Məhkəmə qərarları › İş №1(102)-302/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-302/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-302/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi Kərimov Çingiz İbinyamin oğlunun iştir akları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) Məhkum, 5 iyun 1976-cı il tarixdə Füzuli rayonunun Qərbənd kəndində anadan olmuş, subay, orta təhsi lli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Qərbənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Qızıl Balıq” uşaq baxçasında məskunlaşaraq yaşamış, CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11 maddələri ilə ömürlük, CM-in 128-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə, CM-in 66.3-cü maddəsinə əsasən isə CM-in 128, 228.4, 181.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələri ilə təy in edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə qəti olaraq cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzanın çəkilməsi müddətinin başlanğıcının 1 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, habelə ona ona əfv qaydasında müraciət etmək etmək hüququ izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz girməklə silah qismində istifadə edilən əşyalar tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurulması və onların həyatları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyə tdə olan iki nəfərdən çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, Zərərçəkmiş şəxs1 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 29 noyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində qəssablıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Toğrul" marketin yanındakı qəssabxanada şam edib, spirtli içki olan araq qəbul etdikdən sonra, həyat yoldaşının ondan ayrılmasının, uşaqlarına aliment ödəməsinin səbəbkarı kimi gördüyü və əvvəllər ondan şikayətçi olaraq məsuliyyətə cəlb etdirdiyinə görə ədavətli münasibətlərdə olduğu keçmiş qaynanası, eyni zamanda xalası 1945-ci il təvəllüdlü Zərərçəkmiş ş əxs4 qızıl-zinət məmulatları va pul vəsaitlərini ələ keçirmək məqsədilə həmin gün sonuncunun Buzovna qəsəbəsi, Naxçıvani küçəsində, yeni yaşayış sahəsində yerləşən fərdi evində 1939-cu il təvəllüdlü əri Zərərçəkmiş şəxs2 və ruhi xəstəlikdən əziyyət çəkən 1971 -ci il tavəllüdlü oğlu Zərərçəkmiş şəxs3la birgə olduğunu, daimi o evdə qalan Zərərçəkmiş şəxs1 isə iş növbəsində olduğunu öyrənib, cinayətkar niyyətini həyata keçirmək üçün hazırlıq işləri görüb qanunsuz olaraq soyuq silah olan bir ədəd deşici, kəsici, çapıcı aləti, yəni bıçağı əldə edərək, bir ədəd kəsilmiş bel sapından taxta dəyənəklə 1 cüt parça əlcəyi də çantaya qoyub üzərində gəzdirərək əyninə hərbi geyim forması olan buşlat geyinib, sifətini gizlətmək məqsədilə maska kimi istifadə elmək üçün bir ədəd qara rəngli "çeçenka" tipli idman papağına bıçaqla iki göz yeri açaraq həmin papağı başına qoyub, saat 18 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla "Maxim 211 E' şirkətinə zəng edib olduğu yerdən Binə qəsəbəsinin mərkəzinə taksi sifariş verərək, ünvana gələn Şahid6 idarə eldiyi “Kia Rio” markalı "**-OA-***" dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Binə qəsəbəsi istiqamətində gedərkən yolda sürücüyə Buzovna şöbəsi Nərimanov küçəsinə getməsini xahiş edib, 10 manat pul ödəyərək qeyd olunan ərazidə magistral yolun kənarında avtomaşından enib parça əlcəklərini əlinə geyinib Zərərçəkmiş şəxs4 yaşadığı evə piyada irəliləyərək dəmir darvazanı döyüb çantasındakı taxta dəyənəyi və deşici, kəsici, çapıcı aləti çıxararaq əlində hazır vəziyyətdə saxlayıb papağını aşağı çəkərək sifətini gizlədib törə dəcəyi əməllərin ictimai təhlükəli olduğunu qabaqcadan görərək və bunları arzu edərək qapını açan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 yaşı ilə bağlı hərəkət məhdudiyyətini bilərək ona müqavimət göstərmək imkanında olmuyacağını bilə-bilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla basqın edib sonuncunun baş nahiyəsinə əlindəki taxta dəyənək və alətlə ardıcıl zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün çapılması və arxa kəllə çuxuruna davam edən xətli sınığı ilə nəticələnmiş ənsə nahiyəsinin 1 ədəd kəsilmiş- çapılmış yarası; başın yumşaq toxumalarının iç səthi nə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin təpə gicgah sərhəddinə yaxın 3 ədəd kəsilmiş-çapılmış yaraları sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları, sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyənin (1 ədəd), sol gözətrafı nahiyənin (1 ədəd), sağ almacıq nahiyəsinin (1 ədəd), sol almacıq nahiyəsinin (1 ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) xəsarətləri; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları (cəmi 3 ədəd) xəsarətləri; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik sağ qulaq s eyvanının (1 ədəd), sağ gözətrafı nahiyyənin (1 ədəd), sol gözətrafı nahiyyənin (1 ədəd), sağ almacıq nahiyyəsinin (1 ədəd), sol almacıq nahiyyəsinin (1 ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) xəsarətləri yetirərək qəsdən öldürmüş, bundan sonra evə daxil olaraq işığı yanmayan yataq otağında yerdə uzanıqlı vəziyyətdə, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yatdıqları yerdə, həmçinin otağın qaranlıq olması ilə bağlı görmə məhdudiyyətlərini bilərək, üstəlik Zərərçəkmiş şəxs3 ruhi və nevroloji xəstəlikdən əziyyət çəkdiyini və buna görə də ona müqavimət göstərmək imkanına malik olmayacağını bilə-bilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək əlindəki taxta dəyənək və alətlə Zərərçəkmiş şəxs4 zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin 2 ədəd kəsilmişçapılmış yara xəsarətləri; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik sol qulaq seyvanı ətrafı yumşaq toxumalar boyunun sol yan səthinə doğru davam edən (1 ədəd), boyunun arxa səthinin aşağı üçdə birinin (1 ədəd) qançırları, sağ saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ ayağın bayır topuğunun (1 ədəd) sıyrıqları (cəmi 4 ədəd) xəsarətləri; daha sonra Zərərçəkmiş şəxs3 zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan sol gicgah nahiyyəsinin 1 ədəd kəsilmiş-çapılmış yarası xəsarəti; həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin təpə sərhəddinə yaxın 4 ədəd kəsilmiş-çapılmış yaralan xəsarətləri; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətinə malik sol qulaq seyvanının (1 ədəd) kəsilmiş yarası xəsarəti; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik hər iki gözətrafının bütünlüklə, sifətin sol yarısında sol qulaq seyvanı nı əhatə edən (1 ədəd), sol çiyin nahiyyəsinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) qançıları; sol dirsək nahiyyəsinin (1 ədəd), sol saidin orla üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa-iç səthinin (İ ədəd) sıyrıqları (cəmi 8 ədəd) xəsarətləri yetirdikdən sonra evdə olan otaqlarda qızıl-zinət əşyaları və pul axtarmış, evi tərk elmək istəyərkən qapını açıb həyətə daxil olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 da taxta dəyənək və alətlə zərbələr endirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya malik təpə və ənsə nahiyəsinin kəsilmiş yaraları, sağ gözaltı nahiyənin, boyunun qançırları, burunun səthi sıyrığı xəsarətləri yetirərək hadisə yerini tərk edib qaçmış, aldıqları həyatla bir araya sığmay an xəsarətlər nəticəsində Sabunçu Tibb Mərkəzinə yerləşdirilmiş Zərərçəkmiş şəxs3 29 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 isə 1 dekabr 2022-ci il tarixdə ölmələrinə səbəb olmaqla, qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyalar tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurulması və onların həyatları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etməklə, onun üçün aşkar surətdə köməksiz vəziyətdə olan iki nəfərdən çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyaldan məhrum etmiş, Zərərçəkmiş şəxs1 isə sağlamlı ğının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Hüseynli Qalib Alim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Emin Zöhrab oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 29 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək və həmin şikayətində heç bir dəlilə əsaslanmayaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində heç bir dəlil irəli sürmədən və yalnız barəsindəki yekun məhkəmə aktlarına istinad edərək cinayət işinin yenidən araşdırılaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslərin hüquqi varisi X7 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsasla naraq kassasiya şikayətinə zərər çəkmiş şəxslərin hüquqi varisi Y.Zərərçəkmiş şəxs2nın və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddələrinin tələbinə görə isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarının qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apel lyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanuns uz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də onlara qarşı cinayət xarakterli əməllərin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsini, sonunculara vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını onların tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsi ndə bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun törətdiyinə görə təqsirli bilindiyi əməlləri törətməkdə təqsirliliyinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə b ağlı qeyrihumanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların və onun əməllərinə münasibətdə maddi hüquq normalarının tətbiq edilməsinə dair məhkəmələrin gəldikləri nəticələrin şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya və ya kassasiya instansiyası məhkəmələri isə həmin məhkəmələrə ünvanlanmış müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə və kassaasiya şikayətinə və ya kassasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq e dərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törəd ilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbə blərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvan lanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, c əza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2 və 61.3-cü maddələrinin tələblərindən isə görünür ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrin də göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmam asına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl tör ədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər b ir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun t örədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddə sinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndir ilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməs inin hökmündə və həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125. 2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməllərini CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətində irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə, CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 181.3.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin razılaşaraq də dəyişdirmədən saxladığı biri nci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bu cinayətlərin nəticələrini, məhkumun şəxsiyyətini səciyyələndirən hallar, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, həm də törədilmiş cinayətləri xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alan məhkəmələr Məhkum həm onun təqsirli bilindiyi CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə, həm də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məc musuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş və məhkəmə kollegiyası da həmin hallardan və qanunvericiliyin tələblərindən çıxış edərək bu cəzanın ədalətsiz və qeyri-humanist cəza hesab edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən, yəni ona təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək heç bi halı müəyyən etməmiş və kassasiya şikayətində də belə halların olması barədə heç bir dəlil irəli sürülməyərək bununla bağlı hansısa sübuta istinad olunmamı şdır. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmiş, məhkuma təyin olunmuş cəzalar isə, yuxarıda qeyd edildiyi kimi, onun təqsirli bilindi yi maddələrin sanksiyalarında nəzərdə tutulmuş hədlərdədir. Buna görə, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək ona təyin olunmuş cəzaların yüngülləşdirilməsi üçün əsaslar görmür və həmçinin qeyd edir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o, halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə həmin məsələnin həlli zamanı CPM-in 139.0.5-ci maddəsinə əsasən müvafiq sübutlarla təsdiq olunmuş hər hansı cəzanı yüngülləşdirən halı və ya halları nəzərə almasın, yaxud da əsassız, CM-in 61.2-ci maddəsinin tələblərinə zidd olaraq CM-in 61.1-ci göstərilməmiş hansısa halı cəzanı ağırlaşdıran hal kimi nəzər almış o lsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından həmin məhkəmənin belə hallara, yəni CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi müəyyən edilmir və kassasiya müraciətinin müəllifi də iş üzrə toplanmış sübutlarla təsdiq olunan, lakin məhkəmələrin nəzərə almadığı cəzanı yüngülləşdirən hər hansı hala istinad etməmişdir. Halbuki, prosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət prosesi iştirakçısının, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü tələblərin arxasında onun özünün məhkəməyə təqdim etdiyi sübutlar durmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bütün qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi təhlil olunan məsələni həll edərkən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir və buna görə də məhkumun kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Ç.İ.Kərimovun, həmin şikayətin təmin edilməməsi haqda isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar