Məhkəmə qərarları › İş №1(102)-305/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-305/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli h ökmünə əsasən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, X10 və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) 22 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1986-cı il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, evli, Səbail RİH-nin 8 saylı MİS də fəhlə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmışdır. xx.xx.1975-ci il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azə rbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 14 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şika yətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2021-ci il tarixli hökmü Məhkum1 münasibətdə dəyişdirilmişdir. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1, 11 fevral 2020-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd büküm də 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 575 manata əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 21:30 radələrində qeyd edilən 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroindən təmiz çəkisi 14,589 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 3/6 ünvanda tanışı Şahid1 qanunsuz olaraq 475 manata satmışdır. Bundan başqa, Məhkum1 təkrarən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İİİ siyahısında daxil edilmiş üzərində “Fenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həbləri əldə edib yaşadığı ünvan 4 ünvanında saxlamış və 14 fevral 2020-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli axtarış aparılması qəranna əsasən keçirilən axtarış zamanı Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, 39 saylı mənzilin yataq otağındakı şk afdan bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və mənzildəki qonaq otağındakı dolabdan üzərində Tenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb aşkar edilib götürülmüşdür. Məhkum2, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə bir ədəd bükümdə, 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlan-mış psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımış və həmin bir ədəd bükümdə olan 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 11 fevral 2020- ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda tanışı Məhkum1 qanunsuz olaraq cəmi 575 manata satmışdır. Bundan başqa,Məhkum2 təkrarən, istintaqa məlum olmayan mənbədən və İstintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə, bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2020-ci il tarixdə saat 00:30 radələrində, həmin narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanışı Məhkum1 qanunsuz olaraq satmaq məqsədi ilə ünvan 6 ünvanın qarşısına gətirdiyi zaman Bakı şəhəri Səbail RPİ-nin X1 və 41-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri zamanı həmin ünvanın yaxınlığında saxlanılıb, ünvan 8 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə apanlan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış n arkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, xx.xx.2020-ci il tarixdə Məhkum1 yaşadığı ünvan 9 ünvanında Səbail RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılan zaman Kəmalə və Şahid11larının mənzildə olması, heç bir narkotik vasitə və ya psixotrop maddənin aşkar edilmədiyi halda uşağa məxsus olan geyim dəstlərinin arasından heroin və psixotrop maddələrin aşkar edilməsinin həqiqətə uyğun olmadığına dair kifayət qədər sübutlar təqdim edilmişdir. Belə ki, Səbail RPİ-nin istintaq şöbəsində həmin cinayət işi üzrə araşdırma aparılan zaman Şahi d11 ərizə ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edirək xx.xx.2020-ci ii tarixdə evində polis əməkdaşları tərəfindən axtarış aparılan zaman özündən başqa gəlini Şahid10 evdə olduğunu, axtarış zamanı yataq otağında, uşağın geyim dəstlərinin arasından guya qəhvəyi rəngli, üzəri "skoçla" bərkidilmiş selofan aşkar edildiyini, özünün axtarışı həyata keçirən müstəntiqdən bağlamanın açılmasını təieb etdiyini, bu zaman müstəntiqin ''gələrsən idarəyə orda açaram” dediyini bildirmiş və bunu təsdiq edən video görüntünü təqdim etmişdir. Həmçinin polis əməkdaşlan tərəfindən ona qarşı fiziki zor tətbiq edən fotoşəkillərə dair vəsatət verilmişdir. Həmin vəsatət təmin edilərək anten məlumatların əldə edilməsinə dair müvafiq mobil operator mərkəzinə sorğu verilmiş dir. Apellyasiya məhkəməsinin qərarında anten məlumatlara dair xüsusatlar qeyd edilməmişdir. Buna baxmayaraq əldə edilmiş anten məlumatlar və buna münasibətdə Məhkum1 ifadəsindən görünür ki, həqiqətən də sonuncu xx.xx.2020-ci ii tarixdə evində axtarış keçirilməsindən kifayət qədər, yəni bir neçə saat əvvəl polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Lakin, onun axtarışın keçirilməsində iştirakının qarşısının alınması üçün məqsədli və qərəzli olaraq şübhəli şəxs qismində tutma haqqında protokolda saxlanılma saatı axtarışın keçirilməsindən sonra qeyd edilmişdir. Bundan başqa məhkəmə iş materiallarına əlavə edilmiş Şahid1 təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi məqsədi daşıdığını göstərərək, ibtidai istinta qa verilmiş ifadəni mötəbər hesab etmişdir. İş materiallarından görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nə ərizə ilə müraciət edərək, guya həmin gün saat 21 radələrində Məhkum1 yaşadığı ünvanda digər təqsirləndirilən şəxs Məhkum2 kustar üsullarla hazırlanmış, 1 ədəd bükümdə, təmiz çəkisi 19 qram olan heroini və ağ kristallardan hazırlanmış, 1.345 qram psixotrop maddə hesab edilən metamfetamini 575 manata əldə edərək, 14,589 qram heroin və 1.345 qram metamfetamini 475 manata ona satmışdır. Birinci instansiya məhkəməsində ifadə vermiş hal şahidlərini, ümumiyyətlə Şahid1 tanımamış, onun tərəfindən polis orqanına təqdim edilmiş narkotik vasitə və psixotrop maddəni təsvir edə bilməmişdir. Şahid1 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək özünün narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğundan polis əməkdaşlarının təzyiqi nəticəsində Məhkum1 barəsində yalan ərizə və ifadə verdiyini, ümumiyyətlə sonuncunun evində har hansı narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi isə həmin xüsusata münasibətdə Şahid1 ərizə ilə müraciət etməsinə Məhkum1 cəzasının yüngülləşdirilməsi məqsədi daşıması qiymətini vermişdir. Halbuki, narkotik və psixotrop maddələrin tərkibinin müəyyən edilməsinə dair keçirilmiş ekspertizanın rəylərinə görə iş materiallarında göstərilən xx.xx.2020-ci il tarixdə Məhkum2 alınmış 19 qram heroinlə xx.xx.2020-ci if tarixdə Məhkum1 evində aşkar edilmiş narkotik vasitə hesab edilən heroin eyni tərkiblidir. Buradan göründüyü kimi əgər hər iki narkotik vasitə hesab edilən heroin eyni tərkiblidirs ə və Məhkum1 yaşadığı mənzildə özünə məxsus 1285 qram çəkidə narkotik vasitə hesab edilən heroin olmuşdursa bu zaman 2 gün öncə onun Şahid1lə birlikdə 575 manat pul verərək Məhkum2 19 qram heroin əldə etməsi məntiqsizdir. Şahid1 tərəfindən yazılmış ərizədə onun Məhkum1la dostluq münasibətində olması və hər ikisinin birlikdə bir neçə dəfə şərikli şəkildə narkotik vasitələri əldə edərək istifadə etmələri qeyd edilmişdir. Həmçinin Şahid1 ibtidai istintaq zamanı ifadəsində "qardaşının narkotik vasitələrin aludəçisi olduğu, onun bu səbəbdən vəfat etməsindən təsirlənərək üzərində olan 14.589 qram narkotik vasitə hesab edilən heroini, 1.345 qram psixotrop maddə hesab edilən metafetamini polis orqanına könüllü təqdim etməsi və bundan sonra özünün isə narkotik vasitələrin istifadəçisi olmasını bild irməsi özlüyündə bir-birinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən işə baxılan zaman ən əhəmiyyətli məqamlardan biri olan Məhkum2 şübhəli şəxs qismində saxlanılma şəraiti ümumiyyətlə araşdırılmamışdır, halbuki, tərəfindən təqdim edilmiş vəsatətdə Məhkum2 şübhəli şəxs qismində saxlanılma şəraitinin cinayət işinin materiallarına uyğun olmaması tam sübuta yetirilmiş, bununla da Məhkum1 da aid hissədə qanunsuzluqlara yol verilməsi izah edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Səbail RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmişdir. Həmin gün isə saat 20.30-da onun evində axtarış keçirilərək guya 1285 qram narkotik vasitə hesab edilən heroin və digər psixotrop maddələr aşkar edilmiş dir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum1 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntulara yol verimiş, düzgün araşdırma aparılmamışdır. Onun üzərindən narkotik vasitə və tərəzi aşkar olunmamış, heç bir telefon danışığı olmamışdır. Məhkəmələr tərəfindən ona ağır cəza təyin edilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək cəzasının minimum həddə endirilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüqu qi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələ lər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərinin məzmunundan görünür ki, müdafiəçi tərəfindən Məhkum1 təqsirlilik məsələsi mübahisələndirilərək ona CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona bəraət verilməsi, Məhkum2 isə cəzanın həddinin azaldılmasını xahiş etmişlər.. Məhkum2 şikayətində həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmadı ğını, prosessual pozuntulara yol verildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, h əmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibin in düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötə bər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 oğlunun Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3- cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Məhkum1 tanışı Məhkum2la narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmalarına dair alınmış məlumat əsasında onların yaxalanması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid6 rəhbərliyi və əməliyyat müvəkkili Şahid7, Şahid9 və onun iştirakı ilə birgə əməliyyat tədbirinin keçirilməsi nəticəsində xx.xx.2020-ci il tarixdə saat 23 radələrində, ünvan 11 ünvanda mövqe tutmuşlar, müəyyən vaxtdan sonra həmin ünvanda əməliyyat qrupunun üzvlərinə əvvəlcədən zahiri görünüşü məlum olan Məhkum2 gəlməsi müəyyən edilmiş, Məhkum2 tərəflərindən saxlanılaraq Bakı şəhəri Səbail rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və aidiyyəti üzrə araşdırma aparılmasına göstəriş verilməsi üçün Bakı şəhəri Səbail rayon Polis idarəsinin rəisinə Şahid6 raportla məruzə etmişdir. Məhkum2 şəxsiyyəti müəyyən edildikdən sonra üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı Məhkum2 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində "Zəfəran hospital ” sözləri yazılmış kiçik həcmli polietilen torbanı çıxarıb təqdim etmiş, həmin torbanın içərisində bir ədəd çay qutusu aşkar edilmiş, həmin açıq vəziyyətdə olan qutunun qapağı açıldıqda, içərisində iki ədəd biri qəhvəyi rəngli toz şəklində, digəri ağ kristal şəklində bükümlər aşkar edilib çıxarılaraq masa üzərinə qoyulmuşdur. Sonra Məhkum2 əynindəki gödəkçənin digər sağ cibində bir ədəd qara rəngli işlənmiş "HTC” markalı və bir ədəd işlənmiş "Nokia” markalı mobil telefon aparatlarını, bir ədəd "Prima” markalı bütöv siqaret qutusu, üç ədəd həmin siqaretin dənələri, bir ədəd kibrit qutusu təqdim etmiş, sorğular zamanı Məhkum2 üzərindən aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngli toz şəklindəki maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, digər bir ədəd bükümdəki kristal şəkil də olan maddənin şüşə adlanan psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, "Şamaxinka" adlanan ərazidən tanımadığı şəxsdən əldə etdiyini və həmin əldə etdiyi maddəni Bakı şəhəri, Səbail rayonu, Rüstəmov küçəsinə tanışı "İlkin” adlı şəxsə satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 11-12 radələrində, Səbail rayon polis idarəsinin yanından keçərkən, bir nəfər polis əməkdaşı yaxınlaşıb onu polis idarəsinə dəvət edərək, orada bir nəfər şəxsin könüllü təqdim etdiyi maddəyə baxış keçirərək götürülməsi zamanı hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb polis əməkdaşı ilə birlikdə idarəyə, təhqiqatçının otağına gəlmiş, oraya baş qa bir nəfər də gəlmişdir. Polis əməkdaşı orada Ceyhun adlı şəxsə könüllü təqdim etmək istədiyi maddəni təqdim etməsini təklif etmişdir. Bu zaman Ceyhun şalvarın yan cibindən bir ədəd siqaretin qutusunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, həmin qutunun içərisindən iki ədəd bükümü çıxarıb könüllü təqdim etmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda, içərisində narkotik maddələr olması aşkar edilmişdir. Ceyhun təqdim etdiyi bükümlərin birində “heroin”, digər bükümdəki “metamfetamin” olduğunu və həmin maddələri bir gün əvvəl, İlkin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı bükümləri qablaşdırıb zərfə qoyub möhürləmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2020-ci il tarixli 3741 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şahid1" yazısı olan zərfdəki,1(bir) ədəd bükümdə,təmiz çəkisi 14,589qram olan qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,345 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir; Məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2020-ci il tarixli 4005 №-li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş,üzərində “Məhkum1 yaşadığı mənzildən aşkar edilmiş...narkotik maddəyə bənzər..."yazısı olan paketdəki, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 1285qram (1kq 285qr) qəhvəyi rəngli tozşəkiili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş,üzərində: “Məhkum1 yaşadığı mənzildən aşkar edilmiş., dərman preparatları.." yazısı olan paketdəki,üzərind ə "Fenazepam 0,001 qr” yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd, üzərində “Fenadiazepin 1 mq" yazısı olan 1 ədəd konvalyutda 2 ədəd həb və üzərində: “Oxazepam 10 mg” yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİİ siyahısına daxildirlər. 31 ədəd həblərdə (29 ədəd fenazepam və 2 ədəd fenadiazepin) təsiredici maddəsi fənazepamın ümumi miqdarı 0,031 qram təşkil edir (bir ədəd həbdə 0,001 qram fenazepam olmaqla).9 ədəd həblərdə təsiredici maddəsi oksazepamın ümumi miqdarı 0,09 qram təşkil edir (bir həbdə 0,01 qram oksazepam olmaqla). Digər dərman preparatları (“Vazodin”, “Karbamazepin" və “Klonidin"adlı) “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş,məhdudlaşdırılmış və nəzarət edilən na rkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,ixracına,tranzit nəql edilməsinə və istehsalına lisenziya tələn olunan prekursorların siyahılan”-na və “Güclü təsir edən maddələrin və onların küllü miqdarının",eləcədə “Zəhərli maddələrin”-in siyahılarına daxil deyildirlər. Tədqiqata təqdim edilmiş,üzərində: Məhkum2 üzərinə baxış və şəxsi axtarış zaman..."yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə,təmiz çəkisi 85,217qram qəhvəyi rəngli tozşəkiili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 50,108 qram kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixiotrop maddəmetamfetamindir; Vət.Şahid1 könüllü təqdim etdiyi heroin (12 fevral 2020-ci il tarixli 3741 saylı ekspert rəyi), vət.lbrahimov İlkin Hüseyn oğlunun evindən və X5 götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Şahid1 təqdim etdiyi metamfetamin (12 fevral 2020-ci il tarixli 3741 saylı ekspert rəyi) Məhkum2 götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; Məhkəmə-bioloji ekspertizasının 17 fevral 2020-ci il tarixli 4009 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....Məhkum1 mənzildə Səbail rayon məhkəməsinin qərarı əsasında axtarış keçirilən zaman mənzildən üzərində “FANG- FANG”yazısı olan kardon qutunun içərisində mənşəyi məlum olmayan bitki toxumları götürülmüşdür” yazılar və imza olan zərfi açdıqda bir ədəd üzərində “FANGFANG”yazısı olan kardon qutunun içərisində ümumi təmiz çəkisi-1,330qram olan bitki toxumları,əkilib-becə rilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannadis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyildir; Məhkəmə-narkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 579 №-li rəyindən görünür ki,Məhkum1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 580 №-li rəyindən görünür ki,Məhkum2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-a yrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli olmları şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1, ittiham olunmuş cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində na rkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri s axlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində satış məqsədi ilə təkrarən qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərə kətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiya sına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum1 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə, o cümlədən və şahidlər Şahid12 və Şahid11 ifadələrinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan mənzildə axtarış barədə görüntüdə mənzildə axtarışın məhz Şahid12 tərəfindən şəxsən aparılması və aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən ora qoyulmaması öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi şahidlər Şahid12 və Şahid11 məhkum olunmuş şəxs Məhkum1 ailə üzvləri olmasını nəzərə alaraq ifadələri qeyri səmimi qəbul edərək və həmin ifadələri subyektiv mülahizələr əsasında, Məhkum1 törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutul muş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirmişdir. Belə ki, qeyd edilmiş ifadələrlə iş materiallarında olan və digər şahid ifadələri ziddiyyət təşkil edir və həmin ifadələrin həqiqiliyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bundan başqa göstərilən məhkəmə Şahid1 məhkum olunmuş şəxs Məhkum1 xeyrinə sonrakı ifadələrinə münasibətdə bildirmişdir ki, Şahid1 ibtidai istintaqda verilmiş ifadəsində təqdim etdiyi narkotik vasitələrin İlkin adlı tanışından almasını bildirmiş, bu hal şahid qismində dindirilmiş Şahid2 ifadəsində də öz əksinin tapmışdır. Məhkəmə kollegiyası Şahid1 tərəfindən sonradan Məhkum1 leyhinə ifadəsi barədə kassasiya şikayətinin dəlillərini subyektiv mülahizə və məhkum olunmuş şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirirək həmin ifadəni sübut kimi qəbul etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə araşdırılmış sübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilməsi və həmin halın cinayət işinin materialları ilə Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapması barədə nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin Məhkum1 bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab ed ir ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblər inə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumların CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onların əməlini əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumların onlara həmin qərarla istinad edilən cinayət əməlini törətmələri kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyini n mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət tə qibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəx sin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkum2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiyası məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun cəzasının həddinin azaldılması barədə dəlillərin əsassız sayaraq hesab edir ki, Məhkum2 barəsində cəza tədbi rinin seçilməsi məsələsini həll edərkən məhkəmələr törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zaman ı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin q eyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxs Məhkum2 təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəzanın həddinin azaldılmasını məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum2 təyin olu nmuş cəzanın həddinin azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum2 və Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvaf iq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar