Məhkəmə qərarları › İş №1(102)-303/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-303/2019

06.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-303/2019 06.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 303/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Həmidov Elnur Əliyeviçin iştirak ları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəbiyev Cəlil Cabbar oğlu, hakimlər Abdullayev Mehdixan Ədil oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxxxx 1993-cü ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı Sənaye Pedaqoji Texnikumunun tələbəsi, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.3.1-ci maddəsi ilə 08 il müddətə, CM-nin 178.3.1-ci maddəsi ilə 08 il müddətə, CM-nin 180.3.1-ci maddəsi ilə 08 il 06 ay müddətə, CM-nin 181.3.1-ci maddəsi ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməmüddəti keçdiyinə görə cəza təyin edilməmiş,CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə,12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X7, X61 və X34 da məhkum olunmuşlar. İŞİN HALLARİ: Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, X7 2014-cü ildə təşkil və rəhbərlik etdiyi Məhkum, X61 və X8 ibarət sabit mütəşəkkil dəstə ilə birlikdə vahid niyyətlə təkrarən, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq, özgənin əmlakını gizli talama yolu ilə oğurluq, özgənin əmlakını açıq talama yolu ilə insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq və hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq cinayətlərini törətmişdir. Belə ki, X4 təşkil və rəhbərlik etdiyi həmin mütəşəkkil dəstə ilə, vahid niyyətlə etibardan suiistif adə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyun ayının əvvəllərində dəstə üzvü Məhkumlabirlikdə özünü X16 «xxxx»-nin redaktoru kimi təqdim etmiş və yaxın qohumunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləməsini bildirib inandıraraq X16u guya Qazax rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyini yalandan vəd edərək, sonuncunun yaşadığı Qazax rayonunun Ürkməzli kəndindəki evində 3.000 manat məbləğində pulunu ələ keçirməklə X16 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə cinayətkar fəaliyyətini davam etdirərək, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyul 2014-cü ildə saat 09 radələrində mütəşəkkil dəstənin üzvü Məhkumlabirlikdə idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonunun Xanlıqlar kəndinə gələrək otlaq sahəsindən X26 məxsus 3 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq zərər çəkmiş şəxs X26 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə cinayətkar fəaliyyətini davam etdirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 2014-cü ilin iyul ayının əvvəllərində mütəşəkkil dəstənin üzvü Məhkumlabirlikdə özünü X35 «xxxx»-nin redaktoru kimi təqdim etmiş və yaxın qohumunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləməsini bildirib inandıraraq X63 rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəld əcəyini yalandan vəd edərək, sonuncunun yaşadığı Qazax rayonunun Ürkməzli kəndindəki evində 3.000 manat məbləğində pulunu ələ keçirməklə zərər çəkmiş şəxs X46ə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə cinayətkar fəaliyyətini davam etdirərək, 18 iyul 2014-cü ildə saat 14 radələrində mütəşəkkil dəstənin üzvü Məhkumla birlikdə idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonunun Ağköynək kəndinə gələrək otlaq sahəsindən X2 məxsus 5 baş xırda buynuzlu heyvanı avtomobilə yüklədikdən sonra, kənardan onları səsləyən şəxsi görüb hadisə yerindən uzaqlaşmaqla zərər çəkmiş şəxs X11nın 1.000 manat məbləğində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə, mütəşəkkil cinayətkar dəstənin üzvü Məhkumla birlikdə fəaliyyətini davam etdirərək, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2014-cü ildə saat 16 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən 117 saylı peşə məktəbin həyətinə gələrək oradakı yarım tikiliyə qanunsuz daxil olaraq, oradan X17 məxsus, ümumi dəyəri 500 manat olan 3 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə mütəşəkkil cinayətkar dəstənin üzvləri X37, X8 və Məhkumla birlikdə 12 oktyabr 2014-cü ildə saat 1830 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobi llə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində dəmiryol xəttinin kənarına gələrək, orada X9 məxsus xırda buynuzlu heyvanları ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış yetkinlik yaşına çatmayan 09 iyun 1998-ci il təvəllüdlü X5 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə bağlı olan basqın etməyi tapşırmış, Məhkum zərər çəkmiş şəxs X5a yaxınlaşıb qolundan dartıb badalaq vurmaqla yerə yıxıb sağ cibindəki bıçağı çıxardıb nümayiş etdirərək səsini çıxaracağı halda vuracağını bildirib, həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etməsini tapşırmış, X8 onu həmin vəziyyətdə saxlamış, o, X37lə birgə zərər çəkmiş şəxs X59a məxsus ümumi dəyəri 830 manat olan 5 baş xırda buynuzlu heyvanı talamaqla quldurluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə mütəşəkkil dəstənin ü zvləri ilə cinayətkar fəaliyyətini davam etdirərək, 13 oktyabr 2014-cü ildə saat 1830 radələrində X37, X8 və Məhkumla birlikdə idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunun Aşağı Qarxun kəndinə gələrək örüş sahəsindən kənd sakini X48 məxsus xırda buynuzlu heyvanları ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış yetkinlik yaşına çatmayan 04 sentyabr 1999-cu il təvəllüdlü X18 həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməyi Məhkum tapşırmış, sonuncu onu yerə yıxaraq tutub saxlamış, həmin vaxt X37 və X8la birlikdə zərər çəkmiş şəxs X48a məxsus ümumi dəyəri 1.792 manat olan 11 baş xırda buynuzlu heyvanı açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə mütəşəkkil cinayətkar dəstənin üzv ləri X37 və Məhkumla birlikdə 26 oktyabr 2014-cü ildə saat 11 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonunun Qarayazı kəndinin ərazisində yerləşən dağlıq sahəyə gələrək, xırda buynuzlu heyvanları ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış X28 həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməyi Məhkum tapşırmış, sonuncu arxadan ona yaxınlaşıb qolundan tutmuş, X37 isə onu arxası üstə yerə yıxaraq belində olan kəməri çıxardıb X28un boğazına dolamaqla sıxıb saxlayaraq sonuncunun əynində olan köynəyin sağ döş cibindən 65 manat dəyərində 1 ədəd «Nokia x2» markalı mobil telefonu, həmin telefonda istifadə olunan ümumi dəyəri 6 manat olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri açıq talamış, həmin müddətdə Məhkumla birlikdə X28un qardaşı zərər çəkmiş şəxs X53un 110 manat dəyərində 1 (bir) baş heyvanını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, X4 təkrarən, vahid niyyətlə fəaliyyətini davam etdirərək, 27 oktyabr 2014-cü ildə saat 15 radələrində mütəşəkkil cinayətkar dəstənin üzvləri X37 və Məhkumla birlikdə idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonunun Çuxanlı kəndinə gələrək otlaq sahəsindən kənd sakini X36 məxsus xırda buynuzlu heyvanları ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış X10 həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməyi Məhkum tapşırmış, sonuncu tapşırığa əsasən X10u arxadan qucaqlayaraq 5-6 metr məsafədə sürüməklə yaxınlıqda yerləşən su drenaj kanalının yaxınlığına aparıb özü ilə gətirdiyi ayaqqabı ipi və elastik bint parçası ilə sonuncunun əlini və ayaqlarını bağladıqdan sonra səsini çıxaracağı halda ona xəsarət yetirəcəyi ilə hədələməklə tutub saxlayarkən hər iki mil-bilək oynaqlarının arxa səthlərində köndələn istiqamətdə dəri sıxılması ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, həmin vaxt X37lə birlikdə X45a məxsus ümumi dəyəri 800 manat olan 4 baş xırda buynuzlu heyvanı avtomobilin yük yerinə yerləşdirdikdən sonra onun göstərişinə əsasən Məhkum, X10a məxsus 60 manat dəyərində «Nokia 5130» markalı mobil telefonu, həmin telefonda istifadə olunan ümumi dəyəri 3 manat olan 1 (bir) ədəd ***-***-**-** saylı mobil nömrəni sonuncunun əynində olan şalvarının sağ cibindən götürərək açıq talamaqla soyğunçuluq etmişdir. Həmçinin, X61 qabaqcadan əlbir olan bir qrup şəxs halında, istifadə etmək məqsədilə 2014cü ilin oktyabr ayının əvvəllərində tanışı X4icarəyə götürərək idarə etdiyi Mitsubishi-Pajero markalı AZ**-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildən, X19 adına olan «AAN 633993» saylı sürücülük vəsiqəsini tapmış, həmin vəsiqənin üzərindəki fotoşəkili kirayə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində çıxararaq, özündə olan Məhkum məxsus fotoşəkili vəsiqənin üzərinə həmin evdə yapışdırıb hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla hazırlamış və istifadə etməsi üçün Məhkum vermiş, sonuncu isə həmin saxta vəsiqəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Hökmdən Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Dosiyev Amil Qaraxan oğlu, hakimlər Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 01 may 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ona aid hissədə ləğv etməklə, cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsində onun hüquql arı pozulmuş, məhkəmə istintaqı qanunvericiliyin tələblərinə zidd aparılmış, belə ki, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə düzgün qiymət verilməmişdir. Həmçinin o, heç bir mütəşəkkil dəstənin üzvü olmamışdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını ona aid hissədə ləğv etməklə, cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2017-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin ittihamın tam təsdiq edilmədiyi və əməlinin tövsifinə dair dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında məhkəmələrin əsaslandığı sübutlar bir daha sadalanmaqla təhlil edilərək (bu sübutlar qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və tədqiq olunmuşdur) apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin, onların müdafiəçilərinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək, habelə cinayət qanununun və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 1(089)-06/2017 nömrəli hökmü məhkum edilmiş şəxslər X4, Məhkum və X46 münasibətdə dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxslər X3, Məhkum və X37 törətdikləri, qərarın təsviri-əsaslandırıcı hissəsinin «İşin halları» bölməsind ə göstərilən cinayət əməlləri onların özlərinin qismən etirafı, zərərçəkmiş şəxslər X29, X51, X20, X21, X11, X47, X52, X53, X54, X48, Zərərçəkmiş şəxs, X10 və X46, zərər çəkmiş şəxslərin nümayəndələri X22 və X23, şahidlər X31, X24, X15, X62, X39, X25, X12 və X6 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollar, «Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı» ekspertizasının 16.03.2015-ci il tarixli 4234 nömrəli rəyi, «məhkəmə kompüter-texniki və kompüter-texniki obyektlərin tədqiqi ekspertizası»nın 6 mart 2015-ci il tarixli, 4233 nömrəli rəyi, “məhkəmə sənədlərin texniki ekspertizası”nın 14 sentyabr 2015-ci il tarixli, 17924 nömrəli rəyi, “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 03 fevral 2016-cü il tarixli, 2383 nömrəli rəyi, “məhkəmə-tibbi ekspertizası”nın 20.10.2014- cü il tarixli, 294 nömrəli rəyi, “məhkəmə-tibbi ekspertizası”nın 31 oktyabr 2014-cü il tarixli, 412 nömrəli rəyi, “məhkəmə-tibbi ekspertizası”nın 03 noyabr 2014-cü il tarixli 405 nömrəli rəyi, protokollar və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, X4əməlləri birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1 və 181.3.1-ci maddələri, Məhkum əməlləri birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri və X37 əməlləri isə Azərbaycan Respublikası CM-nin 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə tövsif edilmişdir... Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması, həmçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxslər X7, Məhkum və X37 Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin “Məhkəmə təqsirləndirilən şəxslər X7, Məhkum və X37 əməllərinin tövsifini məsələsini müzakirə edərək X4in hərəkətlərini Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1 və 181.3.1-ci maddələrinin, Məhkum hərəkətlərini CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələrinin və X37in hərəkətlərini CM-nin 180.3.1, 181.3.1 və 320.1-ci maddələrinin dispozisiyasının şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə ilə tövsif edilməsini əsaslı sayır” qənaətini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin ““Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.7.5-ci bəndi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin ikinci bəndinə edilmiş dəyişiklikd ə göstərilmişdir ki, bu Məcəllənin 177-187 və 189-1-ci maddələrində xeyli miqdar dedikdə üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə on min manatdan artıq olan məbləğ başa düşülür. Həmin Qanunun 1.7.4-cü bəndi ilə isə CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində “177.1-ci maddəsində” sözləri “177.1, 178.1 və 179.1-ci maddələrində” sözləri ilə, “otuz manatdan min manatadək” sözləri “yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə” sözləri ilə əvəz edilmişdir... Təqsirləndirilən şəxslər X4 və Məhkum tərəfindən X16 və X35 qarşı edilmiş dələduzluq cinayətləri nəticəsində X16a və X46ə vurulmuş ziyanın məbləği hər birinə 3.000 manat, X2 məxsus 5 baş xırda buynuzlu heyvanın soyğunçuluq yolu talanması epizodu üzrə X11ya vurulmuş ziyanın məbləği 1.000 manat, X4, Məhkum, X37 və X8 tərəfindən X48 məxsus 11 baş xırda buynuzlu heyvanın soyğunçuluq yolu ilə talanması epizodu üzrə X48a vurulmuş ziyanın məbləği 1.792 manat, X4 tərəfindən X40 məxsus əmlakın oğurlanması epizodu üzrə X49a vurulmuş ziyanın məbləği 1.235 manat təşkil etmişdir. Cinayət qanununda edilmiş dəyişiklik 01 iyun 2016-cı ildən qanun qüvvəyə mindiyindən, qeyd edilən məbləğlərdə ziyan artıq xeyli miqdar təşkil etmədiyi üçün «xeyli miqdarda» sözləri təqsirləndirilən şəxslərə həmin epizodlar üzrə verilmiş ittihamdan xaric edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs X4 tərəfindən X40 qarşı edilmiş dələduzluq cinayəti üzrə vurulmuş ziyanın məbləği 99 manat təşkil edir. Lakin Cinayət qanununda edilmiş dəyişikliklərlə əlaqədar həmin məbləğ artıq CM-nin 178-ci maddəsi ilə cinayət tərkibi yaratmır. Ona görə də həmin epizod X4ə qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir” qənaətini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin “Göstərilənlərdən əlavə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Məhkum və X46 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, həmin maddə ilə onlara verilən ittiham üzrə cinayəti təqsirləndirilən şəxslər 2014-cü ilin oktyabr ayında törətmişlər. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə olan halda Azərbaycan Respublika sı CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Məhkum və X46 Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir” qənaətini də qanuni və əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və X4əməllərində Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1 və 181.3.1-ci maddələrinin, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələrinin və X37 əməllərində Azərbaycan Respublikası CM-nin 180.3.1, 181.3.1 və 320.1-ci maddələrinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı tərəfindən X4in əməlləri Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1 və 181.3.1-ci maddələri, Məhkum əməlləri Azərbaycan Respublikası CM- nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri, Q.H.X37in əməlləri isə Azərbaycan Respublikası CM-nin 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş, işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq onları həmin maddələr ilə təqsirli bilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum və onun müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirilmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bunlara dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (Məhkum aid hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlərə uyğun olan kassasiya şikayətinin dəlilləri də həmin nəticənin (Məhkum aid hissədə) qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində iddia edilir ki, cinayətin məhz mütəşəkkil dəstə tərkibində törədilməsinə dair ittiham təsdiq olunmur. Şikayətin bu dəlili iş materiallarına uyğun deyildir. Azərbaycan Respublikası CM-nin 34.3-cü maddəsinə görə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 16cı bəndində iza h olunmuşdur ki, “... oğurluq, soyğunçuluq və quldurluq cinayətləri müvafiq olaraq CM-nin 177.3.1, 180.3.1, 181.3.1-ci maddələri ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, həmin əməllər o vaxt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun (CM-nin 34.3-cü maddəsi). Cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bö lüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da (məsələn, pulların və ya digər maddi qiymətlilərin götürülməsi məqsədilə saxlanc yerlərinə girilməsi üçün mütəşəkkil dəstə üzvlərinin xüsusi hazırlıq keçməsində) özünü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir...”. İş materiallarından isə görünür ki, Plenum qərarını n həmin izahında istinad edilən, cinayətin mütəşəkkil dəstədə törədilmiş kimi qiymətləndirməyə əsas verən bütün əlamətlər Məhkum əməllərində mövcuddur. Odur ki, məhkəmələr tamamilə haqlı olaraq belə qənaətə gəlmişlər ki, Məhkum cinayətləri mütəşəkkil dəstə tərkibində törətmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Məhkum cinayətləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan könüllü olaraq tam şəkildə ödənilmişdir (bu hal iş materiallarında olan müvafiq sənədlərlə təsdiq edilir). Azərbaycan Respublikası CM-nin (01 dekabr 2017-ci ildə qüvvəyə minmiş redaksiyada) 59.1.3-cü maddəsinə görə ziyanın könüllü ödənilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1 və 180.3.1-ci maddələrinin sanksiyası dəyişilmiş və həmin maddələrin yeni redaksiyasında (01 dekabr 2017-ci il tarixində qüvvəyə minmiş) olan sanksiyaların (daha yüngül cəza nəzərdə tutan) son həddinin ¾ artıq cəzanın təyin edilməsinə qanun yol vermir. Məhkəmə kollegiyası işin hallarını, yuxarıda göstərilən normaları və Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələblərini (həmin normada göstərilmişdir k i, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir) nəzərə alaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1 və 181.3.1-ci maddələri ilə təyin edilmiş cəzalar endirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 181.3.1-ci maddəsi ilə təyin edilmiş cəzanın da endirilməsi qənaətinə gələrkən bu maddə ilə törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın da tam ödənilməsini nəzərə alır. Məhkəmə kollegiyası yuxarı da göstərilən maddələrlə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə və qərarda sadalanan cəzanı yüngülləşdirən halları da nəzərə alır və CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə dair müddəalarına əsaslanır. Odur ki, apellyasiya məhkəməsinin qərarı (Məhkum aid hissədə) dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1, 180.3.1, 181.3.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.1-ci maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 177.3.1, 178.3.1 və 181.3.1-ci maddələri ilə təyin edilmiş cəzalar və Azərbaycan Respublikası CM-nin 180.3.1-ci maddəsi ilə təyin edilmiş cəza (CM-nin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir) Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Məhkum qəti olaraq 11 (on bir) il 09 (doqquz) ay müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilsin. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar