Məhkəmə qərarları › İş №1(102)-3078/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3078/2025

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3078/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1993-cü il tarixdə Qax rayonu, Turaclı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanından Mühafizə Xidmətinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin R rütbəsində olmaqla böyük sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, x daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır.

2. 18 aprel 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 30 aprel 2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qonşusu Zərərçəkmiş şəxs ilə 12 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən binanın üçüncü dəhlizinin birinci mərtəbəsində qarşılaşmış, aralarında əvvəllər baş vermiş, yəni Məhkum arvadı şahid2 orta-ixtisas təhsili üçün kollecə qəbul olunması üçün kodlaşdırma məsələsinin həll edilməsi ilə bağlı mübahisəni davam etdirərək qəsdən Zərərçəkmiş şəxs sifətinin göz, burun və ağız nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmuş, nəticədə sonuncuna alın sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı ilə müşayiət olunan baş beyin silkələnməsi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, burunun yumşaq toxumalarının əziyi, burun sümüklərinin qapalı yerdəyişən sınığı ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol göz ətrafında qançır və gözün ağlı qişasına qansızma, üst dodağında əzilmiş yara və üst çənədə sağda 2-ci dişin tac hissəsindən travmatik sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-29/2025 nömrəli, 06 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verib, xəsarətlərin Məhkum tərəfindən yetirilə bilinməsinin şübhə doğurduğunu və buna görə də təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsinin lazım olduğunu bildirərək, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-29/2025 saylı, 06 mart 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Məhkum Məhkum kassasiya şikayətində ekspert rəyində qeyd olunanların fərziyyə xarakteri daşıdığını, işin hərtərəfli, tam və obyektiv araşdırılmadığını, bu səbəbdən kobud səhvlərə yol verildiyini göstərməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli 25 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Müdafiəçi müdafiəçi3 kassasiya şikayətində işin materiallarında olan sübutların Məhkum təqsirli bilinməsi üçün kifayət etmədiyini qeyd edərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli 25 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsini xahiş etmişdir.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Hər iki kassasiya şikayətində mahiyyət etibarilə Məhkum təqsirliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübuta əsaslanmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası işin hərtərəfli, tam və obyektiv araşdırılmaması üzrə məhkum Məhkum və onun törətdiyi əməldə təqsirliliyinin sübuta yetirilməməsi üzrə müdafiəçisi müdafiəçi3 dəlillərini əsassız hesab edir.

24. Belə ki, məhkum Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin tam və obyektiv araşdırılmaması və bu səbəbdən kobud səhvlərə yol verildiyi, ekspert rəyinin faktiki olaraq saxta olduğu iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. 25.Cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübutlarla tam təsdiq edilmiş, onun təqsirliliyi məhkəmədə tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən edilmiş və ittiham olunan cinayətin törədilməsində şübhə yarada biləcək hər hansı hal aşkar edilməmişdir.

26. Kassasiya şikayətinin həmin hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri: - zərərçəkmiş şəxsin və şahidlərin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə qarşısında verdikləri ifadələri (o cümlədən, zərərçəkmişin münaqişədən sonra dəhlizdən çıxarkən vəziyyətinin ağır olmasının və fasiləsiz qusmasının təsdiqi barədə); - Qax rayon Polis Şöbəsinin raportları; - baxış keçirilməsi haqqında protokol, üzləşdirmə protokolu; - ibtidai istintaq dövründə, habelə apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri; - məhkəmə icraatı dövründə dindirilmiş məhkəmə-tibbi ekspertin ifadəsi; - iş materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin saxta olmasına dair iddia birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, həmin rəy toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil edilmiş, habelə ekspert məhkəmə iclasında dindirilmiş, nəticədə iddiaların əsassız olması barədə nəticəyə gəlinmişdir. Müdafiə tərəfinin məhkəmə-tibbi ekspertizası ilə bağlı iddiaları apellyasiya instansiyası məhkəməsi tərəfindən də yenidən tədqiq edilmiş, bu məqsədlə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və əldə edilən rəyə əsasən Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirildiyi, həmin xəsarətlərin ağır dərəcəli olduğu bir daha təsdiq edilmişdir. 28.Nəticədə apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkum Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə gəldiyi qərarı işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum törətdiyi əməlində təqsirliliyi barədə qərarını şübhə altına almaq üçün əsas görmür. 30.Bununla belə məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan qərarını qəbul edərkən, hər iki instansiya məhkəməsi cəza təyininə dair hissədə məhkum Məhkum şəxsiyyətini səciyyələndirən halları, habelə baxılan iş üzrə onun cəzasını yüngülləşdirən halların mövcud olduğunu, məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilmədiyini kifayət qədər nəzərə almamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət etməmişdir. 31.Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan iş üzrə məhkum Məhkum cəzasını yüngülləşdirən hallar kimi onun ilk dəfə cinayət törətməsi, ailəli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olması, iş və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi nəzərə alınmış, cəzasını ağırlaşdıran halların isə müəyyən edilmədiyi göstərilmişdir.

32. Qeyd edilməlidir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

33. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 34.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

35. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi

36. xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 37.Habelə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il). 38.Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı eləcə də həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

39. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları). 40.Istinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, məhkumun şəxsiyyətini səciyyələndirən və məsuliyyətini yüngülləşdirən hallar - yüksək peşəkar nailiyyətlərə malik olmaqla cəmiyyət üçün dəyərli şəxs olması, bunu məhkəmə araşdırmaları dövründə və cəza çəkərkən davranışı ilə təsdiqləməsi, ailəli olmaqla himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olması, habelə cəzasını ağırlaşdıran hər hansı halın olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-29/2025 nömrəli, 06 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılmalıdır. 41.Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də məhkum Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür. 42.Istinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan ibtidai istintaqın ilkin mərhələlərinə aid məlumatlar, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən cinayət əməlinin törədilməsi halları, məhkum edilmiş şəxsin məsuliyyəti yüngülləşdirən halların olması, ağırlaşdıran hər hansı halın isə olmaması kimi xüsusiyyətlər, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)- 29/2025 nömrəli, 06 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

43. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də məhkum Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür. 44.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-29/2025 nömrəli, 06 mart 2025-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılsın və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-180/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı qalan hissədə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar