Məhkəmə qərarları › İş №1(102)-300/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-300/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-300/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 234.1-1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(106)187/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 1(099)-879/2023 nömrəli hökmü (sədrlik edən: X3, hakimlər: X4 və X5) ilə Məhkum Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyi n olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 30 iyul 2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(106)-187/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), E.İ.Əliyev və İ.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 1(099)- 879/2023 nömrəli hökmünün apellyasiya şikayətinə əsasən Məhkum təyin edilmiş cəza hissəsində dəyişdirilməsi, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində qanunsuz olaraq əkməklə külli miqdarda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə 30 iyul 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş baxış zamanı cəmi 46 (qırx altı) ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 19500,0 qram eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 20 23-cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi külli miqdarda çətənə bitkilərindən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 910,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və həyətindən aşkar edilib götürülmüş 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkiləri ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq toplayıb əldə edərək yerini dəyişməklə yaşadığı Salyan rayonu, Seyi dsadıqlı kəndindəki yaşayış evinin həyətindəki yardımçı tikiliyə daşıyıb, qanunsuz olaraq saxlamış, 2023-cü il iyul ayının 30da, saat 14 radələrində yaşadığı ünvanda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-187/2024 nömrəli qərarının təyin olunmuş cəzaya münasibətdə dəyişdirilməsi, Məhkum barəsində Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, məhkumun əvvəllər məhkumluğunun olmaması, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində azyaşlı övladının olması, himayəsində xüsusi qulluğa ehtiyacı olan valideyninin (anası) olması, ailədə yeganə qazanc gətirən şəxs olması, səhhəti ilə əlaqədar əməliyyat olunması və hazırda da müalicəyə ehtiyacının olması, onun əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə əsas verir. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkumun müdafiəçisi ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Eyni zamanda Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirmiş və şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun və müdafiəçisinin ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özü tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə müdafiəçisinin və özünün ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevra l 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar