Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-307/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştiraı ilə, Hacıqabul Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən hakim: H.N.Əzizov) 02 may 2019-cu il tarixli hökmü ilə, Məhkum - 23.07.1985-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 24.01.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.2 maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını 24.01.2014-cü il tarixdə çək ib qurtarmış, lakin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkib qutarmamış, Ünvan 1-da yaşayan, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Ağsu Rayon Məhkəməsinin 24.01.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzanın çəkilməmiş qalan 05 ay 12 günü Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin olunmuş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza ilə qismən t oplanmaqla o, 2 (iki) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməsi hökm edilmişdir. Hökmlə iş üzrə mülki iddiaçı və zərərçəkmiş şəxs X2 4810 manat məbləğində, zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nümayəndəsi X7 2576 manat məbləğində və zərərşəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Besarıon Kobakhıdzenin 14480 ABŞ dolları məbləğində ödəniş gününə olan məzənnə üzrə manatla mülki iddia tələbləri tam təmin olunmas və həmin pul vəsaitlərinin təqsirləndirilən şəxs Məhkum alınaraq, müvafiq zərər çəkmiş şəxslərə ödənilməsi hökm edilmişdir. Eyni zamanda zərərşəkmiş şəxslər X1, X2, X3, X4, X5, X6, X7, X8, X9, X10, X11, X12, X13, X14, X15, X16, X17 və X18 məhkəməyə iddia tələblərini əsaslandırmaq üçün zəruri sənədlər təqdim etmədiklərindən onların iddia tələbləri baxılmamış saxlansın, onlara, eləcə də məhkəmədə iştirak etməyən, iş üzrə mülki iddia qaldırmaq hüququ olan digər zərər çəkmiş şəxslərə yekun məhkəmə qərarı qəbul edildikdən sonra onların məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 01 iyun 2018-ci ildə, saat 11-45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, texniki cəhətdən saz olan Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomaşını Bakı-QazaxGürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 65-70 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayon ərazisindən keçən 79-cu kilometrliyində göstərilən Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş, yəni sürücü surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş və nəticədə ondan qabaqda eyni istiqamətdə hərəkə tdə olan X3 idarə etdiyi Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomaşın sürətini azaltdıqda sağa manevr etmiş və həmin vaxt ondan arxada hərəkətdə olan X19nin idarə etdiyi Setra S417 HDH markalı, FF***** dövlət nömrə nişanlı avtobusun qabaq tərəfi ilə Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomaşının arxa sağ tərəfi toqquşmuş və Kamaz-65115-018-13 yük markalı avtomaşın Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomaşının sağ arxa yan tərəfinə dəymişdir. Ondan sonra Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomaşınla Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomaşın yolun ortasında çəkilmiş metal təhlükəsizlik səddinə dəymişlər. Məhkumun hərəkət təhlükəsiz liyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində Setra S417 HDH markalı, FF***** dövlət nömrə nişanlı avtobusun sürücüsü X19nin qarışıq travma, döş qəfəsinin küt travması, qabırqaların soldan çoxsaylı sınıqları, sol budun geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ mil sümüyünün qapalı sınığı ilə müşaiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, həmin avtobusda sərnişin kimi olan X5nin alt dodağın üst səthinin sıyrığı, sağ mil sümüyünün tipik qapalı yerdəyişmiş sınığı ilə müşaiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, X18nin burun nahiyyəsinin sol yan hissəsinin sıyrıq və qançırı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X4nin bel-oma nahiyyəsinin qançırı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X8nin burun yəhəri üzərinin sıyrığı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X15nin sağ diz oynağının yumuşaq toxumalarının əzilməsi ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X1nin sifətin, alının, dodağın əzilmiş-cırılmış yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, X12nin hər iki sifətin yumuşaq toxumasının əzilməsi (qançırı) ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X7nin sol diz oynağının sıyrığı il ə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X14nin burun yəhəri üzərinin sıyrığı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X10nın qarın nahiyyəsinin ön səthinin qançırı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X6nin sağ baldırın arxa səthinin sıyrığı ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X13nin sağ saidin orta 1\3 hissəsinin əzilmiş yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, X3nin alt dodağın cırılmış yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zər ər dəymiş, X11nin sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarət yetirlmiş, X2nin alt dodağın sağ tərəfli cırılmış yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, X9nin alt dodağın sol hissəsinin cırılmış yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, X17nin sol baldırın aşağı 1\3 hissəsinin kəsilmiş yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, X11nin sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, sıyrıqları ilə müşaiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi tə yin olunmayan xəsarət yetirlmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan metal təhlükəsizlik səddi zədələnərək 2576 manat məbləğində ziyan, X4 məxsus Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomaşın zədələnərək 4810 manat məbləğində ziyan, xxxx Məhdud Məsuliyyət Cəmiyyətinə məxsus Setra S417 HDH markalı, FF41700 dövlət nömrə nişanlı avtobus zədələnərək 40.000 manat məbləğində ziyan vurulmuşdur. Məhkum müdafiəçisi-vəkil X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və F.K.Soltanovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hərəkəti ilə “Setra S417 HDH” markalı avtobusdakı sərnişinlərin sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirilməsi, həmin avtobusa və “Mersedes Benz E220 SDİ” markalı avtomobilə maddi ziyan vurulması arasında səbəbli əlaqə məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Mersedes Benz E220 SDİ” markalı avtomobil aşağı sürətlə yolun sol kənarı ilə hərəkət edərkən, onu ötmə əməliyyatını həyata keçirmək üçün yolun sağ kənarına keçməsi barədə d əfələrlə səs siqnalı versə də həmin avtomobil sağa çəkilməmiş, ona görə də yolun sağ kənarından “Mersedes Banz E220 SDİ” markalı avtomobil ötmək üçün yolun sağ kənarına hərəkət etməyə məcbur olmuş və hadisə baş vermişdir. Ekspert qarşısında “Mersedes Banz E220 SDİ” markalı avtomobilin göstərilən hərkətinin “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə ekspert qarşısında sual qoyulmamışdır. Daha sonra kassasiya şikayətində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə 50-ci maddəsinin 3-cü hissəsinə və 51-ci maddəsinin 4-cü hissəsinə istinad edilərək göstərilmişdir ki, o idarə etdiyi “KAMAZ 65115-018-13 yük” markalı avtomobili, yolun boş olan sağ zolağı ilə eyni istiqam ətdə hərəkət edən “Mersedes Benz E220 SDİ” markalı avtomobili ötmək üçün işıq siqnallarını yandırmış və sağa doğru hərəkət etməyə başlamışdı, həmin vaxt “Mersedes Benz E220 SDİ” markalı avtomobil sürətini azaltmamış və ya gözlənilmədən dayanmamışdır. Həmin ötmə əməliyyatı apararkən tərəfindən öndə gedən avtomaşınla ara məsafəsinin saxlanmasının hadisənin törənməsi ilə hər hansı səbəbli əlaqəsi yoxdur., hadisə ara məsafəsi saxlanmaması səbəbindən baş verməmişdir. “Mersedes Banz E220 SDİ” markalı avtomobillə “KAMAZ 65115-018-13 yük” markalı avtomobilin toqquşmasının səbəbi birinci avtomobilin yol hərəkəti qaydalarını pozmasıdır. “Mersedes Benz E220 SDİ” markalı avtomobilini ötmək üçün işıq siqnallarını yandırmış və sağa doğru hərəkət etməyə başlamış, həmin vaxt ondan arxada olan “Setra S417 HDH” markalı avtobusun qabaq tərəfi “KAMAZ 65115-018-13 yük” markalı avtomobilin arxa sağ tərəfinə dəymişdir. Yol hərəkəti haqqında qanunvericiliyin tələbinə əsasən arxadan gələn nəqliyyat vasitəsi ara məsafəsi saxlamalıdır. Göstərilənlərə əsasən hesab edir ki, o Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməmişdir, ona görə də barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum göstərmişdir ki, hadisə zamanı “Mersedes Benz E220 SDİ” markalı avtomobil aşağı sürətlə yolun sol zolağı ilə hərəkət edərkən, onu ötmə əməliyyatını həyata keçirmək üçün yolun sağ zolağına keçməsi barədə dəfələrlə səs siqnalı versə də həmin avtomobil sağa çəkilməmiş, ona görə də yolun sağ kənarından “Mersedes Benz E220 SDİ” markalı avtomobil ötmək üçün yolun sağ kənarına hərəkət etməyə məcbur olmuş və hadisə baş vermişdir. Ekspert qarşısında “Mersedes Benz E220 SDİ” markalı avtomobilin göstərilən hərkətinin “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə ekspert qarşısında sual qoyulmamışdır. O, idarə etdiyi “KAMAZ 65115-018-13 yük” markalı avtomobili, yolun boş olan sağ zolağı ilə eyni istiqamətdə hərəkət edən “Mersedes Banz E220 SDİ” markalı avtomobili ötmək ü çün işıq siqnallarını yandırmış və sağa doğru hərəkət etməyə başlamış, həmin vaxt “Mersedes Benz E220 SDİ” markalı avtomobil sürətini azaltmamış və ya gözlənilmədən dayanmamışdır. Həmin ötmə əməliyyatı apararkən tərəfindən öndə gedən avtomaşınla ara məsafəsinin saxlanmasının hadisənin törənməsi ilə hər hansı səbəbli əlaqəsi yoxdur, hadisə ara məsafəsi saxlanmaması səbəbindən baş verməmişdir. “Mersedes Benz E220 SDİ” markalı avtomobillə “KAMAZ 65115-018-13 yük” markalı avtomobilin toqquşmasının səbəbi birinci avtomobilin yol hərəkəti qaydalarını pozmasıdır. “Mersedes Benz E220 SDİ” markalı avtomobilini ötmək üçün işıq siqnallarını yandırmış və sağa doğru hərəkət etməyə başlamış, həmin vaxt ondan arxada olan “Setra S417 HDH” markalı avtobusun qabaq tərəfi “KAMAZ 65115-018-13 yük” markalı a vtomobilin arxa sağ tərəfinə dəymişdir. Yol hərəkəti haqqında qanunvericiliyin tələbinə əsasən arxadan gələn nəqliyyat vasitəsi ara məsafəsi saxlamalıdır. Göstərilənlərə əsasən hesab edir ki, o Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməmişdir, ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun toplanmış, məhkəmə iclasında tədqiq edilmiş, mötəbərliyi yoxlanmış, həqiqiliyi və mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə sübut edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Re spublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli, məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin üzərində (qabaq bamperində,radiator örtüyündə, qabaq sol qanadda, qabaq sol farada, qabaq sol kılıkda), Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomobilin üzərində (arxa sağ qanadda, arxa sağ qapıda, arxa yük qapağında, arxa bamperdə, arxa sağ farada) olan zədələr, izlər öz formasına, morfoloji qurluşuna,xarakter və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən həmin avtomobillərin bir-birləri ilə toqquşması nəticəsində yaranmağa xarakteriktir. Təqdim e dilmiş Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin üzərində (arxa yük yerində, arxa sağ təkərdə, arxa sağ farada), Setra S417 HDH markalı, FF***** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan ( qabaq bamperində, qabaq sağ və sol qanadda, qabaq sağ və sol qapıda, qabaq sol dirəkdə, alın şüşəsində) olan zədələr izlər öz formasına, morfoloji qurluşuna, xarakter və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontaktda olması,dəyməsi,o cümlədən həmin avtomobillərin bir-birləri ilə toqquşması nəticəsində yaranmağa xarakteriktir. Təqdim edilmiş Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomobilin üzərində (arxa sol sahədə ) olan zədələr, izlər öz formasına, morfoloji qurluşuna, xarakter və s. əlamətlərinə görə hər ha nsı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi nəticəsində yaranmağa xarakteriktir. Belə predmetə metal, daş, beton, hasar (məhəccər) və s. aiddir. Nəqliyyat vasitələri ilkin kontakt anında Kamaz65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin qabaq nisbətən sol sahəsi ilə Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomobilin arxa sağ yan sahəsi arasında toqquşma təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. Nəqliyyat vasitələrinin ilkin kontakt anında Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin arxa nisbətən sağ sahəsi ilə Setra S417 HDH markalı, FF***** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sahəsi arasında toqquşma təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.09.2018-ci il tarixli, yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və y a gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkumun kassasiya şikayətində istinad etdiyi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 49-ci maddəsinin 1-ci hissəsinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Bu qanununun 5 1 - c i m a d d ə s i n i n İV hissəsinə əsasən hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. Kassasiya şikayətində göstərilən Mersedes Benz E220 CDİ minik markalı, ** EV *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməməsi, yəni yolun hərəkət hissəsinin sağ tərəfi ilə deyil sol tərəfi ilə hərəkət etməsi bilavasitə baş vermiş yol nəqliyyat hadisəsi ilə səbəbli əlaqə yaratmamışdır. Lakin, Kamaz-65115-018-13 yük markalı, ** BD *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Məhkum tərfindən həm «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinində nəzərdə tutulmuş tələblərə əməl etməmiş və həm də qanunun 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır tələbini də nəzərə almamışdır. Onun yol verdiyi bu qanun pozuntuları ilə yol-nəqliyyat hadisəsi arasında səbəbi əlaqə olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Resbublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilib qiymətləndirilmiş sübutların, zərərçəkmiş şəxslərin, zərə rçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, baxış protokolları, ekspert rəyləri, maddi sübut, eləcə də işdəki digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, q ərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişiksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-307/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-307/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver