Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-304/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştiraklı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(060)-49/2024 nömrəli (hakim: Quliyev Ramiz Mübariz oğlunun sədrliyi) hökmü ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta ye tirilmədiyi əsası ilə bəraət verilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən, 18 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddətin təyin edilən cəzadan çıxılaraq azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 3 (üç) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün olması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 9 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayət inə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli 1(105)-386/2024 nömrəli (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ittiham verilmişdir, оna görə ki, o, şəxsiyyəti istintaq orqanın a məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş olduğu şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 0,261 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib xx.xx.2023-cıİ il tarixdə tanışı Şahid3 yaşadığı xxx evin qarşısında 8 manat müqabilində satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 ədəd bükümdə 5,904 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək üzərində saxlamış, 18 may 2023-cü il tarixdə saat 02:20 dəqiqədə Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, “Corat” marketin yaxınlığında mülki axtarışda olması və narkotik vasitədən istifadə etməsində şübhəli bilinməsi ilə əlaqədar saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan tiryək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Məhkəmələr isə yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək, ona bəraət veril məsi və ya işin yenidən araşdırılması məqsədilə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyy ətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifa tı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsa slılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsi nin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyə n edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansi yası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, və daşıma ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətl i məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqib i üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadələri, şahid qismində dindirilmiş Şahid3, X4, Şahid1, Şahid6, Şahid4 və Şahid5, əlavə şahid qismində dindirilmiş X5 ifadələri, “şəxsi axtarışın keçirilməsi haqqında” 18 may 2023 -cü il tarixli protokol və həmin istintaq hərəkətini özündə əks etdirən disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli 6/2881 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB Publik Hüquqi Şəxsinin 19 may 2023-cü il tarixli 738 nömrəli ekspert rəyi, “mobil telefona baxış keçirilməsi barədə” 20 may 2023-cü il tarixli protokol, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi barədə 17 may 2023-cü il tarixli protokol, 9 avqust və 10 avqust 2023-cü il tarixli “üzləşdirmə” protokolları, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator MəcburiNarkoloji Tibbi yoxlama barədə 16 avqust 2023-cü il tarixli 5236 nömrəli rəyi, "xxxx" MMCdən daxil olmuş 1 fevral 2024-cü il tarixli BKC/LGL-1574/24 nömrəli və 28 fevral 2024-cü il tarixli BKC/LGL-3605/24 nömrəli məktublar ilə daxil olmuş DVD disklər, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş və “Samsung” markalı mobil telefonda olan Watsap proqram təminatına baxış zamanı, aşkar olunan mətnlərdə aşağıdakı sms mətn mübadiləsinin olduğu X adlı şəxslə-xx.xx.2023 (mobil nömrə-***-***-**-** ) X yazır - 8 manat pulum var. Nəsə etmək olar? Cavab yoxdur. X yazır - pis ağrıyıram, evdəsənsə gəlim, Cavab yoxdur. Ufa Məhlə adlı şəxs-xx. xx.2023 (mobil nömrə-***-***-**-**) Ufa adlı şəxs yazır- işim var, utanıram deməyə, çətindir Vallah, uje dura bilmirəm. Cavab yoxdur. Nadim adlı şəxsxx.xx.2023 (mobil nömrə-***-***-**-**) Nadim adlı şəxs yazır- ağrıyıram, belə bir şey var. X cavab verir - heç nə yoxdur, görüm Vahidə vermək olar. Novruz adlı şəxs-xx.xx.2023 (mobil nömrə-***-***-**-**) X sual verir-mənim vəziyyətim pisdir, nəsə var?, şüşə var? Kola var? Novruz cavab verir - məndə 3 dənə çet, məndə də, gəl məndəkini dəyişək, səninkini vuraq, nə qədər varındır? İstəyən var? Cava yoxdur aşkar edilmişdir. O cümlədən, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD tipli diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 2 ədəd SMS tarixçəsi, 2 ədəd zənglərin detallaşması və 1 ədəd zənglərin məxsusl uq tarixçəsi formatında fayl mövcud olmuşdur. Orada 1. xx-xx-2023 saat 21:07:20 - **********28 - **********87 - Elibala Sovqidi 17 manata nese alınar, 2. xx-xx-2023 saat 08:46:47 - **********25 - **********87 - X özuve ayid nese lazim olsa miqdardan asılı olmayaraq zeng vur, 3. xx-xx-2023 saat 14:08:28 - **********86 (X - AZE: xxxxxx - xxxx) - **********87 - Men burda sene bu qeder and icib deyirem hecne atamamışam, sen mene inanmayib oz dediyivi deyirsen. Allahiıı olsun! Bundan bele mene nese deme, men burda, 4. xx-xx-2023 saat 00:11:57 **********16 (Şahid3 - AZE: ******** - xxxx) **********87 - Qaqaş mən öldum nolar acda teli, 5. xx-xx-2023 00:30:29 - **********16 - **********87 - Qaqaş tacir di qardaşımsan qoya qoy düşüb burda qaqaş birdənə açda - kimi mətnlər olduğu aşkar edilmişdir. B undan başqa, CD tipli diskdə olan zənglərin detallaşması formatında olan fayla baxış zamanı ********* mobil nömrənin anten əhatə dairəsinin xx.xx.2023 23:57:16 LABS561101/LABS5611 Jorat 2/"AZ5021, xxx evin yanında olması görsənir. 230730368 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 hazırkı cinayət işi materiallarına əlavə edilmiş 9 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundakı ifadəsindən görünür ki, sonuncu üzərindən aşkar edilmiş narkotik vasitəni X adlı şəxsdən 7 may 2023-cü il tarixdə, saat 21 radələrində 8 manat müqabilində aldığını bildirmişdir. Şahid3la Məhkum arasında aparılan 10 avqust 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 bir daha əvvəllər bir neçə dəfə X ilə birlikdə narkotik vasitə Tiryək qəbul etdiyini, bundan başqa X-dən əvvəllər bir neçə dəfə pul müqabilində narkotik vasitə əldə etdiyini, 7 may 2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində bədənində ağrılar olduğundan, ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmək istədiyini və ona görə də, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən X-in istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” vasitəsilə mesaj yazaraq bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə verməsini xahiş etdiyini və X-ə 8 manat pulunun olmasını bildirdiyini göstərmişdir. Daha sonra X-in həmin nömrəsi ilə “WhatsApp” vasitəsilə səsli danışaraq onun yaşadığı evin yaxınlığında görüşdüklərini və X-ə 8 manat pul verib ondan bir ədəd sellofan bükümdə narkotik vasitə Tiryək əldə edərək yaşadığı evə qayıtdığını bildirmişdir. Məhkum cavabında X-in dedikləri ilə razı olmadığını, X-ə heç vaxt narkotik vasitə satmadığı bildirmişdir. Şahid4lə Məhkum arasında olan 10 avqust 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Şahid4 ibtidai istintaq zamanı bir daha verdiyi ifadəsini təsdiq edərək X-dən narkotik vasitə aldığını bildirmişdir. Məhkum cavabında Nadimin dedikləri ilə razı olmadığını, X-ə heç vaxt narkotik vasitə satmadığı bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 5236 nömrəli rəyindən görünür ki, Məhkum OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac ı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum “narkotik vasitənin ona aid olmaması ilə əlaqədar” verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmələ r tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilm iş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq satış məqsədilə narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nə zərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-304/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-304/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver