Məhkəmə qərarları › İş №1(102)-3036/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3036/2025

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3036/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 iştirakları ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 125, 157.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ismayıllı Rayon Məhkəməsinin (hakim X6 oğlunun sədrliyi ilə) ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü ilə, ## ###### 1988-ci ildə Ismayıllı rayonunun Bəhliyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ismayıllı şəhəri ərazisində (Ismayıllı rayonunun keçmiş Ismayıllı kəndində) qeydiyyatda olan və həmən ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X15 cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 125-ci maddəsinə əsasən 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 157.2-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 221.2.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının həbsə alındığı andan – ## #### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və ya kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Işin halları: Məhkəmənin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, o, 2011-ci ilin dəqiq tarixi müəyyən edilməyən vaxtında X4 ilə tanış olmuş və aralarında nikahdan kənar sevgi və intim münasibətlər yaranmış, həmin vaxtdan etibarən o, Dilarə Orucova ilə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə mütəmadi olaraq görüşüb qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmaqla və seksual xarakterli digər hərəkətlər etməklə intim münasibətlərdə olmuş, uzun müddət, yəni 10 ildən artıq müddət ərzində nikahdan kənar gizli sevgi münasibətlərində olmaları və intim münasibətlərini başqalarından gizli saxlamaq istəmələri ilə əlaqədar aralarında mənəvi-psixoloji asılılıq yaranmış, təqribən 2022-ci ilin yay aylarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, Dilarə Orucovanın digər şəxslə intim münasibətlərdə olmasını öyrənmiş və bu səbəbdən qısqanclıq zəminində sonuncu ilə aralarında mübahisə yaranmış, həmin vaxtdan etibarən o, mütəmadi olaraq Dilarə Orucovanı nalayiq ifadələrlə təhqir edib ləyaqətini mütəmadi olaraq alçaldaraq, hədənin icra ediləcəyi üçün real əsaslar olmadan öldürməklə və ya sağlamlığına zərər vurmaqla hədələyərək, habelə Dilarə Orucovadan polis orqanlarına şikayət edəcəyi ilə hədələməklə hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırmış, təqribən 2022-ci ilin sonu, 2023-cü ilin əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Dilarə Orucova onunla münasibətlərini bitirmək istədiyini deyərək aralarında olan əlaqən kəsməyə çalışmış, bu məqsədlə Dilarə Orucova ##.##.2023-cü il tarixdə öz telefonunda onun zənglərini məhdudlaşdırmaq məqsədi ilə zənglərinə qadağa qoymuş, o, Dilarə Orucovanın telefonunda onun nömrələrinə qadağa qoyması səbəbindən əsəbiləşərək ##.##.2023-cü il tarixdə, saat 12:47-də sonuncunun işlədiyi ünvan * saylı ünvanda yerləşən “Anais” gözəllik salonuna gələrək içəriyə daxil olub salonda digər şəxslərin olmasına əhəmiyyət vermədən Dilarə Orucovanın əlindəki hava fenini alaraq stolun üstünə qoyub sonuncunun qolundan tutaraq çölə çıxarmağa çalışmış, Dilarə Orucova ona müqavimət göstərib çıxmaq istəmədiyini bildirdikdə o, fiziki güc tətbiq edib sonuncunun qolunu sıxaraq və sair yolla sağ bazunun dörd ədəd və sağ süd vəzisinin bir ədəd qançırlarından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Dilarə Orucova işini bitirdikdən sonra onunla birlikdə gedəcəyini söylədikdə o, razılaşaraq salondan çölə çıxmış, saat 13:00-da o, yenidən salona daxil olduqda salonda olan müştərilər buna etiraz etdiklərindən yenidən salondan çölə çıxmış, Dilarə Orucova onun salondan uzaqlaşmamasından, ətrafda olan şəxslərin aralarında olan münasibətlərdən xəbər tutacaqlarından narahat olub tanışı zərərçəkmiş şəxs3 zəng edərək onun gözəllik salonuna basqın etdiyini, gəlib onu salonun qarşısından aparmasını söyləmiş, zərərçəkmiş şəxs3 Dilarə Orucovanın xahişi əsasında saat 13:26-da “Anais” gözəllik salonunun qarşısına gələrək onun salonun qarşısında dayanıb gözləməsini görüb ona yaxınlaşaraq salamlaşmış və salonda girib səs-küy salmasını irad bildirərək həmin yerdən uzaqlaşmasını tələb etmiş, həmin vaxt o, zərərçəkmiş şəxs3 sözlərindən əsəbiləşərək sonuncunun ona irad tutmasını səbəb kimi bəhanə edib şəxsi münasibətlər zəminində başladığı aqressiv hərəkətlərini qərəzli formada davam etdirib xuliqanlıq həddinə çatdıraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, yəni heç bir əsaslı səbəb olmadan və ətrafda çoxlu insanların olmasına əhəmiyyət verməyərək yüksək səslə nalayiq ifadələr işlədib zərərçəkmiş şəxs3 qarşı zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyub yumruq və təpiklə zərərçəkmiş şəxs3 zərbələr endirərək sonuncuya sol gözün ağlı qişasının qansızması, sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs3 özünü müdafiə etmək məqsədi ilə həmin yerdən qaçıb ünvan 2 saylı ünvanda yerləşən aptekin qarşısında dayanmış “Mercedes E240” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə minərək uzaqlaşmaq istədikdə o, yüksək səslə nalayiq ifadələr işlədərək arxası ilə qaçıb əsaslı səbəb olmadan avtomobilin ön sərnişin oturacağında əyləşmiş zərərçəkmiş şəxs3 yumruq və təpək zərbələri vurmağa davam etmiş, həmin vaxt yaxınlıqda olan zərərçəkmiş şəxs1 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə yaxınlaşıb onu sakitləşdirərək kənarlaşdırmaq istədikdə o, öz qərəzli hərəkətlərini davam etdirib ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxs1 zor tətbiq edib itələməklə, həmçinin zor tətbiq etməklə hədələyib ünvanına nalayiq ifadələr işlətməklə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, Emil Hüseynov onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə bir dəfə üz nahiyəsindən yumruqla vuraraq ona çənə nahiyəsinin səthi yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, müvazinətini itirərək yerə yıxılıb qərəzli xuliqanlıq hərəkətlərini dayandırmış, bir neçə dəqiqə sonra o, ayağa qalxaraq “Anais” gözəllik salonunun qarşısına gedib Dilarə Orucovanı yenidən çölə çağırmış və sonuncu ilə söhbət etməyə başlamış, söhbət zamanı Dilarə Orucova onu artıq sevmədiyini deyib uzaq durmasını tələb etmiş, bu məqsədlə ona evlərinə gedib onun anası ilə danışmaq istədiyini söyləmiş və o, təqribən saat 13:35 radələrində Dilarə Orucova ilə birlikdə salondan çıxaraq bir müddət söhbət etdikdən sonra yaşadığı Ismayıllı rayonunun Ismayıllı kəndində yerləşən evə gəlmiş, həmin evə çatdıqda Dilarə Orucova onun anası X7 yanında bir daha onu sevmədiyini deyib uzaq durmasını tələb etdikdə o, yalan danışdığını deyərək əsəbi şəkildə 3-4 dəfə şillə ilə Dilarə Orucovanın üz və baş nahiyələrindən vuraraq sonuncuya sol gözaltı nahiyənin qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və Dilarə Orucova ağlayaraq həmin evdən çıxıb getmiş, nəticədə o, ondan nikahdan kənar gizli sevgi münasibətlərində olmaları və aralarında olan intim münasibətləri başqalarından gizli saxlamaq istəmələri ilə əlaqədar yaranmış mənəvipsixoloji asılılıq vəziyyətində olan Dilarə Orucovanın aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, Dilarə Orucovadan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırmış, həmin gün baş vermiş hadisə ilə bağlı Ismayıllı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsi ilə rayon polis şöbəsinə dəvət edilən Dilarə Orucova həmin hadisə ilə bağlı polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, autoaqressiv vəziyyətdə yaşadığı Ismayıllı rayonunun Ismayıllı kəndində yerləşən evdə özünü asmaqla boyunun bir ədəd stranqulyasiya şırımı kimi bədənin öz ağırlığı ilə yaranmış dartma qüvvəsinin təsirindən boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində yaranmış, dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfiksiya ilə müşayiət olunduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölümə səbəb olmuş xəsarət yetirərək özünü öldürmüşdür. Bundan əlavə, o, ##.##.2023-cü il tarixdə, saat 23 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda, sərxoş vəziyyətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterinin RX1498093 seriya və nömrəli çıxarışına əsasən zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətində olan, Ismayıllı rayonunun Ismayıllı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qarşısına gələrək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evin mülkiyyətçisi zərərçəkmiş şəxs2 və evdə yaşayanların iradəsi ziddinə əvvəlcə evin həyətinin örtülü vəziyyətdə olan qapısını açaraq həyətə, sonra isə fərdi yaşayış evinin qapısını açıb evin birinci mərtəbəsinə daxil olub, oradan evin mülkiyyətçisinin və evdə yaşayanların iradəsi ziddinə pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxaraq, evdə olan zərərçəkmiş şəxs2, X5 və digərlərinin evi tərk etməsini tələb etmələrinə baxmayaraq, ona mane olmaq istəyənləri zor tətbiq edilməsi ilə hədələməklə evin otaqlarına daxil olub həmin otaqları gəzərək qəsdən zərərçəkmiş şəxs2 mənzil toxunulmazlığı hüququnu pozmuş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə edilmiş müraciət əsasında hadisə yerinə gəlmiş Ismayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, evdən çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsində, məhkəmə istintaqı zamanı toplanmış sübutlar, yəni şahid ifadələri, ekspertiza rəyləri, o cümlədən toplanmış digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, məhkəmə həmin ziddiyyətlərin aradan qaldırılması istiqamətində hər hansı prosesual hərəkətlər etməməklə yanaşı, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları da ## #### 2025-ci il tarixli hökmü ilə təhrif edərək, qanunsuz və əsassız hökm çıxartmışdır. Şikayətdə qeyd edilir ki, məhkum edilmiş şəxs elan olunmuş ittihamları qəbul etmir, zərərçəkmiş şəxsə qarşı hər hansı hədə-qorxu, amansız rəftar və ya ləyaqətin alçaldılması hallarının baş vermədiyini bildirir. O, hadisələrin şəxsi münaqişə zəminində baş verdiyini, həmçinin özünə qarşı fiziki zor tətbiq edildiyini və bu hallar üzrə istintaqın obyektiv aparılmadığını iddia edir. Məhkəmə-tibbi ekspertiza rəylərinə istinad olunaraq göstərilir ki, mərhumun ölüm səbəbi mexaniki asfiksiya olmaqla intihar kimi qiymətləndirilsə də, bədənində aşkar edilən digər xəsarətlərin üçüncü şəxslər tərəfindən yetirilməsi ehtimalı nəzərə alınmamış, həmin xəsarətlərin yaranma mexanizmi və vaxtı üzrə ziddiyyətlər araşdırılmamışdır. Bundan əlavə, mərhumun əri ilə son telefon danışığı zamanı onun emosional vəziyyətinin normal olduğu bildirilsə də, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şikayətdə həmçinin qeyd olunur ki, istintaq zamanı əldə edilmiş əlyazma məktubun tərtib olunma şəraiti, yazılma vaxtı və psixoloji vəziyyətlə bağlı ekspert rəyində göstərilən məqamlar düzgün qiymətləndirilməmiş, məktubun hadisədən əvvəl yazılması ehtimalı araşdırılmamışdır. Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə ittihamla bağlı məhkumun müdafiəçisi bildirir ki, zərərçəkmiş şəxsin təqsirləndiriləndən maddi, xidməti və ya sair asılılıq vəziyyətində olması sübuta yetirilməmiş, həmçinin təqsirləndirilən şəxsin hərəkətləri ilə intihar arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmənin “mənəvi-psixoloji asılılıq” barədə gəldiyi nəticənin sübutsuz olduğu vurğulanır. Eyni zamanda, təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı mütəmadi təhqir, hədə-qorxu və ya amansız rəftar etməsi barədə şahid ifadələri və digər sübutların olmadığı qeyd edilir. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi üzrə ittihamla əlaqədar olaraq göstərilir ki, baş vermiş hadisə şəxsi münasibətlər zəminində yaranmış münaqişə xarakteri daşıyır və ictimai qaydanın kobud pozulması kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş qismində tanınmış şəxslər hadisəyə öz təşəbbüsləri ilə qoşulmuş, ictimai borcun yerinə yetirilməsi ilə bağlı hərəkət etməmiş, buna görə də xuliqanlıq tərkibinin mövcud deyildir. Bundan başqa, Cinayət Məcəlləsinin 157.2-ci maddəsi üzrə ittihamın da əsassız olduğu qeyd olunur. Şikayətdə göstərilir ki, təqsirləndirilən şəxsin mənzilə daxil olması zor tətbiqi və ya belə hədələrlə müşayiət olunmamış, onun hərəkətləri konkret məqsədlə – baş vermiş hadisənin mahiyyətini aydınlaşdırmaq niyyəti ilə bağlı olmuşdur. Zor tətbiqi və ya hədənin mövcudluğunu təsdiq edən sübutlar işdə yoxdur. Nəticə etibarilə kassasiya şikayətində qeyd olunur ki, məhkəmələr tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Buna görə də, müdafiəçi Müdafiəçi göstərilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli 1(107)-196/2025-ci il saylı qərarının ləğv edilərək qanunsuz və əsassız məhkum olunmuş Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslar xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə işdə iştirak edən dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi məhkum Məhkum əməlində cinayət tərkibi olmadığını iddia edərək onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir: Belə ki, məhkum edilmiş şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi, Dilarəni özünü öldürmə həddinə çatdırmaması, Dilarəni axtarmaq məqsədi ilə evə girməsi, Elmin və Emilin onu vurduğuna görə onlarla dava etməsi ilə bağlı göstərdiyi hallar cinayət məsuliyyətindən özünü yayındırma kimi qiymətləndirilməli, çünki onun öz müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs Məhkumlə Dilarə Orucova arasında uzun müddətli (təxminən 11 ildən artıq) sevgi münasibətlərinin olması, Dilarə Əliyevanın başqa şəxslərlə də intim münasibətlərinin olması və Məhkumlə sevgi münasibətlərində olduğu üçün həmin halın onun tərəfindən öyrənilməməsi qorxusu, Məhkum tərəfindən Dilarənin başqa şəxslərlə də intim münasibətlərində olmasının aşkara çıxarıldıqdan sonra aqressiya nümayiş etdirərək həmin şəxslərin axtarılmasına qərar veilməsi, axtarılması, onlar barədə, yəni iş yerləri, mobil nömrələrinin əldə edilməsi, onlarla görüşərək Dilarə ilə görüşübgörüşməmələri, hər hansı əlaqələrinin olub-olmamasının araşdırılması, Dilarə özünü öldürdükdən sonra emosiyanal halda onu axtarması, onun yaşadığı evə aqressiv şəkildə daxil olması, sonuncunun polis əməkdaşlarının səyi nəticəsində evdən çıxarılması bir daha onu deməyə əsas verir ki, Məhkumlə D.Orucova arasında mənəvi-psixoloji asılılıq yaranmış və nəticədə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətləri ilə D.Orucovanın özünü öldürməsi arasında səbəbli əlaqə mövcud olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Dilarə Orucova təqsirləndirilən şəxs Məhkum salondan uzaqlaşmamasından, ətrafda olan şəxslərin aralarında olan münasibətlərdən xəbər tutacaqlarından narahat olub tanışı zərərçəkmiş şəxs3 zəng edərək Məhkum gözəllik salonuna basqın etdiyini, gəlib onu salonun qarşısından aparmasını söyləmiş, zərərçəkmiş şəxs3 Dilarə Orucovanın xahişi əsasında saat 13:26-da “Anais” gözəllik salonunun qarşısına gələrək onun salonun qarşısında dayanıb gözləməsini görüb ona yaxınlaşaraq salamlaşmış və salonda girib səs-küy salmasını irad bildirərək həmin yerdən uzaqlaşmasını tələb etmiş, həmin vaxt o, zərərçəkmiş şəxs3 sözlərindən əsəbiləşərək sonuncunun ona irad tutmasını səbəb kimi bəhanə edib şəxsi münasibətlər zəminində başladığı aqressiv hərəkətlərini qərəzli formada davam etdirib xuliqanlıq həddinə çatdıraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni heç bir əsaslı səbəb olmadan və ətrafda çoxlu insanların olmasına əhəmiyyət verməyərək yüksək səslə nalayiq ifadələr işlədib zərərçəkmiş şəxs3 qarşı zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyub yumruq və təpiklə zərərçəkmiş şəxs3 zərbələr endirərək sonuncuya sol gözün ağlı qişasının qansızması, sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi əməlinə hüquqi qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxs3 Dilarə Orucovanı öncədən tanıması, hətta müdafiə tərəfin qeyd etdiyi kimi aralarında isti münasibətlərinin olması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-nin 221.2.2-ci maddəsinin tövsifinə təsir etmir. Belə ki, X8 Orucovanı əvvəldən də tanıması onun vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. Izah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Bundan başqa, Məhkum ##.##.2023-cü il tarixdə, saat 23 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda, sərxoş vəziyyətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX1498093 seriya və nömrəli çıxarışına əsasən zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətində olan, Ismayıllı rayonunun Ismayıllı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qarşısına gələrək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evin mülkiyyətçisi zərərçəkmiş şəxs2 və evdə yaşayanların iradəsi ziddinə əvvəlcə evin həyətinin örtülü vəziyyətdə olan qapısını açaraq həyətə, sonra isə fərdi yaşayış evinin qapısını açıb evin birinci mərtəbəsinə daxil olub, oradan evin mülkiyyətçisinin və evdə yaşayanların iradəsi ziddinə pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxaraq, evdə olan zərərçəkmiş şəxs2, X5 və digərlərinin evi tərk etməsini tələb etmələrinə baxmayaraq, ona mane olmaq istəyənləri zor tətbiq edilməsi ilə hədələməklə evin otaqlarına daxil olub həmin otaqları gəzərək qəsdən zərərçəkmiş şəxs2 mənzil toxunulmazlığı hüququnu pozması əməlinə hüquqi qiymət verərək qeyd edir ki, Məhkum mənzilə daxil olarkən və ondan bir müddət öncə sərxoş vəziyyətində olmasını, ümumiyyətlə heç bir hadisəni xatırlamadığını, həmin vaxt özündə olmadığını, lakin evə daxil olarkən heç kimə zor tətbiq etmədiyini, mənzildə hər hansı əşyanı sındırmadığını, evi dağıtmadığını bildirsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Məhkum onun mənzilə daxil olmasının qarşısını alan şəxslərə zor tətbiq etmə və zor tətbiq etmə hədəsi ilə zorla otaqlara daxil olması və nəticədə bunun qarşısını alma məqsədi ilə DIN-nin 102 çağrı mərkəzinə zəng edilmiş, məhkəmə araşdırması zamanı da bu xüsusatlar həm iş materialları, həm də şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Oxşar münasibətləri tənzimləyən “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən Konstitusiyada mənzil toxunulmazlığı, mülkiyyət (Konstitusiyanın 29-cu maddəsi) və mənzil (Konstitusiyanın 43-cü maddəsi) hüquqları kimi sosial-mədəni hüquqlardan fərqləndirilməklə əsas şəxsi hüquq və azadlıqlardan biri kimi təsbit olunmuşdur. Bu ondan irəli gəlir ki, mənzil toxunulmazlığı şəxsin mülkiyyət hüququndan daha çox şəxsi toxunulmazlıq hüququ ilə sıx bağlı olmaqla bu hüququn davamı kimi çıxış edir. Təsadüfi deyildir ki, yuxarıda qeyd edilən beynəlxalq aktlarda da mənzil toxunulmazlığı hüququ şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüquqları ilə eyni maddədə qoruma altına alınmışdır. Şəxsi toxunulmazlıq hüququ hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən biri olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur. Qeyd edilməlidir ki, mənzil şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. Mənzil toxunulmazlığı da insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və qeyri-qanuni müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur. Şəxsi həyata hörmət hüququ kifayət qədər qorunmadıqda cəmiyyətin özünü rahat və təhlükəsiz hiss etməsi mümkün olmadığı kimi, mənzil də hər cür özbaşına qəsd və müdaxilələrdən müdafiə edilmədikdə, burada şəxsi həyatın qorunmasından bəhs etmək mümkün deyil. Şəxsi və ailə həyatının toxunulmazlığının təmin olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu nəzərə alınmaqla bu hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət Məcəlləsinin “Insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-nin 125, 157.2 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, müdafiəçisinin kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar