Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3021/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X6, məhkum Məhkum, bəraət almış şəxslər bəraət almış şəxs2 və bəraət almış şəxs1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil müdafiəçi1 iştirakları ilə, Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)- ***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1991-ci ildə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il müddətinə, CM-in 221.3-cü maddəsi ilə isə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona cinayətlərin məcmusu qaydasında 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin CM-in 69.3-ü maddəsinə əsasən onun ibtidai istintaq dövründə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin isə ##.##.2024-cü il tarixdən hesablanması; ##.##.1963-cü il tarixdə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Zərbiəlli kəndində yaşayan, bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ona təyin olunmuş 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə- ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün azadlığın məhdudlaşdırılmasının dörd gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkdiyi müddətdə üzərinə Cəlilabad rayon Icra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Zərbiəlli kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması; ##.##.1990-cı il tarixdə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Zərbiəlli kəndində yaşayan, bəraət almış şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti ərzində üzərinə Cəlilabad rayon Icra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Zərbiəlli kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, həmçinin cəzanın əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçisi müdafiəçi3 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X11 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə müdafiəçi müdafiəçi3 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələri hissəsində ləğv edilmiş, CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Məhkum CM-in 221.3-cü maddəsi ilə, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum əməli CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X3 və bəraət almış şəxs1 Hüseyn oğluna qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə, barələrində qətimkan tədbiri seçilməsinə və məhkəməyə verilmələrinə görə dəymiş zərərin əvəzinin ödənilməsi hüquqları izah edilmiş, Cəlilabad Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli *(***)-*/**** nömrəli hökmü Məhkum münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum 2024-cü il # ##### tarixdə saat 11 radələrində Cəlilabad rayonunun Zərbiəlli kəndində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək atası bəraət almış şəxs2 və qardaşı bəraət almış şəxs1 ilə əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib onun əlindəki «SAMSUNG A52” markalı mobil telefonu alıb qəsdən yerə vurub zədələyərək 190 manat maddi ziyan vuraraq, sonra birlikdə onu yerə yıxıb istintaqa məlum olmayan bellə onun sağ əlindən qəsdən vuraraq ona sağ əlin arxa səthində şişkinlik, qançır və əzilmiş səthi yara, sağ əlin 2-ci əl-daraq sümüyünün natamam sınığı ilə nəticələnən və vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vuraraq, şəxslər üzərində zor tətbiq olunması, silah qismində istifadə edilən əşya tətbiq edilməsi, özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Apellyasiya instansiya məhkəməsi hər üç məhkumun əməlində xuliqanlıq cinayət əməlinin olmaması qənaətinə gələrək hər üç şəxsə xuliqanlıq cinayət əməlinə görə bəraət vermiş, məhkum Məhkum əməlini isə CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərək cəzalandırmışdır. KASSASIYA ŞIKAYƏTININ VƏ KASSASIYA PROTESTININ DƏLILLƏRI, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN NÜMAYƏNDƏSININ, DÖVLƏT ITTIHAMÇISININ, MƏHKUMUN VƏ BƏRAƏT ALMIŞ ŞƏXSLƏRIN ÇIXIŞLARI: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 bu hərəkətləri ilə bilərəkdən ictimai qaydaya qarşı gəlmişlər, öz güclərini nümayiş etdirməyə çalışmışlar, qalmaqal salmışlar, öz ədəbsizliklərinin qarşısını almağa zərərçəkmiş şəxs çalışarkən qisas almağa çalışmışlar. Istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər şərtləndiribsə, bu əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməlidir. Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 özlərini Zərərçəkmiş şəxs və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymuş, öz eqoizmlərini nümayiş etdirmiş, ümumi qəbul edilmiş davranış qaydadlarını və əxlaq normalarını söyməklə və zərərçəkmiş şəxsi döyməklə pozmuş, bu qayda və normalara saymamazlıq etmiş, bununla da xuliqanlıq cinayətini törətmişlər. Nümayəndə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 şəxsi mənafelərə ziyan vuran hərəkətlər törətmiş, davranış qaydalarını qərəzli surətdə pozmuşlar. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, söyüşlər söyməklə X4 döyərək əxlaq, mənəviyyat və davranış normalarına qarşı saymamazlıq edərək zərərçəkmiş şəxs də daxil olmaqla hadisə zamanı orada olmuş şəxslərin mənafelərinə toxunan hərəkətlər etmişlər. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 əməllərini şəxsi münasibətlər və torpaq mübahisəsi və mülki xarakterli işlə əlaqəli olmasını müəyyən etsələr də onların bu hərəkətlərinin davamı olaraq ictimai qaydanı kobud surətdə pozulmasını cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsini müəyyən etməmişlər. Bundan başqa, Cəlilabad RPŞ tərəfindən bu şəxslərə qarşı əsaslı olaraq xuliqanlıq cinayətini və yaxud xuliqanlıq niyyəti ilə digər cinayətləri törətmələri barədə ittihamlar irəli sürülmüş, Cəlilabad Rayon Məhkəməsi ittiham üzrə cinayət işinə baxılması zamanı işin mühüm əhəmiyyətli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmiş, ibtidai istintaq orqanının əməlin hüquqi tövsifi üzrə nəticələrinin düzgünlüyünü kifayət qədər yoxlamış, məhkəmədə baxılmış sübutlardan irəli gələn faktiki hallara müvafiq olan hüquqi nəticəyə gəlmiş, bu da son nəticədə maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olan hökm çıxarılmışdır. Belə ki, bu halda, xüsusilə də mübahisə və yaxud dalaşma hər üç şəxsin təşəbbüsü ilə başlamış, münaqişəyə təqsirləndirilən şəxslərin hüquqa zidd hərəkətləri səbəb olmuş, bu 3 şəxs zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etmiş, və belə əlamətlə müşayiət olunmuş və bu əsasla da cinayətin törədilməsində təqsirləndirilmişdir. Bütün bunlara baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası CPMin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Məhkum CM-in 221.3-cü maddəsi ilə, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə bəraət vermiş və Məhkum əməli CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünün ləğv edilməsini və işin yenidən Şirvan Apellyasiya Məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Azər, Hüseyin və bəraət almış şəxs1ların əməllərində yuxarıda qeyd edilən cinayətlərin tərkib hissələri mövcuddur. Lakin məhkəmə kollegiyası hadisənin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş verdiyini, ictimai qaydaya qarşı deyil, şəxsiyyət əleyhinə yönəldiyini, həmçinin cəmiyyətə qarşı açıq hörmətsizliklə müşayiət edilmədiyini, hadisənin əsaslı səbəblərə görə, yəni tərəflər arasında xeyli müddət davam edən torpaq mübahisələri zəminində baş verdiyi qənaətinə gəlmişdir. Halbuki, Ali Məhkəmənin qərarına əsasən, şəxsi münasibətlər zəminində başlanılmış döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs bəraət almış şəxs2 DƏKRX-in publik hüquqi şəxsin * saylı Cəlilabad rayon idarəsinə müraciət edərək ona verilmiş torpaq sahəsinin plan və ölçüsündə olan koordinatların müəyyən olunmasını xahiş etmişdir. Bu səbəbdən bələdiyyə sədri şahid4 təkidi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs # ##### 2024-cü il saat 11 radələrində özünə məxsus torpaq sahəsinə gəlmiş, orada yalnız şahid4 və qeyd edilən idarənin yer qurluşu mühəndisi şahid3 ilə ünsiyyətdə olmuşdur. şahid3 koordinatları müəyyən edib tamamladıqdan sonra bəraət almış şəxs2 ona məxsus torpaq sahəsinin koordinatları geyd olunan yerdə tamamlanaraq oradan nişan vurulmasını bildirdikdə bəraət almış şəxs2 şahid3lə razılaşmayaraq oğlanları Əkbər və Azərə oradan nişan vurmamalarını demiş, Fuad isə bəraət almış şəxs2 oradan sonrakı ərazi ona aid olmadığını bildirmiş və bəraət almış şəxs2 ona məxsus olmayan torpaq sahəsini heç kimə verməyəcəyini deyərək həmin ərazinin sərhədinin müəyyən edilməsinə maneəçilik törətməyə başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs torpaq sahəsinin koordinatları ölçülməyə başladıqa bəraət almış şəxs2 və onun ailə üzvləri Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə yaxınlaşaraq onunla mübahisə etməyə başlamış, təhqiramiz sözlər işlətməklə, onun üzərinə hücum çəkib, oğlanları Azər və Əkbərə onu döymələrini demişdir. Məhkum Zərərçəkmiş şəxs əlindəki «SAMSUNG» A 52 markalı mobil telefonunu əlindən dartıb alaraq telefonu yerə çırpıb sındırmış, bundan sonra Hüseyn Məmmədov, oğlanları Əkbər və Azər köməkləşərək onu yerə yıxaraq döymüş və Zərərçəkmiş şəxs yerdə olan zaman bəraət almış şəxs2 onun üz nahiyəsinə, oğlu Əkbər kürək nahiyəsinə təpiklə zərbələr endirmişlər. O, həmin vaxt onların zərbələrindən özünü qorumaq istəyən zaman sağ əli üzünün qarşısına gətirmiş, elə həmin vaxt Azər beli götürüb, belin tiyə hissəsi ilə sağ əlinə bir neçə dəfə zərbə vurmuşdur. Həmin zaman orada şahid4, şahid3, şahid5 və digər şəxslər olmuşlar. Beləliklə, Azər, Hüseyin və bəraət almış şəxs1lar DƏKRX-in publik hüquqi şəxsin * saylı Cəlilabad rayon idarəsinin əməkdaşı torpaq sahələrinin müəyyən etdiyi koordinat və ölçüləri ilə razı olmadığı üçün, onun işini pozmaq məqsədi ilə, ictimai qaydanı kobud surətdə pozaraq kənarda dayanmış Zərərçəkmiş şəxs hücum etmiş, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan şəxslərin gözü qarşısında təhqiramiz ifadalər işlətməklə Zərərçəkmiş şəxs mobil telefonunu sındırmış, onu döymüş və Məhkum silah qismində istifadə etdiyi bel ilə Zərərçəkmiş şəxs vurub, onun sağlamlığına az ağır dərəcəli bədən xəsarətini yetirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin əməllərinin xuliqanlıq hesab edilməsi üçün 3 əsas zəruri tərkib əlamətləri, yəni ictimai qaydanı kobud surətdə pozulma, cəmiyyətə qarşı açıqca hörmətsizlik etmə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etmə və sonuncuya məxsus mobil telefonu sındırma kimi əlamətlər mövcuddur. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum CM-in 221.3-cü maddəsi, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilmiş, törədilmiş əməlin tövsifində səhvə yol verilərək Məhkum əməli CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə əsassız tövsif edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını və Məhkum, bəraət almış şəxs2 və bəraət almış şəxs1 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işçinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və bəraət almış şəxslər kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı və zərərçəkmiş tərəf kassasiya protestində və kassasiya şikayətində hər üç şəxsə bəraət verilməsini və Məhkum əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15 - ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya müraciətlərinin təmin olunmaması barədə məhkumun və bəraət almış şəxslərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hökmü qəbul edərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “... Lakin məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki halları xuliqanlıq cinayətləri üçün zəruri olan zəruri əlamətlərdən heç birini özündə ehtiva etmir. Belə ki, işin faktiki hallarından görünür ki, münaqişə tərəflər arasında xeyli müddət əvvəl davam edən torpaq mübahisələri zəminində yaranmış, məhz təqsirləndirilən şəxslərin yuxarı dövlət orqanlarına yazdıqları ərizə və şikayətlər əsasında səlahiyyətli dövlət orqanının nümayəndəsinin və bələdiyyənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərəflər arasında mübahisə olan əraziyə baxış keçirilərkən baş vermişdir. Torpaq sahələrinin sərhədləri ölçülərkən təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında mübahisə yaranmış, mübahisə əsnasında təqsirləndirilən şəxslər zərərçəkmişə qarşı zorakılıq etmişlər. Təqsirləndirilən şəxs Məhkum əlavə olaraq əlində olan kənd təsərrüfatı təyinatlı bellə zərərçəkmiş Zərərçəkmiş şəxs əlinə vuraraq onun sağlamlığına az ağır zərər yetirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin qanunsuz davranışı ictimai qaydaya qarşı deyil, şəxsiyyət əleyhinə yönəlmiş, onlar uzun müddət mübahisəli münasibətdə olduqları zərərçəkmişdən qisas almaq məqsədi ilə ona qarşı zorakılıq etmişlər. Kollegiya nəzərə almağı vacib hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda təşkil edir və bu cinayətin törədilməsi zamanı təqsirkarın qanuna zidd hərəkətləri məhz ictimai qaydanın kobud şəkildə pozulmasına yönəlir, habelə cəmiyyətə açıq hörmətsizliklə müşayiət olunur. Yalnız bundan sonra onun başqalarının şəxsiyyəti üzərindəki zorakılıqları xuliqanlıq kimi qiymətləndirilə bilər. Əgər təqsirkarın hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulması əlaməti yoxdursa, bu halda onun törətdiyi zorakılıqlar şəxsiyyət əleyhinə olan cinayətlər kimi tövsif ediləcəkdir. Həmçinin, xuliqanlıq cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bildiyi üçün təqsirkar ictimai qaydanı kobud surətdə pozmasını, cəmiyyətə qarşı açıq hörmətsizlik etməsini dərk etməli, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bu əməlləri arzu edərək törətməlidir. Lakin işdən də göründüyü kimi, təqsirləndirilən şəxslərin nəzərində onların zorakı hərəkətləri ictimai qaydaya qarşı deyil, yalnız zərərçəkmişə qarşı yönəlmişdir. Bundan başqa dövlət ittihamçısı apellyasiya baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin nümayəndəsi şahid3 iş fəaliyyəti pozulmuş, nəticədə o, işini tam yerinə yetirə bilməmişdir. Bu isə hadisənin xuliqanlıq olmasını təsdiq edən hallardan biridir. Məhkəmə kollegiyası ittiham tərəfin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd edilmişdir ki, hadisə nəticəsində dövlət orqanlarının iş fəaliyyətinin dayanması, yaxud pozulması xuliqanlığın təzahür formalarından biri kimi qəbul oluna bilər. Lakin nəzərə alınmalıdır ki, Plenum qərarında söhbət bütövlükdə dövlət orqanlarının fəaliyyətindən getdiyi halda hazırkı hadisə nəticəsində dövlət orqanının nümayəndəsinin fəaliyyətinin pozulmasından bəhs etmək olar. Bu isə fərqli nəticələri özündə əks etdirən anlayışlardır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki hallarına görə:
1. Hadisənin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş verdiyini;
2. Ictimai qaydaya qarşı deyil, şəxsiyyət əleyhinə yönəldiyini, həmçinin cəmiyyətə qarşı açıq hörmətsizliklə müşayiət edilmədiyini;
3. Hadisənin əsaslı səbəblərə görə, yəni tərəflər arasında xeyli müddət davam edən torpaq mübahisələri zəminində baş verdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum, bəraət almış şəxs1 və bəraət almış şəxs2 əməlləri xuliqanlıq kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs Məhkum zərərçəkmişin sağlamlığına az ağır zərər vurma əməlindən xuliqanlıq niyyəti də müvafiq olaraq yuxarıda göstərilənlərə görə xaric olunmalıdır. Odur ki, kollegiya hesab edir ki, təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığına görə Məhkum CM-in 221.3-cü maddəsi, bəraət almış şəxs2 və bəraət almış şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilməli, eyni zamanda Məhkum təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli CM-in 127.1-ci maddəsinə tövsif edilməlidir…” Cinayət işinin materiallarından və apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasından da göründüyü kimi, ittiham tərəfinin kassasiya protestində və şikayətində irəli sürdüyü dəlillərə apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı və əsaslandırımış münasibət bildirilmiş, ittiham tərəfinin bütün dəlilləri hərtərəfli, tam və obyektiv şəkildə, CPM-in tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hər bir halı üzrə obyektiv müşahidəçini qane edəcək səviyyədə əsaslandırma aparmış və cinayət işi üzrə düzgün, qanuni və ədalətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, cinayət işi üzrə gəlinmiş nəticə və apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya müraciətlərinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli hökmü, kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə, bəraət almış şəxs2 və bəraət almış şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli hökmü dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.