Məhkəmə qərarları › İş №1(102)-3051/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3051/2025

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzәrbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşәhәri İşǝ№ǝ1(102)-3051/2025 10.06.2026 ALIǝMƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Muxtarov Teyyub Asif oğlu (sәdrlik edәn), Cәfәrov Ilqar Xanlar oğlu vә Hüseynov Zaur Nazim oğlundan ibarәt tәrkibdә, CәbrayılovaǝSevincǝEltonǝqızınınǝkatibliyi, Dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәnin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R dövlәt ittihamçısı1 vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxsǝǝiştiraklarıǝilә, mәhkum1 vә mәhkum2 Novruzәli oğlunun barәlәrindә olan cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrәli qәrarından mәhkumların müdafiәçisi müdafiәçi8 tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinә әsasәn işә Ali Mәhkәmәnin binasında açıq mәhkәmә iclasında mahiyyәti üzrә baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1980-cı il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ailәli, ali tәhsilli, fәrdi sahibkarlıqla mәşğul olan, әvvәllәr mәhkum olunmamış, Bakı şәhәri, Binәqәdi rayonu, Binәqәdi qәsәbәsi, mәdәn 1, korpus 47, ev 286A-da qeydiyyatda olmaqla Bakı şәhәri, Suraxanı rayonu, Əmircan qәsәbәsi, Cabir Əliyev küçәsi döngә 1, mәnzil 14-dә yaşayan, hazırda azadlıqdanǝmәhrumǝetmәǝnövündәǝcәzaǝçәkәn məhkum1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk, 7 (yeddi) il müddәtinә azadlıqdan mәhrum etmә cazasına mәhkum edilmiş, Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn ## ###### 2020-ci il tarixdәn ## ###### 2020-ci il tarixәdәk “şübhәli şәxs” qismindә saxlanıldığı 2 gün müddәt cәza müddәtinә hesablanıb çıxılaraq üzәrindә 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtinә azadlıqdan mәhrum etmә cәzasının saxlanılması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin başlanğıcınınǝ## ###### 2021-ciǝilǝtarixdәnǝhesablanması; ## ####### 1989-cu il tarixdә Abşeron rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, fәrdi әmәklә mәşğul olan, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ### 2021-ci il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 vә 182.2.3-cü maddәlәri ilә tәqsirli bilinib 11 (on bir) il müddәtә azadlıq mәhrum etmә cәzasına mәhkum edilmiş, mәhkumluğu ödәnilmәmiş vә götürülmәmiş, Bakı şәhәri, Binәqәdi rayonu, mәdәn 1, korpus 47-dә qeydiyyatda olan, hazırda azadlıqdan mәhrum etmәǝnövündәǝcәzaǝçәkәn, məhkum2 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk, 6 (altı) il müddәtinә azadlıqdan mәhrum etmә cazasına mәhkum edilmiş, Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ### 2021-ci il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 vә 182.2.3-cü maddәlәri ilә tәqsirli bilinib, 11 (on bir) il müddәtә azadlıqdan mәhrum etmә cәzasının hazırki hökm üzrә tәyin olunmuş cәza ilә qismәn toplamaq yolu ilә ona 12 (on iki) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin әvvәlinin ## ###### 2020-ci il tarixdәn hesablanması, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs mülki iddiasının qismәn tәmin edilmәsi vә 191950 (yüz doxsan bir min doqquz yüz әlli) manat mәblәğindә pulun mәhkum2 vә mәhkum1 tutularaq Zәrәrçәkmiş şәxs ödәnilmәsi hökm edilmişdir. Hәmin hökmdәn dövlәt ittihamçısı apellyasiya protesti, mәhkum olunmuş şәxslәr mәhkum2 vә mәhkum1 müdafiәçisi müdafiәçi8 ayrı-ayrılıqda apellyasiya şikayәtlәri, hәmçininǝzәrәrçәkmişǝşәxsǝZәrәrçәkmişǝşәxsǝapellyasiyaǝşikayәtiǝvermişlәr. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr: X13 (sәdrlik edәn), X1 vә X9 ibarәt tәrkibdә) ##.##.2022-ci il tarixli, 1(103) ***/**** nömrәli hökmü ilә mәhkum1 vә mәhkum2 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirliliyinin sübuta yetirilmәmәsi әsası ilә bәraәt verilmiş, zәrәrçәkmiş şәxs (mülki iddiaçı) Zәrәrçәkmiş şәxs mәhkum1 vә X19 qarşı pul tәlәbinә dair mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdәn dövlәt ittihamçısı tәrәfindәn kassasiya protesti, zәrәrçәkmiş şәxsin vәkili tәrәfindәnǝkassasiyaǝşikayәtiǝverilmişdir.ǝ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr: X6 (sәdrlik edәn), X8 vә Mövsümov Nazim Rasim oğlundan ibarәt tәrkibdә) ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә kassasiya protesti vә kassasiya şikayәti tәmin edilmiş, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrәli hökmü kassasiya protestinә vә kassasiya şikayәtinә münasibәtdә lәğv edilmiş vә cinayәt işinin hәmin mәhkәmәdә yeni apellyasiya baxışına tәyin edilmәsi qәrara alınmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr E.Ə.Mehdiyev (sәdrlik edәn), E.E.Rәhimov vә F.İ.Əyyubov) 2023-cü il # #### tarixli, *(***)-***/**** nömrәli hökmü ilә dövlәt ittihamçısı tәrәfindәn verilmiş apellyasiya protesti vә zәrәrçәkmiş şәxs (mülki iddiaçı) Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmiş, mәhkum mәhkum1 vә mәhkum2 müdafiәçisi müdafiәçi8 tәrәfindәn ayrı-ayrılıqda verilmiş apellyasiya şikayәtlәri tәmin edilmiş, mәhkum1 vә mәhkum2 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk, mәhkum olunmalarına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2021-ci il tarixli hökmü mәhkum olunmuş şәxslәr mәhkum2 vә mәhkum1 müdafiәçisi müdafiәçi8 tәrәfindәn ayrıayrılıqda verilmiş apellyasiya şikayәtlәrinә әsasәn lәğv edilmiş, mәhkum2 vә mәhkum1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә әmәldә cinayәt tәrkibi olmaması әsası ilә bәraәt verilmiş, zәrәrçәkmiş şәxs (mülki iddiaçı) Zәrәrçәkmiş şәxs mәhkum1ǝvәǝmәhkum2ǝqarşıǝpulǝtәlәbinәǝdairǝmülkiǝiddiasıǝbaxılmamışǝsaxlanılmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2023-cü il # #### tarixli hökmündәn dövlәt ittihamçısı tәrәfindәn kassasiya protesti vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә onun nümayәndәsi X10 tәrәfindәn birgә kassasiya şikayәti verilmişdir. Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin (Hakimlәr: X11 (sәdrlik edәn), X3 vә X7 ibarәt tәrkibdә) ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrәli qәrarı ilә dövlәt ittihamçısının kassasiya protesti vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә nümayәndәsi müdafiәçi4 birgә verilmiş kassasiya şikayәtinin tәmin edilmiş, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının # #### 2023-cü il tarixli, *(***)-***/**** nömrәli hökmü lәğv edilmiş, cinayәt işi apellyasiya mәhkәmәsindә yeni mәhkәmә baxışına tәyin edilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr: X14 (sәdrlik edәn), X4 vә X5 ibarәt tәrkibdә) 2025-ci il ## ###### tarixli qәrarı ilә apellyasiya şikayәtlәri vә apellyasiya protesti tәmin edilmәmiş, mәhkum1 vә mәhkum2 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә mәhkum olunmalarına dair Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrәli hökmü mәhkum1 aid hissәdә dәyişdirilmiş, hökmlә tәyin edilmiş 7 (yeddi) il müddәtinә azadlıqdan mәhrum etmә cazasından Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn mәhkum1 ## ###### 2020-ci il tarixdәn ## ###### 2020-ci il tarixәdәk «şübhәli şәxs» qismindә saxlanıldığı 2 gün müddәt, ##.##.2021-ci il tarixdәn ##.##.2022-ci il tarixәdәk hәbsdә saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddәt cәza müddәtinә hesablanıb çıxılaraq onun üzәrindә qәti olaraq 6 (altı) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddәtәǝazadlıqdanǝmәhrumǝetmәǝcәzasıǝsaxlanılmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt 2025-ci il ## ###### tarixli qәrarından mәhkumlarınǝmüdafiәçilәriǝtәrәfindәnǝkassasiyaǝşikayәtlәriǝverilmişdir. IŞIN HALLARI: Mәhkәmәnin hökmünә әsasәn mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadә etmә vә ya aldatma yolu ilәǝözgәninǝәmlakınıǝәlәǝkeçirmişdir.ǝ Belә ki, mәhkum1 özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә qardaşı mәhkum2 ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşib keçmiş hәyat yoldaşı Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk Bakı şәhәri Nәrimanov rayonu Atatürk prospekti 46A ünvanında yerlәşәn “Burhan FF” adlı qeyri-yaşayış obyektindә mәşğul olduqları avtomobil icarәsi işinә pul qoyub birgә nikahdan olan övladlarına guya yaxşı gәlәcәk tәmin etmәk üçün daimi vә sistemli gәlir verәcәyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarәyә vermәklә bağlı iş quracaqlarına dair yalan vәd vermәklә, Zәrәrçәkmiş şәxs mütәmadi olaraq vә uzun müddәt әrzindә pullar vermәsini tәmin etmәk mәqsәdi ilә az miqdarda pulları gәlir olmasını bildirib müxtәlif vaxtlarda ona verәrәk әslindә başqalarına mәxsus olan öz obyektlәrindә istifadә etdiklәri müxtәlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobillәri az miqdarda kredit borcu olduğu üçün girovda olması vә onun adına rәsmilәşdirmәnin әlavә lazımsız xәrc olacağı bәhanәsi ilә faktiki sahibi olduğunu bildirәrәk sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qәdәr olan müddәtdә Bakı şәhәri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerlәşәn “Neftçilәr” ticarәt mәrkәzindәki qeyri-yaşayış obyektindә hissә hissә olmaqla vahid niyyәtlә әhatә olunmuş qәsdlә, aldatma yolu ilә ümumilikdә 191.950 manat pulu bilavasitә vә qrup üzvü mәhkum2 vasitәsilә alaraq әlә keçirmәklә aralarında bölüşdürüb zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz әlli) manat mәblәğindә külli miqdarda maddi ziyanǝvurmaqlaǝdәlәduzluqǝetmişlәr. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Mәhkum mәhkum2 müdafiәçisi müdafiәçi8 kassasiya şikayәtini әsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya mәhkәmәsi kimi Bakı Apellyasiya Instansiya Mәhkәmәsinin qәrarı tamamilә qanunsuz vә әsassızdır. Çıxarılmış mәhkәmә hökmü formal xarakterli yazılmışdır. Hökmdә qeyd olunan cinayәt әmәlinin törәdilmәsini tәsdiq edәn heç bir istinad mәnbәyi mövcud deyildir. Halbuki mәhkәmә tәrәfindәn cinayәt işindә mövcud olan sübutlara obyektiv qiymәt verilmәli vә sonda әsaslandırılmış qәrar qәbul edilmәli idi. Lakin birinci instansiya mәhkәmәsi kimi apellyasiya instansiya mәhkәmәsi dә yalnızca zәrәrçәkmiş şәxs qismindә tanınmış Zәrәrçәkmiş şәxs ifadәsinә istinad edәrәk hazırki hökmü çıxarmışdır. Tәqsirlәndirilәn şәxslә Zәrәrçәkmiş şәxs arasındakı münasibәt mülki xarakterliǝfaizǝmünasibәtlәridir.ǝ Belә ki, mәhkum1 vә mәhkum2 mütәmadi olaraq müxtәlif mәblәğlәrdә pulu Zәrәrçәkmiş şәxs faizә götürmüş vә uzun müddәt hәmin pulların faizlәrini ödәmişdir. Lakin daha sonradan mövcud pandemiya vәziyyәti vә işlәrin pislәşmәsi sәbәbindәn faizlәrin ödәnmәsindә müәyyәn problemlәr yaranmışdır. Bunun ardınca isә Zәrәrçәkmiş şәxs uzun müddәt ödәnilәn faizlәrdәn gәlir әldә etdiyi vә hәmin faizlәrin ödәnilmәsinin dayanmasını istәmәdiyi üçün hüquq-mühafizә orqanlarına әsassız formada şikayәtlәr etmәyә başlamışdır. Işin maraqlı nüansı ondan ibarәtdir ki, mәhkum2 tәqsirlәndirilmәsinә dair cinayәt işi dә hazırki istintaqı aparan müstәntiqin icraatında olmuşdur. Işin xüsusatlarından göründüyü kimi mәsәlә tam mülki xarakterlidir vә belә xarakterli bir epizodla bağlı cinayәt işinin başlanılması qanunsuzdur. Mәhz bu sәbәbdәn dә hәmin müstәntiq ilk başda mәhkum2 başqa bir epizodla bağlı tәqsirlәndirilmәsinә dair cinayәt işinin başlanılmasnı tәmin edir. mәhkum2 hәmin işdә cәlb olunduqdan sonra isә Zәrәrçәkmiş şәxs öyrәdәrәk Faiq vә Fәrid qardaşlarından şikayәt etdirir. Olduqca maraqlı haldır ki, dәrhal hәmin әrizә hәmin müstәntiqin icraatına daxil olur vә başqa cinayәt işi üzrә tәqsirlәndirilәn şәxs kimi cәlb olunduğundan guya mәhkum2 әmәli ilә bağlı araşdırma aparırmış görüntüsü yaradaraq әslindә mәhkum1 cәlb olunması üçün çalışmışdır. Göründüyü kimi mülki xarakterli borc münasibәti ilә әlaqәdar cinayәt işinin başlanılması vә mәhkum1 mәsuliyyәtә cәlb olunması üçün istintaq orqanı tәrәfindәn ilk başda digәr qardaşın hәbsinә nail olunmuş, daha sonra isә asanlıqla hazırki iş üzrә epizodu birtәrәfli qaydada araşdırmağa başlamışdır. Bu әsassız araşdırmanınǝdaǝnәticәsindәǝhazırkiǝәdalәtsizǝmәhkәmәǝhökmüǝçıxarılmışdır.ǝ Digәr mәqam isә ondan ibarәtdir ki, birinci instansiya mәhkәmәsi zәrәrçәkmiş şәxsin ifadәsini ittihamın әsası kimi hesab etmişdir. Belә ki, guya mәhkum1 aldığı pulların mәblәğlәri zәrәrçәkmiş şәxsin eynilә dediyi kimi qeydә alınmışdır. Halbuki mәhkәmә hәr iki tәrәfin tәqdim etdiyi sübutları araşdırmalı vә әdalәtli qәrar qәbul etmәli idi. Zәrәrçәkmiş şәxs öz ifadәsindә dәfәlәrlә mәhkum1 ona әslindә faiz olan amma özünün "aylıq qazancı" adlandırdığı gәlirlәri vermәsini tәsdiq etmişdir. Lakin hәmin verilәn mәblәğlәr ittihamın әsası sayılan ümumi mәblәğdәn çıxarılmamışdır. Görünür mәhkәmә yalnız zәrәrçәkmiş şәxsin mәnafeyiniǝnәzәrәǝalmışdır.ǝ Bundan әlavә zәrәrçәkmiş şәxs guya verdiyi pul mәblәğlәrinin qarşılığında mәhkum1 avtomobillәr alaraq icarәyә verdiyini vә әldә olunan gәlirlәri ona vermәlәrini bildirmәkdәdir. Halbuki Zәrәrçәkmiş şәxs verdiyini bildirdiyi pul mәblәğlәri heç bir halda icarәyә verilәcәk qәdәr qiymәtli avtomobillәrin alınması üçün kifayәt edәcәk mәblәğlәr deyildir. Hәmin mәblәğlәrә yeni avtomobillәrin alınmasına inanmaq sözün әsl mәnasında sadәlövlük olardı. Sözsüz ki, icarәyә verilәn avtomobillәrin qiymәtinin olduqca yüksәk olması da nәzәrә alınmalıdır. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hazırki hökmü tamamilә hüquqi әsaslandırmadan uzaqdır vә sanki ittiham aktının qısaldılmış variantıdır. Müdafiә tәrәfinin әsaslandırdığı vә tәqdim etdiyi faktlar heç bir halda nәzәrә alınmamış, yalnızca zәrәrçәkmiş şәxsin ifadәsinә әsaslanaraq hazırki hökm çıxarılmışdır. Əslindә isә tәrәflәr arasındakı mövcud münasibәt tam formada araşdırılmalı vә yekun nәticәdә hәr hansı bir borcdan söhbәt gedirsә hәmin mәblәğ dәqiqlәşdirilәrәk hesablanmalıdır. Əks halda әdalәt mühakimәsindәn söhbәt belә gedә bilmәz. Istintaq orqanı tәrәfindәn cinayәt işi araşdırılarkәn vә mәhkәmә araşdırması zamanı mәhkum1 vә mәhkum2 barәsindә cinayәt tәqibinә xitam verilmәmәsi Azәrbaycan Respublikasının Baş Prokurorunun # ##### 2019cu il tarixli göstәrişinin bilavasitә pozulmasına gәtirib çıxarır. Azәrbaycan Respublikasının Baş Prokurorunun # ##### 2019-cu il tarixli göstәrişindә "Dәlәduzlub cinayәtlәri üzrә ibtidai araşdırma tәcrübәsinin ümumilәşdirilmәsi zamanı dәlәduzluq faktlarına dair şikayәtlәrә baxılarkәn bir çox hallarda mülki münasibәtlәrdәn irәli gәlәn mübahisәlәr üzrә әsassız cinayәt işlәrinin başlandığı cinayәt işlәri üzrә yoxlamaların sәthi aparıldığı, şәxslәrin әsasız tәqsirlәndirilәn şәxs qismindә cәlb edildiyi, barәlәrindә әsassız qәtimkan tәdbirlәri seçildiyi, cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә әsassız qәrarlar qәbul edildiyi vә әmәllәrin düzgün tövsif edilmәdiyi müәyyәn olunmuşdur. Hәmin hallar qәtiyyәtlә aradan qaldırılmalı, dәlәduzluqla bağlı bütün müraciәtlәr tam, hәrtәrәfli vә obyektiv araşdırılmalı, dәlәduzluq cinayәt әmәllәri mülki xarakterli münasibәtlәrdәn irәli gәlәn mübahisәlәrdәn, habelә müәyyәn әlamәtlәrinә görә dәlәduzluğa oxşar mülkiyyәt әleyhinә olan digәr cinayәtlәrdәn fәrqlәndirilmәlidir. Araşdırma nәticәsindә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş şәxslә zәrәrçәkmiş kimi tanınmış şәxs arasında mübahisәnin mülki münasibәtlәrdәn irәli gәlәn mübahisә olması müәyyәn edildikdә süründürmәçilik hallarına yol verilmәdәn dәrhal cinayәt tәqibinә xitam verilmәli vә zәrәrçәkmiş şәxsә mülki mühakimә icraatı qaydasında mәhkәmәyә müraciәt etmәk hüququ barәdә mәlumat verilmәlidir. Bu xarakterli müraciәtlәrin araşdırılması zamanı nәzәrә alınmalıdır ki, әmlakın qaytarılmaması obyektiv hallarla, yәni birgә sahibkarlıq fәaliyyәtinin qurulması, iqtisadi münasibәtlәrlә bağlı, hәmçinin müflislәşmә vә ya uğursuz kommersiya fәaliyyәti nәticәsindә, borclunun әmlakının oğurlanması vә bu kimi sair hallarla әlaqәdar olmuşdursa, kreditor vә borclunun qarşılıqlı münasibәtlәri mülki qanunvericilik әsasında tәnzimlәnir. Yuxarıda qeyd olunan xüsusatlardan vә işin faktiki hallarından açıq-aşkar görünür ki, mübahisә tamamilә mülki xarakterli olmuşdur. Halbuki qanunvericiliyimiz borclu-kreditor münasibәtlәri ilә dәlәduzluq cinayәtinin tәrkibini mütlәq olaraq fәrqlәndirir. Lakin sözügedәn cinayәt işinin istintaqını aparan Bakı şәhәr Baş Polis Idarәsi bu kimi xüsusatları qanuni vә әsaslı qiymәtlәndirmәmişdir. Birinci instansiya mәhkәmәsi kimi Bakı Apellyasiya Mәhkәmәsi dә iş üzrә yuxarıda qeyd olunan әhәmiyyәtli faktlara düzgün hüquqi qiymәt vermәyәrәk kobud qanun pozuntusu etmiş vә tәqsirlәndirilәn şәxslәr mәhkum1 vә mәhkum2 barәsindә qanunsuzǝhökmǝçıxarmışdır. Bundan başqa, Bakı Apelyasiya Mәhkәmәsindә hüquqlarını müdafiә etdiyi şәxsә iki dәfә bәraәt verilmiş, Ali Mәhkәmә tәrәfindәn hәmin hökmlәr lәğv edilmiş, әlavә araşdırma aparılması üçün apelyasiya mәhkәmәsinә qaytarılmışdır. Lakin apelyasiya mәhkәmәsi hazırkı araşdırmada Ali Mәhkәmәnin qәrarında göstәrilәn tövsiyәlәrә әmәl etmәyәrәk әlavә araşdırma aparmadan yalnız tәqsirlәndirilәn şәxslәr vә zәrәrçәkmiş şәxsin ifadәlәrinә әsaslanaraqǝqanunsuzǝbirǝqәrarǝqәbulǝetmişdir. Belә ki, Ali Mәhkәmәnin qәrarında göstәrilir ki, “apellyasiya mәhkәmәsi Faiq tәrәfindәn Vüsalәnin ünvanına "sәnin aylıqların verilir", "bu yandan faizlәr dirәndi", Vüsalә tәrәfindәn isә Faiqin ünvanına "görüm müәllimi ayın axırına kimi saxlaya bilirәmmi", “müәllim elә bilir ki, pulun әvәzinә altı әdәd maşın var", "camaatın pulunu vermişәm sәnә, ver da camaatın pulunu” ifadәlәri әsas götürәrәk tәrәflәr arasında mülki xarakterli münasibәtlәrin olması barәdә qәnaәtә gәlmişdir. Lakin apellyasiya mәhkәmәsinin öz hökmündә istinad etdiyi mәlumatlardan birmәnalı aydın deyil ki, mәhkum1 tәrәfindәn Zәrәrçәkmiş şәxs ünvanına "sәnin aylıqların verilir", "bu yandan faizlәr dirәndi", kimi ifadәlәrindә "aylıq" hissәsi zәrәrçәkmişin göstәrdiyi vә ona verilmiş cüzi qazanc kimi, yoxsa mәhz faiz kimi qәbul olunmalıdır, Apellyasiya instansiyası mәhkәmәsi isә yalnız mәhkum1 vә mәhkum2 ziddiyyәtli ifadәlәrindәn çıxış edәrәk, hәr hansı ağlabatan әsas gәtirmәdәn adları çәkilәn şahidlәrin ifadәlәrini sübut kimi qәbul edilmәsindәn imtina etmәk barәdә nәticәyә gәlmәklә yanaşı, mәlum telefon danışıqlarının tәdqiq vә tәhlilini aparmamış, bununla da, cinayәt tәqibinin başlandığı andan yekun mәhkәmә qәrarlarının çıxarıldığı vaxtadәk zәrәr çәkmiş şәxsin vә әksәr şahidlәrin ziddiyyәtsiz vә birmәnalı ifadәlәrinә vә obyektivǝhәqiqәtiǝәksǝetdirәnǝtelefonǝdanışıqlarınaǝәhәmiyyәtǝvermәmişdir." Lakin Bakı Apelyasiya Mәhkәmәsi yekun qәrar qәbul edәrkәn bu araşdırmaları aparmamış, şahidlәrin ifadәsini almamış, zәrәrçәkmiş şәxsin ifadәlәrindә olan ziddiyyәtli mәqamlara diqqәt etmәmişdir. Zәrәrçәkmiş şәxs kimi tanınmış Vüsalә Atayevә ifadәsindә bildirir ki, “ mәhkum2lә mәnim işgüzar fәaliyyәtim 2018-ci ilin yanvar ayında başlayıb. 2018ci ilin axırı, 2019-cu ilin әvvәli qurtarıb. Dәfәlәrlә pul alınıb qaytarılmamışdı. Sonuncu epizod üzrә dә pul verildi, geri qaytarılmadı. Mәblәğ dәqiq yadımda deyil. Hәmin mәblәğlәri kağıza yazmışdım. Xeyr, pulların hamısının әvәzinә maşına verilmәli idi. Başqa heçnә yox. Dedi ki, maşın hәrraca çıxıb 2000 manata alacam. Mәn dә verdim. Cüzi miqdarda mәnә gәlir kimi pul verilib. Hәr epizod üzrә dәqiq nә qәdәr gәlir götürmüşәm deyә bilmәrәm. 460 manat, 920 manatın olduğunu dәqiq deyә bilmәrәm. Maşınların markalarını dәqiq ardıcıllıqla deyә bilmәrәm, gәlәn proses yazdığım kağızı gәtirib sәslәndirәrәm. "X2 markalı maşın 2012-ci il istehsallı maşın bankda idi, qiymәti yadımda deyil, tәxminәn 8500 manat olardı. Ərizәlәrdә olubsa, rәqәm sәhvi ola bilәrdi. Hәr maşına görә ayrılıqda deyә bilmәrәm. Mәn faizә pul vermәmişәm. Qısa müddәt әrzindә xeyir olmur axı. Əvvәldә verdiyi pulları iş üçün verirdim. Sonrakı pulları isә әvvәlki pullar batmasın deyә vermişәm. Hәmin avtomobillәr mәnә mәxsus idi. Adlarını vermişәm. Maşınların pulunu vermişәmsә, onlar da mәnә mәxsusdur. Əlavә xәrclәr olacaq deyә maşınları adıma keçirtmәdilәr. Xeyr, qaytarmamışam.ǝ17-ǝ18ǝdәfәǝpulǝvermişәm. Iş materiallarından göründüyü kimi zәrәrçәkmiş şәxs bir-biri ilә uyğun olmayan, әksәrәn "Bilmirәm, kağıza baxaram, yadımda qalmayıb" deyә ifadәlәr vermәklә әslindә qәrәzli ifadә vermişdir. Xüsusilә ibtidai istintaqda dәfәlәrlә, ağır cinayәtlәr mәhkәmәsindә, Bakı Apellyasiya Mәhkәmәsindә 3 dәfә, Ali Mәhkәmәdә 2 dәfә ifadә vermiş bir şәxsin hansı avtomobilә görә nә qәdәr pul vermәsini, pulların hansı ardıcıllıqla verilmәsi, әldә edilәn cüzi qazancın hansı mәblәğdә olmasını, avtomobillәrin markalarını dәqiq deyә bilmәmәsi, neçә dәfә pul vermәsini xatırlamaması inandırıcı vә ağlabatan deyildir. Çünki göstәrilәn ifadәlәr verilәcәyi tәqdirdә әn azı şәxs 10 dәfә ifadә vermiş olur. Xüsusilә ibtidai istintaqda dәqiq tarixlәrlә vә rәqәmlәrlә nә qәdәr pul vermәsini bildirәn şәxsin sonuncu Apellyasiya Mәhkәmәsindәki iclasda bunları xatırlaması şәxsin qәrәzli vә yalan ifadә vermәsini tәsdiqlәyir. Xüsusilә Zәrәrçәkmiş şәxs neçә dәfә pul vermәsini xatırlamaması, kağıza baxaram deyә ifadә vermәsi әslindә ona әvvәlcәdәn qurulmuş saxta ssenariyә uyğun olaraqǝrәqәmlәrinǝvәǝmәblәğinǝonaǝәvvәlcәdәnǝyazılıǝformadaǝverilmәsiniǝtәsdiqǝedir. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs bundan öncә olmuş apellyasiya baxışı zamanı verdiyi ifadәsindә 191950 manat pulu tәqsirlәndirilәn şәxslәrә hәr hansı yazılı sәnәd tәrtib edilmәdәn, heç kimin iştirakı olmadan verdiyini bildirmişdir. Iş materiallarından göründüyü kimi, Zәrәrçәkmiş şәxs uzun müddәtdir lombard fǝaliyyәti ilә mәşğul olmaqla maliyyә mәsәlәlәri sahәsindә, maliyyә münasibәtlәrindә kifayәt qәdәr tәcrübәyә malik bir şәxs olmuşdur. 2018-ci ilin yanvar ayından aprelin 16-dәk guya hissә-hissә tәxminәn ümumilikdә 21000 manat vermiş Zәrәrçәkmiş şәxs hәmin mәblәğin qarşılığında “verdiklәri vәdin” hәr hansı hissәsini yerinә yetirmәyәn mәhkum1 vә mәhkum2 sonrakı müddәtlәrdә yәni 2019cu ilin avqust ayı daxil olmaqla әlavә olaraq böyük mәblәğlәrdә pul vermәsini ağlabatan mühakimә şәklindә izahını vermәk mümkün deyildir. Göründüyü kimi zәrәrçәkmiş şәxsin dediyi kimi kommersiya mәqsәdi ilә birgә iş fәaliyyәti üçün müxtәlif mәblәğlәrdә pul vәsaitlәrinin 1 il 7 ay müddәtindә, 19 dәfәyә verilmәsi artıq özlüyündә zәrәrçәkmiş şәxsin aldadılmaqla onun әmlakının әlә keçirilmәsini, kommersiya mübahisәsi olmaqla dәlәduzluq cinayәtinin tәrkibinin yaranmasını istisna edir vә irәli sürülmüş hәmin ittihamın әsassız olduğunu göstәrir. Bundan әlavә, mәhkum1 vә mәhkum2 zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs aldatmaları halı, yәni ittihamda tәsvir edilәn cinayәt üsulu kimi göstәrilәn “aldatma yolu ilә” ümumiyyәtlә müәyyәn olunmur. Lakin ittihamın tәsvirindә zәrәrçәkmiş şәxs tәrәfindәn pulların nә vaxt, yәni aylar vә günlәr göstәrilmәklә nә vaxt verilmәsi, cinayәtin konkret nә vaxtǝtörәdilmәsiǝözǝәksiniǝtapmamışdır. Halbuki, mәhkum1, mәhkum2, zәrәrçәkmiş şәxsin, şahidlәrin ifadәlәri, iş üzrә toplanmış digәr sübutlar ittihamda göstәrilәn dәlәduzluğu tәşkil etmәsi qeyd edilәn әksәr epizodlar üzrә müәyyәn edilmiş sayılan hallar vә talama cinayәtlәrini xarakterizә edәn obyektiv vә subyektiv әlamәtlәr, mәhkum1 vә mәhkum2 tәqsirli bilindiklәri CM-in 178.3.2-ci maddәsinin dispozisiyası ilә müqayisә edildikdә, hәmin sübutların vә işin faktiki hallarının sözügedәn epizodlarda dәlәduzluq cinayәtinin zәruri әlamәtlәrinin mövcud olması haqqında nәticә ilә uzlaşmadığı aydın olur. Bir daha bildirir ki, cinayәt işi üzrә mәhkum1 vә mәhkum2 istinad edilәn CM-in 178.3.2-ci maddәsi üzrә obyektiv nәticәyә gәlmәk üçün mәhkum1 vә mәhkum2 zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs pul vәsaiti götürәrkәn әsl niyyәtlәrinin nәdәn ibarәt olması, hәmin vәsaitin qarşılığında zәrәrçәkmiş tәrәfә hәr hansı vәd vermәlәri, tәrәflәr arasındakı münasibәtlәrin hәqiqiliyi, xarakteri vә mahiyyәtinin necә vәǝnәdәnǝibarәtǝolmasıǝüzrәǝhüquqiǝdәyәrlәndirmәǝaparılmalıdır. Müdafiәçi belә nәticәyә gәlmişdir ki, tәqsirlәndirilәn şәxslәrlә zәrәrçәkmiş şәxs arasında kommersiya mәqsәdi ilә verilmiş borc münasibәtlәri mövcüd olmuşdur vә uğursuz sahibkarlıq fәaliyyәti nәticәsindә mәhkum1 vә mәhkum2 Zәrәrçәkmiş şәxs maddi tәlәblәrini tәmin edә bilmәmişdir. mәhkum1 işlәrinin uğursuzluğa düçar olması vә maddi vәziyyәtinin pislәşmәsi ilә әlaqәdar müxtәlif bәhanәlәrә Zәrәrçәkmiş şәxs vermәli olduğu pulu ödәmәkdәn yayınmışdır, lakin belә yayınma dәlәduzluğun dispozisiyasına uyğun gәlәn aldatma kimi qiymәtlәndirilә bilmәz. Belәliklә, mәhkum1 vә mәhkum2 әmәllәrindә etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirib külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmәlәri barәdә ittiham tamamilә әsassız olmaqla hәmin ittihama görә Cinayәt Mәcәllәsinin 178.3.2-ciǝmaddәsiǝilәǝtәqsirliǝbilinәǝbilmәz. Mәhkumun müdafiәçisi kassasiya şikayәtindә göstәrilәnlәrә әsasәn Bakı Apelyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrәli qәrarının lәğv edilmәsini vә mәhkum2 Novruzali oğluna Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsiǝilәǝverilmişǝittihamaǝbәraәtǝverilmәsiǝbarәdәǝqәrarǝqәbulǝedilmәsiniǝxahişǝetmişdir. Mәhkum mәhkum1 müdafiәçisi müdafiәçi8 mәhkum mәhkum1 kassasiya şikayәtini mәhkum mәhkum2 Novruzali oğlunun kassasiya şikayәtindә göstәrilәn eyni әsaslarla eyni mәzmunda әsaslandıraraq Bakı Apelyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrәli qәrarının lәğv edilmәsini vә mәhkum1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ei maddәsi ilә verilmiş ittihama bәraәt verilmәsi barәdә qәrar qәbul edilmәsiniǝxahişǝetmişdir. Mәhkәmә kollegiyasının iclasında sәdrlik edәn zәrәrçәkmiş şәxs mәhkumların müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinin tәmin olunmamasını vә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli qәrarın dәyişdirilmәdәnǝǝsaxlanmasıǝbarәdәǝqәrarǝqәbulǝedilmәsiniǝxahişǝetdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn dövlәt ittihamçısı dövlәt ittihamçısı1 kassasiya şikayәtlәrinin tәmin olunmamasını vә mәhkum1 vә mәhkum2 Novruzәli oğlunun barәlәrindә olan cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli qәrarın dәyişdirilmәdәn saxlanması barәdә qәrar qәbul edilmәsiniǝxahişǝetdi. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquqi mәsәlәlәr üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsi, kassasiya şikayәtinin vә ya kassasiya protestinin baxışının nәticәlәri buna әsas verәrsә, barәsindә kassasiya müraciәti olmayan mәhkum edilmişǝşәxslәrinǝdәǝxeyrinәǝyekunǝqәrarǝqәbulǝedir. Hәmin Mәcәllәnin 419.11-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktlarıǝmüәyyәnǝedәǝvәǝyaǝonlarıǝsübutaǝyetirilmişǝhesabǝedәǝbilmәz. Qeyd olunan maddәdәn dә göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrininǝsәlahiyyәtinәǝaidǝedilmişdir.ǝ Bundan başqa, göstәrilәn normanın tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrindәn fәrqli olaraq hәr hansı bir faktın baş verib-vermәmәsini müәyyәn etmir vә yalnız hәmin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallara әsasәn cinayәt vә cinayәt-prosessual qanunların normalarının düzgünǝtәtbiqǝedilib-edilmәmәsiǝmәsәlәlәriniǝyoxlayır. Mәhkumların müdafiәçisi kassasiya şikayәtlәrindә mәhkumlara bәraәt verilmәli olduğunu mübahisәlәndirәrәk apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilmәsi barәdә tәlәbini CPM-in 416.1.2-ci maddәsindә nәzәrdә tutulan hallarla әlaqәlәndirmişdir.ǝ Mәhkәmә kollegiyası kassasiya şikayәtlәrini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәtlәri kimi görür vә bu müraciәtlәrlә әlaqәdar Apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini vә әsaslılığını kassasiya müraciәtlәrinin dәlillәrini dә nәzәrә alaraq yoxlayıb, araşdırmanın nәticәlәri olaraq aşağıdakılarıǝqeydǝedir. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII bәndinә әsasәn mәhkәmәǝicraatıǝhәqiqәtinǝmüәyyәnǝedilmәsiniǝtәminǝetmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin III bәndinә әsasәn mәhkәmәǝqәrarıǝqanunaǝvәǝsübutlaraǝәsaslanmalıdır. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2009-cu il tarixli qәrarında göstәrilir ki, hәqiqәti müәyyәnlәşdirmәk imkanının inkar edilmәsi nәinki әdalәt mühakimәsini mәnәvi mәqsәd vә mәzmunundan mәhrum etmәklә istәnilәn әdalәtsizliyә bәraәt verilmәsinә haqq qazandıra bilәr. Hәqiqәtin müәyyәnlәşdirilmәsi vә bununla da işin әdalәtli hәlli: mәhz tәqsirkarın vә yalnız tәqsirlilik dәrәcәsinә uyğun mәhkum olunması, onun cinayәt qanununun tәlәblәrinә uyğun cәzalandırılması vә nәticә etibarilә tәqsirsizә şәrtsiz bәraәt verilmәsi – hakimin hәm vәzifә, hәmǝdәǝmәnәviǝborcudur. Hәr hansı mәhkәmә araşdırılması әdalәtli mәhkәmә qәrarının qәbulu ilә yekunlaşmalıdır. Bu mәnada ümumilәşdirilmiş şәkildә cinayәt prosesinin tәrәflәri vә cәmiyyәtin özü mәhkәmәdәn nәinki qanuni, hәmçinin әsaslandırılmış hökm gözlәyir. Hәr bir halda, mәhkәmә hökmü nәinki forma vә mәzmun üzrә qanunun tәlәblәrinә uyğun, cinayәt-prosessual qanunun tәlәblәrinә müvafiq müәyyәnlәşdirilmiş faktlar üzәrindә vә cinayәt qanununun düzgün tәtbiqi nәticәsindә çıxarılmalı, o, eyni zamanda әsaslandırılmış vәǝsübutaǝyetirilmişǝolmalıdır. Mәhkәmә kollegiyası işin materiallarını öyrәnib, kassasiya şikayәtlәrinin dәlillәrini müzakirә edib, kassasiya şikayәtlәrinin rәdd edilmәsi barәdә zәrәrçәkmiş şәxsin vә dövlәt ittihamçısının çıxışlarını dinlәyib, işә baxmış birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn faktların müәyyәn edilmәsindә vә hüquqi mәsәlәlәr üzrә cinayәt vә cinayәtprosessual qanun normalarının tәtbiqinin düzgünlüyünü yoxlayaraq, belә qәnaәtә gәlir ki, kassasiyaǝşikayәtlәriǝtәminǝedilmәmәlidir. Mәhkәmә kollegiyası kassasiya şikayәtlәrinin dәlillәrinә münasibәt bildirәrәk aşağıdakılarınǝqeydǝedilmәsiniǝzәruriǝhesabǝedir. Mәhkumların müdafiәçisi kassasiya şikayәtlәrindә mәhkumlara bәraәt verilmәli olduğunuǝmübahisәlәndirmişlәr Mәhkәmә kollegiyası müdafiә tәrәfinin bәraәt iddiası ilә bağlı qeyd edir ki, müdafiә tәrәfinin irәli sürüdüyü dәlillәr әsassız olmaqla cinayәt işi üzrә toplanılaraq yoxlanılmış vә qiymәtlәndirilmişǝmötәbәrǝsübutlarınǝmәcmusuǝilәǝtәkzibǝedilir.ǝ Mәhkәmә kollegiyası hesab edir ki, mәhkumların onlara qarşı irәli sürülmüş ittihamda tәqsirli olması cinayәt işi üzrә toplanmış vә mәhkәmәlәr tәrәfindәn tam, hәrtәrәfli vә obyektiv şәkildә, mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә yoxlanılaraq qiymәtlәndirilmişǝmötәbәrǝsübutlarınǝmәcmusuǝilәǝtamǝsübutaǝyetirilmişdir.ǝǝ Mәhkәmә kollegiyası mötәbәrliyi mәhkәmәlәr tәrәfindәn yoxlanılmış sübutları hazırkı qәrarda tәkrarlamadan mәhkәmәlәr tәrәfindәn hәmin sübutlara münasibәtdә qiymәtlәndirmә ilә razılaşır vә hesab edir ki, mәhkumların әmәlinin tövsifi vә ittihamın hәcmi ilә bağlı mәhkәmәlәrin qәnaәti qanuni vә әsaslıdır vә bununla bağlı kassasiya şikayәtlәrinin dәlillәriǝәsassızdır.ǝ Mәhkәmә kollegiyası hesab edir ki, mәhkumlara cәza tәyin edilәrkәn törәdilmiş cinayәt әmәlinin xarakteri, ictimai tәhlükәlilik dәrәcәsi, mәhkumların şәxsiyyәti vә onların cәzasını yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınmaqla, onların tәqsirli bilindiyi maddәnin sanksiyası hәddindә mәhkumlara әdalәtli cәza tәyin edilmişdir. Cәzanın növü vә hәddi qanuni, әsaslı vә әdalәtli olduğu üçün mәhkәmә kollegiyası hesab edir ki, hәmin cәzanınǝyüngüllәşdirilmәsiǝüçünǝqanuniǝәsaslarǝmövcudǝdeyil.ǝǝǝǝ Eyni zamanda, mәhkәmә kollegiyası hesab edir ki, mәhkumların tәqsirli bilindiyi maddәyә CM-in 62-ci maddәsinin vә onlar barәsindә CM-in 70-ci maddәsinin tәtbiqi üçün qanundaǝnәzәrdәǝtutulanǝhüquqiǝvәǝfaktikiǝhallarǝvәǝәsaslarǝmövcudǝdeyil.ǝ Qeyd edilәnlәri yekunlaşdıraraq mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәtlәri tәmin edilmәmәli, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli qәrarı, kassasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır.ǝǝǝǝǝ Yuxarıda göstәrilәnlәrә әsasәn, Azәrbaycan Respublikası CPM-in 419.10.1-ci maddәsiniǝrәhbәrǝtutubǝmәhkәmәǝkollegiyası Q Ə R A R A A L D İ: Mәhkumlar mәhkum1 vә mәhkum2 Novruzәli oğlunun müdafiәçisi tәrәfindәn verilmiş kassasiyaǝşikayәtlәriǝtәminǝedilmәsin. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 2021-ci il ## ###### tarixli, 1(101) ****/**** nömrәli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinib mәhkum edilmiş mәhkum1 vә mәhkum2 Novruzәli oğlu barәlәrindә olan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrәli qәrarı, mәhkumların müdafiәçisinin kassasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәnǝsaxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar