Məhkəmə qərarları › İş №1(102)-303/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-303/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-303/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum İbrahim Məmməd Əzi z oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1966-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan; İbrahim Məmməd Əziz oğlu Azərbaycan Respublikasının CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə İbrahim Məmməd Əziz oğluna təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx xxxxxxxx 2018-ci il tarixi üçün çəkilməmiş 2 (iki) günlük hissəsi hazırkı h ökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilmiş və ona qəti olaraq 5 (beş) ay 22 (iyirmi iki) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə İbrahim Məmməd Əziz oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cinayət cəzası çəkdiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının «Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə» xx xxxxxx 2011 -ci il tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan edilmiş əşya sayılan, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alət olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik və soyuq silah hesab edilməyən bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissəsini – tiyəsini istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımış, xx xxxxxxxx 2018-ci ildə saat 13.40 radələrində cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilmiş axtarış və baxış tədbiri zamanı həmin əşya onun yataq yerindəki döşəyin içərisində gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, məhkum İbrahim Məmməd Əziz oğlunun Azərbaycan Respublikasının CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş 5 (beş) ay 20 (iyirmi) gün müddətində azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ay 14 (on dörd) günə endirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən məhkum İbrahim Məmməd Əziz oğluna Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) ay 16 (on altı) gün mü ddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən məhkum İbrahim Məmməd Əziz oğlunun xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, 4 (dörd) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və İbrahim Məmməd Əziz oğlu məhkəmə iclas zalında həbsdən azad edilmiş, məhkum M.İbrahimin müdafiəçiləri X4 və X5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan İbrahim Məmməd Əziz oğlu tərəfindən verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il t arixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum İbrahim Məmməd Əziz oğlu onunla əsaslandırır ki, apelyasiya instansiya üzrə məhkəmə istintaqı aparılmadan, vəsatətlər təmin edilmədən birinci instansiya məhkəməsinin qərarını yalnız cəzanı azaltmaqla, faktiki olaraq qüvvədə saxlanılmışdır. Belə ki, məhkəmənin bütün gedişində M. İbrahim qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalaraq dəmir qəfəslikdə saxlanılmış, həmin dəmir qəfəslikdən çıxarılmasından imtina edilmiş, bununla bağlı vəsatətlər rədd edilmiş və beləliklə ittiham tərəfi ilə müqayisədə bərabər şərait pozulmuşdur. İş üzrə keçirilmiş axtarış-baxış əməliyyat-axtarış fəaliyyətinə aid idi və M.İbrahim artıq potensial şübhəli şəxs hesab olunurdu, bu səbəbdən həmin axtarış-baxış zamanı o müdafiəçi ilə təmin edilməli idi. Bundan əlavə həmin axtarış-baxış protokolu və akt M.İbrahimin iştirakı, hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir (iş vərəqə 4-8) və ümumiyyətlə məhkuma təqdim edilməmişdir. Həmin xx.xx.2018-ci il tarixli protokola əsasən: xx xxxxxxxx 2018-ci il tarixdə saat 13-40 radələrində müəsssənin əməliyyat aparatına daxil olmuş məlumatlar əsasında M.İbrahimin yataq yerinə baxış keçirilmişdir. Yəni axtarış-baxış keçirilərkən artıq M.İbrahimin cərimə təcridxanasına keçirilməsi barədə qərar hazır olmuş və məhkəmədə ifadə verən şahidlər protokolun onun iştirakı olmadan tərtib olunması, ona təqdim olunmamasını, izahat, münasibət bildirmə üçün təqdim olunmamasını təsdiq etmişlər. Məhkəmə hökmündə mü dafiə tərəfinin bu dəlillərinə toxunmaması və təhrif olunmuş şahid ifadələrindən istifadə etməklə ədalətli məhkəmə araşdırılması prinsipini pozmasını bir daha təsdiq edir. Beləliklə, istər axtarış-baxış əməliyyat axtarış fəaliyyəti müdafıəçinin iştirakı olmadan aparıldığından, istər yuxarıda sadalanan əsaslara görə sübut kimi qəbul edilə bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, M.İbrahimin saxlanıldığı yerə giriş-çıxış istər digər məhkumların, istərsə də CÇM-in personalı tərəfindən günün müəyyən saatlarında sərbəst olmuşdur, yəni həmin bıçaq başqa şəxslər tərəfindən də qoyulması inkar olunmur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsasla nmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum İbrahim Məmməd Əziz oğlunun əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum İbrahim Məmməd Əziz oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkumun təqsirsiz olması əsası ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci madd əsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum İbrahim Məmməd Əziz oğlu məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş hal şahidlərin, şahidlərin ifadələri ilə, ekspertizasının rəyi, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən ed ərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs İbrahim Məmməd Əziz oğlunun əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum İ brahim Məmməd Əziz oğlunun əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmələr məhkum İbrahim Məmməd Əziz oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin orta həddində cəza təyin edilmişdir. Be lə cəzanı ağır hesab etmək qeyri-mümkündür. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı bir ini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum Məmməd İbrahimin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum İbrahim Məmməd Əziz oğlu barəsindəki xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.lə düzdür Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar