Məhkəmə qərarları › İş №1(102)-3055/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3055/2025

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3055/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Teyyub Asif Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, müdafiəçilər müdafiəçi14, X16 və müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 1(103)- 1572/2025 nömrəli qərarından məhkum Axundov İqbal Yunis oğlunun müdafiəçisi müdafiəçi14 və məhkum məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Şəlalə Həsənova (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Aytən Əliyevadan ibarət tərkibdə) 22 may 2025-ci il tarixli 1(101)- 107/2025 nömrəli hökmü ilə 03 iyul 1981-ci ildə Tərtər rayonu, İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Axundov İqbal Yunis oğlu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmış, 16 mart 1989-cu ildə Tərtər rayonu, Qaynaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla yaşamış məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X2, İsayev Anar Əfqan oğlu, X3 və X6 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Axundov İqbal Yunis oğlu Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, İqbal Axundov İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X8 və X7 X2 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə İqbal Axundova Azərbaycan Respublikası vətəndaşları məhkum1, X3 və X6 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. İqbal Axundov məhkum1, Sənan Məmmədov, Xəqani Məmmədov və Arif Cümşüdovla cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra İqbal Axundov məhkum1, Sənan Məmmədov, Xəqani Məmmədov və Arif Cümşüdovla birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, İqbal Axundov külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,103 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində İqbal Axundovun üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,103 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum1 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, məhkum1 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X8 və X7 X2 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə məhkum1 Azərbaycan Respublikası vətəndaşları Axundov İqbal Yunis oğlu, X3 və X6 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Bundan başqa məhkum1 İqbal Axundov, Sənan Məmmədov, Xəqani Məmmədov və Arif Cümşüdovla cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra məhkum1 İqbal Axundov, Sənan Məmmədov, Xəqani Məmmədov və Arif Cümşüdovla birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, məhkum1 külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,229 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində məhkum1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,229 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mehriban Qarayeva (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Zəfər Əhmədovdan ibarət tərkibdə) 17 noyabr 2025-ci il tarixli, 1(103)-1572/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2025-ci il tarixli 1(101)-107/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Axundov İqbal Yunis oğluna CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilərək təqsirli bilindiyi CM-in 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Axundov İqbal Yunis oğluna CM-in 234.1-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırda təyin olunmuş cəza ilə qismən toplamaqla ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkum1 CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilərək təqsirli bilindiyi CM-in 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən məhkum1 CM-in 234.1-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırda təyin olunmuş cəza ilə qismən toplamaqla ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Axundov İqbal Yunis oğlunun müdafiəçisi müdafiəçi14 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 1(103)-1572/2025 nömrəli qərarının ləğv edilməsi və məhkum Axundov İqbal Yunis oğlunun CM-in 234.1-1 və 278.2-ci maddələri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 1(103)-1572/2025 nömrəli qərarının ləğv edilməsi və CM-in 234.1-1 və 278.2-ci maddələri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi müdafiəçi14 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı işin bütün faktiki hallarının araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, qanunsuz, əsassız və qeyri-humanistdir. Belə ki, Axundov İqbal verilən ittiham üzrə özünü təqsirli bilməmiş, digər qrup üzvlərindən Tərtər rayon sakinləri ilə yalnız hüzr məclislərində, məscidlərdə görməklə görüşmüş və danışmış, dövlət əleyhinə heç bir danışıq aralarında olmadığı, bununla bağlı heç bir hərəkət etmədiyini, iki qardaşının müharibə qazisi olduğunu, anasının Qəhrəman Ana statusu olduğunu bildirməklə, insanları pis vərdişlərdən uzaq olmağa, dini ayinlərimizi daimi dəqiq riayət etməyə təbliğ etməklə məşğul olduğunu, narkotik vasitəsini heç vaxt istifadə etmədiyini, pis vərdişlərinin olmadığını, dövlətinə, dininə və ailəsinə sadiq bir vətəndaş olduğunu bildirməklə yalnız qəbiristanlıqda ölən şəxslərə quran ayəsi oxumaqla qazanc əldə edərək ailəsini saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən digər təqsirləndirilən şəxslər də Axundov İqbala münasibətdə analoji ifadələri vermişlər. Bundan başqa təqsirləndirilən şəxslərə, o cümlədən Axundov İqbala verilmiş eyni məzmunlu narkotik ittihamı tamamilə əsassız və absurdur. Belə ki, ittihamdan göründüyü kimi DİN-in BMCMİ eyni gündə Tərtər rayonunda əməliyyat keçirməsi və həmin şəxslərin üzərində eyni gündə narkotik vasitə çıxması və həmin şəxslərin daha sonra CM-in 278.2-ci maddəsi ilə təqsirli bilinməsi verilən ittihamın qondarma olmasının ən əsaslı sübutudur. Təqsirləndirilən şəxslərin əksəriyyəti eyni məzmunlu ifadə verərək döyülərək, hədə qorxu gəlinərək ifadəyə imza çəkdiklərini və video görüntü zamanı guya üzərilərində narkotik vasitənın çıxdıqlarını etiraf etdiklərini bildirmişlər. Həmçinin cinayət işi üzrə dindirilmiş şahid Kərimov Zaur ifadəsinin müstəntiq tərəfindən yazıldığını, oxumadan imza çəkdiyini, Axundov İqbalın dövlət əleyhinə hər hansı danışıqların eşitmədiyini, bununla bağlı hər hansı hərəkətlərinin şahidi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində müvafiq əməllərin törətdilməsi CM-in 278.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Həmin maddənin dizpozisyasına nəzər yetirdikdə görürük ki, həmin cinayəti törətmiş şəxslərin konkret əməlləri olmalıdır. Cinayət işi üzrə Axundov İqbalın Azərbaycan Respublikasının konstitutsiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində hər hansı heç bir cüzi hərəkəti olmamış və ittiham tərəfindən sübuta yetirilməmişdir. Cinayət işi materiallarında yalnız Axundov İqbal ilə Cümşüdov Arifin arasında “whatsap” proqramı ilə yazışmaları var ki, həmin yazışmaların mütləq əksəriyyəti Cümşüdov Arif dini videolar, statuslar Axundov İqbala göndərmiş, Axundov İqbal isə Cümşüdov Arifə və ya digərlərinə heç bir dini videolar, statuslar və sair telefonda olan məlumatlarını göndərməmişdir. Həmin dini videolar Axundov İqbala göndərilsə də Axundov İqbal onu heç bir yerdə paylaşmamış və kiməsə göndərməmişdir. Ümumiyyətlə, göndərilən videolara baxdıqdan onun Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirmək mümkün deyildir. Məhkum məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində çıxarılmış hökm ədalətsiz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərinin törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmadığına baxmayaraq barələrində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Həmçinin kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəmələr sübutları araşdırarkən həmin sübutların mötəbərliyinə şübhə yaradan ziddiyyətləri aradan qaldırmamışlar. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-1 və 278.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkumların təqsiri onların məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, məhkəmə baxışında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, mobil telefonlardan əldə olunmuş məlumatlar, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmələr həmin sübutları ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirərək əsaslı nəticəyə gəlmişlər ki, iş üzrə toplanmış sübutlar məhkumların ittiham olunduqları cinayət əməllərini törətmələrinə dair yekun və mötəbər nəticəyə gəlmək üçün kifayət edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi Axundov İqbal Yunis oğlunun və məhkum1 iş üzrə ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olması və digər sübutlarla təsdiq edildiyindən məhkumların həmin ifadələri mötəbər və həqiqətə uyğun ifadələr kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Həmin sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etmələri üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 234.1-1 və 278.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. İşə baxılması zamanı cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq olunmuş, sübutlar qanunun tələblərinə uyğun şəkildə tədqiq edilərək qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, məhkumların ittihamda göstərilən cinayət əməllərinin törədilməsinə aidiyyətini və təqsirliliyini iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə əsaslandırmışdır. Bu baxımdan, məhkumların təqsirinin sübuta yetirilməsi və əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 barələrindəki Azərbaycan Respublikası CM-in 234.1-1 və 278.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, məhkəmələr Axundov İqbal Yunis oğlu və məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış və onlara işin hallarına və şəxsiyyətlərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən təyin edilmiş cəzalar məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Axundov İqbal Yunis oğlu və məhkum1 barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 1(103)-1572/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayətləri təmin edilməsin. Axundov İqbal Yunis oğlu və məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-1 və 278.2ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 1(103)-1572/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar