Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-307/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Hümbətov Zaur İsrafil oğlunun hüquqi varisi xxx nümayəndəsi Kərimov Fuad Sabir oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-286/2023 nömrəli hökmündən dövlət ittihamçısı Məmmədova Təra nə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və mərhum (mərhum) Məhkum İsrəfil oğlunun hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-898/2021 nömrəli hökmü ilə (sədrlik edən M.A.Xankişiyev, hakimlər İ.A.Mahmudov və F.Ə.Qəniyevdən ibarət tərkibdə) 20 oktyabr 1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş, 23 dekabr 2020-ci il tarixdə vəfat etmiş Məhkum İsrəfil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cina yət əməlini törətməkdə təqsirli bilinmiş, öldüyündən ona cəza təyin edilməmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 ittiham edildiyi CM-in 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası, CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, ona 9.000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 14.000 (on dörd min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.32, 178.2.4, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs2 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələr i ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9.000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən mərhum Məhkum hüquqi varisi X4 müdafiəçisi Kərimov Fuad Sabir oğlu, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri və müdafiəçisi tərəfindən apellyasiya şikayətinə edilmiş əlavəyə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 20 aprel 2022-ci il tarixli 1(103)-131/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 1(101)-898/2021 nömrəli hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilmiş, onların təqsirləri sübuta yetirilmədiyindən hər iki şəxs barəsində bəraət verilmiş, mərhum (mərhum) Məhkum hüquqi varisi X4 nümayəndəsi (vəkil) Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 tərəfindən və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri və sonuncunun müdafiəçisi Müdafiəçi1 tərəfindən apelyasiya şikayətinə edilmiş əlavə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(103)-131/2022 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum (mərhum) Məhkum hüquqi varisinin nümayəndəsinin vəkili Fuad Kərimov tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 1(102)-1315/2022 nömrəli qərarı ilə (hakimlər N.R.Mövsümov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və İ.Ə.Rəcəbov) kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət tərkibdə) 07 iyun 2023-cü il tarixli 1(103)-286/2023 nömrəli hökmü ilə məhkumun hüquqi varisi X4 apellyasiya şika yəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, həmçinin Məhkum barəsində CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr ilə cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, hökm Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Təranə Məmmədova kassasiya protesti və Məhkum İsrəfil oğlunun hüquqi varisi X4 nümayəndəsi Kəri mov Fuad Sabir oğlu kassasiya şikayəti vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum İsrəfil oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri vəzifəsində işləyərkən, əvvəlcədən tanıdığı, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin baş metodisti Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2009-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhər sakini Şahid2 övladı Şahid1 ali təhsil müəssisələrindən birinə tələbə qismində qəbul olunması üçün Təqsirləndirilən şəxs2 edilən müraciətə əsasən, Səfərzadə Ulduzə, özlərinin Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını Şahid2 bildirərək, eləcə də, təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2009-cu ildə keçirilmiş qəbul imtahanında müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid1 Rusiya Federasiyasının Moskva şəhərində yerləşən ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul etdirib, sonra köçürmə qaydasında Bakı Dövlət Universitetinə köçürərək həmin Universitetdə təhsil almasını təmin edəcəklərini yalandan vəd verərək, Şahid2 Şahid1 şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatının surətlərini, bir neçə ədəd foto şəklini götürərək, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün, yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz olaraq ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxsə verilməsi üçün birbaşa yolla 5.000 (beş min) manat pul vəsaitinin zəruri olmasını bildirərək, onunla razılaşmış, bundan sonra Eldar Abuşov 2009-cu ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə ünvan 1 ünvanında Ulduzə Səfərzadənin yaşadığı evin yaxınlığında, 5.000 (beş min) manat məbləğində pul vəsaiti ni Məhkum verilməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, lakin, vəd verilmiş məsələ həllini tapmadığından, 2010-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə, Təqsirləndirilən şəxs2 müraciət edib, Məhkumla görüşmüş, o, Şahid2 məsələnin onlardan asılı olmayan səbəblərdən alınmamasını, lakin hər şeyin qanuni şəkildə həll olunmasının mümkün olacağını və həmin işin müsbət həllinin şəxsən özü tərəfindən həyata keçiriləcəyini bildirib, Şahid2 özünə yönləndirilməsinə nail olub 2010-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında sonuncu ilə şəxsən görüşərək, Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən "xxxx" Şirkəti ilə əməkdaşlıq etdiyini, həmin Şirkət vasitəsi ilə Şahid1 Rusiya Federasiyası və təndaşlığına qəbul etdirməklə Rusiya Federasiyasının vətəndaşı olmasına dair pasportu və Rusiya Federasiyasında orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, qeyd olunan sənədlər əsasında xarici vətəndaş qismində Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunacağını yalandan vəd etdikdən sonra şəxsən həmin məsələnin müsbət həlli üçün eyni niyyətlə yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası vətəndaşı olan sonuncunun əcnəbilər üçün nəzərdə tutulmuş prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla əlavə olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasın ı Şahid2la görüşü zamanı bildirərək onunla razılaşmış, 2010-cu ilin iyul ayında istintaqla dəqiq müəyyən edilməyən gündə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında 1.000 (bir min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid2 alıb, bundan sonra həmin vaxtdan 2011-ci ilin oktyabr ayına kimi istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid1 Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümum təhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazılan olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***7160 N°-li attestatı qanunsuz olaraq hazırlamış, eyni niyyətlə 2010-cu ilin iyul ayından 2011-ci ilin oktyabr ayına kimi olan dövrdə qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edə rək məzmununa rus dilində Şahid1 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Kurqan vilayəti Karqonpol rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilərək 3709 356760 N°-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz hazırladıqdan sonra, həmin sənədlərin surətlərini ünvan 3 ünvanında yaşayan cinayətdən xəbərsiz olan tərcüməçi Şahid3 Azərbaycan dilinə tərcümə etdirib, xx.xx.2011-ci il tarixdə həmin sənədlərin surətlərini cinayətdən xəbərsiz olan Gəncə şəhəri 1 nömrəli dövlət notariusu X16 tərəfindən təsdiq olunmasına nail olaraq pasport və attestatın saxta olmasını bilə-bilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan qanunsuz olaraq istifadə edərək 2011-ci ilin oktyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Təqsirləndirilən şəxs2 vermiş, bundan sonra Səfərzadə Ulduzə isə həmin sənədləri istintaqla müəyyən edilməyən vaxtda Şahid2 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlərin xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olub, yenidən cəmi 6.000 (altı min) manat pulu vahid niyyətlə ələ keçirib qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəyə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Ulduzə Səfərzadə vasitəsi ilə Şahid2 rüşvət verməyə təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2010-cu ilin aprel-may aylarının sonlarında istin taqla dəqiq müəyyən edilməyən gündə X9 övladı Şahid4 Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən birinə tələbə qismində qəbul olunması üçün köməklik göstərilməsinə dair qayınatası X7 vasitəsi ilə ona etdiyi müraciətinə əsasən, Aydın Vəliyevə özlərini təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010-cu ildə keçirilmiş imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid4 Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd verərək, inandırmaq üçün Şahid4 şəxsiyyət vəsiqəsinin və orta təhsil haqqında attestatın surətlərini, bir neçə ədəd foto şəklini götürər ək, etibardan sui-istifadə edib, Aydın Vəliyevə qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz olaraq ali məktəbə qəbul olunmasına görə vəzifəli şəxsə verilməsi üçün külli miqdarda 60.000 (altmış min) manat pul vəsaitini 2010-cu ilin iyul-avqust aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə şəxsiyyəti istintaqla müəyyən edilməyən Arif adlı şəxsin vasitəsi ilə Aydın Vəliyevdən aldıqdan sonra, 2010-cu ilin sentyabr ayında Aydın Vəliyevin övladı Şahid4 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasının baş tutmaması ilə bağlı ona müraciət etdiyi zaman Aydın Vəli yevə məsələnin onlardan asılı olmayan səbəblərdən alınmamasını, lakin hər şeyin qanuni şəkildə həll olunmasının mümkün olacağını, həmin işin müsbət həllinin şəxsən özü tərəfindən həyata keçiriləcəyini yalandan bildirib, Aydın Vəliyevin özünə yönləndirilməsinə nail olub 2010-cu ilin dekabr ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Nərimanov rayonu ərazisində "Tofiq Bəhramov” adına Respublika Stadionunun yaxınlığındakı kafedə görüşərək, növbəti tədris ilində Şahid4 Bakı Dövlət Universitetinə hüquqşünaslıq ixtisası üzrə tələbə kimi qəbul olunacağını yalandan vəd verib ondan əlavə olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaitini 2011-ci ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilməyən gündə şəxsiyyəti istintaqla müəyyən edilməyən Arif adlı şəxsin vasit əsi ilə alıb, bundan sonra həmin vaxtdan 2011-ci ilin oktyabr ayına kimi istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Şahid4 Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 230 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 230 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***5116 N°-li attesta tı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2011-ci ilin yanvar oktyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid4 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Moskva vilayəti Troitsk şəhəri üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilərək 4608 671202 N-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, xx.xx.2011 -ci il tarixdə sənədlər in surətlərini cinayətdən xəbərsiz olan Gəncə şəhəri 1 nömrəli dövlət notariusu X16 tərəfindən təsdiq olunmasına nail olaraq pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz olaraq təkrarən istifadə edərək 2011-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Təqsirləndirilən şəxs1 vasitəsi ilə xx.xx.2011 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim edib təkrarən saxta rəsmi sənədlərdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək cəmi 90.000 (doxsan min) manat pulu vahid niyyətlə ələ keçirib qabaqcadan əlbir olan bir qrup şə xs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəyə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Aydın Vəliyevi təkrar təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən tanışları X17, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs ha lında birləşib qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2010-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Şahid6 övladı Şahid5 Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul olunması üçün köməklik göstərilməsinə dair Amin İmanovun vasitəsi ilə Təqsirləndirilən şəxs1 etdiyi müraciətinə əsasən sonuncu Şahid6 Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək, özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmalarını, həmin münasibətlərindən istifadə edərək A zərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2008 və 2009-cu illərdə keçirilmiş imtahanlarında müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid5 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirib Rusiya Federasiyasının vətəndaşı olmasına dair qanuni sənədlər əldə edərək sonuncunu Rusiya Federasiyasının vətəndaşı qismində əcnəbi kimi Azərbaycan Tibb Universitetinə tələbə olaraq qəbul etdirəcəklərini yalandan vəd verərək, inandırmaq üçün Şahid5 şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatının surətlərini, bir neçə ədəd foto şəklini götürərək, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqəda r Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən Azərbaycan Respublikası vətəndaşının əcnəbilər üçün nəzərdə tutulmuş prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla maddi nemət olan həmin dövrün məzənnəsi ilə 4.836 (dörd min səkkiz yüz otuz altı) manat təşkil edən 6.200 (altı min iki yüz) ABŞ dolları pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2010-cu ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyasının yaxınlığında yerləşən kafedə həmin dövrün məzənnəsi ilə 3.90 0 (üç min doqquz yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları pulu Amin İmanovun vasitəsi ilə Şahid6 almış, bir neçə gün sonra isə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 936 (doqquz yüz otuz altı) manat təşkil edən 1.200 (min iki yüz) ABŞ dolları pul vəsaitini Amin İmanovun vasitəsi ilə Şahid6 aldıqdan sonra həmin vaxtdan 2010-cu ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid5 Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***2834 N°-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010cu ilin avqust- sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qan unsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid5 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Moskva vilayətinin Krasnoselsk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilərək 4510 442060 N°-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, həmin pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq təkrarən istifadə edərək 2010-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Amin İmanovun vasitəsi ilə Şahid6 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2010-cu il tarixdə ünvan 6 ünvanında Azərbaycan Tibb Universitetinin inzibati binasında Azərbaycan Tibb Universitetinin Xarici tələbələrlə iş üzrə dekanlığına təqdim olunmasına nail olub cəmi 4.836 manat (dörd min səkkiz yüz otuz altı) manat pulu vahid niyyətlə ələ keçirib qulluq mövqeyindən istifadə edərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsini n (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə- bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qulluq mövqeyindən istifadə etməklə 2010-cu ilin yay aylarında Şahid8 övladı Şahid7 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasında köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs1 etdiyi müraciəti ilə əlaqədar sonuncu vasitəsilə Şahid8 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək, Şahid8 özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010-cu ildə keçirilmiş imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid7 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirib Rusiya Federasiyasının vətəndaşı olmasına dair qanuni sənəd əldə edərək sonuncunu Rusiya Federasiyasının vətəndaşı qismində əcnəbi kimi Bakı Dövlət Universitetinə tələbə olaraq qəbul etdirəcəklərini yalandan vəd verərək, 2010-cu ilin yay aylarından 14 oktyabr 2011-ci il tarixə kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə bi rlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid7 Rusiya Federasiyasının Moskva şəhər Təhsil Departamentinin Mərkəz dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 124 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Mərkəz dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 124 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***7132 N°-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətl ə 2010-cu ilin yay aylarından 14 oktyabr 2011-ci il tarixə kimi olan müddət ərzində qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid7 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Omsk vilayətinin Çerlaksk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilərək 5208 620870 N-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlayıb Şahid7 vermiş, sonuncu tərəfindən həmin saxta sənə dlər xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmuşdur. Bundan əlavə o, həmin vəzifədə işləyərkən təkrarən Təqsirləndirilən şəxs1 və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2012-ci ilin iyul ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Şahid9 övladı Şahid10 Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul olunması üçün köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs1 müraciətinə əsasən, sonu ncu Şahid9 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək, Şahid9 özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2011-ci ildə keçirilmiş imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid10 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirməklə Rusiya Federasiyasının vətəndaşı olmasına dair pasportu və Rusiya Federasiyasında orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, qeyd olunan sənədlər əsasında xarici vətəndaş qismində Bakı Dövlət Universitetinə tələbə ol araq qəbul etdirəcəklərini yalandan vəd verərək, inandırmaq üçün Şahid10 şəxsiyyət vəsiqəsinin və orta təhsil haqqında attestatın surətlərini, bir neçə ədəd foto şəklini götürərək, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən Azərbaycan Respublikası vətəndaşının əcnəbilər üçün nəzərdə tutulmuş prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla maddi nemət olan həmin dövrün məzənnəsi ilə 25.921,5 manat (iyirmi beş min doqquz yüz iyirmi bir manat əlli qəpik) təşkil edən 33.000 (otuz üç min) ABŞ dolları pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşıb, həmin adla 2012-ci ilin iyul ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində Bakı Dəniz Vağzalının yaxınlığında yerləşən kafedə həmin dövrün məzənnəsi ilə 25.921,5 manat (iyirmi beş min doqquz yüz iyirmi bir manat əlli qəpik) təşkil edən 33.000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitini şəxsən Şahid9 aldıqdan sonra, həmin ilin iyul ayının ortalarında övladının Bakı Dövlət Universitetinə qəbul olunması üçün əlavə xərcləri ödəmək adı ilə Şahid9 Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun yaşadığı, ünvan 7 ünvanında yerləşən evin yaxınlığında 5.600 (beş min altı yü z) manat, həmin dövrün məzənnəsi ilə 1014 (bir min on dörd) manat təşkil edən 1300 (bir min üç yüz) ABŞ dolları və 600 (altı yüz) manat, ümumilikdə isə həmin dövrün məzənnəsi ilə 7.214 manat (yeddi min iki yüz on dörd) pulu aldıqdan sonra, 2012-ci ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Şahid10la Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasının yaxınlığında görüşərək Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən "xxxx" Şirkəti ilə əməkdaşlıq etdiyini, həmin Şirkət vasitəsi ilə sonuncunun adına Rusiya Federasiyasının vətəndaşı olmasına dair pasportu və Rusiya Federasiyasında orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, qeyd olunan sənədlər əsasında əsnəbi qismində Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunacağını yalandan vəd verdikdən sonra şəxsən həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz olaraq ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla əlavə olaraq həmin dövrün məzənnəsi ilə 2.356,5 manat (iki min üç yüz əlli altı manat əlli qəpik) təşkil edən 3.000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid10la görüşü zamanı aldatmaqla yalandan bildirərək onunla razılaşmaqla sövdələşib, 2012-cu ilin iyul ayının sonunda istintaqla dəqiq müəyyən edilm əyən gündə Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun yaşadığı, ünvan 7 ünvanında yerləşən evdə həmin dövrün məzənnəsi ilə 2.356,5 manat (iki min üç yüz əlli altı manat əlli qəpik) təşkil edən 3.000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid10 alıb, bundan sonra həmin vaxtdan 2012-ci ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa kompüterdə rus dilində Şahid10 Rusiya Federasiyasının Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin təhsil idarəsinin 629 saylı orta ümumtəhsil məktəbi dövlət təhsil müəssisəsini 2012-ci ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin təhsil idarəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2012-ci il tarixli ** AB ***4187 N°-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010-cu ilin avqust-sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanun suz olaraq tərtib edərək məzmununa rus dilində Şahid10 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Moskva vilayətinin Lenin bələdiyyə rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilərək 4611 572786 N-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, həmin pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq təkrarən istifadə edərək 2012-ci ilin sentyabr ayında qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini şəxsən Şahid10 vermiş, sonuncu tərəfindən xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal ray onu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim edilməsinə nail olaraq saxta rəsmi sənədlərdən təkrarən istifadə edərək cəmi 35.492 (otuz beş min dörd yüz doxsan iki) manat pulu vahid niyyətlə ələ keçirib qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəyə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şə xsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid9 təkrarən təhrik etmişdir. Həmçinin o, təkrarən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əi qızı və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qulluq mövqeyindən istifadə etməklə 2012-ci ilin yay aylarında X5 nəvəsi Şahid11 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasında köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etdiyi müraciəti ilə əlaqədar sonuncuların vasitəsilə Asiya Məhərrəmovaya Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazi sində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək, Asiya Məhərrəmovaya özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş imtahanda ümumiyyətlə iştirak etməməsinə baxmayaraq Şahid11 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirib Rusiya Federasiyasının vətəndaşı olmasına dair qanuni sənəd əldə edərək sonuncunu Rusiya Federasiyasının vətəndaşı qismində xarici vətəndaş kimi Bakı Dövlət Universitetinə tələbə olaraq qəbul etdirəcəklərini yalandan vəd verərək, 2012-ci ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən şəraitdə Rusiya Federa siyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa kompüterdə rus dilində Şahid11 Rusiya Federasiyasının Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairəsinin təhsil idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 951 saylı orta ümumtəhsil məktəbini 2012-ci ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 951 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rə smi sənəd olan həmin xx.xx.2012-ci il tarixli ** AB ***4124 N°-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2012-ci ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid11 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X13 Xidmətinin Moskva vilayətinin Ruzskiy rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilərək 4608 274689 N°-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşın ın pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz olaraq istifadə edərək Şahid11 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olub qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Eləcə də, o, təkrarən eyni niyyətlə istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qr up şəxs halında birləşib qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin yay aylarında Şahid14 övladı Şahid13 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasında köməklik göstərilməsinə dair ona etdiyi müraciəti ilə əlaqədar sonuncuların vasitəsilə Şahid14 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək, Şahid14 özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-cü ildə keçirilmiş imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid13 Rusiya Federasiyası vətəndaşlığına qə bul etdirib Rusiya Federasiyasının vətəndaşı olmasına dair qanuni sənəd əldə edərək sonuncunu Rusiya Federasiyasının vətəndaşı qismində əcnəbi kimi Bakı Dövlət Universitetinə tələbə olaraq qəbul etdirəcəklərini yalandan vəd verərək, 2013-cü ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa kompüterdə rus dilində Şahid13 Rusiya Federasiyasının Surqut şəhər bələdiyyəsinin ümumtəhsil müəssisəsinin 19 saylı orta məktəbi 2013-cü ildə bitirməsinə dair bilə-bilə yalan məl umatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Surqut şəhər bələdiyyəsinin ümumtəhsil müəssisəsinin 19 saylı orta məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2013-cü il tarixli ** AB ***4178 N-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2013-cü ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid13 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportu n X13 Xidmətinin Tümen vilayəti üzrə şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilərək 62N2315479 saylı olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz olaraq istifadə edərək Şahid13 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olub qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası qərarı ilə Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, onun barəsində CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr ilə cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, hökm Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum verilmiş ittihamdan CM-nin 32.4, 312.1-ci maddəsini xaric etməli olduğu halda, əsassız olaraq ona həmin maddə ilə bəraət vermiş, bəraət hətta əsaslı hesab edilsə idi belə, bu halda məhkəmə prosessual əsas olaraq şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə deyil, əməldə cinayət tərkibi olmamasını nəzərdə tutan eyni Məcəllənin 42.1.2-ci maddəsinə istinad etməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrind ə nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli hökmünün Məhkum CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinmişdir. Nümayəndə kassasi ya şikayətində həmçinin göstərmişdir ki, Məhkum irəli sürülmüş ittihamın əsası kimi zərərçəkmiş şəxslərin müxtəlif təzyiq və təsirlər vasitəsi ilə verilən ifadələr və şahidlərin zidiyyətli ifadələri təşkil etmişdir. İşin faktiki hallarını mübahisələndirən Kərimov Fuad Sabir oğlunun fikrincə ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Hüquqi varisinin nümayəndəsi Kərimov Fuad Sabir oğlu kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır ”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların, işin mühüm əhəmiyyətli hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını, sübutların cinayət-prosessual qanununun tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticə etibarı ilə Məhkum on a isnad edilən hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlama, bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmə və dələduzluq cinayətlərində təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların düzgün müəyyən edilmədiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün həmin hissədə ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nət icədə Məhkum əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət (rüşvət verməyə təhrik etmə hissdə CM 32.4, 312.2 maddəsi ilə) verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, Məhkum hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətlən dirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İlk növbədə məhkəmə kollegiyası diqqəti ona yönəldir ki, apellyasiya məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(103)-131/2022 nömrəli hökmü ilə Məhkum ilə qabaqcadan əlbir olan qrup şəkilində “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətlərin törədilməsində ittiham olunan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəll əsinin 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri təqsirlilikləri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Həmçinin müdafiə və ittiham tərəfinin hazırkı mübahisələndirdikləri apellyasiya instansiyası məhkəməsinin 07 iyun 2023-cü il tarixli 1(103)-286/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti, həmçinin birinci instansiya məhkəməsinin hökmündə müəyyə n edilmiş Məhkum cinayət əməllərinin təsviri ilə müqayisədə fərqli qənaətə gəlmişdir. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən qəbul etdiyi yekun məhkəmə hökmünün təsviri əsaslandırıcı hissəsində özünün müəyyən olunmuş saydığı və Məhkum sübuta yetirilmiş hesab etdiyi cinayət əməllərinin təsvirini verməli idi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, apellyasiya in stansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir. Yuxarıda sadalanmış hallar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi ibtidai istintaq tərəfindən Məhkum qarşı irəli sürülmüş və birinci instansiya məhkəməsinin razılaşdığı ittihamla müqayisədə fərqli nəticəyə gəlməsinə baxmayaraq, məhkəmə özünün sübuta yetirmiş hesab etdiyi cinayət əməlinin təsvirini tərəfindən qəbul edilmiş ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, bununla da Məhkum nədə təqsirli bilinməsi ilə bağlı mövqeyini konkret olaraq əsaslandırmayaraq cinayət prosessual qanunvericiliyinin tələbləri və Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələri ilə uzlaşmayan nəticəni hasil etmişdir. Məhkumun hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinə (CM-nin 178.3.2-ci maddəsi təqsirli bilinməsi hissəsinə) münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 1(102)-1315/2022 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü məhkum (mərhum) Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edib (qeyd olunan qərarla dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir) cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən mərhum Məhkum əməllərinə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obye ktiv araşdırılma aparılmamış, o cümlədən məhkəmələr Məhkum münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq həmin hallara heç münasibət bildirməməklə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Adı çəkilən qərar faktiki olaraq Məhkum əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılm asını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin 25 oktyabr 2022-ci il tarixli qərarında əks olunmuş mövqeyinə görə, yeni apellyasiya baxışı zamanı Məhkum əməllərinə hüquqi qiymətin veri lməsi və bundan çıxış edərək qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Lakin, apellyasiya məhkəməsi yeni baxışda Ali Məhkəmənin Cinayət kollegiyasının qərarında göstərilənlərlə razılaşmamaq üçün kifayət qədər əsas gətirmədən, apellyatorun verilmiş apellyasiya müraciətində Məhkum elan olunmuş ittiham üzrə təqsirsizliyi ilə bağlı tutarlı arqumentlər irəli sürməsinə baxmayaraq həmin dəlilləri yoxlamamış, Məhkum elan edilmiş hər bir ittiham üzrə (CM 32.4 312.2 istisna olmaqla) ibtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşmış, bununla da faktiki olaraq apellyasiya şikayətində istinad edilmiş əsaslı dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsində müdafiə tərəfinin vermiş olduğu apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılsa da, qismən məhkəmə istintaqının aparılması özünü şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında bilavasitə dindirilmələrindən, həmçinin ibtidai istintaqda və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, X3, Şahid12nin, Şahid14, Şahid13 və X9 ifadələrinin qəbul edilmiş 07 iyun 2023-cü il tarixli hökmdə təsvir edilməsindən ibarət olmuşdur. Yuxarıda adları çəkilən şəxslərin (şahidlərdən Şahid1, Şahid2ın, Şahid10 və Şahid9 ifadələrində olan ziddiyyətli hallar bilavasitə Ali Məhkəmənin 25 oktyabr 2022-ci il tarixli qərarında öz əksi tapmışdır) ifadələri həm özü-özlüyündə, həm mərhum Məhkum, həmdə bəraət almış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, apellyasiya məhkəməsi həmin ifadələri qarşılıqlı təhlil etməmiş, ifadələrin cinayət iş materiallarında olan digər sübutlarla uzlaşıb uzlaşmamasına qiymət verməyərək sadəcə həmin ifadələri qəbul etdiyi yekun məhkəmə aktında sadalamaqla kifayətlənmiş, bununla da sübutların tədqiqi məsələsində birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları (araşdırmanın natamamlığı) aradan qaldırmayaraq təkrarlamışdır. Apellyasiya məhkəməsi yekun məhkəmə aktında Məhkum yuxarıda adları çəkilən şahidlərin pul vəsaitl ərinin ələ keçirilməsi üçün hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin talama olmasını təsdiq edən heç hala istinad etməmiş, istintaq orqanın cinayətin motiv və məqsədi ilə bağlı istinad etdiyi və apellyasiya məhkəməsinin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən məhkəmənin CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə Məhkum yuxarıda adları sadalanan şəxslərə qarşı təqsirinin (CM 178.3.2-ci maddəsi ilə) sübut a yetirilmiş olması haqqında nəticəyə gəldiyini müəyyən etmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 6-ci bəndində göstərilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsindən məhkəmə istintaqı keçirməklə ittihamın əsaslandırılması üçün hökmdə istinad edilmiş və müdafiə tərəfinin mübahisələndirdiyi sübutları bir-biri ilə müqayisə etməklə, zərurət olarsa başqa sübutlar əldə etməklə yoxlamağı, beləliklə də mövcud şübhələri aradan qaldırmağı tələb etsə də, apellyasiya məhkəməsi bunları etməmiş, beləliklə də cinayət-prosessual qanunun 8-ci maddəsi ilə ehtiva olunan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərindən (CPM, maddə 33) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Sadalanmış prinsiplərə, sübutların tədqiqinə da ir cinayət-prosessual qaydalara (CPMin 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən apellyasiya məhkəməsi Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verib, sonuncunu CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bildiyi halda əmlakları ələ keçirildiyi iddia olunan şəxsləri cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmamışdır. Faktiki olaraq qeyd olunan şəxslər cinayət prosesində şahid statusunda iştirak etməklə, prosessual qanunvericilidə digər şəxs kimi keçən şahidin hüquq və vəzifələrindən istifadə etmişlər. Halbuki Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərə rçəkmiş şəxs mütləq müəyyən edilməsi eyni zamanda Cinayət Məcəlləsinin dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.1-ci maddəsinin dispozisiyasının məzmunundan, habelə Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin birinci cümləsindən irəli gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, apellyasiya icraatı qaydasında baxılan işdə məhkəmənin yuxarıda adları çəkilən şəxsləri zərərçəkmiş şəxs qismində tanımaması (faktiki olaraq onları cinayət prosesində şahid statusunda saxlamaqla) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, Məhkum barəsində irəli sürülmüş dələduzluq ittihamı üzrə sonuncuya münasibətdə cinayət məsuliyyətindən azad etmə institutunun (müdafiə tərəfinin razılığı ilə) tətbiq edilməsinin qarşısını alır. Hazırkı halda apellyasiya məhkəməsi tərəfindən obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi istiqamətində keyfiyyətsiz və natamam araşdırma həyata keçirdiyindən yuxarıda sadalanmış hallardan heç birinə qiymət verilməmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələ rinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin apellyasiya icraatına tətbiqi) barədə Avropa Məhkəməsinin hüquqi mövqeyini əks etdirən “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarda Avropa Məhk əməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilavasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsəl ənin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və mənafelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Eyni mövqe Avropa Məhkəməsinin “X12rşı iş” üzrə qərarında (27-ci bənd), “Sevastyanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (71-ci bənd), “Nefedov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (38-ci bənd) müdafiə olunmuşdur. Odur ki, milli qanunvericiliklə yanaşı, h əm də Avropa Məhkəməsinin hüquqi mövqeyi baxmından Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlunun kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (sübutlar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Müddətin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsinin mübahisələndirilməsi üzrə kassasiya şikayətinin dəlilinə (qeyd olunan həmin hissədə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilmə si xahiş olunur) gəldikdə, məhkəmə kollegiyası bu dəlilin də əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kassasiya şikayəti ilə razılaşır. Belə ki, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 2011-ci ildə törətdiyi nəzərə alaraq CM-nin 75.1-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət işi üzrə icraata həmin hissədə xitam vermişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qənaətə gəlməsi üçün əsas - Məhkum ibtidai istintaq dövründə yəni 09 mart 2017-ci il tarixdə Şahid1 adına Rusiya Federasiyasının saxta pasportu və orta təhsil attestatın saxtalaşdırılmasına dair hissəsinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsi barədə ərizəsi olmuşdur. Maraqlı fakt budur ki, ap ellyasiya məhkəməsi həm qeyd olunan epizod üzrə, həmdə digər epizodlar üzrə ibtida istintaq orqanını (həmçinin birinci instansiya məhkəməsinin) səhv qənaətə gəldiyini, Məhkum əsasız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxardığını, istintaqı davam edərək həmin və digər epizodlar üzrə cinayət işi üzrə ittiham aktı tərtib edib cinayət işi baxılması üçün məhkəməyə göndərdiyini göstərmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Məhkum 09 mart 2017-ci il tarixdə Şahid1 adına Rusiya Federasiyasının saxta pasportu və orta təhsil attestatın saxtalaşdırılmasına dair hissəsinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsi barədə ərizəsi mövcud olsa da, ibtidai istintaq zamanı digər epizodlarla bağlı vermiş olduğu ifadələrində Məhkum ö zünü təqsirli bilməmişdir. Həmçinin müdafiə tərəfi həm birinci instansiya məhkəməsində, həmdə vermiş olduğu apellyasiya və kassasiya müraciətlərində Məhkum Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsi ilə bağlı tələb irəli sürmüşlər (müdafiə tərəfinin cinayət işi üzrə icraata bəraətverici hesab edilməyən əsasla xitam verilməsinə etiraz etdiyinə dəlalət edir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibini istisna edən hallar sırasında göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3.-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilə n şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır”. Cinayət-Prosessual Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi üçün CPM-in 42-ci maddəsində göstərilən əsas (müdafiə tərəfinin bəraətverici sayılmayan həmin əsasla cinayət təqibinə xitam verilməsinə razılığı) olmadıqda, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarır. Sadalanmış prosessual qanunvericiliyinin məzmunundan görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı cinayət təqibinə xitam verilməsi ayrıca epizoda münasibətdə deyil, CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə həyat a keçirilən cinayət təqibini əhatə edən müstəqil hüquq institutdur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi kimi cinayət təqibini istisna edən hal olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə ( hazırda ölmüş təqsirləndirilən şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Belə ol an halda, apellyasiya məhkəməsinin Məhkum CM-nin 75.1-ci maddəsinə əsasən CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarı məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və sözügedən məsələyə yenidən apellyasiya qaydasında baxılmasını tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş hal (cinayət təqibini istisna edən halın olmamasına baxmayaraq, cinayət işi üzrə icraata xitam verilməsi) kimi qiymətləndirilməlidir. Dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu apellyasiya instansiya məhkəməsinin Məhkum verilmiş ittihamdan CM-nin 32.4, 312.1-ci maddəsini xaric etməli olduğu halda, əsassız olaraq ona həmin maddə ilə bəraət verməsi ilə bağlı iddialara gəldikdə məhkəmə kollegiyası aşağıdakıla rı qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə sübutların cinayət prosessual qanunvericiliyində təsbit edilmiş qaydada tam, hərtərəfli və obyektiv tədqiqi həyata keçirilmədiyindən Məhkum hərəkətlərində aldatma və etibardan sui-istifadə üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinin mövcud olub olmamasını (yəni dələduzluq ittihamı ilə bağlı) müəyyən etmək mümkün olmamışdır. Bu isə öz növbəsində ittihamın israr etdiyi Məhkum ayrı-ayrı şəxslərin xeyli və külli miqdarda əmlaklarının ələ keçirilməsindən ibarət hərəkətlərinin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi dəyərləndirilməsinə təsir edən əsas amildir. Başqa sözlə desək apellyasiya baxışında Məhkum əməlin hüquqi tövsifi (dələduzluq cinayəti ilə bağlı) məsələsi nin həllindən asılı olaraq sonuncunun hərəkətlərində CM-nin 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsi tələb olunur. Belə olan halda məhkəmə kollegiyası məhkəmə baxışı yenidən keçiriləcəyindən və bunun nəticələrindən asılı olaraq Məhkum əməllərinin hüquqi tövsifi məsələsinə yenidən baxılmalı olduğundan çıxış edərək, hazırki kassasiya baxışında Məhkum əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla CM-nin 32.4, 312.1-ci maddəsi ilə bəraət verilməsinə həsr olunmuş kassasiya protestinin təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, mərhum məhkumun hüq uqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə rədd edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi, tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə Fuad Kərimovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-286/2023 nömrəli hökmü ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum (mərhum) Məhkum hüquqi varisi X4 nümayəndəsi Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyun 2023-cü il tarixli, 1(103)-286/2023 nömrəli hökmü ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-307/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-307/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver