Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-304/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarix li hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: N.İ.Abıyev ) Məhkum - XX.XX.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)340/2016 saylı 19 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 28.10.2017- ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcının 04 dekabr 2019-cu il tarixdən hesablanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını talama məqsədi ilə 20.07.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən “Ayan” gözəllik salonunun plastik qapısını əli ilə sıxıb açaraq içəriyə qanunsuz daxil olmuş, orada divara bərkidilmiş 200 (iki yüz) manat dəyərində “Samsung LE32D450G1W” markalı 32 düyümlü televizoru, div ara bərkidilmiş taxta parçasının üzərində olan 20 (iyirmi) manat dəyərində “Euromax EM 777” modelli peyk qəbuledicisini və həmin peyk qəbuledicisinin altında olan 60 (altmış) manat nağd pulu gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: M.Ə.Rzayev (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) 04 fevral 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək gəncliyini, törətdiyi cinayətə hazırki münasibətini, səmimi peşimançılığını, xəstəliyini, ailə vəziyyətini nəzərə alaraq kassasiya şikayətini təmin edərək cəza müddətini dəyişərək nisbətən az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayəti verərək gəncliyini, törətdiyi cinayətə hazırki münasibətini, səmimi peşimançılığını, xəstəliyini, ailə vəziyyətini nəzərə alaraq kassasiya şikayətini təmin edərək cəza müddətini dəyişərək nisbətən az cəza təyin edilməsini xahiş etmişdir. Məhkum özgənin əmlakını talama məqsədi ilə 20.07.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən “Ayan” gözəllik salonunun plastik qapısını əli ilə sıxıb açaraq içəriyə qanunsuz daxil olmuş, orada divara bərkidilmiş 200 (iki yüz) manat dəyərində “Samsung LE32D450G1W” markalı 32 düyümlü televizoru, divara bərkidilmiş taxta parçasının üzərində olan 20 (iyirmi) manat dəyərində “Euromax EM 777” modelli peyk qəbuledicisini və həmin peyk qəbuledicisinin altında olan 60 (altmış) manat nağd pulu gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Kassasiya şikayətində məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, onun cinayət əməllərini təsdiq edən sübutların toplanması, məhkəmə iclasında tədqiqi, qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun mümkünsüz sübutlardan istifadə edilməmiş, hökmdə i stinad edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə eləməsini nəzərə almış və onun cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal qismində qiymətləndirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin 30.08.2019-cu il tarixli tələbnaməsindən, eləcə də hökmün surətindən görünür ki, Məhkum Sumq ayıt Şəhər Məhkəməsinin 1(060)340/2016 saylı 19.08.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.10.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkumluğu ödənilmədən və götürülmədən yenidən 20.07.2019-cu il tarixdə qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsin də onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunmuşdur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Məhkum ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvaf iq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Məhkum cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçü n başqa əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1- ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərərfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-304/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-304/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver