Məhkəmə qərarları › İş №1(102)-300/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-300/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-300/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum müdafiəçisi Bayramov Rüstəm Abbasəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Bayramov Rüstəm Abbasəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyeva Ramella Allahverdi qızı və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1977-ci il tarixdə Rusiya Federasiyası, Tumen vilayəti, Uray şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 331.3-cü maddəsi ilə ("Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ləğv edilmişdir) təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti müəyyən şərti olaraq tətbiq edilmişdir, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında yaşamış, CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökmlə təyin edilmiş cəza hazırkı hökm üzrə təyin ed ilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələndiyi üçün aralarında yaranmış mübahisə zamanı onu yerə yıxaraq, xüsusi amansızlıqla və zərərçəkmiş şəxsə ağır iztirablar verməklə 1,5 litrlik plastik qabda olan xlorid turşusunu qəsdən onun sifət və bədəninin müxtəlif nahiyyələrinə tökərək ona başın, üzün, boyunun, gövdənin ön və arxa səthlərinin, hər iki budun, cinsiyyət üzvünün, sol ayağın hissəvi MİA-İİİB dərəcəli, ağız boşluğunun selikli qişalarının İ-İİ dərəcəli, göz qapaqlarının, konyuktivanın və buynuz qişanın kimyəvi (turşu) yanığı, 2-li qlaukoma, 2-li katarakta, simblaferit ilə müşaiyət olunan və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi R.A.Bayramov və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə 0 1 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmənin tətbiqi saxlanılmaqla onun təqsirli bilindiyi və xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 331.3-cü maddəsində nəzərdə tutulmuş əməli hazırda qüvvədə olan CM-nin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən müəyyən edilmiş şərti məhkum etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmə əsasən hazırki qərarla müəyyən olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi R.A.Bayramov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, məhkumun əməlinin CM-nin 126.2.3-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ona cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi R.A.Bayramov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə araşdırmanı aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, cinayət qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsin əməlinin xüsusi amansızlıqla ağır xəsarət yetirmə kimi tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir və zərərçəkmiş şəxsə ağır iztirab verməklə qəsdən sağlamlığa ağır zərər vurma şərh edilən cinayətin xüsusilə amansızlıqla törədilməsi üsullarından biridir. Bu, təqsirkarın zərərçəkmişə əzab verməsində və ya digər qeyriinsani, qəddar hərəkətlərində, onun ləyaqətini alçadan davranışında ifadə olunur. Məhkum zərərçəkmişə ağır bədən xəsarəti yetirərkən ona xüsusi amansızlıqla qəsdən ağır xəsarət yetirmə niyyəti olmamış və belə bir nəticəni arzu etməmişdir. Əgər tərsirləndirilən şəxsin belə niyyəti olsaydı, o, əməli başa çatdırmaq üçün daha sərt hərəkətlərə əl ata bilərdi, zərərçəkmişə yet irilən xəsarətlərin sayı daha çox ola bilərdi. Müdafiəçi öz şikayətində bildirir ki, Məhkum zərər çəkmiş şəxsin mütamadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində öz əməlinin xüsusi amansızlıqla həyata keçirildiyini dərk etməmiş, həmin vaxt zərər çəkmiş şəxsin müqaviməti nəticəsində kimyəvi maddənin onun sifət nahiyyəsinə tökərkən qeyd olunan kimyəvi maddə onun istəyindən asılı olmayaraq onun boyun, gövdənin ön və arxa səthlərinə, hər iki bud, cinsiyyət üzvünə və bədənin digər hissələrinə sıçraması nəticəsində qeyd olunan xəsarətlər yaranmışdır. Həm Məhkum, həm də zərərçəkmişin ifadəsindən görünür ki, təqsirləndirilən şəxs kimyəvi maddəni zərəçəkmiş şəxsin sifət nahiyyəsinə tökdükdə, sonuncu boğulduğunu, gözünün görmədiyini və havasın ın çatmadığını bildirdikdə Məhkum öz hərəkətlərini dayandırmış və onun hamam otağına keçib yuyunmasına şərait yaratmışdır. Məhkəmənin gəldiyi nəticələr istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş sübutlarla kifayət qədər təsdiq edilməmiş, məhkəmələr məhkəmə iclaslarında tədqiq edilmiş və özlərinin gəldikləri nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamaqla, iş üzrə çıxarılmış hökmdə və qərarda şəhr edilmiş hallarla gəldikləri nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq, həmçinin içtimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə əməl etməyərək və iş üzrə mövcud hallara düzgün qiymət verməyərək Məhkum əməlini səhvən CM-nin 126.2.3-cü maddəsi il ə tövsif etmişlər. Müdafiəçi qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Müdafiəçi R.A.Bayramovun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsindən xx xxxxxx 2021-ci il tarixli 17/24-197 saylı məktubla Məhkum ərizəsi daxi l olmuşdur. Həmin ərizədən görünür ki, Məhkum onun müdafiəçisi R.A.Bayramov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərdən keçirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq müdafiəçi R.A.Bayramov tərəfindən Məhkum CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Məhkəmə kollegiyası həmç inin qeyd etməyi zəruri bilir ki, kassasiya şikayətinin geri götürülməsi belə şikayəti vermək hüququna malik olan şəxslərin apellyasiya instansiyası məhkəməsinin qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yenidən kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi R.A.Bayramov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar