Məhkəmə qərarları › İş №1(102)-301/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-301/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-301/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci və 281.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.İsayev) Məhkum- xx xxxxxx 1972-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, məhkum olunmamış, Rusiya Federasiyası, İvanov vilayəti, İvanov qəsəbəsi Rabfakovskaya küçəsi, ev 10/96, mənzil-32 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 228.1-ci və 281.1-ci maddələri i lə təqsirli bilinərək, CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə, CM-nin 281.1-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən bu cəzalar qismən toplanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, əvvəllər xarici ölkələrdə dini zəmində aparılan silahlı münaqişələrdə döyüş təlimi keçmiş Yunis Səfərov tərəfindən xx xxxx 2018-ci il tarixdə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına odlu silahdan atəş açılıb müxtəlif bədən xəsarətləri yetirilərək qəsdən öldürməyə cəhd edilməklə əvvəlcədən planlaşdırılmış terror aktı törədilmiş, faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə bu barədə rəsmi məlumat verilməsinə baxmayaraq xx xxxx 2018-ci il tarixdə istifadəsində olan “Samsung” markalı mobil telefondakı +********** saylı mobil telefon nömrəsində olan “Whatsapp” proqramının “NAQİ” adlı profili ilə öz səsi ilə Yunis Səfərovun terror əməllərinə dəstək ifadə edən “alo, qardaşlar. Salam aleykum. Deməli, qrajdanin Rosiyyadır. Hökumət adamlarından Rusiyaya xəbər vermək lazımdır, Posolstvaya işçilərinə. Allah bu qardaşın canını salamat eləsin. Belə oğlanlar çox olsa, bizim xeyrimizdir. Hə, ikincisi də ki, bu Mübarizdir, Allah rəhmət eləsin. Onlar da şəhiddir. Sözümüz o deyil. Əsas qəhrəman bu qardaşdır. Yəni birinci yeri belə qardaşlara vermək lazımdır. Çünki bizim cavanların başlarını xarab eliyirlər, ay erməni belə, filan. Erməni bəli düşməndir, torpaq da alınmalıdır. Ancaq erməninin bəhanəsi ilə bunlar vlastda qalır. Erməni bunların kirvələridir. Erməni bunların qardaşlarıdır. Xalqın balaları dözmürlər gedirlər ermənilərin üstünə, axırda da ölürlər, gəlirlər. Əsas iş, bunları, bu işdir. Bunların kökün kəsmək lazımdır. Erməni ikinci dərəcəli işdir. Prosto erməni söhbəti ilə bizim başımızı qal eliyiblər. Bu xalqa zülm eliyirlər. Allah o qardaşın canını salamat eləsin. Tezliklə qapısını açsın” məzmunlu səsli mesajı 26 nəfər profil istifadəçisinin olduğu “Xadj 2017” qrupunun üzvlərinə, “RUSLAN KANÇA +**********7” kimi qeyd etdiyi X 6, “SEVDA BAKU +**********34” kimi qeyd etdiyi X2, “+**********7” kimi qeyd etdiyi X3, “+**********8” kimi qeyd etdiyi X13, “ROVŞAN BRATVA +**********4” kimi qeyd etdiyi X7, “Elşan Dayi +**********58” kimi qeyd etdiyi X4, “Taxir +**********17” kimi qeyd etdiyi X22, “Raxim xaçi +**********3” kimi qeyd etdiyi X15, “Baxruz xalaoqlu +**********66” kimi qeyd etdiyi X8, “Aqil dayoqdu +**********68” kimi qeyd etdiyi X9, “Ramal +**********72” kimi qeyd etdiyi X16, “Nazim 2 +**********27” kimi qeyd etdiyi X10, “İsrafil Rvo +**********9” kimi qeyd etdiyi X11, “İbiş +**********4” kimi qeyd etdiyi X17, “+**********0” kimi qeyd etdiyi X14, habelə “+**********9”, “+**********0”, “+**********4”, “+**********0”, “+**********9”, “FUAD BİLASUVAR +**********6”, “+**********9”, “SAMİR +**********6”, “+******* ***0”, “NEQO +**********0”, “AZAD UÇAR +**********”, “ELŞAN KANAN +**********3”, “Qaçay +**********5”, “+**********9”, “+**********5”, “Mirtaqi +**********0”, “Çaxid +**********7”, “Emiin Bilasuvar +**********3”, “Fuad Kança +**********8”, “+**********1”, “Raşad Barda +**********77”, “Dalak Lost +**********7”, “Aslan +**********5”, “+**********2” saylı mobil telefon nömrələrinin istifadəçilərinə göndərməklə Yunis Səfərovun əməllərinə dəstək xarakterli qanunsuz aksiyaların keçirilməsinin vacibliyini ifadə edərək qəsdən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn dövlət əleyhinə açıq çağırışlar etməklə bu cür məzmunlu materialları yaymışdır. Bundan başqa, Məhkum xx xxxx 2018-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən su kanalının yanından içəris ində döyüş sursatları hesab edilən 01 ədəd “F1” tipli əl qumbarası, həmin qumbaraya aid 01 ədəd “UZRQM” tipli alışdırıcı, 30 ədəd 7,62x39 mm kalibrli patronlar və 01 ədəd partlayıcı maddə olan trotil şaşkasını qəsdən qanunsuz olaraq əldə edib yaşadığı Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evinə qanunsuz olaraq daşıyıb orada qanunsuz olaraq saxlamışdır. Hökmdən Məhkum müdafiəçiləri-vəkil Müdafiəçi və vəkil X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum CM-nin 281.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəza sı 2 (iki) il 6 (altı) aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən bu cəza CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla Məhkum üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli qərarda tədbirin keçirilməsi təklif edilən obyektin təsviri verilməmiş, müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar göstərilməmişdir, adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın qeyri-mümkünlüyü əsaslandırılmamış, müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti göstərilməmiş, tədbir keçirilməsi ilə əlaqədar əldə edilə bilən nəticə qeyd edilməmişdir. Bununla da “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan qərar və onun əsasında əməliyyat tədbiri həyata keçirilmişdir, odur ki, Azərbaycan Respublikasının CPM-nin 137-ci maddəsinə əsasən bu materiallar cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilməz. Bundan başqa qeyd olunur ki, Məhkum evinə xx xxxx 2018-ci il tarixdə baxış keçirilərkən o, inzibati həbsdə olmuşdur. Onun evində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə heç bir məlumat verilməmiş, ondan bu b arədə qabaqcadan izahat alınmamış və əməliyyat baxışında iştirakı təmin edilməmişdir. Halbu ki Azərbaycan Respublikası CM-nin 86.5-ci maddəsinə əsasən təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil. Bundan başqa iş materiallarından görünür ki, Məhkum barəsində xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə döyüş sursatlarının əldə olunması və saxlanması faktına dair cinayət işi başlanılaraq aparılmış, lakin onun xx.xx.2019-cu il tarixədək müdafiəçisi olmamışdır. Bununla da müdafiə hüququ pozulmuşdur. Bundan başqa Məhkum etiraf ifadələrinin özünə qarşı istifadə edilməsi Azərbaycan Respublikası CPM-nin 91.7-ci maddəsinin tələbinə ziddir. Beləliklə Məhkum etiraf ifadələri özünə qarşı istifadə oluna bilmədiyindən və əməliyyat-axtarış tədbirləri qanunun tələbinə uyğun əldə edilmədiyindən onun CM-nin 228.1-ci maddəsi ilə təqsirliliyinə əsaslı şübhələr vardır. CM-nin 281.1-ci maddəsi ilə Məhkum təqsirliliyi barədə kassasiya şikayətində göstərilmişdir ki, o ali təhsili olmayan, hüquq düşüncəsi və təfəkkürünə çox zəif malik olan şəxsdir. Bu hallar onun öz qohum və tanışlarına göndərdiyi öz səsi ilə ifadə olunmuş nitq fəaliyyəti məhsulundan da aydın görünür. 1 dəqiqə 10 saniyəlik səs yazısında bir-biri ilə əlaqəli olmayan cümlə və söz birləşmələri, rus və azərbaycan dilində ifadələr, həmçinin dialekt sözlər yer alır. Həmin səs yazısında hər hansı vəzifəli şəxsin adı çəkilməmiş, Azərbaycana və azərbaycanlılara qərəz ifadə olunmamışdır. Ona görə də kassasiya şikayətinin təmin olunmasın ı xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxsləri n də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində göstərilən dəlillər məhkumun müdafiəçiləri tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin cin ayət kollegiyasına verilmiş apellyasiya şikayətində də göstərilmiş, həmin dəlillər üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlama keçirilmiş və həmin dəlillər cinayət işinin materiallarında toplanmış mötəbər sübutlarla təkzib edildiyindən, apellyasiya məhkəmə kollegiyasının həmin dəlillər üzrə gəldiyi nəticələr qərarında əsaslandırılmışdır. Məhkum ona elan edilmiş bütün ittihamlar üzrə həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində özünü təqsirli bilərək etirafedici ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əssasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından m üəyyən edilmişdir ki, Məhkum ona elan edilmiş ittihamlar üzrə öz təqsirini etiraf ifadələrində göstərdiyi hallar cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə protokollar, həmin tədbirlər nəticəsində əldə edilmiş sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları ilə və digər sübutlarla da təsdiq edilmiş və bir-birini tamamlamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi qanunun tələbinə uyğun aparılmış və bu barədə tərtib edilmiş protokol da qanunun tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətində Məhkum mənzilində keçirilmiş baxış və götürmə hərkətlərinin aparılması zamanı qanun pozuntularına yol verilməsi halları barədə kassasiya şikayətində göstərilmiş hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmış və bu dəlillərin əsassı zlığı apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edilmişdir. Məhkum ali təhsili olmaması, hüquq düşüncəsinə və təfəkkürünə çox zəif malik olması, 1 dəqiqə 10 saniyəlik səs yazısında bir-biri ilə əlaqəli olmayan cümlə və söz birləşmələri, rus və azərbaycan dilində ifadələr, həmçinin dialekt sözlərindən istifadə etməsi kimi hallar onu törətdiyi əməl barədə cinayət məsuliyyətindən azad edən hallar kimi qiymətləndirilə bilməz. Ona görə də Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsinin tərkibinin olmaması barədə subyektiv mülahizə xarakterli belə dəlillər də əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər, müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilməklə onların əsassızlığ ı apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv yoxlanılmaqla bu dəlillərə əsaslı və düzgün hüquqi qiymət verildiyindən kassasiya şikayətinin eyni məzmunlu dəlilləri də əsassız hesab edilərək təmin olunmadan saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı gedişində, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsin də nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası danayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 281.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar