Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-306/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 29,318.1 və 318.1-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisivəkil Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.V. Məmmədov (sədrlik edən və məruzəçi), C.C. Nəbiyev və M.Ə. Abdullayevdən ibarət tərkibdə) 06 fevral 2020-ci İl tarixli hökmü ilə Məhkum1 - 21 sentyabr 1975-ci ildə İran İslam Respublikasının Astara rayonunun Virmoni kəndində anadan olmuş, İran İslam Respublikasını n vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İran İslam Respublikasının Astara rayonunun Virmoni kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.1 və 29,318.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1,234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 29,318.1 və 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını c iddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 23 fevral 2019cu ildən hesablanması hökm edilmişdir. Məhkum2 - 07 iyul 1986-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 24 fevral 2019-cu ildən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, İran İslam Respublikası vətəndaş Məhkum1 şəxsiyyəti məyyən olunmayan digər İran İslam Respublikasının vətəndaşları ilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlarının qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilərək cinayətkar qrupun üzvü Məhkum2 təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, İran İslam Respublikasında qanunsuz olaraq külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 505 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 2520 qram heroini, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 290,3 qram metamfetamini, 100 ədəd konvalyutda ümumi sayı 1500 ədəd olan kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 225 qram külli miqdarda Preqabalin güclü təsir edən dərman preparatını, 64 ədəd flakonda təsiredici maddəsinin ümumi miqdarı 6,4 qram təşkil edən külli miqdarda Mydrax-tropikamid güclü təsir edən dərman preparatını, narkotik vasitə təmiz halda çəkisi 0,091 qram heroini sa tış məqsədi ilə əldə edib, saxlamış, 23 fevral 2019-cu il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən 12-ci sərhəd zastavasının 20-ci sahəsindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda daşıyaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş, həmin gün saat 05 radələrində qeyd olunan külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 505 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 2520 qram heroini, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 290,3 qram metamfetamini, 10 0 ədəd konvalyutda ümumi sayı 1500 ədəd olan kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 225 qram külli miqdarda Preqabalin güclü təsir edən dərman preparatını, 64 ədəd flakonda təsiredici maddəsinin ümumi miqdarı 6,4 qram təşkil edən külli miqdarda Mydrax-tropikamid güclü təsir edən dərman preparatını sərhədə yaxın Astara rayonu, İstisu çayının yanında yerləşən dəmir su borusunun yaxınlığında cinayətkar qrupun üzvü Məhkum2 təhvil vermiş, bundan sonra qanunsuz yol ilə İran İslam Respublikasına qayıtmaq məqsədi ilə 23 fevral 2019-cu il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Astara rayonunda yerləşən 13-cü sərhəd zastava sının arxa hüdudlarında təkrarən qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, üzərinə baxış keçirilərkən təmiz halda çəkisi 0,091 qram heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 505 qram qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 2520 qram heroin, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 290,3 qram metamfetamin, 100 ədəd konvalyutda ümumi sayı 1500 ədəd olan kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 225 qram külli miqdarda Preqabalin güclü təsir edən dərman preparatı, 64 ədəd flakonda təsiredici maddəsinin ümumi miqdarı 6,4 qram təşkil edən külli miqdarda Mydraxtropikamid güclü təsir edən dərman preparatı 24 fevral 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu Ərçivan kəndində Məhkum2 yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidən aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmündən məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) apelyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəmə sinin 06 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilərək bu qanun əsasında ona 5 (beş) il 6 (altı) ay müddətinə və CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 (on iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən, həmin Məcəllənin 32.5,206.2ci maddəsinə tövsif edilərək, bu maddə ilə ona 4 (dörd) il 6 (altı) ay və CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kass asiya protestində məhkumların cinayət əməllərinin hüquqi tövsifinə dair birinci instansiya məhkəməsinin hökmündə edilmiş dəyişikliyə görə qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmiş, Məhkum2 müdafiəçisi-vəkil O.R.Zeynalov tərəfindən verilmiş kassasiya şikayətində sübutların düzgün tədqiq edilib qiymətləndirilməməsi əsasına görə qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Kassasiya protestinin və Kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum1 və Məhkum2 İİR-da yaşayan şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, narkot ik vasitələrin, psixatrop maddələrin və güclü təsir edən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələri tamamilə sübuta yetirilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinin 1,2-ci hissələrinsə göstəilmişdir ki, Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispo zisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yax ud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, qabaqcadan razılaşmış şəxslərdən biri kimi şəxsiyyəti müəyyən edilməyən “Əsəd” adlı şəxs külli miqdarda narkotik vasitələri, psixatrop maddələri və güclü təsir edən dərman vasitələrini cinayətkar qrupun digər üzvü Məhkum1 İİR ərazasində verib onu avtomobillə Azərbaycan Respublikasının dövlət sərhəddinə yaxın əraziyə gətirərək Məhkum2 gözlədiyi yerə istiqamətləndirərək göndərmiş, sonuncu da Məhkum1 üçün spirtli içkilər alaraq əvvəlcədən razılaşdıqları DSXnin N saylı hərbi hi ssəsinin Astara rayonunda yerləşən 12-ci sərhəd zastavasının 20-ci sahəsinə yaxın olan yerdə onu gözləmiş və qeyd edilən külli miqdarda narkotik vasitələri, psixatrop maddələri və güclü təsir edən dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənarda daşıyaraq İİR-dan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına birlikdə keçirmişlər. Apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə mötəbər sübutlarla təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət əməlləri sübut edildiyi halda, Məhkum1 və Məhkum2 əməllərini həmin Məcəllənin müvafiq olaraq 206.2-ci və 32.5,206.2-ci maddələrinə tövsif etmişdir. Ona görə kassasiya protestinin təmin edilərək cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi-vəkil Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair mücərrəd və qeyri-müəyyən qərar əsasında 24 fevral 2019-cu il tarixdə Məhkum2 evində qanunsuz olaraq axtarış keçirilmiş, evin həyətyanı sahəsində guya Məhkum2 məxsus narkotik vasitə aşkar olunmuş və götürülmüşdür. Həm 24 fevral 2019-cu il tarixli baxış və götürmə haqqında, həm də narkotik vasitələrə baxış keçirilmsi haqqında protokollar CPMnin tələbləri pozularaq tərtib edilmişdir. Həmin protokollar müvafiq qaydada qeydiyyata alınmadığından sübut kimi qiymətləndirilə bilməzdi. Göstərilən protokollarda baxış hərəkətlə rinin başlanması və qurtarması vaxtları göstərilməmişdir. Məhkum2 ilə birlikdə yaşayan anası X mənzilə baxışda iştirak etsə də onun iştirakı protokolda göstərilməmişdir. Yazıb-oxumağı bacarmayan təqsirləndirilən şəxs Məhkum2 müdafiəçi ilə təmin olunmasını tələb etməsinə baxmayaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsə lələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üz rə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət əməlləri toplanmış sübutların məcmusu ilə sübut edildiyi halda, Məhkum1 və Məhkum2 əməlləri həmin Məcəllənin müvafiq olaraq 206.2-ci və 32.5,206.2-ci maddələrinə tövsif edildiyindən qərar ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov si lahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 206.2-ci maddəsində isə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, m ədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi cinayət tərkibi nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinin 1-3-cü hissələrində izah edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsu si avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil e tdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinayət işinə baxmış Şirvan Apelyasiy a Məhkəməsinin Cinayət Kollegiyası cinayət işi üzrə toplanmış sübutları təhlil edərək və yuxarıda göstərilən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci və 206.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş əsasları, eləcə də bu kateqoriya işlərə baxılması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun izahlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, məhkum olunmuş şəxs Məhkum1 narkotik vasitəni (CM-nin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) İran İslam Respublikasından Azərbaycan Respublikasına qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən deyil, təkbaşına keçirdiyindən, onun əməli CM-in 206.2-ci maddəsini xarakterizə edən əlamətlərlə uzlaşdığından məhkum olunmuş şəxsin birinci instansiya məhkəməsi tərəfindən CM-nin 206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Apelyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, məhkum olunmuş şəxs Məhkum2 narkotik vasitəni (CM-nin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etmədiyindən, Məhkum1 tərəfindən təkbaşına Azərbaycan Respublikasına keçirilmiş narkotik vasitəni Azərbaycan Respublikasının Astara rayonu ərazisində qəbul etməyi əvvəlcədən vəd etdiyindən, onun bu hərəkətləri CM-in 32.5,206.2ci maddəsini xarakterizə edən əlamətlərlə uzlaşdığından, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəmə kollegiyasının gəldiyi göstərilən nəticələrlə razılaşaraq qeyd edir ki, qaçaqmalçılığın predmeti olan külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlarının qanunsuz olaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində Məhkum1 başqa digər şəxslərin, o cümlədən Məhkum2 bilavasitə iştirakı müəyyən edilməmişdir. Lakin, toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum2 külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlarını İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində bil avasitə iştirak etməsə də, Məhkum1 tərəfindən təkbaşına Azərbaycan Respublikasına keçirilmiş narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən dərman preparatlarını Azərbaycan Respublikasının Astara rayonu ərazisində qəbul etməyi əvvəlcədən vəd etmişdir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi q abaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməllərini onlara ittiham olunan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin müvafiq olaraq 206.2-ci və 32.5,206.2-ci maddələrinə tövsif etməkdə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticə qanuni və əsaslı olduğundan bu barədə kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkum2 müdafiəçisi-vəkil Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin keşirilməsinə dair mücərrəd və qeyri müəyyən qərar əsasında 24 fevral 2019-cu il tarixdə Məhkum2 evində qanunsuz olaraq axtarış keçirilmiş, evin həyətyanı sahəsində guy a Məhkum2 məxsus narkotik vasitə aşkar olunmuş və götürülmüşdür. Həm 24 fevral 2019-cu il tarixli baxış və götürmə haqqında, həm də narkotik vasitələrə baxış keçirilməsi haqqında protokollar CPM-nin tələbləri pozularaq tərtib edilmişdir. Həmin protokollar müvafiq qaydada qeydiyyata alınmadığından sübut kimi qiymətləndirilə bilməzdi. Cinayət işinin 1-ci cildinin 74-75-ci vərəqlərində olan təxirəsalınmaz əməliyyataxtarış hərəkətlərinin keçirilmsi barədə DSX-nin SQ-nın 4-cü CD-nin Əməliyyat-axtarış şöbəsinin rəisinin 24.02.2019-cu il tarixli qərarında hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməli olması və təxirəsalınmadan keçirilməli olmasının əsasları göstərilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Göstərilən qərarın təsviri hissəsində göstərilmişdir ki, Əməliyyat məlumatına əsasən 23.02.2019-cu il tarixdə 3-cü SK-nin 12-ci SZ-dan dövlət sərhəddini pozmuş İİRnın vətəndaşı Məhkum1 narkotik vasitələr Astara rayon sakini X9 və Ərçivan qəsəbə s akini Məhkum2 tərəfindən təhvil alınaraq sonuncunun yaşayış mənzilində gizlədilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi zəruridir. Qərardan müəyyən edilmişdir ki, qaçaqmalçılıq və narkotik vasitələrin dövriyyəsinə aid cinayət əməlləri törətmiş şəxslərin istintaqdan qaçıb gizlənməsinin və cinayətin predmeti olan narkotik vasitələri və psixatrop maddələri gizlətməsinin qarşısını almaq üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsaslar mövcud olmuşdur. Əməliyyat-axtarış tədbirləri hal şahidlərinin iştirakları ilə keçirilmişdir. Keçirilmiş baxış və götürmə protokollarının qeydiyyata alınmaması barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Göstərilən protokolların tikildiyi cinayət işinin 1-ci cildinin 83-cü və 85-ci vərəqlə rinin sağ yan tərəfində həmin protokolların müvafiq olaraq 442 və 443-cü qeydiyyat nömrələri və 24.02.2019 qeydiyyat tarixləri qeyd edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum2 yaşadığı ünvanda baxış və götürmə keçirilərkən müdafiəçinin iştirakı barədə ona təklif edilsə də o bundan imtina etmiş, lakin sonradan təqsirləndirilən şəxs qismində cəlb edilərkən ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Göstərilənlərə və birinci instansiya məhkəməsinin məhkəmə iclas ında toplanmış, tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusuna əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 barəsində cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olduğundan kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protesti və Məhkum2 müdafiəçisi-vəkil Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 məhkum edilmələrinə dair cinayət iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2020- ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişiksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-306/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-306/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver