Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-301/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlə t ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1978-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasə n 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkum (mülki cavabdeh) Məhkum qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 57339,03 (əlli yeddi min üç yüz otu z doqquz manat üç qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilmiş, gömrük rəsmiləşdirilməsi məqsədi üçün X5 (ƏDV) olaraq hesablanmış 33045,32 (otuz üç min qırx beş manat, 32 qəpik) manat və əməliyyat haqqı olaraq hesablanmış 400 (dörd yüz) manat – cəmi 33445,32 manat (otuz üç min dörd yüz qırx beş manat, 32 qəpik) gömrük ödənişinin Məhkum alınaraq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsi, mülki iddianın gömrük rəsmiləşdirilməsi məqsədi üçün idxal rüsumu olaraq hesablanmış 23893,71 manat (iyirmi üç min səkkiz yüz doxsan üç manat, 71 qəpik) gömrük ödənişinə dair hissədə isə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hak im R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2021-ci ilin aprel ayının sonlarında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə tamah məqsədilə külli miqdarda brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirmə və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halın da cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasında olan üzvünün vasitəsilə ümumilikdə külli miqdarda - 259390 manat dəyərində 2267,5 karat brilyant qaşların 772,4 karatdan ibarət 118659,50 manat dəyərində olan hissəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərində “AC&CO” yazılmış göy rəngli bir cüt idman ayaqqabısının hər tayının uc hissəsində 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd kiçik ölçülü polietilen paketdə qablaşdırılaraq onun adına göndərilmiş poçt bağlamasının içərisində, 1495,1 karatdan ibarət 140730,50 manat dəyərində olan hissəsini isə malların aşkar edilməsini çətinləşdirən eyni üsullardan istifadə edilməklə üzərində “LC Waiki ki” yazılmış boz rəngli 1 cüt idman ayaqqabısının sol tayının uc hissəsində 6 ədəd, sağ tayının uc hissəsində isə 4 ədəd olmaqla, ümumilikdə 10 ədəd kiçik ölçülü polietilen paketdə qablaşdırılaraq cinayətin törədilməsindən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid1 adına göndərilmiş poçt bağlamasının içərisində gizlədilməsini və hər iki bağlamanın “Smart Customs” proqramı ilə “ayaqqabı və köynəklər” kimi bəyan edərək xx.xx.2021-ci il tarixdə beynəlxalq poçt göndərişləri vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilməsini təşkil etmiş, müvafiq olaraq 29 və 30 aprel 2021-ci il tarixlərində XXX15nin XXX20nin “Poçt Göndərişləri” gömrük postunda qeyd olunan brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçı lıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, həmin tarixlərdə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş qeyd edilən brilyant qaşlar aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq cəzanı yüngülləşdirən halları müəyyən edib, onları Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasi ya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadı ğını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar qismində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 06 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mü mkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddəl ərində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edil ib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi bunu Cinayət Məcəlləsinin 58.3, 59 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin təyin edilməsində əhəmyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi; törədilmə halları; Məhkum himayəsində üç azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi peşman olması, qardaşının və qardaşı oğlunun A zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri və yaralanmaları, mülki iddia üzrə gömrük ödənişi kimi müəyyən edilmiş pul məbləğini tam şəkildə (33697,42 manat olaraq) dövlət büdcəsinə ödəməsi, əvvəllər məhkum olunmaması kimi təqsirkarın cəzanı yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən hallar; təyin olunan tədbirin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almışdır. Belə ki, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində birbaşa nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır. Eyni zamanda, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, birinci və apellyasiya instansiyası məhkəmələrinin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Belə ki, hökmdə və apelyasiya instansiyası məhkəməsinin qərarında “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 4-cü bəndində təsbit edildiyi kimi yuxarıda qeyd olunan CM-in 59.1-ci maddəsində birbaşa göstərilməyən halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsinin səbəbi və cəza təyini zamanı nəzərə alınmasının zəruriliyi əsaslandırılmışdır. O cümlədən, apelyasiya instansiyası məhkəməsinin yekun qərarında Məhkum tərəfindən apelyasiya məhkəməsində aparılan ic raat dövrünə hökmdə gömrük ödənişi kimi müəyyən edilmiş pul məbləğinin tam şəkildə (33697,42 manat olaraq) dövlət büdcəsinə ödənilməsinin törədilmiş qaçaqmalçılıq cinayətinin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, Məhkum islah yolunda olmasının və təyin olunmuş cəzanın çəkilməsinə zərurətin olmamasının (onun şərti məhkum etmə institutu vasitəsi ilə də islah edilə bilməsinin) göstəricisi olduğu inandırıcı şəkildə izah edilmişdir. Bu hal və şərti məhkum etmənin tətbiqini mümkün edən digər faktik əsaslar qismində nəzərə alınmış Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar CPM-in 139.0.5-ci maddəsində tələb olunduğu kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən dövlət i ttihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri) barədə iddiası əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-301/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-301/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver