Məhkəmə qərarları › İş №1(102)-305/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-305/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə xx xxxxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 1(107)331/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(091)-208/2023 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), X.M.Məmmədov (məruzəçi) və B.M.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 1(107)-331/2023 nömrəli qərarı ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(091)208/2023 nömrəli hökmü dəyişdiyilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və iki nəfər zərərçəkmiş şəxslərin sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Belə ki, Məhkum 11 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs3 ilə aralarında bir gün əvvəl ailə münaqişəsi zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncunun dəvət etməsi ilə onun yaşadığı evə gəlmiş qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 ondan səbəbini soruşmadan onun arvadı Zərərçəkmiş şəxs3 yaşadığı evdən götürüb özləri ilə aparacaqlarını deməsinə görə yaranmış mübahisə zamanı o, arvad ı Zərərçəkmiş şəxs3 yeni doğulmuş övladı ilə birlikdə yaşadığı evdən heç bir yerə getməyəcəyini deyərək qayınanası və qaynına keçib yataq otağında Zərərçəkmiş şəxs3 ilə söhbət etməsini dedikdən sonra özü də onların arxasınca yataq otağına girmiş, həmin vaxtı qayınanası Zərərçəkmiş şəxs1 yataq otağında uca səslə danışaraq onun arvadı Zərərçəkmiş şəxs3 qolundan tutub özü ilə aparacağını deməsinə və arvadı Zərərçəkmiş şəxs3 da heç bir səbəb demədən yaşadığı evdən çıxıb gedəcəyini ona deməsinə əsəbləşib sonunculara onun ailə həyatına müdaxilə etmələrinə və onun yeni doğulmuş övladını ondan ayırmalarına irad tutaraq qaynı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs3 qəsdən bədən xəsarətləri yetirmək qərarına gələrək həmin niyyətlə X10un anası Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs3 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə əvvəlcə qaynı X10un bədən nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran qarının ön divarının daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran döş qəfəsinin arxa səthinin periton arxasına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini, daha sonra arvadı Zərərçəkmiş şəxs3 onun X10a qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkm iş şəxs3 anası Zərərçəkmiş şəxs1 və qardaşı X10un gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs3 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xəsarətini və qayınanası Zərərçəkmiş şəxs1 onun X10a və Zərərçəkmiş şəxs3 qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla qayınanası Zərərçəkmiş şəxs1 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs2 sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilm iş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrindən həmin Məcəllənin 129-cu maddəsinə tövsif edilməklə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum öz ailəsini sevir və ona bağlıdır. Həmin gün arvadının evdən getməməsi üçün qaynı və qaynanasını qorxutmaq üçün bıçağı çıxarmışdır. Özünün dediyi kimi qaynı yanına gələrkən hadisənin necə baş verdiyini özü belə bilmir. Hər şey bir anda bir dəqiqədə baş vermişdir. Onların necə vurulduğunu belə təsvir edə bilmir. Müdafiəçi hesab edir ki, göstərilən səbəblərdən Məhkum əməli CM-in “Qəfl ətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma”ya görə məsuliyyət nəzərdə tutan 129.1-ci maddəsinə tövsif olunmalıdır. Kassasiya şikayətində həmçinin məhkum təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.Ağayevanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərərçəkmiş şəxslərin, şahidin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifi və təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vu rma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbi r olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 129.1-ci maddəsinə görə “Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzu nsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma— min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq e tməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri d ə hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallar ından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, Məhkum törət miş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 129-cu maddəsinə tövsif edilməli idi. Mübahisə edilən bu halla razılaşmayan məhkəmə cinayət qanunvericiliyinin müvafiq norma və müddəalarına əsaslanaraq aşağıdakıları qeyd edir: Qüvvədə olan cinayət qanunvericiliyində nəzərdə tutulur ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma Azərbaycan Respublikası CM-in 129-cu maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bu, ilk növbədə o deməkdir ki, təqsirkarın əməlini n Azərbaycan Respublikası CM-in 129-cu maddəsinə tövsif edilməsi üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onun sağlamlığına zərər vurma hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurması ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurma, bir qayda olaraq, əməlin qisas motivi ilə sağlamlığa ağır və ya az ağır vurma kimi t övsif edilməsinə əsas verir. Belə ki, məhkəmədə tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 aprel 2023-cü il tarixli 250 nömrəli rəyindən görünür ki, Məhkum hər hansı ruhi xəstəlik keçirmir. Hadisəni törədən zaman onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, ruhi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Məhz yuxarıda qeyd edilən səbəbdən də məhkumun əməlinin Azər baycan Respublikası CM-in 129-cu maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qaynı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs3 qəsdən bədən xəsarətləri yetirməyə görə “iki və ya daha çox şəxsə qarşı qəsdən ağır zərər vurma”ya görə ittiham verilməsi ilə eyni zamanda həm də Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1” sağlamlığına qəsdən təkrarən ağır zərər vurma”ya görə ittiham verilməsi ilə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham verilmişdir ona görə ki, “o, 11 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs3 ilə araların da bir gün əvvəl ailə münaqişəsi zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncunun dəvət etməsi ilə onun yaşadığı evə gəlmiş qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 ondan səbəbini soruşmadan onun arvadı Zərərçəkmiş şəxs3 yaşadığı evdən götürüb özləri ilə aparacaqlarını deməsinə görə yaranmış mübahisə zamanı o, arvadı Zərərçəkmiş şəxs3 yeni doğulmuş övladı ilə birlikdə yaşadığı evdən heç bir yerə getməyəcəyini deyərək qayınanası və qaynına keçib yataq otağında Zərərçəkmiş şəxs3 ilə söhbət etməsini dedikdən sonra özü də onların arxasınca yataq otağına girmiş, həmin vaxtı qayınanası Zərərçəkmiş şəxs1 yataq otağında uca səslə danışaraq onun arvadı Zərərçəkmiş şəxs3 qolundan tutub özü ilə aparacağını deməsinə və arvadı Zərərçəkmiş şəxs3 da heç bir səbəb demədən yaşadığı evdə n çıxıb gedəcəyini ona deməsinə əsəbləşib sonunculara onun ailə həyatına müdaxilə etmələrinə və onun yeni doğulmuş övladını ondan ayırmalarına irad tutaraq qaynı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs3 qəsdən bədən xəsarətləri yetirmək qərarına gələrək həmin niyyətlə X10un anası Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs3 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə əvvəlcə qaynı X10un bədən nahiyəsinə qəsdən zərbələr vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, daha sonra arvadı Zərərçəkmiş şəxs3 onun X10a qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 anası Zərərçəkmiş şəxs1 və qardaşı X10un gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs3 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətini və qayınanası Zərərçəkmiş şəxs1 onun X10a və Zərərçəkmiş şəxs3 qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla qayınanası Zərərçəkmiş şəxs1 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya xəsarət yetirməklə Zərərçəkmiş şəxs2 sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki: “11. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun... Vahid qəsdlə əhatə olunmayaraq ayrı-ayrı vaxtlarda törədilən və yaxud birinci şəxsin həyatdan məhrum edilməsin dən bilavasitə sonra (hətta eyni məkanda belə) yaranan (müstəqil) qəsdlə digər şəxsin qəsdən öldürülməsi CM-in 120.2.7-ci maddəsində göstərilən cinayətin deyil, 120.2.10-cu maddəsində nəzərdə tutulmuş təkrar adam öldürmə cinayətinin tərkibini yaradır.” Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum verilmiş ittihamda bilavasitə göstərilmişdir ki, o, qaynı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs3 qəsdən bədən xəsarətləri yetirmək qərarına gələrək həmin niyyətlə zərərçəkmiş şəxslərə qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlində “təkrar qəsdən bədənə ağır zərər vurma” əlaməti olmadığından onun “Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən təkrarən ağır zərər vur ması”na dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından və onunla bağlı birinci instansiya məhkəməsinin hökmündən xaric edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmündən Məhkum “Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən təkrarən ağır zərər vurması”na dair müddəalar xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar