Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3020/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Dövlət ittihamçısı Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2, Məhkum – X8 iştirakları ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin məhkəmənin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından X10 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T DI : Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi ilə, hakimlər X4 və X9 ibarət tərkibdə) ## ###### 2019-cu il tarixli, *(***)-***/**** saylı hökmü ilə, ## ### 1982-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, himayəsində iki uşağı olan, qeyd olunan ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X8 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CMin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmündən X10nın müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim Camalov Etibar Əli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X6 ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli 1(099)- 561/2019 nömrəli hökmü dəyişdirilmiş, X8 əməli CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmuş, həmin maddə üzrə təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CMnin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təyin olunmuş 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla X8 üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından X10 tərəfindən ## ######## 2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, o cümlədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi ilə, hakimlər X3 və X5 ibarət tərkibdə) məhkumun vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini və həmin qərardan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Həmçinin iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2020-ci il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərə göndərilmişdir. Həmçinin, işdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan yekun qərarının surəti ##.##.2020-ci il tarixdə rəsmi qaydada məhkum S.Ibrahimovanın saxlanıldığı Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi zamanı vəsatətə baxılarkən məhkum Samira Ibrahimova özü də həmin qərarın surətini almasını inkar etməmişdir. Lakin, işdən görünür ki, məhkum S.Ibrahimova barəsində olan yekun apellyasiya qərarından 05 il 02 aydan artıq müddət keçdikdən sonra, yəni ## ######## 2025-ci il tarixdə kassasiya şikayətini vermiş və bununla da 2020-ci ilin iyun ayında qüvvədə olmuş prosessual müddətlərə (bu müddət həmin vaxt 18 ay olmuşdur) əməl etməmişdir. Məhkum vəsatətində prosessual müddəti xəstəliyi ilə əlaqədar ötürdüyünü bildirmiş, cəza çəkdiyi müddətdə mütəmadi olaraq psixotrop maddələr qəbul etdiyini, cərrahi əməliyyat olduğunu, müalicə və müayinələrdə olduğunu iddia etmişdir. Ancaq o, səhhətindəki xəstəliyin nədən ibarət olmasını, bu xəstəliyin hansı dövrü əhatə etməsini, xəstəliyin CPM-in 411.2.1-ci maddəsində göstərilən hansı ağır xəstəliklərə aid olmasını, ümumiyyətlə öz dəlillərinin əsas kimi istinad etdiyi halları təsdiq edən sübutları apellyasiya məhkəməsinə təqdim etməmiş, yaxud belə sübutların əldə edilməsini kollegiyadan xahiş etməmişdir. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin 05 (beş) il 02 (iki) ay keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən müvafiq müddəti ötürülməklə verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2020-ci il tarixli *(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası edilməsinə dair həmin məhkəmənin ## ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3020/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3020/2025
09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver