Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X17, Məhkum2, müdafiəçisi X13, təqsirləndirilən şəxs Məhkum1, müdafiəçisi X4, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nü mayəndəsi X6 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin (hakim: X11) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1970-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailəli, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3. 2, 308.2 və 313, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, hal-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308,2 və 313-cü m addələri ilə başlanmış cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum olunmasının nəzərə alınması, iş üzrə mülki iddianın tamamilə təmin edilməsi və vurulmuş zərər olan 130742,66 manat məbləğdən istintaq zamanı 34000 manatın Məhkum2 tərəfindən ödənilməsi nəzərə alınaraq qalan 96742,66 manatın 65371,33 manatının Məhkum1, 31371,33 manatının isə Məhkum2 tutulub dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 (dörd yüz əlli) manat məbləğində pulun Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, xx xxx 1956-cı ildə Sabirabad rayonunun Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətənd aşı, Şirvan şəhəri, Xaqani küçəsi ev 4, mənzil 3 ünvanda qeydiyyatda olan və yaşayan, ailəli, məhkumluğu olmayan, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Şirvan şəhəri, Xaqani küçəsi ev 4, mənzil 3-də yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 1(106)-74/2019 saylı qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(032)-01/2018 saylı hökmündən məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin ed ilmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(032)-01/2018 saylı hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “xxxx” MMC-nin vəzifəli şəxslərinə qarşı “Dəymiş ziyanın ödənilməsi haqqında” iddiası qismən təmin olunmuş, cavabadeh Məhkum1 32685, 70 (otuz iki min altı yüz səksən beş manat, 70 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməsi, ibtidai istintaq zamanı vurulmuş ziyanın 34000 (otuz dörd min) manatının Məhkum2 tərəfindən ödənilməsi nəzərə alınmaqla mülki iddianın 65371,33 (altmış beş min üç yüz yetmiş bir manat, otuz üç qəpk) manat hissədə baxılmamış saxlanılması, mülki iddiaçıya mülki iddianın baxılmamış saxlanılması hissəsindən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında i ddia qaldırmaq hüququnun olması izah olunması, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(032)-01/2018 saylı hökmünün apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 1(106)-74/2019 saylı qərarından məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 1(102)-1089/2019 saylı qərarı ilə məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 1(106)-74/2019 saylı qərarı Məhkum1 və Məhkum2 əməllərinin tövsifi və c əza təyini məsələləri ilə bağlı əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qərar mülki iddianın təmin edilməsi hissəsində ləğv edilərək bu hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə) məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(032)-01/2018 saylı hökmü apelyasiya şikayətlərinə əsasən əməlin tövsifi, cəza təyini və mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, məhkum edilmiş şəxs Məhkum1 əməlinin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-c i maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə tövsif olunmuş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmiş, məhkum edilmiş şəxs Məhkum2 əməlinin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə tövsif olunmuş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınmış, məhkum edilmiş şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 72-ci maddəsinin qeydinin 2-ci bəndinə müvafiq pay bölgüsü Məhkum2 münasibətdə 34.000 manat məbləğində, Məhkum1, X3 və X8 münasibətdə hər birinə 32.247 manat 55 qəpik məbləğdə müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən istintaq zamanı 34.000 manat ödəməklə dəymiş ziyanı ödəməsinə görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə xx xxx 2016-cı il tarixdə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunması nəzərə alınmış, 5 saylı Ərazi Vergilər İdar əsinin cavabdeh “xxxx” MMC-nin vəzifəli şəxslərinə qarşı “Dəymiş ziyanın ödənilməsi haqqında” iddiası qismən təmin olunmuş, cavabadeh Məhkum1 32247 (otuz iki min iki yüz qırx yeddi) manat 55 qəpik tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmış, mülki iddia qalan 64495,10 (altmış dörd min dörd yüz doxsan beş) manat 10 qəpik hissədə baxılmamış saxlanılmış və mülki iddiaçıya mülki iddianın baxılmamış saxlanılması hissəsindən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(032)-01/2018 saylı hökmü apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir ona görə ki, o, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə həmin Cəmiyyətin xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2010-cu il tarixədək direktoru işləmiş X5, həmin cəmiyyətə faktiki rəhbərlik etmiş X15 və Məhkum2 ilə qabaqcadan əlbir olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikinti sinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini həyata keçirtmiş, vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, bununla da direktor kimi cəmiyyətin fəaliyyətinə məsuliyyət daşıyan və vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.1.3, 71.4, 71.2, 72.2, 77.3, 78.1, 82, 83.9, 103-105, 150.1.7 və 152.1-ci maddələrinin tələblərini pozmaqla, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə müəssisənin gəlirləri və xərcləri barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini təqdim etməməklə külli m iqdar təşkil edən 130742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləyərkən, həmin cəmiyyətin xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2010-cu il tarixədək direktoru işləmiş X5, həmin cəmiyyətə faktiki rəhbərlik etmiş X15 və Məhkum2 ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini “x xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından həyata keçirmiş, müqavilələrin bağlanması, sifarişlərin alınması, sifarişin həyata keçirilməsi üçün işçi qrupunun cəlb edilməsi, mal-materialın alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsində birgə iştirak etmiş, görülmüş işlərin müqabilində cəmiyyətin 2010-cu ildə əldə etdiyi ümumi gəlirinin 2221204,09 manat, mənfəətin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 1841661,60 manat, vergiyə cəlb edilən mənfəətinin 444240,84 manat və mənfəət vergisinin 88848,17 manat olmasına baxmayaraq, X5, X15 və Məhkum2 ilə qabaqcadan əlbir olub həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannam əsində cəmiyyətin gəlirini 2595281,07 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini 2478863,78 manat, vergiyə cəlb edilən mənfəətini 70163,86 manat və mənfəət vergisini 14032,77 manat göstərərək, 74815,40 manat məbləğində mənfəət vergisini; vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə 2010-cu ilin 4-cü rübü üzrə 263125,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 36837,53 manat; 2011-ci ilin 1-ci rübü üzrə 136335,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 19086,93 manat ödəmə mənbəyində vergini tutmalı, bu barədə vergi orqanına ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməli olduğu halda, X5, X15 və Məhkum2 ilə qabaqcadan əlbir olub həmin ödənişlərdən vergini tu tmamış, bu barədə vergi orqanına bəyannamə təqdim etməmiş və nəticədə 2010-cu ilin 4-cü rübü və 2011-ci ilin 1-ci rübü üzrə cəmi 55924,46 manat ödəmə mənbəyində tutulan vergiləri, 2011-ci ilin aprel ayı üzrə 2,8 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 130742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmənin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir ona görə ki, o, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə həmin cəmiyyətin xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2010-cu il tarixədək direktoru işləmiş X5, xx xxxxxxxx 2010-cu il tarixdən hal hazıradək direktoru işləyən Məhkum1 və həmin cəmiyyətin digər faktiki rəhbəri X15 ilə qabaqcadan əlbir olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini həyata keçirtmiş, vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, bununla da faktiki rəhbər kimi cəmiyyətin fəaliyyətinə m əsuliyyət daşıyan və vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.1.3, 71.4, 71.2, 72.2, 77.3, 78.1, 82, 83.9, 103-105, 150.1.7 və 152.1-ci maddələrinin tələblərini pozmaqla, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə müəssisənin gəlirləri və xərcləri barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini təqdim etməməklə külli miqdar təşkil edən 130742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri kimi, həmin cəmiyyətin xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2010-cu il tarixədək dire ktoru işləmiş X5, xx xxxxxxxx 2010-cu il tarixdən hal hazıradək direktoru işləyən Məhkum1 və həmin cəmiyyətin digər faktiki rəhbəri X15 ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair xx.xx.2010-cu il tarixli müqavilə üzrə sifarişini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından həyata keçirtmiş, müqavilələrin bağlanması, sifarişlərin alınması, sifarişin həyata keçirilməsi üçün işçi qrupunun cəlb edilməsi, mal-materialın alınm ası, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsində birgə iştirak etmiş, görülmüş işlərin müqabilində cəmiyyətin 2010-cu ildə əldə etdiyi ümumi gəlirinin 2221204,09 manat, mənfəətin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 1841661,60 manat, vergiyə cəlb edilən mənfəətinin 444240,84 manat və mənfəət vergisinin 88848,17 manat olmasına baxmayaraq, Məhkum1, X5 və X15 ilə qabaqcadan əlbir olub həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin gəlirini 2595281,07 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini 2478863,78 manat, vergiyə cəlb edilən mənfəətini 70163,86 manat və mənfəət vergisini 14032,77 m anat göstərərək, 74815,40 manat məbləğində mənfəət vergisini; vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə 2010-cu ilin 4-cü rübü üzrə 263125,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 36837,53 manat; 2011-ci ilin 1-ci rübü üzrə 136335,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 19086,93 manat ödəmə mənbəyində vergini tutmalı, bu barədə vergi orqanına ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməli olduğu halda, Məhkum1, X5 və X15 ilə qabaqcadan əlbir olub həmin ödənişlərdən vergini tutmamış, bu barədə vergi orqanına bəyannamə təqdim etməmiş və nəticədə 2010-cu ilin 4-cü rübü və 2011-ci ilin 1-ci rübü üzrə cəmi 55924,46 manat ödəmə mənbəyində tutulan vergiləri, 2011-ci ilin aprel ayı üzrə 2,8 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 130742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 və mülki iddiaçı kassasiya şikayətləri vermişlər. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən cinayət-prosessual qanunun tələblərini pozaraq əsassız, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmə 130.742,65 manat məbləğində dəymiş ziyanın 4 təqsirləndirilən şəxs arasında müvafiq pay bölgüsünə əsasən bərabər şəkildə deyil, fərqli bölünməsini əsaslandırmamış, həmçin in, heç bir əsas və səbəb göstərmədən, heç bir qanunvericiliyə istinad etmədən ona qaytarılmalı olan 1314,37 manatı digər təqsirləndirilən şəxslər arasında bölmüşdür. Bundan başqa, məhkəmə iclası zamanı ona son söz söyləmək haqqı verilməmiş, və beləliklə prosessual qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Məhkum qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Məhkum1 kassasiya şikayəti verərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün və hərtərəfli tədqiq etmədən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Apellyasiya məhkəməsi işə bax arkən mülki iddiaya aid hissədə Vergi qanunvericiliyin tətbiqini araşdırmamış və bu məsələyə öz münasibətini bildirməmişdir. Bundan başqa, mənfəət vergisi hesablanarkən, heç bir faktiki sənədlərə istinad edilmədən, yerində yoxlama aparılmadan düzgün hesablanılmamışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, “xxxx” MMC-nin direktoru xx.xx.2010-cu il tarixdən X5 olmuşdur. O həmin MMC-də direktor müavini vəzifəsində çalışmışdır və onun MMC-nin adından müqavilələr bağlamaq, mal-material alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsi kimi heç bir səlahiyyətləri olmamış və qeyd olunan işlər heç vaxt onun tərəfindən icra edilməmişdir. Təqsirləndirilən şəxs göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının mülki iddiaya dair hissədə ləğv edilməsi və mülki iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarının əsassız olduğunu vurğulayaraq qeyd etmişdir ki, birgə törədilmiş cinayət nəticəsində vurulmuş zərərin bərabər bölünməsi ilə bağlı qanunvericilikdə hərhansı müddəa mövcud olmasa da, apelyasiya məhkəməsi ibtidai istintaq zamanı Məhkum2 tərəfindən ödənilmiş 34.000 manat nəzərə alınmaqla mülki iddia üzrə qalıq 96.742,66 manatı 3 nəfər arasında bərabər hissələrə bölmüşdür. Belə ki, Məhkum2 və Məhkum1 təqsirli bilindiyi cinayət əməllərini X5 və X15 ilə birlikdə törətmiş, lakin X5 və X15 öldüklərindən cinayət işinə onlara aid hissədə xx.xx.2016-cı il tarixdə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2017-ci il tarixli ittiham aktı ilə təsdiq edilmiş, ittiham aktı üzrə 130.742,66 manat vergilərin ödənilməkdən yayındırılmasına dair təqsirləndirilən şəxslər qismində Məhkum1 və Məhkum2 müəyyən edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Bundan əlavə, mülki iddia ərizəsi verilən zaman vergi orqanı cinayət işi üzrə təqsirləndirilən şəxsin kim olduğunu müəyyən etmək səlahiyyətində olmadığından iddia ərizəsində dəymiş ziyanı ödəməyə cavabdeh şəxs kimi müəssisənin vəzifəli şəxsləri qeyd edilmişdir. Məlumdur ki, cinayət işi başlanan zamanı təqs irləndirilən şəxslərin müəyyən edilməsi mümkünsüzdür. Təqsirləndirilən şəxslər isə aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edildiyindən ittiham aktı Məhkum1 və Məhkum2 barədə tərtib edilmişdir. Faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Qeyd olunanlar onu sübut edir ki, işə yenidən baxan apelyasiya məhkəməsi cin ayət işi üzrə mübahisə olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə tam və obyektiv araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən iş üzrə əsassız və qanunsuz qərar qəbul etmiş, Ali Məhkəmənin işin yenidən baxılmağa göndərilməsi əsaslarını nəzərə almamışdır. Mülki iddiaçı kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarının mülki iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, mülki iddianın tam təmin edilməsi və ödənilmiş mülki iddia məbləği nəzərə alınmaqla qalıq 96.742,66 manatın təqsirləndirilən şəxslərdən - Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhk um və təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, mülki iddiaçının kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, təqsirləndirilən şəxsin və müdafiəçilərinin, məhkumun və təqsirləndirilən şəxsin kassasiya şikayətlərinin təmin edilməməsi, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci ma ddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətlərində qeyd olunan mülki iddiaya dair müddəalarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun düzgün nəticəyə gəlinməklə, Cinayət və Cinayət Prosessual qanunvericiliyinin tələblərinə əməl olunmaqla əsaslı qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halların yenidən sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası Məhkum2 kassasiya şikayətində qeyd etdiyi Apellyasiya instansiya məhkəməsinin iclasında ona son sözün verilməməsi ilə bağlı cinayət prosessual q anunvericiliyin tələblərinin pozulmasına dair müddəaları əsaslı olmadığını vurğulayaraq qeyd edir ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolundan da görünür ki, Məhkum2 son söz verilmiş, məhkum çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və məhkəməyə yazılı çıxışını təqdim etmiş, həmin çıxış iş materiallarına əlavə edilmişdir. (cild 17, i.v. 213-222 və 224-226). Təqsirləndirilən şəxs Məhkum1 kassasiya şikayətində mübahisələndirdiyi “xxxx” MMC-nin rəhbəri vəzifəsində çalışmadığı, onun müqavilələr bağlamaq, mal-material alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsi kimi heç bir səl ahiyyətləri olmadığı və qeyd olunan işlərin heç vaxt onun tərəfindən icra edilməməsinə dair müddəalarla razılaşmayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Məhkum1 və cəmiyyətin faktiki rəhbəri Məhkum2 Azərbaycan Respublikası CM-in 213-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahid ifadələri, məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi ü çün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-305/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-305/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver