Məhkəmə qərarları › İş №1(102)-30/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-30/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-30/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: E.Ə.Əmirəliyev) Məhkum - xx.xx.1994-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Cəlilabad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(073)52/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respubli kası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasın məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq üzərində 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum xx xxxxxx 2018-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan her oini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 13 radələrində Cəlilabad şəhərində keçirilən əməliyyat tədbiri nəticəsində o saxlanılaraq RPŞ-nə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin heroin əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən olan, üzərinə “Rothmans” sözü yazılmış siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təm in edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə əsasən cəza təyini hissəsində dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il 9(doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq üzərində 1 (bir) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində törətdiyi əməldən peşiman olmağını, gənc o lmağını, ağır ailə vəziyyətini, atasının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasını, ailənin yegan gəlir gətirənin olmasını bildirmiş, qeyd olunanları nəzərə alaraq cəza müddətinin azaldılaraq daha az cəza müddəti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yeku n nəticəyə gəlmişdir. Məhkum ona görə təqsirli bilinmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamışdır. Kassasiya şikayətində məhkum törətdiyi əməldən peşiman olmasını, gənc olmasını, ağır ailə vəziyyətini, atasının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasını, ailənin yegan gəlir gətirənin olmasını bildirmiş, qeyd olunanları nəzərə alaraq cəza müddətinin azaldılaraq daha az cəza müddəti ilə əvəz edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, məhkum X3 Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(073)-52/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına müəyyən edilmiş, xx xxxxxx 2017-ci il tarixdə cəza müddəti bitdiyi üçün cəzadan azad olunmuşdur. Hazırkı cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkum əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab etmişdir. Məhkum atasının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasını və ailəsin in yeganə qazanc gətirəni olmasını təsdiq edən sübutlar cinayət işinin materiallarında mövcud deyil. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə gorə cəza təyin edilərkən əvvəllər torədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Resp ublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrində təsbit edilmiş, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəzasını yüngülləşdirməklə düzgün nəticəyə gəlmişdir. Məhkuma təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafi ə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar