Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3033/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 noyabr tarixli, 1(103)-2069/2025 nömrəli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 1(101)-1627/2025 saylı hökmü ilə, (Hakimlər X3 qızı (sədrlik edən), X9 və X4 ibarət tərkibdə) xx xxxx 1999-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyi n edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilmiş, onun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, davranışı üzərində nəzarətin Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilməsi, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında azad edilməsi və barəsində başqa yerə getməm ək haqqında iltizam qətimkan tədbiri seçilməsi, qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) 2025-ci il 19 noyabr tarixli, 1(103)-2069/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və mü ddəalar xaric edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu və həbsdə saxlandığı 17 aprel 2025-ci il tarixdən 17 sentyabr 2025-ci il tarixədək olan cəmi 5 (beş) ay müddət həbsdə saxlamanın müddətinə hesablanmaqla, ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Məhkum üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Hökmünə əsasən, Məhkum zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını təkrarən hədə-qorxu yolu ilə tələb etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu Zərərçəkmiş şəxs özünü hü quq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək onu sosial şəbəkələrdə narahat edən Şahid2 Zərərçəkmiş şəxs narahat etməməsi və guya onu öldürəcəyi hədəsi ilə qorumaq üçün nişanlı olmaları görüntüsünü yaratmaq məqsədilə birlikdə səmimi fotoşəkil çəkdirərək onun fotogörüntüsünü mobil telefon vasitəsilə ələ keçirməyə nail olduqdan sonra 10 fevral 2025-ci il tarixdə həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi və ailə üzvlərinə göstərəcəyi, bu şəkildə onu rüsvay edəcəyi barədə Zərərçəkmiş şəxs hədə-qorxu gəlib barəsindəki həmin rüsvayedici məlumatların yayılmaması qarşılığında ondan hədə-qorxu yolu ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 26 ünvanında yerləşən yaşayış binasının həyətində görüşərək 1000 manat pul tələb etmiş, 11 fevral 2025-ci il tarixdə saat 15:44-də Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsilə sonuncuya məxsus 300 manat məbləğində pul vəsaitini öz istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********364764 nömrəli bank kartına göndərilmək üsulu ilə hədə-qorxu yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu Zərərçəkmiş şəxs özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək onu sosial şəbəkələrdə narahat edən Şahid2 Zərərçəkmiş şəxs narahat etməməsi və guya onu öldürəcəyi hədəsi ilə qorumaq üçü n nişanlı olmaları görüntüsünü yaratmaq məqsədilə birlikdə səmimi fotoşəkil çəkdirərək onun fotogörüntüsünü mobil telefon vasitəsilə ələ keçirməyə nail olduqdan sonra 07 aprel 2025ci il tarixdə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə telefon əlaqəsi saxlayaraq həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi və ailə üzvlərinə göstərəcəyi, bu şəkildə onu rüsvay edəcəyi barədə Zərərçəkmiş şəxs hədə-qorxu gəlib barəsindəki həmin rüsvayedici məlumatların yayılmaması qarşılığında ondan hədə-qorxu yolu ilə 500 manat pul tələb edərək 7 aprel 2025-ci il tarixdə 500 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən ünvan 3 ünvanında olan zaman “ABB” mobil tətbiqi vasitəsilə öz istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********364764 nömrəli bank kartına gönd ərilməsini təmin etməklə hədə-qorxu yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini və əlavəni əsaslandıraraq qeyd etmişdir ki, CPM-in 223.1-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilmesi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu olmalıdır. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu o halda kifayətedici ola bilər ki, cəlb edilən şəxsin təqsirini müəyyən etmiş olsun v ə ittihamın irəli sürülməsi üçün CPM-in 139-cu maddəsində göstərilmiş halların müəyyən edilməsi zəruridir. Müdafiəçi bildirmişdir ki, hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadl ıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Belə olduğu halda Məhkum cinayət əməlinin törədilməsinə yol vermiş belə olsa əməlinin subyektiv cəhəti, CM-in hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üst-üstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir və verilən cəza isə əmələ uyğun olmalı, ədalət prinsipini pozmalı deyil. Törədilən əmələ görə cinayət məsuliyyəti də şəxsin təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Bunlar heç biri olmadığı təqdirdə şəxsin barəsində istintaq hərəkətləri başlamaq, onu mühakimə etmək, lüzumsuz cinayət hüquqi xarakterli tədbirlər görülməsi və hər hansısa ədalətsiz cəza verilməsi tamamilə qanunsuz və özbaşınalıqdan ibarətdir. Müdafiəçi bildirmişdir ki, Məhkum ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər məhkum olunmamışdır. Məhkum tələbədir, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin nəqliyyat mühəndisliyi ixtisası üzrə birinci kursda əyani şöbədə təhsil alır. 2025-ci ilin sentyabr ayından Universitetdə təhsilinə davam etməlidir. Bakı Mühəndislik Universiteti tərəfindən verilən xasiyyətnamədən də görünür ki, Məhkum universitetdə təhsil aldığı müddət ərzində özünü istedadlı, məsuliyyətli, işgüzar b ir tələbə kimi tanıtmışdır. O, oxuduğu qrupun kollektivi ilə səmimi dostluq münasibətləri qura bilmiş, zəhmətkeşlik, obyektivlik, haqsızlığa dözümsüzlük kimi yüksək keyfiyyətlərinə görə müəllimlərinin sevgisini qazanmışdır. Həmçinin bildirmişdir ki, Məhkum "orqanik beyin sindromu" xəstəliyindən əziyyət çəkir, o, daimi həkim nəzarətində olmalı, mütəmadi tibbi prosedurlar keçməlidir. Hazırda da səhhətində ciddi problemlər var. Müdafiəçi qeyd etmişdir ki, sözügedən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətləri aparılmamışdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı dövründə sözügedən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, Məhkum əsassız olaraq ittiham olunmuşdur. O, qeyd edir ki, Məhkum əməlində CM-in 182:2.2-ci maddəsinin tərkib əl amətləri yoxdur. Göstərilən hallar Məhkum təqsirsizliyini tam sübuta yetirir. Odur ki, hazırki cinayət işi üzrə bəraət qərarı çıxarılmalıdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum əməli qanunsuz və əsasız olaraq CM-in 182.2-ci maddəsinə tövsif edilmiş, işə baxan apellyasiya instansiya məhkəməsi də əsassız olan apellyasiya protestinə əsasən əsassız qərar qəbul etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində və əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum CM-in 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığina görə və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində həmin maddə üzrə bəraət verilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 kassasiya şikayətinin və əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və əlavənin təmin olunmamasını və Məhkum CM-in 182.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 noyabr tarixli, 1(103)-2069/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı o lmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birin ci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində və əlavədə məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından s əlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar e dilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərin ə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əl avənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkum un əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs irini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Hazırk i cinayət işinin hallarından görünür ki, məhkəmələr təqsirləndirilən şəxsin CMnin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə, könüllü olaraq ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişlər. Məhkəmələr təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməmişlər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edild iyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir maneə mövcud deyil. Belə ki, CM-in 70.2-ci maddəsinə əsasən də məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilk dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsinin tələ bləri baxımından hazırkı cinayət əməlini tədqiq etdikdə müəyyən olunur ki, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam ödənilməsi, tərəflər arasında barışıq əldə edilməsi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilməli, eləcə də məhkumun törətmiş olduğu cinayət əməlindən səmimi peşman olması və vurulmuş maddi zərəri ödəməsi onun asan islah olunan şəxs olması qənaətinə gəlməyə əsas verməklə və məhkumun cəzasını yüngülləşdirən halların məcmusu, məhkumun həbsdə uzun müddət saxlanmasının onun ailəsinin həyat şəraitinə mənfi təsir etməklə cəzanın məqsədinə xidmət etməməsi nəzərə alınmalıdlr. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ədalətli olmaqla, humanizm prinsipinin təl əblərinə də uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti və əlavə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində məhkumun üzərinə vəzifələr qoyulmalı və o, dərhal cəza çəkdiyi müəssisədən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 noyabr tari xli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsu n. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3033/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3033/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver