Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-300/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassa siya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1956-cı il tarixdə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncudan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifəli şəxs o lan tanışına 3000 (üç min) manat rüşvət vermək müqabilində onu həmin qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsinə xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Biləsuvar şəhərində müxtəlif yerlərdə, hissə-hissə olmaqla, 2021-ci ilin təxminən iyun-iyul aylarında, 300 (üç yüz) manat, 27 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyəti binasının qarşısında 1.250 (bir min iki yüz əlli) manat, 28 sentyabr 2021ci il tarixdə, saat 16 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Rest-Aran” adlı kafedə 750 (yeddi yüz əlli) manat alaraq vahid niyyətlə, cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə maddi nemət verilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. 3. 29 noyabr 2022-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncudan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifəli şəxs olan tanışına 3000 (üç min) manat rüşvət vermək müqabilində onu həmin qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsinə xidm ətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Biləsuvar şəhərində müxtəlif yerlərdə, hissə-hissə olmaqla, 2021-ci ilin təxminən iyun-iyul aylarında, 300 (üç yüz) manat, 27 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyəti binasının qarşısında 1.250 (bir min iki yüz əlli) manat, 28 sentyabr 2021ci il tarixdə, saat 16 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Rest-Aran” adlı kafedə 750 (yeddi yüz əlli) manat alaraq vahid niyyətlə, cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir.
5. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-05/2023 nömrəli, 02 fevral 2023-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlin törədilməsində təqsirsiz hesab edilib və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığına görə Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddətin təyin edilmiş cəza müddətinə 1 gününə 1 gün hesabı ilə hesablamaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-05/2023 nömrəli, 02 fevral 2023-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Nəticədə, Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi xaric edilməli olduğu halda, əsassız olaraq əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyə tlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyi, nəticədə Məhkum əsassız və səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət verildiyi iddia edilərək, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmu ş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiy asına görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.
22. Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsini dispozisiyasında isə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur.
23. Baxılan cinayət işində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxsə sonuncunun xah işinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.
24. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Res publikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
25. Məhkum oğluna irəli sürülmüş ittihamdan və məhkəmələrin müəyyən etdiyi cinayət işinin hallarından isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, sonuncunun hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən məsələlərini həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə pulunu alıb ələ keçirmiş və keçirməsinə cəhd etmişdir.
26. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olara q məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cina yətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 14 iyul 2022-ci il tarixli Qərarı).
28. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apel lyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).
29. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).
30. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir.
31. Təsvir edilənlərə aid apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Resp ublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
32. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndir ilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il).
33. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi Məhkum niyyətinin zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədini daşıdığını, onun ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığını, əməllərinin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyini düzgün olaraq əsas götürsə də, bu əməllərin yekunda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tam əhatə olunduğu nu nəzərə alsa da, barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.1ci maddəsi üzrə faktiki olaraq cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilməsi və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması əsası ilə bəraət hökmünün çıxarılmasında yanlış nəticə üzərində dayanmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş hökm və qərarın məzmunundan da aydın olduğu kimi, Məhkum əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır.
35. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsi düzgün nə ticə kimi qiymətləndirilə bilməz.
36. Bununla belə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.
37. Qeyd edilən prosessual-hüquqi normada təsbit edilmiş qaydanı nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CMnin 32.4,312.1-ci maddələri ilə məhkum edilməməsinin əsasları aşağı instansiya məhkəmələri tərəfindən səhv təsvir edilsə də, məhkəmələrin buna dair yekun nəticəsi düzgün olduğundan, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-240/2023 nömrəli, 07 iyun 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.