Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-304/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarındanMəhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1981-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan3ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi, cəzaçəkmə müddətinin 19 iyul 2017-ci il tarixindən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum 13 iyul 2017-ci ildə, saat 02-56 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan X26 112 CDİ minik markalı, **xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomaşını ünvan5di yolu ilə ünvan6ndə 90 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun ünvan7 ərazisindən keçən 7-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və X9 idarə etdiyi Kamaz-5410 yük markalı, ** xx xx xx *** dövlət nömrə nişanlı avtomobilin ODAZ 9370 markalı, ** xx xx xx *** dövlət nömrə nişanlı yarımqoşqusunun arxasından vuraraq yolun işlək hissəsində qalmış X6 idarə etdiyi Kamaz-5511 yük markalı, ** xx xx xx *** dövlət nömrə nişanlı avtomaşının QKB 8328 markalı, ** ZA *** dövlət nömrə nişanlı qoşqusunun sol arxa hisəsindən vurmuşdur. Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olmuş, yəni X26 112CDİ minik markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin Əliyev Tuhid Mirzərəhim oğlu sol alın təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, üz skelet sümüklərinin sınıqları, dişlə rin sınıb dağılması, döş sümüyünün və qabırğaların sol tərəfli çoxsaylı sınıqları, ağ ciyərlərin və ürəyin cırılmaları, beyin toxumasına, beyin mədəciklərinə, beyin yumuşaq qişalarına qansızma ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə hadisə yerində, X11 oglu sağ tərəfli alıntəpə-gicgah sümüklərinin basılmış sınıqları, kəllə əsası sümüklərinin sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beyin yumuşaq qişasına qansızmalar, burun sümüklərinin sınıqları, sağ bud sümüyünün sınığı, sol əlin arxa səthinin cırılmış yarası ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə hadisə yerində, X1 alın-gicgah nahiyyəsinin, burun kökünün, üzün sol yarısının, döş qəfəsinin sol yarısının əzilmiş-cırılmış yaraları, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, döş sümüyünün və qabırğaların hər iki tərəfli çoxsaylı, sağ körpücük sümüyünün sınıqları, ağ ciyərlərin cırılması, beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumuşaq qişasına qansızma, sağ bazu oynağının geniş həcmli yarası, amputasiyası ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə hadisə yerində, X3 tağı sümüklərinin açıq sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumuşaq qişasına qansızma, başın sağ təpə - gicgah nahiyyəsinin deşilmiş-cırılmış yarası, sağ çiyin nahiyyəsinin cırılmış yarası ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə həmin gün Respublika xəstəxanasında, X7 alın-təpə nahiyyəsinin dərialtı hematoması, alın sümüklərinin xətti sınıqları, beyin toxumasına, beyin qi şalarına qansızma, burun və üz sümüklərinin sınıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə 16 iyul 2017-ci il tarixdə Respublika xəstəxanasında ölmüşlər, X17 beyin silkələnməsi, baş beyin əzilməsi, alının, üzün cırılmış yaraları, burun sümüklərinin qəlpəli, alın sümüyünün sınıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər, X2 körpücük sümüyünün qapalı sınığı ilə müşaiət olunan səhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş, X14 məxsus QKB 8328 markalı, ** xx xx xx *** dövlət nömrə nişanlı qoşqunun zədələnməsinə səbəb olaraq 2350 manat məbləğində ziyan, X15 məxsus X26 112 CDİ minik markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsinə səbəb olaraq 8000 manat məbləğində ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 7 (yeddi) il 6 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclsında baxılanadək – 20 fevral 2020-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə XXX80nin 20 fevral 2020-ci il tarixli 17/32-512 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-304/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-304/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver