Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3046/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X2 (sədrlik edən), X1 və X3 ibarət tərkibdə) 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Hökmə əsasən, Məhkum 2020-ci ilin iyul ayının sonlarından başlayaraq sonuncu dəfə 2024-cü ilin yanvar ayında olmaqla yaşadığı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və həmin ünvanda yerləşən yeni tikilmiş, təmirsiz və yaşayış olmayan fərdi yaşayış evində mütəmadi olaraq onun üçün aşkar surətdə 14 yaşına çatmayan qohumu ## ###### 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasına görə köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla və cinsiyyət orqanını ereksiya vəziyyətinə gətirib Zərərçəkmiş şəxs ağız nahiyəsinə daxil etməklə cinsi ehtirasını təmin edərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı təkrarən uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlara tənqidi yanaşmadan, müdafiə tərəfinin həmin sübutlarla bağlı əsaslandırılmış vəsatətlərini təmin etmədən və təqdim edilən dəlillərə obyektiv qiymət verməyərək ittihamyönümlü araşdırma aparmış, ittiham tərəfinin sübutlarının hüquqa zidd olmasını göstərən xüsusatları ümumiyyətlə araşdırmamış və nəticədə ziddiyyətli, şübhəli və qeyrimötəbər sübutlar əsasında hökm qəbul etmişdir. Bundan başqa, cinayət işinın başlanıb icraata qəbul edilməsi barədə qərar ## ##### 2024-cü il tarixdə saat 12:00-da qəbul edilmişdir. Lakin Zərərçəkmiş şəxs izahatına əsasən hadisənin ## ##### 2024-cü il tarixdə saat 20 radələrində baş verdiyi qeyd edilir. Eyni zamanda ## ##### 2024-cü il tarixdən əvvəl isə təxminən 8-9 ay əvvələ qədər Məhkum onunla hər hansı bir formada əlaqə saxlamadığını bildirir. Bundan başqa Məhkum ##.##.2024-cü il tarixdə ona “mənim üçün darıxdığını və məni görmək istədiyi” ilə bağlı səs yazısı atdığını bu barədə anasına məlumat verdiyini, səsə qulaq asdırdığını anasının gedib polisə məlumat verdiyini qeyd edir. Yəni izahatdan görünür ki, bütün bu hallar ##.##.2024cü il tarixdə saat 20:00-dan sonra baş verib. Lakin ərizə və əməliyyat tapşırığı artıq ##.##.2024-cü il tarixdən tərtib olunubdur. Yəni səs yazısının video diskin ##.##.2024-cü il tarixi qeyd edildiyi nəzərə alınsa, o zaman həmin əməliyyatdan dərhal sonra yəni ##.##.2024-cü il tarixdə Məhkum həbs olunub. Lakin işdə olan müxtəlif ziddiyyətli tarixlər var və məhkəməyə təqdim olunan təqdimata əsasən şəxsin ##.##.2024-cü il tarixdə saxlanıldığı qeyd olunur və həbs etmənin əvvəli də məhz həmin vaxtdan hesablanıbdır. Faktiki olaraq hadisənin hansı tarixdə baş verməsi, əməliyyat tədbiri ilə Məhkum hansı tarixdə saxlanması cinayət işinin materialında öz əksini tapmır. Yəni Məhkum faktiki azadlıq hüququnun ##.##.2024-cü il tarixdə pozulduğu qeyd olunsa da, amma cinayət işinin materialında hadisənin baş verməsi ##.##.2024-cü il tarixə təsadüf edir. Lakin bu kobud pozuntu məhkəmə tərəfindən ümumiyyətlə araşdırımamışdır. Bundan başqa, ##.##.2024-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokolda da ##.##.2024-cü il tarixdə axşam saatlarına aid olan disk olduğu qeyd olunur. Faktiki olaraq hadisənin hansı tarixdə baş verdiyi və şəxsin azadlıq hüququnun hansı tarixdən pozulması belə aşkarlanmamışdır. Ibtidai istintaq zamanı cinayət işi kobud pozuntularla araşdırılmış və şəxsə qarşı ağır ittiham verilmişdir. Ittiham aktında qeyd edilən zərərçəkmiş şəxsin ərizəsinə əsaslanan 2020ci il tarixdə ona qarşı seksual xarakterli hərəkətin edilməsinə əsas verən hər hansı bir sübut, telefon danışığı və ya digər mötəbər sübut iş materialına əlavə olunmamışdır. Belə bir ittihamın verilməsinə əsas məhz zərərçəkmiş şəxsin cəfəngiyat dolu izahatlarında 3 yaşında və daha sonra könüllü və bəzən məcburi olaraq seksual xarakterli hərəkətlər edilməsi və cinsi əlaqədə olması olmuşdur. Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında qeyri təbii yolla cinsi əlaqədə olmadığını, bundan başqa 8-9 ay əvvəl Məhkumlə cinsi əlaqədə olmasını, eyni zamanda qoyulmuş suallara tam cavab verilməyən ekspert rəyi şəxsin ağır ittihamla ittiham edilib məhkum olmasına əsas olmuşdur. ## ##### 2024-cü il tarixli sərxoşluq vəziyyəti ilə bağlı verilən protokoldan da görünür ki, Məhkum sərxoşluğu orta dərəcədə olmuşdur. Orta dərəcədə sərxoş vəziyyətində öz davranışını idarə edib edə bilməməsi kimi suallar ekspertiza tərəfindən qiymətləndirilməmişdir. Eyni zamanda hadisənin baş verdiyi tarixlə bağlı istintaq orqanı tərəfindən müxtəlif tarix yazıldığını nəzərə alsaq, hadisənin ## ##### 2024-cü il tarixdə baş verməsi qənaətinə gəlinsə və hadisədən 24 saat keçdikdən sonra şəxsin hələ də orta vəziyyətdə sərxoş olması onun hadisə baş verən zaman sərxoşluq dərəcəsinin ağır vəziyyətdə olduğuna dəlalət edir. Lakin bu hallar ümumiyyətlə araşdırılmır. Zərərçəkmiş şəxs ifadəsində hadisənin bundan əvvəl 2024-cü ilin yanvar ayında olduğunu bildirir. Amma həmin gün özü məhz Məhkum mesaj yazaraq, ona zəng edərək avtomobilini cızdıqlarını bildirir. Ondan sonra isə qeyd olunan yarı tikiliyə keçərək Məhkum qarşı qurulmuş plandan istifadə edir. Daha sonra zərərçəkmişin ifadəsinə münasibətdə qeyd edilməlidir ki, onun bəzi ifadələrində 3 yaş, bəzən 4-5 yaş, bəzi ifadələrdə isə 6 yaşdan (birinci sinifdə oxuduğu vaxt) etibarən Məhkum seksual xarakterli istismarına məruz qalmasını bildirməsi tamamilə absurddur. Belə ki, həmin yaşda bir uşağın sözügedən hərəkətlərin törədilməsini dərk etməsi inandırıcı deyil. Bundan başqa, qeyd olunan müddətdən xeyli vaxt keçməsinə baxmayaraq hazırkı halda səbəbi bilinmədən belə bir böhtanın Məhkum məhz indi ünvanlanması da məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, həmin sübutlar şəxsin təqsirli hesab edilməsi üçün kifayət deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, hadisənin 2020-ci il tarixdən baş verməsi heç bir mötəbər sübuta əsaslanmır, lakin Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinir (on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə). Yəni, tamamilə əsassız, heç bir həqiqi hala istinad etmədən təqsirləndirilən şəxs (məhkum) barəsində ittihamedici hökm çıxarılması və bu hökmün yuxarı instansiya məhkəməsində qüvvədə qalmasına dair qərar qəbul edilməsi birbaşa olaraq şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə və ehtimallara əsaslanan hökm çıxarmaqla azadlıq hüququnun pozulması ilə nəticələnmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar və hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3046/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3046/2025
01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver