurki, Məhkumin avtomaşında yüklərin arasında gizlədilmiş narkotik vasitədən məlumatı olması, qeyd olunan cinayətin törədilməsində iştirakı təsdiq olunmadığına görə ona Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2-ci maddələri ilə ittiham verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinəəsasən şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilindəittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəlişəxsin) xeyrinə həll edilir. Eyniilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamışşübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinəəsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özün ün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəlivə ya təqsirləndirilən şəxsin müdafiəsiüçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsiittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterliifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinəəsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinəəsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəməittiham hökmüçıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5ci maddəsinəəsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz vəişə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinəəsasən, cinayət təqibiüzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsiüçün mötəbər və yekun nəticəyə gəlməyəimkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinəəsas ən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşıirəli sürülmüş və ya məhkəməyə verilmişittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşıirəli sürülmüşittihamdan ayrı-ayrı bəndləriçıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ciil tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrəəsaslana bilməz. İttiham hökmüişüzrə baş vermiş bütün xüsusatlar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görəittihamın sübut olu nması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. AzərbaycanRespublikasıKonstitusiyasının 63-cümaddəsinİhissəsindəgöstərilmişdirki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həminmaddənin İİ hissəsində göstərilmişdirki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həminmaddənin İİİ hissəsindəgöstərilmişdirki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, vəhəminmaddənin İV hissəsindəgöstərilmişdirki, ədalət mühakiməsi həyat a keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-cimaddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadıqda, onun təqsirliliyi sübuta yetirmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irə li sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göründüyü kimi, Məhkumə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 206.3.1. 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır... Göstərilənlərə əsasən məhkəmə hesab edirki, Məhkumin Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.1.4-cü maddələrinə əsasən ona həmin maddələrlə bəraət verilməlidir. Lakin, Məhkum oğlu yuxarıda qeyd olunan, 15 noyabr 2014-cü ildə saat 19 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçərkən qaçaqmalçılıq cinayəti törətməsi kifayət qədər sübutlarla təsdiq olun duğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsindən həmin məcəllənin 206.1-ci maddəsinə tövsüf edilməlidir...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum bir sıra maddələrlə bəraət verilməli və onun yalnız Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinməli olduğu barədə nəticəni hökmdə işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq olaraq müddəaları və izahlarına istinad edərək, ətraflı şərh etməklə əsaslandırmış və apellyasiya məhkəməsi haqlı olaraq həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya protestinin dəlilləri də məhkəmələrin bu mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya pr otestində ittiham tərəfinin əsaslandığı sübutlar bir daha sadalanır və həmin sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi iddia olunur. Lakin yuxarıda göstərildiyi kimi, iş materiallarından görünür ki, məhkəmələr həmin sübutları qanunla nəzərdə tutulmuş qaydada tədqiq və təhlil etmiş (yoxlamış), nəticəsindən asılı olaraq onlara qiymət vermişlər. Həmin sübutlarda olan məlumatlar gömrük sərhədində Məhkum idarə etdiyi avtomaşından narkotik vasitənin yalnız aşkar edildiyini təsdiq edir. Lakin həmin sübutlarda (o cümlədən protestdə sadalanan) elə bir məlumat yoxdur ki, Məhkum narkotik vasitənin əldə edilməsində, saxlanılmasında, avtomaşında gizlətməklə daşımasında, gömrük sərhəddindən keçirilməsində iştirak etməsi, hər hansı bir şəxslə bu barədə razılığa gəlməsi, cinayət əlaqəsinə girməsi, belə niyyətdə olması, bunlardan, yəni avtomaşında narkotik vasitənin olduğundan xəbəri olması barədə fikir söyləməyə əsas versin. Belə olan halda aydın deyildir ki, ittiham tərəfi ittihamda göstərilən hərəkətlərin (narkotik vasitə ilə bağlı) Məhkum törətməsi qənaətinə gələrkən hansı məlumatlara (sübutlara) əsaslanmışdır (protestdə də bu məsələyə aydınlıq gətirilməmişdir). Bu baxımdan Məhkum ittihamda göstərilən hərəkətləri barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Mübahisəsizdir ki, ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. İttihamın sübuta yetirilmədiyi (narkotik vasitə ilə bağlı hissədə) barədə fikirlər hökmdə və qərarda da göstərilmiş, protestdə isə həmin fikirləri təkzib edən hər hansı bir sübuta və dəlilə istinad edilməmişdir. Göründüyü kimi, məhkəmələrin iş üzrə mövqelərinin (gəldikləri nəticələrin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir hə cmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolv erilməzdir. Kassasiya protestinin cəza təyini məsələsi ilə əlaqədar dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halın olmadığı və cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri və Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin etmək baxımından, ona təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsas yoxdur. Kassasiya protestində bir sıra cinayət prosessual qanu nvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı protestdə istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəaları ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı (kassasiya protestinə münasibətdə), kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-30/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-30/2019
09.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver