Məhkəmə qərarları › İş №1(102)-30/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-30/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-30/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), İlkin Rəcəbov Əbülfəz oğlu və X6 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi4 Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(101)-1734/2023 nömrəli (hakimlər X11 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə) hökmü ilə xx xxxxxxxx 1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Salmanbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yaşamış, hal hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssi səsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 263.1- 3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları tam və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilm əklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum tutulduğu və həbsdə olduğu 06 iyul 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddətin təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il 2 (iki) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan təd birinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-653/2024 saylı (hakimlər – X10 sədrliyi və məruzəsi ilə, X13 və X9 ibarət tərkibdə) qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair 27 dekabr 2023-cü il tarixli, 1(101)1734/2023 nö mrəli hökmü dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(101)-1734/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum tutulduğu və həbsdə olduğu 06 iyul 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddətin təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-653/2024 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi4 Oktay oğlu tərəfindən kassasiya şikayətləri vermişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır: belə ki, Məhkum 05 iyul 2022-ci il tar ixdə saat 22 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi «Opel Astra» markalı 99- NA-675 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi Samir Əliyev küçəsi ilə Hava Limanı istiqamətinə 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməmiş, yolu soldan sağa keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçək miş şəxs2 avtomobilin sol hissəsi ilə vuraraq dərcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq xx.xx.2022-ci ildə ölümünə, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş hadisədən sonra həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi2 və nümayəndə Müdafiəçi4 eyni məzmunlu kassasiya şikayətlərində göstərirlər ki, hesab edirəm məhkəmə CM-nin 70-ci maddəsinin tədbiq olunmamaqla işə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə Məhkum əməlinə qiymət verərkən onun zərəçəkmiş şə xsin hüquqi varisi X8 və iş üzrə digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq təmamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almasını göstərməsinə baxmayaraq, CM-nin 70-ci maddəsini tədbiq etməmişdir. Hesab edirəm məhkəmə ədalətsiz qərar qəbul etmişdir. İş materiallarından da görünür ki, işdə cəzanı ağırlaşdıran hallar yoxdur, lakin məhkəmə buna formal yanaşaraq Məhkum şərti cəza təyin etməmişdir. Məhkum məhkəmə iclasında özünü AR CM-nin 2631.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, həmin məcəllənin 264cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadə verərək bildirmişdir ki, təqsirləndi rilən şəxs Məhkum ona vurulmuş ziyanı tam ödəmişdir, İlhamla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmənin diqqətinə onu da çatdıraq ki, Məhkum ziyanı tam ödəməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X5 və uşaqlarına maddi yardım göstərilməsini davam edirdi, lakin azadlıqdan məhrum edildiyindən sonra maddi yardım etməsini davam edə bilmir. Yəni hüquqlarını müdafiə etdiyim zərərçəkmiş şəxsin hüquqi varisi X2 istəyi odur ki, məhkum barəsində cəza şərti tətbiq edilsin ki, məhkumun onun ailəsinə kömək etməyə davam etməsi üçün buna imkanı olsun. Bundan başqa, iş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 da məhkəmədə ifadə verərək göstərmişdir ki, ona dəymiş ziyan Məhkum tərəfindən tam ödənildiyindən ona qarşı şikayəti və tələbi yoxdur, barışmışdır. Göründüyü kimi, Məhkum hə r iki zərərçəkmiş şəxslərlə barışmışdır və dəymiş ziyanı tam ödəmişdir. Lakin buna baxmayaraq məhkəmə şərti cəza təyin etməmişdir. Məhkum 64 yaşı var, xəstədir, əvvəllər cinayət məsuliyyətə cəlb edilməyib və müsbət xarakterizə olunur. Məhkəmə Məhkum yaşlı və xəstə olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin digər zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, şəxsin islah olunduğu qənaitinə gələrək şərti cəza təyin edə bilərdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin v ə zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayət inin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum CM-in 263-1.3 və 2641cü maddələri ilə təqsirli bilinərək məhkum olunması deyil məhz ona ağır cəza təyin edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətmək də təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliy i müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmus u ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CP M-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessu al qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticə yə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdı rılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdir ilməli, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə f ərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edər kən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halları n tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndi rən halları, 64 yaşının olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş zərərin tam ödənilməsini, azadlıqda olan müddətdə zərərçəkmiş şəxsin ailə üzvlərinə yardım etməsini kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal lar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyy ən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəl illəri qismən əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CMin 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyası Məhkum tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ona qarşı heç bir iddia və tələbinin olmamasını, ağır xəstə olmasını, 64 yaşının olmasını və onun davranışı və şəxsiyyəti ilə bağlı müstəsna hallar kimi qiymətləndirir və həmin halları nəzərə alaraq hesab edir ki, məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin təqsirli bilindiyi maddənin sanksiyasın da nəzərdə tutulan cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi barədə dəlillərini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respubl ikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətl i cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçı larından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hü quqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın ş əxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublik asının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayə tlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş əsas cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş əsas cəza dəyişdirilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair» 18 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadl ıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir; - cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Göstərilənlərlə yanaşı Konstit usiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi, habelə cinayət qanunvericiliyi sahəsində Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirərkən cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. Bu baxımdan, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsini n mümkünlüyünün qanunvericilik qaydasında tənzimlənməsi istisna edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edtmə cəzası təyin edilməli, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu və həbsdə olduğu 06 iyul 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddətin təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hal ları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması c əzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu və həbsdə olduğu 06 iyul 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddətin təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar