Məhkəmə qərarları › İş №1(102)-305/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-305/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlu və Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.4. və 228.4. maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi O.R.Zeynalov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Sabirabad rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunm amış, heç yerdə işləməyən, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan, ünvan 1-də yerləşən fərdi evdə yaşamış, CM-nin 126.2.4 və 228.4. maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 66.3. maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 02 avqust 2021-ci il tarixə keçən gecə saat 00:20 radələrində ünvan 1 ünvanında küçədə qardaşı Şahid1 məhəllə sakini Zərərçəkmiş şəxs tərəfindən məhəllədə avtomobili sürətlə idarə etməsi, pivə içib səs-küy salması kimi hərəkətlərinə irad tutmasını bəhanə edib söhbətə müdaxilə edərək, sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirməklə xuliqanlıq niyyəti ilə üzərində naməlum mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, qatlanmayan tipli, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə iki dəfə Zərərçəkmiş şəxs sol döş qəfəsindən və sol qarın boşluğundan vuraraq, sonuncuya qarın nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül və döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşaiyət olunan deşilmişkəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran x əsarət yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi Tağıyev Kərimağa Seyfi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum qəsdən sağlamlığa ağır zərər vruma cinayət əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə əsasında 3 (üç) il 6 (altı) ay müddətə, CMnin 66.3-cü maddəsin əsasən isə həmin cəza ona CM-nin 228.4-cü maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi O.R.Zeynalov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxə daha yüngül cəzanın təyin olunması haqda qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum olunmuş şəxslərə cəza təyin etmənin qaydaları, əsasları, şərtləri və prinsipləri və cəzanı yüngülləşdirən hallar təsbit edilmiş CM-nin müvafiq maddələrinə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına istinad edən müdafiəçi O.R.Zeynalov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi cinayət əməlini düzgün olaraq CMnin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif etsə də, onun barəsində istər həmin maddə əsasında, istərsə də cinayətlərin məcmusu üzrə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır, halbuki Məhkum zərər çəkmiş şəxslə barışmış, sonuncu notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək məhkumu bağışladığını və aralarında barışıq olduğunu, ona qarşı heç bir şikayəti, tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bundan başqa, Məhkum hadisədən dərhal sonra Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedərək könüllü təqsirini boynuna almış, öz əməlini səmimi etiraf etmiş və cinayət təqibinin bütün mərhələlərində törətdiyi əməl barəsində etirafedici ifadələr vermişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi O.R.Zeynalov apellyasiya instan siyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi O.R.Zeynalovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin mater iallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməs i tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyan ın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri i lə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tət biq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, məhkum müdafiəçi O.R.Zeynalov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsini, onun apellyasya instansiyası məhkəməsi tərəfindən təqsirli bilindiyi cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı onun barəsində qeyri-humanist və ə dalətsiz yekun aktının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı məhkəmələrin gəldikləri nəticələri, Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sos ial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Belə ki, ədalətlilik prinsipindən bəhs edən CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərlən dirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini v ə xarakteri kompleks halda qiymətləndirilməlidir. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-ni n 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qər arlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habe lə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı c inayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağ ırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələr tərəfindən o, da izah edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məs ələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxsə təqsirli bilindi yi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62cı maddəsi tətbiq olunmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətnin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasə n müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Əvvəla, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma əməlini CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə (həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) tövsif edib həmin maddə əsasında sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə cəza təyin edərkən, CM-nin 228.4-cü maddəsi ilə (bu maddənin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə nəzərdə tutulmuşdur) təyin olunmuş cəza nı isə dəyişdirmədən qüvvədə saxlayıb CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın növünü və müddətini müəyyən edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı - məhkum olunmuş şəxsin zərər çəkmiş şəxslə barışıq əldə etməsini, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu zaman müdafiəçinin də istinad etdiyi zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsinə də əsaslanmışdır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-nin 59.1.10-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi məhkum olunmuş şəxsin könüllü gəlib özünü po lis orqanına təqdim etməklə təqsirini boynuna almasının nəzərə alınmadığı barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq, həmin halın Məhkum öz ifadəsindən başqa heç bir sübutla təsdiq olunmadığını bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən, yəni ona təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni halları müəyyən etməmiş və kassasiya şikayətində də belə halların olması barədə hər hansı sübuta istinad olunmamışdır. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yaln ız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmiş, məhkuma təyin olunmuş cəza isə, yuxarıda qeyd edildiyi kimi, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərinə yaxın hədlərdədir. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən da ha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, ha nsı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hans ı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipin ə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası işin hallarından, Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallardan çıxış edərək belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha yüngül cəzalarının təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilm əsinin mümkünsüzlüyünə dəlalət edir. Eyni zamanda, Məhkum təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi mümkün olub-olmaması ilə də bağlı məhkəmə kollegiyası qeyd edir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər(CM-nin 70.1-ci maddəsi). Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, fa ktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çək mədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbu l etməkdən imtina etmişdir. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ədalətli və qanuni hesab edərək bu cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün qeyd olunanlar ümumlikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi ilə bağlı nəticəyə gələrkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsinə, müdafiəçi Orxan Zeynalovun kassasiya şikayətinin dəlillərinin isə qəbul edilməz olmasına dəlalət edir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi O.R.Zeynalovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar