Məhkəmə qərarları › İş №1(102)-3061/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3061/2025

01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3061/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4 və məhkum Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərardan məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1989-cu ildə Dəvəçi rayonunun Xırdaoymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şabran rayonunun Xırdaoymaq kəndində qeydiyyatda olan, hazırda barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1 maddələri ilə təqsirli bilinərək, qəti olaraq 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin (Hakim Aynur Əliyeva) 2025-ci il # #### tarixli, *(***)- **/**** nömrəli qərarı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il # #### tarixli, *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraq qeyd etmişdir ki, o, həbs edildikdən sonra səhhətində yaranan xəstəliklə və digər səbəblərlə bağlı hökmdən apellyasiya şikayəti verə bilməmiş və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətindən görünür ki, məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsini mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, məhkum Məhkum mübahisələndirilən hökm elan edilərkən məhkəmə iclasında iştirak etmiş, hökm onun iştirakı ilə elan olunmuş, hökmün sürəti məhkuma təqdim edilmiş, məhkuma apellyasiya şikayəti vermək hüququ və şikayət vermə müddəti izah edilmiş, lakin məhkum apellyasiya şikayətini hökmün çıxarıldığı tarixdən 6 il keçdikdən sonra vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hazırkı vəziyyətdə, məhkum Məhkum münasibətdə şikayət vermə müddətinin axımı hökmün ona təqdin edildiyi ##.##.2019-cü il tarixdən başladığından, məhkum tərəfindən hökmdən şikayət vermə müddəti qanunda nəzərdə tutulmuş heç bir üzrlü səbəb olmadan, 6 ildən artıq müddət keçməklə, buraxılmışdır. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı CPM-in müddəalarına uyğun çıxarılmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar