Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3000/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 1(103)- 1984/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 02 sentyabr 2025ci il tarixli 1(006)-418/2025 nömrəli hökmü ilə 19 dekabr 1998-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 mart 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 90 ünvanında yerləşən tikilinin yanında əvvəlcədən tanış olduğu İsmayılov Zaur İsmayıloviçə səmimi ünsiyyət əsnasında cinsi ehtirasını təmin etməsini təklif edib razılığını aldıqdan sonra qeyd olunan ünvanın qaranlıq hissəsinə keçib orada şalvarının düyməsini açaraq sonuncu ilə ağız boşluğu vasitəsilə cinsi ehtirasını təmin edən zaman Zaur İsmayıloviçin hiss etmədiyi şəraitdə sonuncunun əynindəki şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində 050-874-41-71 saylı mobil nömrə olan 200 manat dəyərində “Redmi Note 12” markalı mobil telefonu çıxarıb guya kənar şəxslərin gəldiyini bildirməklə hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs Zaur İsmayıloviçə ümumilikdə 210 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 29 oktyabr 2025-ci il tarixli, 1(103)- 1984/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 1(006)-418/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 1(103)-1984/2025 nömrəli qərarın edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsində qərəzli və ədalətsiz məhkəmə prosesi keçirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, ibtidai istintaq və məhkəmə istintaqının aparılması zamanı prosessual pozuntulara yol verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlığının və ya ədalətsizliyinin nədən ibarət olması qeyd edilməlidir. Məhkum Məhkum isə kassasiya şikayətində məhkəmə prosesinin ədalətsiz və qərəzli olduğunu qeyd etsə də, həmin ədalətsizliyin və qərəzin nədən ibarət olmasını göstərməmişdir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə ittihamın sübut edilməsi üçün məhkəməyə onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxs Z.İ.İsmayılovun və şahid Şahid ifadələrini, istintaq hərəkətlərinin protokollarını təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək yoxlamış, onların mötəbər və mümkün olmasını müəyyən edərək həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Beləliklə hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış, əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və cinayət qanununun yuxarıda göstərilən normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə aktlarının qanunsuz və ədalətsiz, cəzanın isə sərt olması barədə dəlilləri ilə razılaşmır. Belə ki, cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallada kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 1(103)-1984/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 1(103)- 1984/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3000/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3000/2025
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver