Məhkəmə qərarları › İş №1(102)-303/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-303/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-303/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun və X18 Ənvər oğlunun iştirakları ilə, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü i lə x1nun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli onun qərarından X18 Ənvər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakim C.V.Hüseyn) x1- xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2 maddələri ilə təqsirli bilinərək əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edil miş və həmin maddə ilə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə CM-nin 185.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək şübhəli şəxs qismində saxlanma müddəti təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: x1 özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən oğurluq etmiş, avtomobili talama məqsədi olmadan qanunsuz təkrarən ələ keçirmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, x1 xx xxxxxx 2018-ci il tarixdə saat 03 radələrində Ü1 yaşayış binasının arxa hissəsində saxlanılmış həmin binanın 47-ci mənzilin sakini X2 məxsus, dəyəri 2500 manat olan, 1986-cı il buraxılışlı, “VAZ-21063” markalı, AZ**-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanda ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə tanışı X4 qarşı zor tətbiq edib sifət nahiyəsinə əli ilə zərbə endirərək sonuncunun sifətinin sol yarısında sol göz orbitası və gözün ətraf yumşaq toxumalarında şişkinlik fonunda müəyyən edilən qançır (hematoma) ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma ilə nəticələnən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Bundan başqa o, xx xxxxxxx 2018-ci il tarixdə saat 03 radələrində Ü2 qarşısından X5 məxsus “Mitsubishi Pajero” markalı, AZ**-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındırmaqla avtomobilin içərisindən 1 ədəd dəyəri 80 manat olan Vyetnam istehsalı olan “Samsung Galaxy” markalı, “SM-J10 0H/DS” modelli, 3544xx/xx/399844/8 və 3544xx/xx/399844/6 İMEİ kodlu, plasmas-metal gövdəli, klassik dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon, 1 ədəd dəyəri 140 manat olan Çin istehsalı olan “İPHONE” markalı, “5S” modelli, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon, 1 ədəd dəyəri 15 manat olan Türkiyə istehsalı olan, üzərində “LORD JİM” yazıları olan, qollu, çəhrayı rəngli kişi köynəyi, 1 ədəd dəyəri 15 manat olan üzərində “JOFRE” yazıları yazılan, “M”ölçülü, göy rəngli kişi köynəyi, 1 ədəd dəyəri 25 manat olan Türkiyə istehsalı olan, üzərində “FABREGAS” yazıları olan “XL”ölçülü jaket, 1 ədəd dəyəri 80 manat dəyərində olan "Samunsq J 3250" markalı mobil telefon, 1 ədəd dəyəri 20 manat olan "Nokia" markalı mobil telefon, 1 ədəd dəyə ri 370 manata olan "Patek Filip" markalı qol saatı, 1 ədəd dəyəri 200 manat olan jaket, dirsəkaltlıqdan 480 manat pul, 1 ədəd dəyəri 80 manat olan SD çenceri və 1 ədəd dəyəri 40 manat olan hava doldurucu aparatını gizli olaraq talamaqla ümumilikdə zərərşəkmiş şəxs X5 1545 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxxx 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Xətai rayonu X17 küçəsi 7 saylı ünvanın qarşısından X7 məxsus, dəyəri 14000 manat olan, 2012-ci il buraxılışlı, qara rəngli, “KİA PİCANTO” markalı, AZ**-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən xx xxxxxxx 2018-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsində talama mə qsədi olmadan qaçırdığı X7 məxsus 2012-ci il buraxılışlı, qara rəngli, “KİA PİCANTO” markalı, AZ**-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan hər birinin dəyəri 130 manat olmaqla 650 manat dəyərində 5 ədəd qadın ətirləri, 350 AZN pul, üzərində Svarovski qaşlar olan 200 manat dəyərində suvenir ayı heykəlciyi və 1 ədəd 200 manat dəyərində qadın jaketini, 100 manat dəyərində parktronik aparatını, 100 manat dəyərində qazan dəstini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X7 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H. Əhmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından X18 Ənvər oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il qərarı ilə razı deyildir. Ona görə də, kassasiya şikayətinə baxaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nə ticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. X18 Ənvər oğlu kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il qərarı ilə razı olmadığını, kassasiya şikayətinə baxaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı oğurluq cinayətini törətmədiyini göstərmiş, özünü yalnız Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi iclasındakı if adəsində istintaq zamanı polis əməkdaşlarının təsiri altında ifadələr verərək həmin cinayət əməllərini törətdiyini etiraf etdiyini, həmçinin, polis əməkdaşları həmin epizodlar üzrə özünü təqsirli bildiyi halda onu tutmayacaqlarını bildirmiş, bu səbəbdən həbsə düşməməyə görə onlarla razılaşaraq həmin epizodları etiraf etdiyini göstərmişdir. Hesab etmişdir ki, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə əməlində cinayət tərkibi olmadığından xitam verilməlidir. Birinci instansiya məhkəməsinin hökmündə və həmin hökmün dəyişdirilmədən saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından müəyyən edilir ki, məhkəmə icl aslarında məhkumun irəli sürdüyü dəlillər tam hərtərəfli və obyektiv araşdırılaraq mötəbər sübutlarla təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolundan müəyyən edilir ki, zərərçəkmiş şəxs X10 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində özünə məxsus olan “KİA PİCANTO” markalı, AA**-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Ü2 qarşısında saxlamış, xx xxxxxxx 2018-ci il tarixdə saat 08 radələrində işə gedən zaman avtomobilinin saxladığı yerdə olmamasını görmüşdür. Həmçinin, əri X5 məxsus **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ arxa yan şüşəsinin sındırılmasını görmüş və avtomobilinin qaçırılmasını düşünmüşdür. 3 gün sonra polis əməkdaşları tərəfindən avtomobil aşkarlanmış, avtomobilinə baxan zaman avtomobilindən 5 ədəd qadın ətirlərinin, 350 azn pulun, üzərində svarovski qaşlar olan suvenir ayı heykəlciyinin, 1 ədəd jaketin oğurlanmasını aşkar etmiş, hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəyməsini aşkar etmişdir. İbtidai istintaq müddətində X18 zərərçəkmiş şəxs X9 ilə üzləşmə zamanı onun avtomobilindən 180 manat və 15 dollar pulun 3 ədəd qadın ətrinin oğurlanmasını etiraf etmiş, 480 manat, 2 telefon və bir saatda xəbəri olmadığını göstərmişdir. Lakin birinci in stansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə onun törətdiyi oğurluq cinayəti epizodları üzrə cinayət əməlləri də tam sübut olunmuşdur. Məhkəmə kollegiyası göstərilənləri və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutların məcmusunu nəzərə alaraq hesab edir ki, oğurluq cinayəti törətməməsi barədə və CM-nin 185.2.2-ci maddəsinə tövsif edilmiş əməlinin həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təkzib edilmişdir. Ona görə də bu dəlillər əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi x1na cəza təyin edərkən təqsirləndirildiyi cinayətin xarakterini və ictimai təhlükəliliyinin dərəcəsini, x1nun bir epizod üzrə əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayətin anl aqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini (CM-59.1.9) nəzərə almış və bu halları onun cəzasını yüngülləşdirən hal kimi və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalar üzrə cəza təyin etmişdir. Göstərilənlərlə yanaşı cinayət işinin materiallarından cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, X18 Ənvər oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar