Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-30/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X3 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 1(066)-12/2019 nömrəli 25 fevral 2019-cu il tarixli hökmü ilə, Məhkum, 20 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, *********************** qeydiyyatda olan, ünvan 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün həbsdə saxlanılması müddəti nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəza müddətinə hesablanmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 25 fevral 2019-cu il tarixədək çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 15 (on beş) günü CM-in 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökmlə təyin o lunmuş cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8ma oğlu, X7 barəsində Gəncə Hərbi Məhkəməsində baxılan iş üzrə sonuncunun tutulmaması üçün köməklik göstərəcəyini yalandan vəd edib, onu aldadaraq Göygöl şəhəri, ************** ünvanında yerləşən ofisdə 2018-ci ilin iyun ayının axırlarında X1 1350 manat, 2018-ci ilin avqust ayının əvvəllərində isə M8 yaşadığı Göygöl şəhəri, ********** ünvanında olan evin həyətində 400 manat olmaqla vahid niyyətlə cəmi 1750 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 oğlu X6 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə sonuncunun tutulmaması və azadlığa buraxılması üçün köməklik göstərəcəyini yalandan vəd edib, onu aldadaraq Göygöl şəhəri, ********** ünvanında yerləşən ofisdə 15 iyul 2018-ci ildə günorta saatlarında X2 3500 manat, həmin ünvanda 2018-ci ilin iyul-avqust ayları ərzində isə əvvəl 300 manat, sonra isə 152 manat olmaqla vahid niyyətlə cəmi 3952 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Daha sonra o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 yaşadığı kənddə mərhum nənəsinin adına olan torpaq sahəsinin itmiş sənədlərini bərpa etdirib sonuncunun adı na rəsmiləşdirməsi üçün köməklik göstərəcəyini yalandan vəd edib, onu aldadaraq Göygöl şəhəri, ************ ünvanında yerləşən ofisdə 21 iyul 2018-ci ildə 400 manat, eləcə də həmin ilin iyul ayı ərzində əvvəl 200 manat, sonra isə hissə-hissə 600 manat olmaqla vahid niyyətlə cəmi 1200 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 yaşadığı evin yaxınlığında olan, əmisinə məxsus torpaq sahəsinin səhv yazılmış sənədlərini düzəltdirərək anasının adına rəsmiləşdirməsi üçün köməklik göstərəcəyini yalandan vəd edib, onu aldadaraq Göygöl şəhəri, ********** ünvanında yerləşən ofisdə 01 avqust 2018ci ildə 200 manat, 04 avqust 2018-ci ildə isə 350 manat olmaqla vahid niyyətlə cəmi 550 manat pulunu alıb ələ keçirməkl ə təkrarən dələduzluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-141/2019 nömrəli 01 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin Məhkum barəsindəki 25 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kasasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan dəyi şdirilməli və Məhkum barəsində ədalətli qərar çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında törətdiyi əməli səmimi olaraq etiraf etmiş, zərərçəkmiş şəxslərdən ikisi ilə barışmış, digər zərərçəkmiş şəxslərlə barışmağa cəhd etmiş və əməlindən peşman olmasına baxmayaraq bunların heç biri nəzərə alınmamış, ona ağır cəza təyin olunmuşdur. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların t ərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Kassator qeyd etmişdir ki, məhkumun təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı, alternativ olaraq cərimə və azadlığın məhdudlaşdırılması cəzasını da nəzərdə tutmuşdur. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilməsini və məhkuma ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət itti hamçısı V6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tər əfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilə n Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, eləcə də tədqiq edilmiş cinayət işinin materiallarında olan sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakter li tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edi lməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən onun iş üzrə 4 nəfər zərərçəkmiş şəxsdən 2 nəfərinə ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın - 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 25 fevral 2019-cu il tarixədək çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 15 (on beş) günü CM-in 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə tərəfindən cəza təyin edilərkən yuxarıda göstərilmiş qanunun normaları və Ali Məhkəmənin Plenumunun qərarının tövsiyyələri düzgün nəzərə alınmış və məhkuma kifayət qədər ədalətli cəza təyin olun muşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni dörd min manatdan yeddi min manatadək miqdarda cərimə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Məhkum Nəsmi Rayon Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, məhkumluluğu ödənilməmiş və qanunamüvafiq qaydada üzərindən götürülməmiş yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Göstərilən hal məhkumun şəxsiyyətini səciyyələndirmək lə yanaşı, onun əvvəl törətdiyi cinayət əməlinə görə göstərilən humanizmdən lazımi nəticə çıxarmamasının və islah yoluna qədəm qoymamasının bariz nümunəsidir. Kollegiyanın qənaəti belədir ki, məhkumluluğu ödənilmədən və qanunamüvafiq qaydada üzərindən götürülmədən məhkumun yenidən qəsdən az ağır cinayət əməli törətməsinin və iş üzrə dörd zərərçəkmiş şəxsdən ikisinə vurulan zərərin ödənilməməsinin fövqündə Məhkum təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətsiz hesab oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi s übut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza qanuni, əsaslı və ədalətlidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur və təyin edilmiş cəzanın yüngülləşdirilməsi və məhkuma cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının müəyyən edilməsi üçün üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ka ssasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası məhkum tərəfindən törədilən cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, və iş üzrə dörd zərərçəkmiş şəxsdən ikisinə vurulan zərərin ödənilməməsini, təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini, təyin edilən cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən olunmuş məqsədinə çatmaq üçün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci m addəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının cərimə cəzası və ya azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini mümkün hesab etmir və apellyasiya instansiyası məhkəməsinin qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum özünün barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM- nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-30/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-30/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver