Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-308/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 okt yabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim Xanlar Fərhadov) 18 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun 06 oktyabr 2016-cı il tarixdən 05 aprel 2017-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində 2000 (iki min) manat miqdarda cərimə cəzası saxlanılmışdır. Hökmlə həmçinin X4 da təqsirli bilinib məhkum olunmuşdur. Məhkum 16 yanvar 2018-ci il tarixdə vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, apellyasiya instansiya m əhkəməsi də həmin şikayəti aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Şikayət 06 fevral 2018-ci il tarixə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin Məhkum apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Sulduz Ləzimov) 14 iyun 2018-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamış, apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov v ə Etibar Camalovdan ibarət tərkibdə) 02 oktyabr 2018-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci və apellyasiya instansiya məhkəmələrinin qərarları qanunsuzdur, ədalətsiz və əsassızdır. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmü nə ona, nə də ki onun müdafiəçisinə göndərilməmişdir. Yalnız məhkəmə hökmünü n surəti ona 22 dekabr 20017-ci il tarixdə göndərilmiş və o, həmin 20 gün müddətini ötürmədən apellyasiya şikayətini yazıb məhkəməyə göndərmişdir. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 358.1 və 202.5-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş və onun apellyasiya şikayəti vermə hüququ süni surətdə məhdudlaşdırılmışdır. Məhkəmələr müddətin bərpası barədə vəsatəti rədd edərkən bu hallara diqqət yetirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İşin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə bax ışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişdir. Hökm 18 sentyabr 2017-ci il tarixdə elan edilmiş və onun surəti 21 sentyabr 2017-ci il tarixdə tərəflərə göndərilmişdir. Hökmün tərəflərə göndərilməsinə baxmayaraq Məhkum ərizə ilə məhkəməyə müraciət edərək hökmün surətini almadığını bildirməklə həmin sənədin ona göndərilməsini xahiş etmiş, məhkəmənin 22 dekabr 2017ci tarixli məktubu ilə hökmün surəti Məhkum təkrarən göndərilmişdir. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 358.1 və 202.5ci maddələrinə istinad edir. Azərbaycan Respublikası CPM-nin 358.1-ci maddəsinə görə məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir: 358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş v ə ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə verməlidir; Həmin Məcəllənin 202.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı vəzifəli şəxslərin müəyyən olunmuş müddətlərə riayət etməsi prosessual sənədlərdə müvafiq qeydlərlə təsdiq olunur. Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur. İşdən görünür ki, məhkəmə tərəfindən hökmün surətinin Məhkum qeydiyyatda olmaqla yaşadığı Ağcabədi rayonu, Xocavənd kəndinə göndərilməsi barədə məktubun surəti işə əlavə olunsa da, həmin sənədin Məhkum alınması barədə müvafiq qəbz işdə yoxdur. Bununla belə, Azərbaycan Respublikası CPM-nin 384.1 və 384.3-cü maddələrinin tələbinə görə həbsdə saxlanılan məhkumlar istisna olmaqla (onlar ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində vermək hüququna malikdirlər) digər məhkumlar şikayəti hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verməlidirlər. İşdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilmişdir. Hökm elan olunanadək və ondan sonra da Məhkum həbsdə olmamışdır. Deməli, onun apelyasiya şikayəti vermə müddətinin axını hökm elan olunduğu gündən ( 18 sentyabr 2017-ci il) başlanır və o, 20 gün müddəti ndə, yəni 09 sentyabr 2017-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, o, 16 yanvar 2018-cı il tarixdə, yəni hökmün elan olunduğu gündən dörd aydan çox müddət keçəndən sonra apellyasiya şikayəti vermiş və bununla da müddəti ötürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum apelyasiya şikayəti vermə müddətini üzrsüz səbəbdən ötürmüşdür və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun no rmalarına riayət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-308/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-308/2019
05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver