Məhkəmə qərarları › İş №1(102)-3069/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3069/2025

16.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3069/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Məhkumun müdafiəçisi – müdafiəçi2 iştirakı ilə, Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Xocavənd Rayon Məhkəməsinin (hakim X1 oğlunun sədrliyi ilə) ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü ilə, ## ###### 1989-cu ildə Ağdam şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 1, bina 11, mənzil 68-də yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, gündə dörd saatdan çox olmamaqla, dörd yüz səksən saat müddətə ictimai işlər cəzasına məhkum edilmiş, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək vəzifələri qoyulmuş və cəza çəkməsinin əvvəli cəzanı çəkməyə başladığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi və məruzəçiliyi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə) *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi1 və təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi ittihamçı Xüsusi ittihamçı kütləvi nümayiş olunan internet resurslarında “Tik-Tok” sosial şəbəkəsində sonuncu barəsində müxtəlif məzmunlu təhqir xarakterli ifadələr işlədərək, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı kütləvi nümayiş olunan internet resurslarında “Tik-Tok” sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli ifadələr işlədərək, onun şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində əsassız ittihamlar irəli sürmüş, haqqında bir qadının şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmişdir. O, bu kimi qeyri-etik ifadələr işlətməklə, onun, ailə üzvlərinin ünvanına işlətdiyi bu ifadələri öz sosial hesabında deməklə yanaşı, özünün sosial şəbəkə hesablarında paylaşmış və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmışdır. O, öz çıxışlarında yalan məlumatlar verərək, onu Azərbaycan xalqının qarşısında, izləyicilərin gözündə təhqir etmiş, aşılamış və nüfuzdan salmağa çalışmışdır. Göründüyü kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində dediyi təhqiramiz ifadələrin heç bir əsası yoxdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs öz fikir azadlığından qanunsuz şəkildə istifadə etmiş və onun hüquqlarını pozmuşdur. Bütün bu təhqiredici ifadələrin və ona deyilən ittihamların təhqir və böhtan olduğunu sübut etmək, onun haqqında yayılmış fikirlərin yanlış olduğunu göstərmək və qarşı tərəfdən böhtanların dayandırılması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünə məxsus “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında onun barəsində aşağıdakı məzmunda paylaşımlar etmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixdə “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında paylaşdığı videodan olan 2-ci videonun 6-cı saniyəsində “Xüsusi ittihamçı özünü tanımayan, adı da məlumdur Şərəfsizova, hansısa evli kişidən iki uşaq, bicbala dünyaya gətirən Xüsusi ittihamçıdı sözüm, ay Vəfa sən mani maniyə görə hansısa evli kişinin yanında olmusan, ondan da iki dənə bicəkdək doğmusan” ifadələri işlədərək onu qadın kimi şərəf və ləyaqətini alçaltmış, onu əxlaqsızlıqda ittiham edərək, təhqir etmiş, onu həm bir ana kimi və həm də azyaşlı uşaqlarını neçə nəfər insanın qarşısında təhqir etmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixdə “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında açmış olduğu canlı yayımdan olan birinci videonun 3-cü saniyəsində “Əvvəlinə bir az bax, qılçalarıva bir bax, kiminsə kişisiylə tanınmaqla deyil e” ifadələr işlədərək onu nəzərdə tutaraq təhqir etmiş və bu paylaşımı 256 nəfərdən çox insan izləmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixdə “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında açmış olduğu canlı yayımdan olan 2-ci videonun 6-cı saniyəsində onun ifa etdiyi mahnıya qulaq asaraq “səviyyəsizlərə qulaq asmaq istəmirəm” ifadəsini işlədərək, onu təhqir etmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixdə “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında açmış olduğu canlı yayımdan olan birinci videonun 41-ci saniyəsində “o hec qılçalarını düzgün qoyub yeriyə bilmir, hansısa bir kişinin hesabına tanınmaqla müğənni hesab edir özünü” ifadələr işlədərək onu təhqir etmiş, həmin videonun 1:01 dəqiqəsində “hansısa kişinin götünə girməklə deyil, kişi qızısan özün oxu, heç kimin götünə girib yekə-yekə zırtdatma” bu kimi qeyri-etik, qadına yaraşamayan ifadələr işlədərək, onu və ətrafını təhqir etmiş, nüfuzdan salmaq istəmiş və 298 nəfərdən çox insan izləməsinə səbəb olan paylaşımlar etmişdir. Göründüyü kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı kütləvi nümayiş olunan internet resursu hesab edilən özünə məxsus “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında onun barəsində yuxarıda qeyd etdiyi ifadələri işlədərək, onu təhqir etmiş və böhtan atmışdır. Onun haqqında bir qadının şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmiş, həmçinin onun və ailə üzvlərinin ünvanına işlətdiyi bu ifadələri öz sosial hesabında paylaşaraq, onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmış, çıxışlarında yalan məlumatlar verərək, onu Azərbaycan xalqının qarşısında və onu sevən insanların gözündə təhqir etmiş, aşılamış və nüfuzdan salmağa çalışmışdır. Bununla da, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünə məxsus “zuzu_muzisiyen” adlı rəsmi “Tik-Tok” hesabında iş materiallarına əlavə edilmiş video çəkişlərdə təhqir xarakterli ifadələr işlətməklə, internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratmışdır. Bu hərəkətləri ilə insanlarda onun haqqında mənfi rəy formalaşdırmağa çalışmış, onu toylarına çağıran şəxsləri təhqir etmiş, onun işgüzar nüfuzunu ləkələmiş, bir növ cəmiyyətdə ona qarşı mənfi rəy formlaşdıraraq, insanların onu toylarına çağırmasının qarşını almışdır. Həmçinin, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs davamlı olaraq müxtəlif vaxtlarda sosial şəbəkələrdə onun barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatı ilə bağlı uydurmalara əl ataraq, onun barəsində qərəzli və nüfuzdan salan məlumatları yaymışdır. Ona görə də, ## ###### 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, işləməyən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi müdafiəçi2 kassasiya şikayətində və ona əlavədə göstərmişdir ki, birinci instansiya məhkəməsinin və həmin hökmü qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ictimai işlər növündə cəza təyin etməsi əsassız və ədalətsiz olmuşdur. Belə ki, təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, hətta inzibati xətalarla bağlı da hər hansı neqativ hallarla xarakterizə olunmamışdır. Müəllif vurğulayır ki, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bu hallar onun şəxsiyyətini müsbət səciyyələndirən amillər kimi təqdim edilir. Kassasiya şikayətinin müəllifi bildirir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş CM-nin 148ci maddəsinin sanksiyasında cərimə cəzası da nəzərdə tutulduğu halda, məhkəmənin daha ağır xarakterli ictimai işlər cəzasını seçməsi əsaslandırılmamışdır. Bu zaman sual olunur ki: “əgər belə hallarda cərimə cəzası tətbiq edilməyəcəksə, onda həmin sanksiyada cərimə növünün nəzərdə tutulmasının hüquqi mənası nədir?” Müdafiəçi hesab edir ki, təqsirləndirilən şəxsin qadın olması, ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki azyaşlı uşağın olması CM-nin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməli idi. Məhkəmə bu halları formal şəkildə sadalasa da, faktiki olaraq cəza təyin edilərkən onları lazımi səviyyədə nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların mövcudluğunu, eləcə də təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər qiymətləndirməmişdir. Bütün bu hallar nəzərə alınmaqla təqsirləndirilən şəxsə ictimai işlər deyil, daha yüngül cəza növü olan cərimə təyin edilməli idi. Kassasiya şikayətinin müəllifi əlavə olaraq qeyd edir ki, məhkəmə hökmündə CM-nin 148ci maddəsinin sanksiyasında cərimə cəzası nəzərdə tutulduğu halda, hansı səbəbdən məhz ictimai işlər növündə cəzanın seçildiyini əsaslandırmamışdır. Hökmün bu hissəsi kifayət qədər motivləşdirilmədiyindən təyin edilmiş cəza qanunilik və ədalətlilik meyarlarına uyğun hesab edilə bilməz. Nəticə etibarilə, məhkumun müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının dəyişdirilməsi və məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində çıxarılmış hökm üzrə təyin edilmiş ictimai işlər növündə cəzanın cərimə cəzası ilə əvəz olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin müəllifi işə baxan apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi və cərimə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və aşağı məhkəmə instansiyalarının iclaslarında tədqiq olunmuş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “zuzu_muzisiyen” adlı “Tik-Tok” sosial şəbəkə hesabında müxtəlif tarixlərdə etdiyi paylaşımlardan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında xüsusi ittihamçıya qarşı ## ###### 2024-cü il tarixdə “Xüsusi ittihamçı özünü tanımayan, adı da məlumdur Şərəfsizova, hansısa evli kişidən iki uşaq, bicbala dünyaya gətirən Xüsusi ittihamçıdı sözüm, ay Vəfa sən mani maniyə görə hansısa evli kişinin yanında olmusan, ondan da iki dənə bicəkdək doğmusan” ifadəsi, ## ###### 2024-cü il tarixdə yayımlanan videoda “əvvəlinə bir az bax, qılçalarıva bir bax, kiminsə kişisiylə tanınmaqla deyil e” ifadəsi, ## ###### 2024-cü il tarixdə Xüsusi ittihamçı ifa etdiyi mahnıya qulaq asaraq “səviyyəsizlərə qulaq asmaq istəmirəm” ifadəsini və ## ###### 2024-cü il tarixdə “o hec qılçalarını düzgün qoyub yeriyə bilmir, hansısa bir kişinin hesabına tanınmaqla müğənni hesab edir özünü”, “hansısa kişinin götünə girməklə deyil, kişi qızısan özün oxu, heç kimin götünə girib yekə-yekə zırtdatma” kimi ifadələrdən istifadə etmişdir. Həmin ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar və ifadələr olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, */*** saylı rəyi ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təyin edilmiş ictimai işlər cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda ictimai işlər cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin edilmiş ictimai işlər cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin və ona əlavənin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti və əlavə təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar