Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-303/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Səfərzadə Kənan Muxtar oğlunun iştirakları ilə, Bakı Şə həri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 221.3-cü maddəsi ilə əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi K.M.Səfərzadə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qurbanova Aygün Arzu qızı) Məhkum, 06 avqust 1994-cü il tarixdə Lənkəran rayonunun Gərgan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işlməməmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Gərgan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamiış, əməlində CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini olmaması əsası ilə ona bəraət verilmiş və o, CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məşkum olunmuşdur. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tu tulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onu üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və həmin cəzanın çəkilməsi müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkum olunmuş şəxsin üzərinə isə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00 dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəz anın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 02 iyul 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında yerləşən mebel sexində Zərərçəkmiş şəxs onun gördüyü işi qurtardıqdan sonra pulunu verəcəyini bildirməsini bəhanə edib, aralarında yaranmış cüzi mübahisə səbəindən masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı silah qismində istifadə edərək zərərçəkmiş şəxsin müxtəlif nahiyələrindən 3 dəfə qəsdən, vuraraq ona döş qəfəsinin arxa səthində, solda, arxa qoltuqaltı xətt ilə kürək xətti arasında V-VI qabırğalararası sahənin boşluğa nüfuz etməyən, yumşaq toxumaları və sol kürək sümü yünün bayır kənarını zədələyən, sol sağrının aşağı-iç kvadratının yumşaq toxumaları zədələyən, düz bağırsaq mənfəzinə keçməyən deşilmiş-kəsilmiş və sağ saidin orta-aşağı 1/3-nin ön səthinin iç yarısının profuz arterial qanaxma ilə müşayiət olunan mil arteriyasının və palmaris lonqus bağının (mil-bilək oynağını önə bükən bağ) tam kəsilməsinə səbəb olmuş kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi) Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində t utulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi K.M.Səfərzadə kassasiya şikayətləri verərək aşağıdakı xahiş etmişlər: - Dövlət ittihamçısı2 və Zərərçəkmiş şəxs – hər birisi ayrı-ayrılıqda qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi K.M.Səfərzadə - qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Məhkum azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsini, Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Dövlət ittihamçısı2 həmin protestini belə əsaslandırmışdır ki, Məhkum ona istinad olunan cinayətləri törətdiyi ərazidə kompakt şəkildə 30-50 müxtəlif təyinatlı (dülgər, dəmir, mərmər və s.) sexlər yerləşir və bu ərazini ümumilikdə istehsalat sahəsi kimi qəbul etmək olar. Hadisə baş verən sex isə həmin 30-50 sexlərdən b iri olduğuna görə ərazinin ictimai yer olması mübahisəsizdir. Məhkum ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin səbəbi Məhkum işlədiyi sexin müdiri olan Zərərçəkmiş şəxs pul tələb etməsi olmuşdur. Lakin, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhkum hər hansı bir pul borcu olmamışdır, əksinə, Məhkum işə yenicə qəbul olunmuş və bir neçə gün işlədikdən sonra ona Zərərçəkmiş şəxs tərəfindən 200 manat məbləğində pul verilmişdir. Bununla da, Məhkum zərərçəkmiş şəxsdən pul tələb etməsi, ittihamda da qeyd olunduğu kimi, yalnız bəhanə olmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Məhkum zərərçəkmiş şəxsə üç bıçaq zərbəsi yetirdikdən sonra Zərərçəkmiş şəxs qonşu sexə qaçmış, Məhkum isə əlində bıçaq onu təqib etməyə başlamışdır. Həmin sexdə işləyən şahidlər Şahid3, onun işçisi Şahid2 (2-ci sexin işçiləri), eləcə də digər (3-cü) sexin işçiləri Şahid4 və Şahid5 ifadələrindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs ardınca 2-ci (Şahid3 məxsus) sexə daxil olduqdan sonra da Zərərçəkmiş şəxs əlindəki bıçaqla vurmağa cəhd göstərmiş, sonuncu isə sexdə olan mebel hissələrini Məhkum tərəfə ataraq özünü müdafiə etməyə çalışmışdır. Daha sonra Şahid2 Məhkum arxadan qucaqlayıb tərpənməz vəziyyətə salmış və işçilər (həm 2-ci, həm də 3-cü sexin işçiləri) birlikdə Məhkum tərksilah edib onu zərərçəkmiş şəxsdən kənarlaşdırmışlar. Bununla da, ən azı 3 sexin iş fəaliyyəti pozulmuş, bu hal isə Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirməsi əməlində xuliqanlığın bütün elementlərinin (ictimai yer, səbəbsiz mübahisə, digər şəxslərin rahatlığı və iş rejiminin pozulması) mövcudluğu müəyyən edilmişdir. Lakin, bütün bunlara baxmayaraq məhkəmələr toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən Məhkum tərəfindən xuliqanlıq cinayətinin törədilməməsi barədə əsassız nəticəyə gəlmiş və son nəticədə onun törətdiyi əməllər düzgün tövsif edilməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq Dövlət ittihamçısı2 kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CM-nin 127 və 221-ci maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 mart 2011-ci il və 20 may 2011-ci il tarixli Qərarlarına, həbelə “Xuİiqaniıq iş ləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, sonuncunun törətdiyi əməllərin hüquqi tövsif ilə bağlı özünün mülahizələrinə istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli olması barədə düzgün nəticəyə gəlməmiş, araşdırılmış sübutlarla müəyyən edilmiş halları nəzərə almamışlar. Halbuki, həmin sübutlarla müəyyən edilir ki, Məhkum ona bıçaqla xəsarətləri ictimai yerdə, insanların gözü qarşısında, onu, yəni Zərərçəkmiş şəxs hədələməklə və özünü başqalarının fövqündə üstün hesab etməklə yetirmiş, yəni CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə yanaşı həm də xuliqanlıq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi isə araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş, məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan eyni nöqsanlara yol vermiş və birinci instansiya məhkəməsinin hökmünü öz qərarına köçurməklə kifayətlənmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmçinin icarəyə yer götürüb işləyir və usta kimi də fəaliyyət göstərir. O, Məhkum tərəfindən törədilmiş əməllər nəticəsində xəsarət aldığına görə 2 ay müddətində işləməmiş və sifarişləri qəbul edə bilməmiş, hərçənd hadisəyə qədər hər ay 2000 manat qazanc əld ə etmiş və bu məbləğdə də icarə haqqı ödəmək imkanına malik olmuşdur. Müalicə aldığı dövrdə isə o, 4000 manat qazancdan məhrum olmuş, vergiləri, sosial ödənişləri ödəyə bilmədiyimdən 480 manat borc götürüb bunları ödəmiş, bununla da törədilmiş cinayət nəticəsində ona 6480 (altı min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurulmuşdur. Buna görə, o, cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılarkən məhkəməyə mülki iddia ərizəsi təqdim etmiş, mülki iddianın verilməsi ilə bağlı rüsum ödəmiş, lakin məhkəmə tərəfindən həmin iddiaya baxılmamış, ona ümumiyyətlə qiymət verilməmiş və onun iddia tələbi cavabsız qalmışdır. Qeyd olunan dəlillərə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi K.M.Səfərzadə kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından verdiyi həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi Məhkum həddindən artıq sərt cəza təyin edərkən onun törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu bildirməsini, işin faktiki hallarının müəyyən edilməsində köməklik göstərməsini, ilk dəfə az ağır cinayət törətdiyinə görə məhkum olunmasını, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almamışdır. Bununla məhkəmənin mübahisələndirilən qərarı cəzanı n məqsədlərindən çox Məhkum əsassız olaraq daha sərt şəkildə cəzalandırılmasına xidmət etmişdir. Halbuki, birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq qanunvericiliyin tələblərini və yuxarıda sadalanan halları nəzərə alıb Məhkum qanuni və ədalətli cəza təyin etmişdir ki, həmin cəzanın ağırlaşdırılmasına da heç bir əsas olmamışdır. Odur ki, müdafiəçi K.M.Səfərzadə də onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bu nunla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətlərinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı2 kassasiya protestinin və zər ərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən bü müraciətlərin müəllifləri hər birisi öz müraciətlərində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini və Məhkum əməlinin düzgün tövsif edilməməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş, müdafiəçi K.M.Səfərzadə isə öz kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə cəzanın təyin edilməsi zamanı cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində müəyən edilmiş hallarla əlaqələndir mişlər. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı2 kassasiya protestini, Zərərçəkmiş şəxs və müdafiəçi K.M.Səfərzadənin isə kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun qərarını yox layıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edil məsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxış ın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, k assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hü quqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətlərinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə müvafiq sübutlara əsasən faktiki ictimai təhlükəliliyi az olan cinayət əməlini törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinməsinin və cəzalandırılmasını yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraa tı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsin i qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsi ri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsi rə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin Zərərçəkmiş şəxs da istinad etdiyi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə y etirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədal ətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM -nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərl iyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəl diyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübut a yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icr aatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübu ta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qrarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən ri ayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz akt ını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ola n məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməkl ə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin Qərarda göstərmişdir ki, CPM-nin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin Qərarda qeyd olunmuşdur ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də ina ndırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Dövlət ittihamçısı2 kassasiya protestində və Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilən və yalınz ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum 02 iyul 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanında yerləşən mebel sexində Zərərçəkmiş şəxs ona tapşırılmış işi görüb qurtarmadan əvvəlcədən pul verməsini xahiş etdikdə sonuncunun həmin işi qurtardıqdan sonra pulunu verəcəyini bildirməsini bəhanə edib, aralarında yaranmış cüzi mübahisə səbəbindən masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs müxtəlif nahiyələrindən 3 dəfə qəsdən vuraraq ona sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Kassasiya müraciətlərindən, o cümlədən müdafiəçi K.M.Səfərzadənin kassasi ya şikayətindən göründüyü kimi, Məhkum bu əməli törətməsi və həmin əməlin CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi həmin müraciətlərin müəllifləri tərəfindən də mübahisələndirilmir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin və onun razılaşan apellyasiya instansiyası məhkəməsinin bu haqda gəldikləri nəticəni düzgün hesab edir və qeyd edir ki, belə nəticə iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusuna, habelə cinayət qanunvericiliyin tələblərinə əsaslanmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə müraciət edərək onların təsvir və təhlil edilməsini zəruri bilir. B elə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 8 ildir ki, müxtəlif obyektlərdə mebel ustası kimi işləmiş, mebel işləri ilə məşğul olan şəxslərin “WhatsApp” ani mesajlaşma sistemində yaradılmış qrupun üzvü olmuş, kiməsə mebel işləri ilə bağlı usta lazım olduqda həmin şəxslərlə əlaqə saxlayaraq gündəlik gedib onların işlərini görməklə qazanc əldə etmişdir. 20 iyun 2022-ci il tarixdə həmin qrupda əldə etdiyi mobil nömrə ilə əlaqə saxlayaraq mebel sexi olan ünvana getmiş, sonradan həmin sexin icarədarı Zərərçəkmiş şəxs olduğunu bilmiş, onun yanında görəcəyi işlərin ölçülərinə görə pul veriləcəyi barədə onunla razılıq əldə etmiş, həmin gündən də orada işləməyə başlamış, Zərərçəkmiş şəxs ona möhürlü bir sənəd təqdim edərək onun işlədiyi bir ay ərzində işində hər hansı bir problem olarsa 1000 manat ödəyəcəyi barədə xəbərdar etmiş, o, da bununla razılaşaraq həmin sənədi imzalamışdır. İşlədiyi müddətdə Zərərçəkmiş şəxs ona 180 manat məbləğində pul vermiş və ona 20 manat borclu qalmışdır. İşlədiyi gündən beş gün sonra Zərərçəkmiş şəxs onunla kobud danışmağa başlamışdır. İşlədiyi 2 mətbəxin təxminən 20 kv.m sahənin işini tamamladıqdan sonra o, pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxsdən ona pul verməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs ona işi tamamladıqdan sonra pul verəcəyini bildirərək onun xahişini yerinə yetirməkdən imtina etmişdir. Hadisə günü o, yenə də Zərərçəkmiş şəxs pul istəmiş və sonuncu bu dəfə də onun xahişini yerinə yetirməkdən imtina etdikdə o, daha adı çəki lən sexdə işləmək istəmədiyini bildirmiş, Zərərçəkmiş şəxs isə ona tapşırılmış işi yarımçıq qoymamasını və həmin işi tamamlamasını xahiş etmişdir. Buna cavab olaraq o, yarımçıq qalan işi başqa bir nəfərin tamamlaya biləcəyini, ona kömək üçün bir nəfər də gətirmək istədiyini bildirdikdə Zərərçəkmiş şəxs “başqa adam gətirmə, it-qurd gələcək özün işini tamamla” demişdir. Bundan sonra o, yarımçıq qalan işi özü görməkdə davam etmiş və Zərərçəkmiş şəxsdən heç olmasa ona çatacaq pulun yarısını verməyi xahiş etdikdə sonuncu “vermirəm, get necə istəyirsən elə” demişdir. Bu sözlərə görə o, əsəbləşərək sexdən çölə çıxmış və bir qədər sonra sexə qayıtdıqda Zərərçəkmiş şəxs “getməmisən?” deyə soruşmuş, o, da ona bildirmişdir ki, onu gözləyir. Bu zaman Zərərçəkmiş şəxs ona “Sən narkomansan, sənə pul ver mirəm” deyərək onun və valideynlərinin ünvanına söyüşlər söymüş, o, isə buna görə daha da bərk əsəbləşərək masanın üzərindəki stəkanı götürüb Zərərçəkmiş şəxs üzərinə tullamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs arxasını ona qarşı çevrildikdə masanın üzərindəki bıçağı götürüb onu qorxuzmaq məqsədi ilə əlində olan həmin bıçaqla əvvəl onun kürək nahiyyəsinə, sonra sağ bilək nahiyəsinə, sonuncu qaçmaq istədikdə ayağı ilişərək yerə yıxıldıqda isə ayaq nahiyyəsindən cəmisi üç zərbə endirmişdir. Bundan sonra o, özünü itirmiş və Zərərçəkmiş şəxs qaçıb başqa sexə girdikdə, onun arxasınca həmin sexə qaçmış, lakin bu vaxt orada olan şəxslər onu sakitləşdirərək həmin sexdən bayıra çıxarmışlar. Həmin sexdə o, Zərərçəkmiş şəxsə və ya orada olan şəxslərə qarşı başqa heç bir qanunsuz hərəkət etməmişdir. Məhk um verdiyi ifadələrində həmçinin qeyd etmişdir ki, onunla Zərərçəkmiş şəxs arasında təxminən 10-15 dəqiqə davam edən münaqişə yalnız işlədiyi mebel sexində baş vermiş, sonuncuya bıçaq zərbələrini də o, həmin sexdə vurmuş, bu vaxt sexdə başqa şəxslər olmamış və digər sexin adlaını bilmədiyi işçiləri onun əlindən bıçağı alıb sakitləşdirdikdən sonra o, hadisə yerindən çıxıb getmiş, hadisədən sonra atası ilə birlikdə Zərərçəkmiş şəxs üzr istəməsinə baxmayaraq zərərçəkmiş şəxs onların üzrünü qəbul etməmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, təxminən 2022-ci ilin may ayından etibarən Binəqədi rayonu, Söyüdlü küçəsi 141 ünvanında qeyri-yaşayış sahəsində yerləşən obyekti icarəyə götürərək mebel sexi işlədir, həmin sexdə 3 nəfə r şəxs işləyir. 26 iyun 2022-ci il tarixdə o, Məhkum işlətdiyi sexə rəngsaz köməkçisi kimi işə götürmüş, ona aylıq əmək haqqı olaraq 300 manat məbləğində verməyə razılaşmış, Məhkum işlədiyinin 2-ci günü maddi vəziyyətinin pis olduğunu deyərək ondan əmək haqqının 200 manatını əvvəlcədən almış, lakin işlədiyi müddət ərzində ona tapşırılmış işləri müxtəlif bəhanələr irəli sürərək yekunlaşdırmamış, özünü qəribə aparırmış, bu səbəbdən ondan psixolojı problemlərinin olub olmamasını soruşmuş, həmin sualın qarşılığında Məhkum ona «Mən də belə adamam, heç bir problemim yoxdur» deyə cavab vermişdir. 02 iyul 2022-ci il tarixdə o, işlətdiyi sexdə olarkən Məhkum ondan pul verməsini tələb etmiş, bunun qarşılığında ona təhvil götürdüyü işləri tamamlamadığını, ona tapşırılmış işləri də yararsız gördüyünü xatırlatmış, bundan başqa da 200 manat əmək haqqını aldığını demiş, hal hazırda Məhkumun ona borclu olduğunu bildirmişdir. Məhkum isə həmin sözlərdən sonra bir daha onun sexində işləməyəcəyini bildirərək paltarını dəyişməyə getmiş, o, isə sexin içərisində olan ofisə daxil olaraq öz işlərini görmüşdür. Bundan təxminən 30 dəqiqə sonra o, ofisdən çıxdıqda sexin içərisində olan yemek masasının yanında Məhkum dayandığını görüb ona «getməmisən?» sualını vermiş, qarşılığında isə Məhkum onu gözlədiyini bildirmişdir. O, sonuncuya işləmək istəyirsə buna etiraz etmədiyini dedikdə Məhkum ondan yenə pul istəmiş, o, isə sonuncuya tapşırılmış işi yarımcıq gördüyünü, onun borcunun olduğunu demiş və bununla da söhbətini yekunlaşdırıb üzünü çevirərərk oradan uzaqlaşmaq istəyən zaman arxadan kiminsə yaxınlaş dığını və arxadan kürəyindən zərbə vurulduğunu hiss emiş, geriyə döndükdə isə Məhkum əlində olan bıçaqla onu yenə vurmaq istədikdə özünü əlləri ilə müdafiə edərkən Məhkum bıçaqla onun sağ əlinin bazu hissəsindən daha bir zərbə endirmişdir. Həmin vaxt o, Məhkum onu yenidən bıçaqla vurmaq istədiyini başa düşüb qaçaraq yaxınlıqda yerləşən sexlərdən birinə daxil olub ucadan qışqırmış və orada olan şəxslərdən ona kömək etmələrini xahiş etmiş, həmin sexin icərisində Məhkumdan qaçarkən ayağı sexdə olan massaya ilişərək yerə yıxılmış, sonuncu isə ona çataraq arxadan ayağının sol hissəsindən əlində olan bıçaqla daha bir zərbə endirmişdir. Daha sonra orada olan şəxslərin köməkliyi ilə Məhkumun ona qarşı etdiyi hərəkətlərin qarşısı alınmış, o, isə çoxlu qan itirdiyinə görə özünü pis hiss etmiş və b una görə ətrafda olan şəxslərdən onu xəstətxanaya aparmalarını xahiş etmiş, həmin şəxslər də dərhal onu xəstətxanaya aparmışlar. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, onunla Məhkum arasında olan münaqişə təxminən on dəqiqə davam etmiş, həmin münaqişə zamanı o, Məhkum ailə üzüvlərinin, yaxud özünün ünvanına söyüş söyməmiş və Məhkum ona bıçaqla xəsatələri səbəbsiz olaraq yetirmişdir. Sonradan Məhkum atası ilə birlikdə ondan üzrxahlıq edib onunla barışmaq istəsələr də, o, buna etirazını bildirmişdir. Şahid1 məhkəmə iclasında göstərmişdir ki, təxminən 20 il ərzində o, müxtəlif obyektlərdə mebel ustası kimi işləyir. 2022-ci ilin iyun ayında işsiz olduğu üçün iş axtararkən sosial şəbəkədə mebel ustası axtarılması barədə elan görmüş, elan yerləşdirilən mobil nömrə ilə əlaqə saxlamış, Zərərçə kmiş şəxs adlı şəxs sexin sahibi olduğunu söyləmiş, onunla danışaraq görüş təyin etmişlər. 02 iyul 2022-ci il tarixdə günorta saatlarında o, Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən mebel sexinə getmiş, sexin girişində özünü sexin sahibi kimi təqdim edən Zərərçəkmiş şəxslə iş barəsində bir neçə dəqiqə danışmış, daha sonra onlar birlikdə sexin içərisinə daxil olmuşlar. Zərərçəkmiş şəxs ona gözləməsini bildirib özü sexin içərisində olan ofisə getmiş, o, isə bir qədər sexdə dayanıb sonra bayıra çıxmış, həmin vaxtı əvvələr tanımadığı, sonradan adını öyrəndiyi Məhkum adlı şəxs sexə daxil olmuş və Zərərçəkmiş şəxsla bilmədiyi mövzuda söhbət etməyə başlamışdır. İlkin olaraq onların danışıqlarına fikir verməsə də sonra aralarında pul məsələsi olduğunu başa düşmüş, onlar bir neçə dəq iqə ərzində danışdıqdan sonra o, Məhkumun əlində bıçaqla Zərərçəkmiş şəxsin üzərinə getdiyini və əvvəl həmin bıçaqla Zərərçəkmiş şəxsin kürək nahiyyəsindən bir zərbə vurduğunu, daha sonra Zərərçəkmiş şəxsin Məhkuma tərəf çöndüyünü, Məhkumun yenidən onu bıçaqla əlindən vurduğunu görmüş, bundan sonra sonuncunun qaçaraq sexdən çıxıb qarşıda olan sexə daxil olana qədər, Məhkum da onun arxasınca qaçıb bıçaqla ayağından daha bir zərbə endirmiş, ümumilikdə isə bu üç zərbələri yalnız sexin daxilində vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs qarşıdakı sexə girmiş, Məhkum da onun arxasınca həmin sexə daxil olmuş, o, da onların arxasınça həmin sexə tərəf getsə də oraya daxil olmamış, lakin həmin sexdə olan şəxslərin Məhkumu sakitləşdirmələrini, Zərərçəkmiş şəxsi isə avtomobilə əyləşdirib xəstəxanya apar mlarını görmüşdür. Kassasiya protestində də ifadələrinə istinad olunmuş Şahid2 məhkəmə iclasında göstərmişdir ki, 02 iyul 2022-ci il tarixdə günorta saatlarında işdə olduğu zaman qarşıda yerləşən mebel sexinin sahibi Zərərçəkmiş şəxs onların sexinə gəlmiş, həmin vaxt onun üzərində qan ləkələrinin olduğunu görmüş, onun arxasınca isə birinci dəfə gördüyü, sonradan adının Məhkum olması bildiyi şəxs də əlində bıçaqla sexə daxil olmuş, onun əlində bıçaq olduğuna görə sonuncu tərəfindən Zərərçəkmiş şəxsin bıçaqla vurulduğunu başa düşmüş, ona görə də dərhal onun arxa tərəfinə keçərək qollarından tutmuş, onunla birlikdə sexdə işləyən X adlı şəxs isə Məhkumun əlindən bıçağı almışdır. Onlar Məhkumu tutan zaman sonuncu dartınıb onların əlindən çıxmağa çalışmamış və artıq həmin vaxt sakitləşmişdir. On lar Məhkumu buraxıb Zərərçəkmiş şəxsə kömək etməyə tələsmiş, Məhkum isə sexdən çıxmışdır. Adı çəkilən şahid həmçinin ifadələrində Məhkumun Zərərçəkmiş şəxsə bıçaq zərbələri vurmasını görmədiyini, onların arasındakı mübahisənin isə nədən qaynaqlandığını bilmədiyini qeyd etmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, 2021-ci ilin may ayından ünvan 4 ünvanında yerləşən iaşə obyektini icarəyə götürmüş, həmin obyekti mebel sexi kimi işlədir, sexin yaxınlığında isə Zərərçəkmiş şəxs da mebel sexi yerləşir. 02 iyul 2022-ci il tarixdə saat 12:35 radələrində o, sexdə işləyən zaman qonşu sexin sahibi Zərərçəkmiş şəxs qaçaraq onun işlədiyi sexə gəldiyini görmüş, nə baş verdiyini öyrənmək məqsədi ilə sexin giriş hissəsinə tərəf getmək istəyərkən Zərərçəkmiş şəxsin arxasınca onu n işçisi Məhkum da sexə gəlmiş, Zərərçəkmiş şəxs ucadan qışqıraraq ona köməklik etmələrini xahiş etmiş, sonra isə sexin içərisində olan müxtəlif əşyaları Məhkumun üstünə ataraq özünü ondan müdafiə etmişdir. 17-ci sexin uşaqları Məhkumu sakitləşdirmiş, lakin həmin vaxt o, yəni Şahid3, Məhkumun əlində bıçaq olduğunu görməmiş, onun sexdən çıxdıqdan sonra “sən buna layiqsən” ifadəsini işlətdiyini eşitmişdir. Onun işlədiyi sexdə Məhkum Zərərçəkmiş şəxs bıçaqla vurmamış, Zərərçəkmiş şəxsin isə sexə gələrkən bədəninin bir neçə yerindən bıçaqla vurulduğunu onun üzərində qan izlərinin olmasından bilmişdir. Məhkəmə iclasında Şahid4 göstərmişdir ki, o, 2021-ci il tarixdən etibarən ünvan 3 ünvanında yerləşən X adlı şəxsə məxsus mebel sexində usta kimi işləyir. Həmin sexdə oğlu Məhkum da işləyir. 02 iyul 2022-ci il tarixdə günorta saatlarında həmin sexdə işləyən zaman səs-küy eşitmiş, nə baş verdiyini müəyyən etmək üçün sexdən bayıra çıxmış, həmin vaxtı qonşu sexin sahibi Zərərçəkmiş şəxs sexindən çıxaraq qaçdığını, onun üstbaşının qan içində olduğunu, Zərərçəkmiş şəxsin arxasınca isə həmin sexdə işləyən Məhkum adlı şəxsin də əlində bıçaqla qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs yaxınlıqda olan sexlərin birinə daxil olmuş, bundan sonra Məhkum adlı şəxsin Zərərçəkmiş şəxsi bıçaqla vurduğunu başa düşmüş, onları sakitləşdirmək üçün həmin sexə gedib sexin giriş hissəsində dayanmış, həmin sexin içərsində Zərərçəkmiş şəxsin özünü müdəfiə etmək üçün Məhkumdan qaçıb bayıra çıxmış, Məhkum da yenidən onun arxasınca qaçmaq istəyərkən sexdə olan şəxslər Məhkumu tutaraq əlindən bıçağı almışlar. Məh kumun Zərərçəkmiş şəxsdən pul istədiyinə görə aralarında mübahisənin baş verdiyini sonradan eşitmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs səhhətinin çox pis olduğunu gördüyü üçün onu öz avtomobilində Kiliniki Tibbi mərkəzə aparmışdır. Məhkum hadisə günü işlədikləri sexin yaxınlığındakı digər sexdə Zərərçəkmiş şəxs bıçaqla vurduğunu o, yəni Şahid4 görməmişdir. Şahid5 göstərmişdir ki, 02 iyul 2022-ci il tarixdə atasının işlədiyi ünvan 3 ünvanında yerləşən mebel sexində ona köməklik edərkən günorta saatlarında yaxınlıqdan səs-küy gəldiyini eşidərək nə baş verdiyini müəyyən etmək üçün sexdən bayıra çıxmış, həmin vaxtı qonşu sexin sahibi Zərərçəkmiş şəxs öz sexindən çıxaraq qaçdığını, üst başının qan içində olduğunu görmüş, onun arxasınca həmin sexdə işləyən Məhkum adlı şəxsin də qaçdığını və onun əli ndə bıçaq olduğunu, Zərərçəkmiş şəxsin yaxınlıqda olan sexlərin birinə daxil olmasını görüb Məhkumun Zərərçəkmiş şəxsi bıçaqla vurduğunu və yenidən vurmaq istədiyindən onun arxasınca qaçdığnı başa düşmüşdür. O, həmin şəxsləri sakitləşdirmək məqsədilə Zərərçəkmiş şəxs daxil olduğu sexə getmiş, sexin giriş hissəsində dayanmış, orada Zərərçəkmiş şəxsin özünü müdafiə etmək üçün Məhkumdan qaçmasını, ayağı massaya ilişərək yerə yıxılmasını və bundan istifadə edən Məhkumun ona yaxınlaşıb əlindəki bıçaqla sonuncunun ayağından bir zərbə vurduğunu görmüşdür. Bu vaxt həmin vaxt sexdə olan şəxslər Məhkumu tutub bayıra çıxarmış, o, isə Zərərçəkmiş şəxs səhhəttinin pis olduğunu görüb onu atasına məxsus avtomobildə sonuncu ilə birlikdə Kiliniki Tibbi mərkəzə aparmışdır. Məhkumun Zərərçəkmiş şəxsdən pul i stədiyinə görə aralarında mübahisənin baş verdiyini o, sonradan eşitmişdir. Məhkəmə-tibbi ekspertizanın 28 iyul 2022-ci il tarixli 1433 nömrəli rəyinə əsasən, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthində, solda, arxa qoltuqaltı xətt ilə kürək xətti arasında V-VI qabırğalararası sahənin boşluğa nüfuz etməyən, yumşaq toxumaları və sol kürək sümüyünün bayır kənarını zədələyən, sol sağrının aşağı-iç kvadratının yumşaq toxumaları zədələyən, düz bağırsaq mənfəzinə keçməyən deşilmiş-kəsilmiş və sağ saidin orta aşağı 1/3-nin ön səthinin iç yarısının profuz arterial qanaxma ilə müşayiət olunan mil arteriyasının və palmaris lonqus bağının (mil-bilək oynağını önə bükən bağ) tam kəsilməsinə səbəb olmuş kəsilmiş yaraları deşici-kəsici əşyan ın (əşyaların) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə deşici-kəsici əşya ilə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-ballistik ekspertizanın 14 iyul 2022-ci il tarixli 3/911nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı bıçağıdır, soyuq silah hesab edilmir. Əvvəla təsvir edilmiş ifadələri və ekspertiza rəylərini təhlil edərək məhkə mə kollegiyası qeyd edir ki, bu sübutlarla Məhkum 02 iyul 2022-ci il tarixdə saat 12.30 radələrində Zərərçəkmiş şəxs ona pul vermək barədə xahişini yerinə yetirməkdən imtina etdiyinə görə, yəni cüzi səbəbdən (xuliqanlıq niyyətilə) sonuncunun bədəninin müxtəlif nahiyyələrindən özündə olan mətbəx bıçağı ilə üç zərbə vuraraq onun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətlərini yetirməsi tam təsdiq edilir və bu halın toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməsi mübahisəsizdir. Təhlil olunan sübutlardan görünən ziddiyyətli hal isə ondan ibarətdir ki, həm Məhkum, həm də şahidlərin əksəriyyəti öz ifadələrində Zərərçəkmiş şəxs özünün sahibi olduğu sexdən çıxıb digər sexə daxil olduqdan sonra orada Məhkum tərəfindən sonuncuya bıçaq zərbəsi vurulmadığını bildirsələr də, Zərərçəkmiş şəxs və Şahid5, hər birisi ayrıayrılıqda göstərmişlər ki, zərər çəkmiş şəxs qaçıb qarşıdakı mebel sexinə daxil olduqdan sonra ayağı ilişib yıxıldıqda Məhkum onun ayağından bıçaq zərbəsini məhz həmin sexdə vurmuşdur. Həm məhkəməyədək toplanmış, həm də məhkəmə icraatına aid olan materiallardan göründüyü kimi, bu ziddiyyət aradan qaldırılmamış, Məhkum qarşı irəli sürülmüş ittihamda da bu məsələyə aydınlıq gətirilməmişdir. Bununla yanaşı, həmin ittihamda Məhkum əvvəl qərəzli xuliqanlıq hərəkətləri etməsi və bundan sonra xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurması göstərilmişdir ki, bu hal da ümumiyyətlə toplanmış və araşdırılmış sübutlarla heç uzlaşmır. Belə ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla dəqiqliklə müəyyən edilmişdir ki, hadisə baş verən tarixdə Məhkum ilə Zərərçəkmiş şəxs arasında sonuncunun icarəyə götürüb işlətdiyi mebel sexində yuxarıda göstərilən səbəbdən mübahisə baş verərkən onlar həmin sexdə yalnız ikisi olmuş, bu vaxt Məhkum ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunan hər hansı hərəkət etməmiş və cüzi səbəbdən əlinə keçirdiyi mətbəx bıçağı ilə, ittihamda göstərildiyi kimi, zərərçəkmişə üç bıçaq zərbəsi vurub onun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs daha artıq zərbələrdən yayınması üçün başqa sexə qaçması, Məhkum isə ona əlavə zərbələr vurmaq məqsədilə arxasınca həmin sexə gələrək orada hər hansı xuliqanlıq hərəkətləri et məsi kimi hallar isə sonuncuya qarşı irəli sürülmüş ittihamda əksini tapmamışdır və məhkəmə kollegiyasının qənaətinə görə, bunun üçün əsaslar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış və yuxarıda təsvir olunmuş sübutlarla Məhkum iradəvi şəkildə Zərərçəkmiş şəxs qaçdığı sexdə ona bıçaqla başqa zərbələr yetirməyə cəhd etməsi, eyni zamanda orada ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər törətməsi, o cümlədən göstərilən sexin iş ahənginin, habelə, kassasiya protestində və Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərildiyi kimi, həm orada, həm də digər sexlərdə işləyən şəxslərin istirahətinin pozulması müəyyən edilməmiş, şahid qismində dindirilmiş həmin şəxslərlə yanaşı Zərərçəkmiş şəxs da bu kimi hallar ın baş verməsi barədə heç nə göstərməmiş və Məhkum ikinci sexdə hər hansı cinayət xarakterli əməllər törətdiyinə görə ona qarşı ittiham irəli sürülməmişdir. Dövlət ittihamçısı2 kassasiya protestində və Zərərçəkmiş şəxs kassasiya şikayətində isə onun müəllifləri həm sonuncuya məxsus, həm də onun Məhkum təqibindən qaçaraq daxil olduğu sexin ümumilikdə ictimai yer olması qeyd edilərək həmin yerlərdə xuliqanlıq əməllərini törətməsi iddia olunur ki, bu iddia da məhkum olunmuş şəxsə qarşı irəli sürülmüş ittihamdan kənara çıxmaq kimi dəyərləndirilməlidir. Halbuki, CPM-nin 318.1- ci maddəsinin tələbinə və mənasına görə, şəxsə qarşı irəli sürülməmiş ittiham üzrə onun təqsirli bilinməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən kassasiya müraciətlərinin dəlillərinə cavab verilm əsi üçün Məhkum yalnız işlədiyi sexdə törətdiyi əməllər nəzərdən keçirilməlidir, çünki ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham da onun məhz həmin sexdə törətdiyi əmələ qiymət verilməsi ilə məhdudlaşır. Bu ittihamda isə sadəcə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin dispozitiv əlamətləri göstərilmiş, həmin əlamətlərin, yəni Məhkum ictimai qaydanı kobud surətdə pozmasının, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsinin hansı hərəkətlərində əksini tapması göstərilməmiş və bu hallara dair heç bir sübut əldə edilməmiş, belə sübutlar məhkəmələrə təqdim olunmamış, bu kimi sübutlara kassasiya protestində və Zərərçəkmiş şəxs kassasiya şikayətində də istinad edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda həm birinci, h əm də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini mümkün bilmiş və belə nəticəyə gələrkən, göstərilən kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq, nəinki araşdırılmış sübutların hamısını tədqiq edib onlara qanuna müvafiq qaydada qiymət vermiş, həm də məhkumun törətdiyi əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edərkən təqsirsizlik prezumpsiyası təsbit edilmiş milli qanunvericiliyin və beynəlxalq müqavilələrin aşağıdakı tələblərinə də əməl etmiş, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini təhlil edib kifayət qədər nəzərə a lmışlar. Buna görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür və bununla bağlı kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin bu hissədə təmin edilməməsini mümkün bilir. Öz qənaəti ilə bağlı, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə ə saslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 2-ci hissəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinay əti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq CPM-nin 21.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual q anunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində isə göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilm əməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziy yətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə həmçinin şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının və onun əməlinə cinayət qanununun bu və ya digər n ormasının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması zamanı da əməl olunmalıdır ki, məhkəmələr də Məhkum əməlini yalnız CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edərkən, yəni həmin əməli xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirərkən təhlil edilən prinsipə riayət etmişlər. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə görə isə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs yuxarıda göstərilən hallarla yanaşı həmçinin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıqaşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur və həqiqətən cüzi səbəbdən, yəni ona qarşı hər hansı qanunsuzluq göstərilmədiyi h alda özündə bu haqda formalaşmış ehtimal əsasında digər şəxsə zor tətbiq edir. Qeyd olunmalıdır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 004-cü il 23 mart tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsir və şərhlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu təhlil edilən məsələ ilə bağlı öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası vurğulayır ki, həmin Qərarda xuliqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli ə məllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəs ində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca h örmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona b ərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını al mağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə b ilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn məna ya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Məhkum 02 iyul 2022-ci il tarixdə işlədiyi mebel sexində silah qismində istifadə etdiyi əşyanı – mətbəx bı çağını tətbiq etməklə Zərərçəkmiş şəxs qarşı zorakılıq əməllərini törədərkən həm də ictimai qaydanı pozması və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, yəni kassasiya protestində və zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilən xuliqanlıq cinayətinin mütləq əlamətlərinə olan hərəkətlər törətməsi, onun qəsdinin məhz bu hərəkətlərin törədilməsinə yönəlməsi müəyyən edilməmiş və o, yalnız cüzi səbəbdən, yəni xuliqanlıq niyyətilə ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bu haqda məhkəmələrin gəldikləri mötəbər nəticə qəbul edilmiş yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırılmış, Məhkum xuliqanlıq cinayəti törətməsinin sübuta yetirilməməsi barədə məhkəmələrin qənaəti isə araşdırılmış sübutlarla yanaşı həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un yuxarıda istinad olunan Qərarında əksini tapmış hüquqi mövqeyə, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğun olmuşdur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci ins tansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hazırki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldığından, məhkəmə iclasında isə istər ittiham, istərsə də müdafiə tərəfi əlavə sübutların araşdırılması barədə təşəbbüslə çıxış etmədiklərindən, apellyasiya instansiyası məhkəməsində hökmdən verilmiş apellyasiya apellyasiya protestinə və Zərərçəkmiş şəxs apellyasiya şikayətinə baxılarkən həmin sübutların təkrarən araşdırılmasına ehtiyac olmamış və buna görə Məhkum törətdiyi əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsinin, habelə ona CM-nin 127.2.3-cü maddəsi ilə ədalətli və qanuni cəzanın təyin edilib-edilməməsinin yoxlanılması kifayət etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti ilə bağlı Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izaş etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyət ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cə miyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bi r üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aş kar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı t əqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, bu izahların yekun mənası ondan ibarətdir ki, istər qəsdən adam öldürmənin, istərsə də qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurmanının motivini xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrindən və digər sübutlardan da göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxsla aralarındakı mübahisə məhkum olunmuş şəxsin qanunsuz tələbinin zərərçəkmiş şəxs tərəfindən yerinə yetirilməməsi səbəbindən başlamış və Məhkum bunu bəhanə edərək, yəni cüzi səbəbdən xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş, lakin onun tərəfindən xuliqanlıq cinayət inin törədilməsinə dəlalət edən başqa hərəkətlər etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməlin yalnız CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur. Belə olan halda, birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası həmin məhkəmə tərəfindən CPM-nin 416.1.15-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən etmir və buna görə kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin bununla əlaqədar dəlillərini qəbul edilməz sayaraq həmin kassasiya müraciətlərinin bu hissədə də təmin edilməsini mümkün bilmir. Zərərçəkmiş şəxs mülki iddiasının əsassız olaraq təmin edilməməsi və həmin iddiaya heç bir cavab verilməməsi barədə onun kassasiya şikayətində irəli sürdüyü dəlilə cavab olaraq məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin materiallara əsasən Zərərçəkmiş şəxs həqiqətən 21 yanvar 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi kimi 6480 manat, mənəvi ziyanın əvəzi olaraq 1500 manat və dövlət rüsumunu təşkil edən 100 manat məbləğində pulların sonuncudan tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Lakin, həmin iddia qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmənin müşav irə otağında qəbul etdiyi 02 fevral 2022-ci il tarixli qərarla həmin iddianın qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, eyni zamanda iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra zərər çəkmiş şəxsin təkrarən həmin məhkəməyə, yaxud da mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ ona izah edilmişdir. Öz qərarını isə məhkəmə belə əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs iddia ərizəsini məhkəməyə bir nüsxədə təqdim etmiş, onun maddi ziyanın vurluması ilə bağlı iddia tələblərini təsdiq edən sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bu nəticəyə gələrkən isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 150.1.1 və CPM-nin 179.1, 179.2, 183. 3 və 184-cü maddələrinin tələblərinə əsaslanmışdır. MPM-nin 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla)... CPM-nin 179.1-ci maddəsinə görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinin təlblərindən görünür ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 183.3-cü maddəsində təsbit edilmiş dir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. CPM-nin 184-cü maddəsində isə göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. İş materiallarından göründüyü kimi, cinayət təqibinin sonrakı mərhə lələrində, o cümlədən işə apellyasiya instansiyası məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş nöqsanları aradan qaldırmayaraq sonradan təkrarən mülki iddia ərizəsi ilə məhkəmələrə müraciət etməmiş və buna görə onun geri qaytarılmış ilkin iddia ərizəsi məhkəmə baxışlarının predmeti olmadığından məhkəmələr də həmin ərizədə irəli sürülmüş tələblərə hər hansı şəkildə cavab verilməsi barədə heç bir qərar qəbul etməmişlər. Bu baxımdan, məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı da məhkəmələr tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsini müəyyən etməyərək bu haqda kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, lakin eyni zamanda vurğulayır ki, bu qənaət, 02 fevral 2022-ci il tarixli qərar da göstərildiyi kimi, Zərərçəkmiş şəxs ona vurlmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar ağır olması barədə müdafiəçi K.M.Səfərzadənin kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, y əni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkə n törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göst ərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində c inayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların m əcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli ə məl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakt erini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələ rə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi i sə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58. 3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar tə qsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, son olaraq Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 127.2.3-cü maddəs inin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmiş və CM-nin 15.3-cü maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur. Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum təqsirli bilindiyi maddə əsasında azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən onun təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı azadlıqdan məhrum etmə cəzası ilə əvəz edərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu halların nədə ifadə olunması və nəyə görə cəzanı yüngü lləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, Məhkum ona istinad olunan əməli müəyyən situasiya nəzərə alınmaqla zərurətdən deyil, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verdiyini qabaqcadan bildiyi halda düşünülmüş tərzdə törətdiyinə görə ona təyin edilmiş cəza yüngüllüyünə görə ədalətsiz, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilməli, digər tərəfdən isə onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması məhkuma azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi halında mümkündür. Məhkəmə həmçinin düzgün olaraq öz qənaətini belə əsaslandırmışdır ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq c inayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır, qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədi, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Həmin məhkəmənin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Məhkum cəzasını yüngülləşdirən hər hansı hal araşdırılmış sübutlarla müəyyən edilməmiş, müdafiəçi K.M.Səfərzadə də kassasiya şikayətində müvafiq sübutlarla təsdiq edilən belə hallara istinad etməmişdir. Belə olan halda halda, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın açıqaşkar sərt cəza kimi dəyərləndirilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilməməsini hesab edərək təhlil edilən məsələ ilə bağlı müdafiəçi K.M.Səfərzadənin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayıb həmin şikayətin də təmin edilməməsi barədə qənaətə gəlir. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin və kassasiya şikayətlərinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi K.M.Səfərzadənin kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun və Zərərçəkmiş şəxs, sonuncunun kassasiya şikayətinin və Dövlət ittihamçısı2 kassasiya protestinin təmin edilməməsi, özünün kassasiya şikayətinin isə təmin edilməsi barədə müdafiəçi K.M.Səfərzadənin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə bütün kassasiya müraciətləri təmin edilməməli, Məhkum CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı isə həmin müraciətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-303/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-303/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver