Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-306/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə c inayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli hökmündən məhkumun hüquqi varisi X19 və müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Bayramov Mayıl Abbas oğlu və X7 ibarət tərkibdə) 11 fevral 2019-cu il tarixli hökmü ilə xx xxxx 1946-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 21 avqust 2018-ci il tarixdən hesablanması, mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Məhkum vurulmuş maddi ziyan olan 325.000 (üç yüz iyirimi beş min) manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia tələbinin mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilməsi, iddianın təmini tədbiri haqqında ərizənin təmin edilməsi, Məhkum məxsus "Mercedes GLK300" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 duracağına yerləşdirilməsi, Məhkum məxsus 1. -da yerləşən əmlaklara həbs qo yulması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X42 oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və X43 oğlundan ibarət tərkibdə) 29 avqust 2019-cu il tarixli qərarı ilə mərhum Məhkum, müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)102/2019 saylı hökmü dəyişdirilmiş, Məhkum Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarıb qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin epizod üzrə cəza təyin edilməmiş, hökmlə Məhkum təyin olunmuş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmiş, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)102/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmü qalan hissələrdə dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə) 11 fevral 2020-c i il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və X44 oğlundan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə mərhum Məhkum, müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin e dilməmişdir. Mərhum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü dəyişdirilmişdir. Mərhum Məhkum Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və vəfat etdiyndən Məhkum həmin epizod üzrə cəza təyin edilməmiş, mərhum Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə, vəfat etdiyi üçün hökmlə Məhkum təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəza hissəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmündən xaric edilmiş, ona cəza təyin edilməmişdir. Mərhum Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlundan və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 23 iyun 2021-ci il tarixli qərarı ilə mərhum Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 Məsi oğlunun kassasiya şikayətinə əlavəsi qismən təmin edilmişdir. Mərhum Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-cu il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəya əsasən ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X51 və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 7 sentyabr 2022-ci il tarixli hökmü ilə Müdafiəçi1 və mərhum məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apell yasiya şikayətləri (apellyasiya şikayətinə əlavə ilə birlikdə) qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü ləğv edilmişdir. Məhkum təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum həmin maddə ilə cəza təyin edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 25.000 manat məbləğində pul Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. İddianın təmin tədbiri kimi məhkuma məxsus “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evinə həbs qoyulması, həbs qoyulmuş əmlak hesabına cinayət nəticəsində vurulmuş ziyan ödənildikdən həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsinin Məhkum vərəsələrinə qaytarılması, Məhkum məxsus "Mercedes GLK300" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, həmçinin Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X2, ev 3/6, 4-cü mənzil üzərinə, ey ni zamanda Bakı şəhəri, S.Rüstəmov küçəsi, ev 3/6, 16-cı mənzil üzərinə qoyulmuş həbsin götürülməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə) 28 mart 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs «X49» xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Nümayəndə2 qaytarmış, qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-i stifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs onun iş birliyində olduğu «X39 Sənaye və Ticarət LTD» şirkətinin sahibi, Türkiyə Respublikası vətəndaşı Durdu Yıldırım tərəfindən Lerik rayonunda su-kanalizasiya işlərinin görülməsi üçün Turkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borular üçün tələb olunan gömrük rüsumunu az məbləğdə ödəməklə avtomaşınları tez bir zamanda buraxdıracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla, həmin şirkətin «Kapital Bank»dakı hesabından götürülərək Nümayəndə2 verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvələrində şirkətin sahibi Durdu Yıldırım və onunla iş birliyində olan fərdi sahibkar Şahid1 iştirakları ilə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs almış, avtomaşınların gömrük məntəqəsindən buraxılmadığını görən Durdu Yıldırım verdiyi 300.000 manat pulu Zərərçəkmiş şəxs tələb edərək geri almış, bununla da Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Apellyasiya məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı qanunsuz və əsassızdır. Məhkum ona görə təqsirləndirilmişdir ki, guya o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirm ək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri Zərərçəkmiş şəxs “X49” xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu, M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarmış, qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş şahid qis mində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, söhbət “X49”ndakı tikinti tenderindən gedirsə, əlbəttə ki, işin içərisində 2011-ci ildə Fond tərəfindən belə bir tikinti işləri üzrə tenderin elan edilməsi və ora müraciətlər barədə hər hansı sənədlər olmalıdır. Lakin bununla bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq “X49”na əvvəllər tender üçün heç bir müraciət etmədiklərini və hansı məktəbin tikinti tenderindən söhbət getdiyini bilmədiyini bildirmişdir. Əgər əvvəllər heç bir müraciət etməmişdirsə, tikinti tenderi ilə heç cür maraqlanmamışdırsa, bu zaman 50.000 manat məbləğində pulu niyə haqqında heç bir məlumatı olmadığı tikinti tenderi üçün yeni tanıdığı şəxsə verirdi. Digər məsələ Şahid3 heç bir məhkəmə prosesində iştirak etməm əsi ilə bağlıdır. Belə ki, onun ifadəsi və teleqramı cinayət işində mövcuddur. Halbuki Şahid3 məhkəmədə iştirakı təmin edilməli idi. İfadəni Şahid3 özü yazmayıb, bütün kütləvi informasiya vasitələri onun insult keçirtdiyini qeyd edir və onu görənlər də bildirir ki, yaddaşı demək olar ki, yoxdur. CPM-in imperativ göstərişinə baxmayaraq, məhkəmə tərəfindən məhkəmə tibbi (psixiatrik) ekspertizasının keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Ancaq bu özü də şübhəli haldır ki. Şahid3 hansı ki, özü yazı yaza bilmir, yataq xəstəsidir, məhkəmələrə gəlmir, ifadəni hansı şəraitdə verib və niyə ifadə verərkən qızı Qazıyeva Lalə yanında iştirak etmişdir. Əgər Şahid3 dedikləri düzdürsə, ən azı xəstə olsa da belə, neçə illər dostluq elədiyi şəxsə qarşı ifadə verirsə, məhkəmədə gəlib bütün açıq məsə lələrə cavab verərdi. İstintaq vaxtı ağır insult xəstəsi olan Şahid3 müstəntiq ifadə götürmüşdür. CPM-in 229.2.-ci maddəsinə əsasən şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Müstəntiq qanunvericiliyin bu tələbinə əməl etməmişdir. Müstəntiq A.Qaziyevin ifadələrini öz xətti ilə yazıb, halbuki ifadəni yazmaqdan əlavə video vasitəsi ilə də çəkə bilərdi və istintaq materiallarına daxil edə bilərdi, lakin bunu bilərəkdən etməmişdir. Odur ki, öz adını doğru-dürüst yada sala bilməyən Şahid3 11 il əvvəl baş vermiş hadisələr haqqındakı ifadələri şübhə doğurur. Əsas şahid kimi adı hallanan Arif Qaziyev 2018-ci ildən başlayaraq gedən məhkəmə çəkişmələrinin heç birində iştirak etməmiş, heç bir ifadə verməmişdir və sonuncu apellyasiya məhkəməsi prosesində 24 fevral 2022-ci tarixində vəfat etmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə b ilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasını iddia edərək bunu həmçinin Şahid3 apellyasiya baxışında iştirak etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respubli kası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi (CPM-in 44.2.1-ci maddəsinə əsasən həmin maddə ilə cəza təyin edilməməsi) cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri v ə mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməllərini düzgün tövsif edilmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin Şahid3 məhkəmə prosesində iştirak etməməsi ilə bağlı dəlil lərinə münasibətdə aşağıdakıları qeyd edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 10-cu bəndində qeyd olunur ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət Prosessual Məcəlləsinin 327.1-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi yalnız aşağıdakı hallarda elan edilə və ya göstərilə bilər: təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə; məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda; təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür). Sözügedən Məcəllənin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin au dio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Sadalananlardan göründüyü kimi, elan edilmiş şahid ifadələrində səslənmiş məlumatlar o halda hər hansı bir qərarın və ya nəticənin əsasını təşkil edə bilər ki, həmin məlumatlar məhkəmə istintaqında hərtərəfli tədqiq edilsin və digər sübutlarla yoxlanılsın. Bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki:
1. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin ə leyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X15rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar).
2. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir.
3. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqd a vermiş olduqları ifadələrindən istifadə oluna bilər.
4. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tər əfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.) (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 12-ci bə ndi). Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum 25.000 manat məbləğində dələduzluq epizodu üzrə ifadəsində Zərərçəkmiş şəxs ona 25.000 manat pul gətirsə də, pulu İxtiyarın başına çırpdığını qeyd etmişdir. Həmçinin ifadəsində zərərçəkmiş şəxsdən 50.000 manat pulun almadığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin epizodla bağlı vermiş olduğu ifadəsində göstərmişdir ki, 1997ci ildən tikinti işləri ilə məşğul olan şirkəti var, Xanoğlan adlı işçisinin vasitəsi ilə tanınmış rejissor Şahid3 köməkçisi Abdulla ilə tanış olmuş və aralarında olan söhbət zamanı Abdulla demişdir ki, Şahid3 bir tanışı var, o tikinti işi təşkil edə bilər. O, 2011-ci ilin avqust ayında rejissor Şahid3lə tanış olmuş və o bildirmişdir ki, Əziz adlı tanışı var, o, X34 xətti ilə inşa edilən məktəb tikintisini tend er yolu ilə alıb ona verə bilər. Bu məqsədlə Şahid3, onun köməkçisi Abdulla ilə birlikdə Səbail rayonu Axundov bağının yanıda yerləşən Əzizin ofisinə gəlib tanış olduqdan sonra Əziz demişdir ki, bu mümkündür və bu iş üçün 50.000 manat pul istəmişdir. Danışıqdan bir gün sonra, təxminən avqust aynın ortalarında 50.000 manat pulu Şahid3 iştirakı və zəmanəti ilə Əzizə onun ofisində vermiş, o, da söz vermişdir ki, 2011-ci ilin oktyabr ayında tikinti işi ona veriləcək, eyni zamanda demişdir ki, tikintinin harada olacağını sonra deyəcək. Lakin, oktyabr ayında ölkədə təhsil sahəsində kadr dəyişikliyini bəhanə gətirərək bildirmişdir ki, bu iş hələ alınmır. İşin çox uzanmasını və Əzizlə hər dəfə əlaqə saxlayanda onun müxtəlif bəhanələr gətirməsini görüb ona verdiyi pulu tələb etmiş, o, əvvəlcə bildi rmişdir ki, işi düzəldəcək, lakin sonra demişdir ki, pulu verdiyi adamdan ala bilmir. Bununla əlaqədar Şahid3 və köməkçisi Abdulla ilə dəfələrlə onun yanında olsa da, Əziz müxtəlif bəhanələrlə bu işi uzatmışdır. Nəhayət, 2011-ci ilin dekabr ayının əvvəlində Əziz onu öz ofisinə dəvət edib demişdir ki, tək gələrsən və odur ki, onun yanına tək gedib orada ondan 25.000 manat pulu almış, Əziz qalan 25.000 manat pulu da tezliklə qaytaracağına söz vermişdir. Bundan sonra Əziz şirin vədlər verib inandıraraq bildirmişdir ki, Şahid3 desin ki, pulun hamısını almışdır. Ona inanıb Şahid3 demişdir ki, Əzizdən pulun hamısını almışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Əzizə 50.000 manat verdikdən sonra bu işin düzəlməsində Şahid3 kömək etdiyinə görə halallıq olsun deyə ona 10.000 manat vermişdir. Lakin, işin alınmadığını görüb Şahid3 də pulu tələb etmiş, Şahid3 pulun əvəzində Şamaxı rayonun Dədəgünəş kəndində olan torpaq sahəsini ona vermişdir. Odur ki, ondan heç bir şikayəti və tələbi yoxdur. Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Şahid3 24 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Aşağı instansiya məhkəmələrində məhkəmə iclasında tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Məhkum 2008-ci ildən tanıyır. Tanışlıqdan sonra Əziz ona əvvəllər Xarici İşlər Nazirliyində yüksək vəzifədə işləməsini, yuxarı instansiyalarda yüksək vəzifəli şəxslərlə əlaqəsinin olması, hər bir işi həmin şəxslərin vasitəsilə görə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxsla da 2011-ci ilin yay aylarında tanışları Abdulla və mərhum Xanoğlan vasitəsilə tanış olduğu nu bildirmişdir. İxtiyarın tikinti işləri ilə məşğul olduğunu biləndən sonra Əziz yadına düşmüş və bir dəfə söhbət zamanı o, H.Əliyev Fondunun təhsil ocaqlarının tikinti tenderini ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs tikinti işləri ilə məşğul olduğunu bildikdən sonra bu barədə ona demiş və o, da öz növbəsində bu işin alındığı halda əla olacağını bildirmişdir. Odur ki, Əzizə zəng vuraraq İxtiyar barədə ona bildirmişdir. Əziz heç bir problemin olmadığını, oktyabr ayına qədər məktəb tikintisi tenderini alıb İxtiyara verə biləcəyini, bu iş üçün 50.000 manat pul alacağını demişdir. Əzizin dediklərini İxtiyara çatdırmış, o, da bununla razılaşmışdır. Bu danışığın sabahısı günü İxtiyarla birlikdə Əzizin Səbail rayonu, «Axundov bağı»nın yaxınlığında yerləşən ofisinə getmişlər və orada İx tiyar Əzizlə danışıb ona 50.000 manat pul vermişdir. Razılaşmaya görə bu iş oktyabr ayında həll olunmalı idi. Bundan sonra İxtiyar bildirmişdir ki, bu işdə pul qazanacaq və halallıq olsun deyə ona (Arifə) 10.000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra oktyabr ayının ortalarında İxtiyarla görüşəndə işlərinin nə yerdə olduğunu soruşmuş, o isə hələlik heç bir işin alınmadığını bildirmişdir. Bir müddət sonra, oktyabr ayının axırlarında yenə görüş zamanı Zərərçəkmiş şəxs işin alınmadığını bildirmişdir. O da İxtiyarla birlikdə Əzizin ofisinə gedib ona bildirmişdir ki, əgər iş alınmırsa İxtiyarın 50.000 manatını qaytarsın. Əziz bir qədər müddət istəyib Zərərçəkmiş şəxs pulunu qaytaracağını bildirmişdir. Vəziyyəti belə görüb, İxtiyarın ona verdiyi 10.000 manat pulu qaytarmaq qərarına gəlmi ş, lakin həmin pulu xərclədiyindən həmin pulun əvəzinə Şamaxı rayonunun Dədəgünəş kəndində olan 12 sot torpaq sahəsini vermək niyyətində olduğunu İxtiyara bildirmişdir. Zərərçəkmiş şəxs bu təkliflə razılaşdığı üçün həmin torpaq sahəsini İxtiyarın atasının adına sənədləşdirmişlər. Ondan bir müddət sonra bilmişdir ki, Əziz İxtiyarın 25.000 manat pulunu qaytarmış, qalanı isə qalmışdır. Cinayət işinin materiallarında olan və apellyaiya instansiyası məhkəməsi tərəfindən tədqiq dilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində 0.12 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 7 (zərərçəkmiş şəxsin atası) adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; Şamaxı şəhərində 09 aprel 2021-ci tarixdə bağlanmış AN-İ №02899145 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində 0.12 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şahid3 tərəfindən verilmiş etibarnamə əsasında X18 tərəfindən satıcı X1. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara əsasən müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs və Şahid3 ifadələrində istinad etdikləri hallar, yəni verilmiş məbləğin miqdarı, qaytarılmış məbləğin miqdarı və həmin məbləğin qaytarılma üsulu üst-üstə düşməklə yuxarıda sadalanan sübutlarla da tam təsdiq olunmuşdur. Mərhum Məhkum 25.00 0 manat məbləğində dələduzluq epizoduna münasibətdə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal yoxdur və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq hesab edir ki, mərhum Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqında hərtərəfli tədqiq edilərək digər sübutlarla yoxlanılmış və haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilmişdir. Mərhum şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin tədqiq edilərək qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmi şdir. Kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamış, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şik ayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun hüquqi varisi X19 və müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.