Məhkəmə qərarları › İş №1(102)-306/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-306/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-306/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və müdafiəçisi-vəkil Müdafiəçi2 işti rakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi-vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) Məhkum-xx xxxx 1974-cü il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 92, mənzil 36-da qeydi yyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Hökməli kəndində yaşamış Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı xx xxxxxx 2016-cı tarixdən xx xxxxxx 2016-cı il tarixədək Bakı şəhəri Yasamal RPİ-nin MSY-də saxlanıldığı 02 gün müddə t, həmçinin xx xxxxxx 2016-cı il tarixdən iş üzrə ibtidai istintaq zamanı seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edildiyi xx xxxxxxx 2017-ci il tarixə qədər «həbs»də «ev dustaqlığı»nda olduğu müddət, yəni cəmi 01 il 01 ay 21 gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 04 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə X4 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 08 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzadan azad edilərək barəsində 02 il şərti sınaq müddəti təyin edilməsinə baxmayaraq, ona təyin olunmuş sınaq müddəti bitmədən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonunun Hökməli kəndində ev tikib satmaqla məşğul olaraq külli məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq, etibardan sui-istifadə edərək xx xxx 2014-cü il tarixdə ü1 ünvanda yerləşən kürəkəni Zərərçəkmiş şəxs3 yaşadığı evdə 22.000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, tamah niyyəti ilə, təkrarən, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək m əqsədi ilə X6 Abşeron rayonunun Hökməli kəndində ev tikib satmaqla məşğul olaraq külli məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx xxx 2014-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Ləvəngi” kafesində 10.000 manat pulunu və xx xxxx 2014-cü il tarixdə Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanda yerləşən “Ləvəngi” kafesində 8.300 manat pulunu, cəmi 18.300 manat pulunu ələ keçirib mərhum zərərçəkmiş şəxs 2 və onun arvadı Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələd etmişdir. Bundan başqa, Məhkum, tamah niyyəti ilə, təkrarən, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Abşeron rayonunun Hökməli kəndində ev tikib satmaqla məşğul olaraq külli məbləğdə qa zanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx xxxx 2014-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Ləvəngi” kafesində 2.700 manat pulunu, xx xxxx 2014-cü il tarixdə ü2 yerləşən “Ləvəngi” kafesində 2.000 manat pulunu, xx xxxx 2014-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “Ləvəngi” kafesində 7.000 manat pulunu, xx xxxx 2014-cü il tarixdə ünvan 5 ünvanda yerləşən evində 10.000 manat pulunu, cəmi 21.700 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, tamah niyyəti ilə, təkrarən, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Abşeron rayonunun Hökməli kəndində ev tikib satmaqla məşğul olaraq külli məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq xx xxx 2014-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Ləvəngi” kafesində 21.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, tamah niyyəti ilə, təkrarən, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə X7 Abşeron rayonunun Hökməli kəndində ev tikib satmaqla məşğul olaraq külli məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq 2014-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Ləvəngi" kafesində 3.300 manat pulunu ələ keçirib zərərçəkmiş Azad Mirzəyevə ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum X4, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim M.S.Hüseynov, hakimlər H.H.Əhmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və məhkum X3 daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum X1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən apellyasiya şikayətində göstərən xüsusatlar araşdırmamış, Məhkum ədalətsiz və ağır cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum X1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının və məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli q ərarı isə məhkum X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mötəbər yekun nəticəyə gəlməyə imkan verən bütün mümkün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmaqla tədqiq etmiş və qiymətləndirmişlər. Məhkum X1 hərəkətləri Azərbaycan Respublik ası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Birinci instansiya məhkəməsi məhkum X4 oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və 59 maddələrinin tələblərinə əməl etmiş, məhkumun cəzasını yüngülləşdirən halları (məhkumun cinayət əməlini qismən etiraf edib peşman olmasını, iş üzrə vurulmuş maddi ziyanın bir qisminin onu tərəfindən könüllü ödənildiyini və həmçinin himayəsində azyaşlı uşaqlarının olmasını) və cəzanı ağırlaşdıran halları (ə məlində cinayətlərin residivinin olmasını), törədilmiş cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq təyin etdiyi cəza ilə razılaşmış məhkəmənin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, kassasiya şikayətində cəzanın yüngülləşdirilməsi istiqamətində mötəbər dəlillər göstərilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum X1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən sax lanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar