Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3016/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər X9 (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və X4 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum müdafiəçisi müdafiəçi5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Esmira Məmmədova (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Nahid Hüseynov) ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə, ## ####### 1992-ci ildə Astara rayonu, Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Tüləgüvan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ######## 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum, X5, X6 və X1 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum təqsirli bilinmişdir ona görə ki, o, qardaşı Təqsirləndirilən şəxs uzaq qohumu, yetkinlik yaşına çatmayan ## ####### 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs, arvadı X6, tanışı X5 və qohumu X1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs və Gilanə Balaxanzadə digər qrup üzvü Aygül Əliyeva ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs ## ######## 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrənib, ## ######## 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən qrup üzvü Sarvan Qənbərovun idarə etdiyi “Mercedes” markalı, “99- LD-642” dövlət qeydiyyat nişanlı avtomobillə digər qrup üzvləri Təqsirləndirilən şəxs və Gilanə Balaxanzadə ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayaraq, saat 13 radələrində mikroavtobusla evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək, Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb, yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri ilə eyni niyyətlə çıxış edən Sarvan Qənbərov avtomobili dayandırmış, Gilanə Balaxanzadə və Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, Sarvan Qənbərovun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs, Gilanə Balaxanzadə, Sarvan Qənbərov və Aygül Əliyeva ilə birlikdə sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Sarvan Qənbərovun idarə etdiyi avtomobillə əvvəlcə Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə, daha sonra X2 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gilanə Balaxanzadənin anası X3 yaşadığı Astara rayonu, Şümrüd kəndində yerləşən evinə aparmışdır. X5 tanışı Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan ## ####### 2005-ci il təvəllüdlü Astara rayonu, Təngərüd kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bilib, bu məqsədlə Təqsirləndirilən şəxs, tanışı Məhkum, Ruhin Balaxanzazadənin arvadı X6 və Təngərüd kənd sakini X1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında birləşdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs və Gilanə Balaxanzadə digər qrup üzvü Aygül Əliyeva ilə mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayaraq Zərərçəkmiş şəxs ## ######## 2023-cü il tarixdə Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrənib, ## ######## 2023-cü il tarixdə, saat 08 radələrindən etibarən idarə etdiyi “Mercedes” markalı, “**-LD-***” dövlət qeydiyyat nişanlı avtomobillə qrup üzvləri Təqsirləndirilən şəxs, Məhkum və Gilanə Balaxanzadə ilə birlikdə Zərərçəkmiş şəxs gün ərzində nəzarətdə saxlayaraq, saat 13 radələrində evə qayıtdığını gördükdən sonra Təngərüd kəndinə gedərək Zərərçəkmiş şəxs həmin tarixdə, saat 14 radələrində mikroavtobusdan düşüb yaşadığı evə tərəf piyada getdiyini görüb, evin yaxınlığından keçən küçədə avtomobili dayandırmış, aralarında olan qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri eyni niyyətlə çıxış edən Gilanə Balaxanzadə, Məhkum və Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boyun, sağ said nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Məhkum ilə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd, zorla avtomobilin arxa oturacağına mindirib, idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs, Məhkum, Gilanə Balaxanzadə və Aygül Əliyeva ilə birlikdə sonuncunun köməkliyi, yəni cinayətin törədilməsində məsləhətləri və məlumatları ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlayaraq Pəlikəş kənd yolunda “Vıli körpüsü” adlanan əraziyə aparmış, daha sonra qrup üzvləri Təqsirləndirilən şəxs, Məhkum və Gilanə Balaxanzadə Zərərçəkmiş şəxs X2 məxsus “Niva” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gilanə Balaxanzadənin anası X3 yaşadığı Astara rayonunun Şümrüd kəndində yerləşən evinə aparmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Əli Əliyev) ## ######## 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması ## ##### 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılarkən məhkum Məhkum vəsatət verərək müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayətinin məhkəmə baxışından çıxarılıb geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum Məhkum ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-3016/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3016/2025
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver