Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Dosiyev Amil Qaraxan oğlunun iştirakları ilə Bakı şəhəri Nəsimi rayo n Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.A.Həsənova) xx xxxx 1973-eli ildə Moldova Respublikasında anadan olmuş, milliyyətcə moldovan, Moldova Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Moldova Respublikası, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir li bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2018-ci il tarixdə, saat 1247-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında yerləşən “Bravo” Hipermarketin avtomobil dayanacağında həmin hipermarketdən aldığı məhsulları hipermarketin əl arabasından avtomobilinə yerləşdirən vətəndaş Zərərçəkmiş şəxs yaxınlaşıb, əl arabasının qarşısında dayanmaqla ətir satmaq adı ilə onun fikri ni yayındırıb, çantasını görməsinin qarşısını alaraq Zərərçəkmiş şəxs oradan uzaqlaşmasına nail olub və ətrafda heç kəsin onu görməməsindən əmin olduqdan sonra əl arabasının içərisindən Zərərçəkmiş şəxsə məxsus içərisində 100 manatlıq əskinaslarla olan 17.000 manat pul, iki ədəd hər birinın dəyəri 10 manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik kartları, bir ədəd dəyəri 10 manat olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyətinə məxsus plastik təqaüd kartı, bir ədəd dəyəri 10 manat olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik sosial müdafiə kartı, bir ədəd dəyəri 100 manat olan qadın ətri, içərisində 5 manat dəyərində (055)390-80-03 saylı mobil telefon nömrəsi olan bir ədəd dəyəri 500 manat olan “İphone 6” markalı mobil telefon, bır ədəd dəyəri 80 manat olan qadın gün eynəyi, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, yaşadığı evin çıxarışı, hesab nömrəsi olan bank sənədinin olduğu bir ədəd dəyəri 50 manat olan qara rəngli, üzəri parıltılı boya ilə örtülmüş qadın əl çantasını gizli yolla talayaraq zərərcəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 17.725 manat olmaqla maddi ziyan vurub oğurluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 07 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Dosiyev Amil Qaraxan oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi A.Q.Dosiyev kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nın 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, Məhkum zərərçəkmiş şəxsin 17.725 manat məbləğində pulunu gizli olaraq, taladığına görə təqsirli bilindiyini, Məhkum ibtidai istintaq zamanı aldadaraq, sənədlərə imza etdirdiklərini, birinci instansiyası məhkəməsinin hökmünün qanunsuz və ədalətsiz olduğunu, hökmdə zərərçəkmiş şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin Məhkum heç bir şikayət və tələbinin olmaması, Məhkum törətdiyi əməli səmimi şəkildə etiraf etməsi və əməlində səmimi peşman olması, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq, Məhkum aşağı həddə cəzanın təyin edilməsinin göstərildiyini, lakin Məhkum təqsirli bilindiyi maddənin sanksiyasına digər cəza növü kimi 01 ildən 03 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının nəzərdə tutulduğunu, istər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Plenum qərarı, istər Azərbaycan Respublikası Prezideninin 10 fevral 2017-ci il tarixli Sərəncamı baxımından, istərsə də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbləri baxımından təyin edilmiş cəza növünün ədalətsiz olduğunu, qanunun tələbinə əsasən, xarici ölkə vətəndaşı barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsinin mümkünsüzlüyünü, lakin məhkəmənin yüngülləşdirici halları nəzərə almaqla Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etmək imkanının olduğunu bildirib kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum hazırkı tarixədək cəzasının 01 il 06 ay 01 gün hissəsini çəkməsini nəzərə alaraq, onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və dərhal həbsdən azad edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2019cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmi ş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum aşağı həddən də az cəza təyin edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkum barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3 maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhltikəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzam yüngülləşdirən halları, yəni ük dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və həmin cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasım, habelə əməlində cəzam ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə alaraq Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmaması və buna görə də ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olması qənaətinə gələrək onun barəsində həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasına əsas verən müstəsna hallar müəyyən edilməmişdir. Bu səbəbdən və eləcə də yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkummn barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunaraq hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya digər alternativ yüngül cəza təyin olunması üçün əsas tapmır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya tələblərinin, əsaslandırıldığı bütün dəlilləri tədqiq edib belə qənaətə gəlir ki, buna əsaslar olmadığı üçün məhkum edilmiş şəxs Məhkummn apellyasiya şikayəti təmin edilmədən, Məhkummn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-eü maddəsi ilə məhkum olunması na dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 1 (006)-275/2019 saylı hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına, qanunun tələblərinə əsaslanaraq ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası cəza təyini məsələsi ilə əlaqədar bir daha qeyd edir ki, Məhkum cəz a təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci madd əsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüng ülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində istinad edilən hallar da Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermirlər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-305/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-305/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver