Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-308/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Zərərçəkmiş şəxs, bəraət almış şəxs X2 və onun müdafiəçisi Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli hökmü ilə isə X2ya bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Əliyev Rəfayil Əfraddin oğlu) X9, xx xxxx 1980-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olu nmamış, 1 ünvanda yaşayan, CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, və onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrin qoyulması, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsin də seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs X3 qarşı 46.320 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiasının qismən təmin edilməsi, məhkum olunmuş şəxsdən Zərərçəkmiş şəxs xeyrinə vurulmuş zərərin əvəzi qismində 38.660 (otuz səkkiz min altı yüz altmış) manat məbləğində və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 38.685 (otuz səkkiz min altı yüz səksən beş) manat məbləğində pul vəsaiti tutulması,mülki iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X2 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə əsasən X12 icarəyə götürdüyü, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında «Dadlı Məkan» adlanan çay evini şərik işlədəcəklərinə dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq, 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs həmin çay evində işlətmək adı ilə Zərərçəkmiş şəxs 2.000 manata vitrin, hazırlanmış şirniyyatı soyuq saxlamaq üçün olan 2.000 manata soyuducu-vitrin, 6.000 manata 12 ədəd şüşəli stol və 48 ədəd stul, 1,5 metirlik 12 ədəd divan, 6 ədəd şüşə stol, 1.500 manata çayniklər, çaşqalar, qəndqabılar, samovar və sair xırda əşyalar, 2.800 manata şirniyyat hazırlamaq üçün aparat və ədviyyatlar, 575 manata kompüter, 485 manata televizor, 290 m anata kassa aparatı, 700 manata kondisioner, 960 manata şirniyyat hazırlamaq üçün aparat aldırmış, aldığı «Türk sobası»nın pulunu ödəmək üçün müxtəlif vaxtlarda ayrı-ayrılıqda 600 manat, 8.000 manat, 3.300 manat, 5.000 manat, 1.950 manat, 750 manat olmaqla, ümumilikdə 19.600 manat nəğd pul vəsaiti almış, kondisionerin quraşdırılması üçün ustaya 100 manat, aparatın çay evinə gətirilməsi üçün taksi sürücüsünə verməkdən ötrü 20 manat, aparatların çay evinə quraşdırılması üçün 630 manat, dönər aparatı üçün yerin hazırlanmasından ötrü 250 manat, satıcının durduğu yerin hazırlanması üçün 500 manat, plastik qapı və pəncərənin hazırlanması üçün 250 manat pul ödətdirməklə ələ keçirmiş və nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə vahid niyyətlə 38.660 manat maddi ziyan vurmaqla dələ duzluq etmişdir. Hökmdən məhkum X9 və onun müdafiəçisi Rüstəmov Amid Fazil oğlu tərəfindən birgə və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Soltanov Fuad Kamil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli hökmü ilə məhkum X2 və onun müdafiəçisi A.R.Rüstəmovun apelyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, X2ya təqsirliliyi sübuta yetirilməməsi əsası üzrə CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs X2ya qarşı 46.320 manat məbləğində pul vəsaitinin tu tulması barədə mülki iddiası və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübu tları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, X2nın apellyasiya şikayəti əsassız olaraq təmin edilərək ona bəraət verilmiş, halbuki birinci instansiya məhkəmə iclasında X2nın CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində çox saylı şahidlər dindirilərək onlar verdikləri ifadələrində X2nın dələduzluq edərək onun, yəni Zərərçəkmiş şəxs əmlakını ələ keçirməsini təsdiq etmiş, lakin apellyasiya instansiyasında həmin şahidlərdin bir nəfəri belə dindirilmədən, X2ya bəraət verimişdir. Halbuki toplanmış sübutlarla X2nın dələduzluq etməsi tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin müəllifi bütün qeyd olunanları nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarın hö kmünün ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq X3 CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərini pozmasını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansi yası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qey d edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış ının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyət lərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətmək də təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsi pini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxla ma zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 15.3-cü maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinay ət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olmas ı (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu h allara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetiril məsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmi ş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasi bətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv ə lamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; -cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; -tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ə lə keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəli yin) lazımınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. İşin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Biləsuvar Rayon Məhkəməsi bu sübutlar əsasında X2nın barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən X2 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, «Dadlı Məkan» adlanan çay evini şərik işlədəcəklərinə dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq, 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə həmin çay evində işlətmək adı ilə ona müxtəlif avadanlıqlar aldırmış, eləcə də avadanlıqların «Dadlı Məkan» çay evinə daşınması, quraşdırılması, habelə sair işlərin görülməsi üçün ondan cəmisi 38.685 (otuz səkkiz min altı yüz səksən beş) manat məbləğində nəğd pul almış və vədinə əməl etməyərək ona həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də kassasiya şikayətinin dəlillərin əksinə olaraq həm ayrıayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək X2nın ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nətiəcyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanına ünvanlandığı ərizəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yaşayan X2nın onun inam və etibarından sui-istifadə edərək 2015-ci ilin aprel ayından başlamaqla müxtəlif tarixlərdə hissə-hissə olmaqla ona məxsus 33.300 manat məbləğində pulu öz mülkiyyətinə keçirdiyini, sonuncunun Biləsuvar rayonunun mərkəzində icarəyə götürdüyü binada “Dadlı Məkan” adlı bir kafe açdığını, həmin kafedə kofe, çay, və şirniyyat məhsullarını bişirib satmaq məqsədi olduğunu, ona həmin kafeni şərik işlətmək təklifi adı altında həmin kafeyə lazım olan avadanlıqların alınması və təmiri adı altında həmin məbləğdə pulları aldığını, lakin sonradan X2nın ona şərik kimi pul vermədikdə, onun verdiyi pulları X2dan istədiyini, lakin X2in onu müxtəlif vədlər verməklə bir müddət aldatdığını və sonda onu şərləməklə hədələdiyini, bu hərəkətlərdən onun güclü stress keçirdiyindən ağır xəstəliyə düçar olduğunu və uzun müddət müalicə aldığını bildirərək, şikayəti üzrə X2nın dələduzluq əməlləri barədə ətraflı öz izahatında göstərəcəyini qeyd etmişdir. Həmin əri zə əsasında aparılan ilkin və ibtidai araşdırma dövründə Zərərçəkmiş şəxs xx xxxxxx 2016-cı il tarixli ilk izahatında X2ya şərik olduğu “Dadlı Məkan” çay evinə avadanlıqların alınmasından ötrü və borc kimi ona 46515 (qırx altı min beş yüz on beş) manat, xx xxxxxx 2016-cı il tarixli izahatında ümumilikdə 55400 (əlli beş min dörd yüz) manat, xx xxxxxx 2016-cı il tarixli ifadəsində əvvəlki izahatlarında göstərdiklərindən əlavə X2 ilə ilkin tanış olan zaman “Zamin” bankdan özünün və arvadının adına götürdüyü 29000 (iyirmi doqquz min) manat, xx xxxxxx 2017-ci il tarixdə aparılmış üzləşdirmə zamanı cəmi 137680 (bir yüz otuz yeddi min altı yüz səksən) manat, zərərçəkmiş qismində xx xxxx 2018-ci il tarixdə dindirilərkən 54170 (əlli dörd min yüz yetmiş) manat müxtəlif vaxtlarda hissə-hissə, 29000 ( iyirmi doqquz min) manat ilkin tanış olan zaman bütöv və 45000 manat (qırx beş min ) manat xx xxxxxxxx 2015-ci il tarixli müqavilə əsasında olmaqla cəmi 128170 (bir yüz iyirmi səkkiz min bir yüz yetmiş) manat, cinayət işinə məhkəmədə baxılarkən məhkəməyə verdiyi iddia ərizəsində 90285 (doxsan min iki yüz səksən beş) manat, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli iclasında verdiyi ifadəsində 120000 (bir yüz iyirmi min) manat pul verdiyini göstərmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs eyni məsələ barəsində, yəni X2 tərəfindən onun etibarından sui-istifadə etmə və aldatma yolu ələ keçirilmiş əmlakının - pulunun məbləği barəsində biri digərindən kəskin surətdə fərqlənən məlumatlar vermişdir. Apelyasiya şikayətlərinə məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs «Dadlı Məkan» çay evi üç ün avadanlıqların alınması və işlərin görülməsi üçün, eləcə də borc kimi X2ya vermiş olduğunu pulların məbləği ilə bağlı yuxarıda göstərilən izahat və ifadələrində mövcud olan ziddiyyətləri izah edə bilməmiş və bunu “öz adının da yadından çıxması, onun yadında qalmaması” ilə əlaqələndirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində X2 ilə razılaşdıqdan sonra birlikdə obyektə lazım olan avadanlıqların alınması üçün siyahı tutulduğunu və onun həmin malların alınması üçün 12.800 manat məbləğində pul vəsaitini X2ya verdiyini, xx xxx 2015-cı il tarixdə o, X2 və sonuncunun bacısı X2 ilə Bakı şəhərinə getdiklərini, Bakı şəhərində obyektə lazım olan avadanlıqların yerini bilən Bəydili kənd sakini X19 onları qarşıladığını və onun iştirakı ilə lazım olan avadanlıqları almağa başl adıqlarını, Bakı şəhərində iki gün müddətində müxtəlif yerlərdən obyektə lazım olan uzunluğu təxminən 3 metr olan, içinə şirniyyat məhsulları yığmaq üçün nəzərdə tutulmuş 2.000 manat dəyərində, iki ədəd vitrin, hazırlanmış şirniyyatı soyuq saxlamaq üçün olan 2.000 manat dəyərində soyuducu-vitrin, 6.000 manat dəyərində 12 ədəd şüşəli stol və 48 ədəd stul, 1,5 metrlik 12 ədəd divan, 6 ədəd şüşə jurnal stolu, obyektdə istifadə etmək üçün 1.500 manat dəyərində çayniklər, fincanlar, qəndqabılar, samovar və sair xırda əşyalar, habelə şirniyyat hazırlamaq üçün aparat və onun ədviyyatları ilə birlikdə 2.800 manat dəyərində digər mallar aldıqlarını, avadanlıqların bir qismini «Dədə Qorqud» adlanan obyektdən, bir qismini Bakı şəhər, Bayıl qəsəbəsi, 20-ci sahə adlanan yerdən, bir qismini isə «Sədər ək» ticarət mərkəzindən aldıqlarını göstərmişdir. Lakin Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi şahid, onun həmyerlisi Bəydili kənd sakini X30 ifadəsində həmin vaxt Zərərçəkmiş şəxs və X2nın hər birinin dəyəri 1.000 manat olmaqla ümumilikdə 2.000 manat dəyərində 2 ədəd soyuducu vitrin aldıqlarını, həmin vaxt vitrinlərin əvəzi qismində ödəniləcək pul vəsaitinin Zərərçəkmiş şəxs əlində olduğunu, daha sonra onlar oradan Səbayıl rayonu ərazisinə yerləşən və 20-ci sahə kimi tanınan əraziyə getdiklərini, oradan da bir ədəd lahmacun bişirmək üçün «fırın» və bir ədəd vitrin aldıqlarını, həmin əşyalara görə Zərərçəkmiş şəxs 1.950 manat məbləğində pul vəsaitini satıcıya verdiyini göstərmişdir. Göründüyü kimi, şahid X35 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs fərqli olaraq stol, stul, divan və müxtə lif qabqacaq deyil, birlikdə cəmi dörd ədəd əşya aldıqlarını, eləcə də alınan həmin malların pulunun X2 tərəfindən deyil, Zərərçəkmiş şəxs tərəfindən ödənildiyini bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi, bir gün əvvəl Biləsuvar şəhərində obyektə alınmalı olan mallara görə X2ya lazım olan məbləğdə pul verdiyi halda, həmin mallar alınarkən onların pulunun X2 tərəfindən yox, yenidən Zərərçəkmiş şəxs tərəfindən ödənilməsi ağlabatan deyil. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2015-ci ilin aprel ayının ortalarında X2 onun mobil telefonuna zəng edərək Biləsuvar rayonunun mərkəzində çay evi açıb işlətmək istədiyini və buna görə ona 5.000 manat məbləğində pul lazım olduğunu, əgər l azım olarsa evini də girov qoya biləcəyini demişdir. O, isə bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. X2 isə ona yaşadığı evə gəlmələrini təklif etmiş və onları yaşadığı evdə qarşılamışdır. X2 Zərərçəkmiş şəxs Biləsuvar şəhəri ərazisində «Dadlı Məkan» adlı çay evi açmaq istədiyini, həmin çay evində şirniyyat istehsalı və satışı ilə məşğul olacacağını demişdir. X2 Zərərçəkmiş şəxs bir siyahı göstərərək, həmin siyahıda göstərilən əşyaları almaq və bunun üçün 5.000 manat məbəğində pul vəsaiti lazım olduğunu bildirmişdir. X36nin ifadəsindən görünür ki, o, X2 ilə Zərərçəkmiş şəxs ilk dəfə X2in evində görüşdürərkən «Dadlı Məkan» çay evi üçün alınmalı olan avadanlıaların siyahısı, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi, həmin vaxt onunla birlikdə və onun iştirakı ilə deyil, X2nın özü tər əfindən əvvəlcədən tərtib edilmiş və bu siyahı üzrə alınmalı əşyaların dəyəri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi 12800 deyil, 5000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, yəni Zərərçəkmiş şəxsla görüşdüyü vaxta qədər X2 işlətdiyi «Dadlı Məkan» çay evi üçün alınmalı olan əşyaların dəyərini 5000 manat məbləğində hesablamış olduğu halda, sonradan Zərərçəkmiş şəxs göstərdiyi kimi həmin obyektə 50.000 manat dəyərində əşyaların alınmasına ehtiyacın olması inandırıcı görünmür. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində onların, yəni onunla X2nın 01 və xx xxx 2015-ci il tarixlərdə aldıqları əşyaları Bakı şəhərindən iki yük avtomobili ilə Biləsuvar şəhərinə, «Dadlı Məkan» adlı obyektə gətirdiklərini, həmin vaxt avtomobillərlə daşıma xərclərinə gör ə ödəməyə pulu olmadığı üçün tanışı X6 800 manat borc istədiyini, buna görə X23un da həmin pulu Bakı şəhərindən Biləsuvar rayonuna qayıdarkən Xırmandalı kəndinin yaxınlığında ona verdiyini, onun isə X23dan aldığı 800 manat məbləğində pulu X2ya verdiyini göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi şahid X16 isə məhkəməyə həmin hal üzrə verdiyi ifadəsində 2015-ci ilin may ayında deyil, sentyabr ayında Zərərçəkmiş şəxs ona zəng edərək, Bakı şəhərindən gəldiyini və pula ehtiyacı olduğu üçün ona olan borcunu qaytarmasını xahiş etdiyini, buna görə onun Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxsla görüşdüyünü və sonuncuya olan ümumi borcundan 800 manat məbləğində pul vəsaitini, adını sonradan bildiyi, optik eynək taxm ış X2 yanında Zərərçəkmiş şəxs verdiyini göstərmişdir. Göründüyü kimi ayrı-ayrı dövrlərə təsadüf edən məlumatları əks etdirməklə Zərərçəkmiş şəxs ifadəsinin həmin hal üzrə hissəsi şahid X23un ifadəsi ilə inkar olunur. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində Biləsuvar rayonuna çatdıqdan sonra yük avtomobillərindən avadanlıqları (Bakıdan 01-xx xxx 2015-ci il tarixdə alınmış avadanlıqlar) boşaltmaq üçün qardaşı X26, qardaşı oğlu X31, qohumu X20, oğlu Babək və Beyrəyin, tanışı X17, X22 və X1 gəlib kömək etdiklərini, X2nın ondan aldığı 240 manat məbləğində pulu yük avtomobillərinin sürücülərinə verdiyini göstərmişdir. Eyni ifadəsinin bundan əvvəlki hissəsində də isə Zərərçəkmiş şəxs fərqli olaraq, Bakıdan qayıdarkən yük avtomobilləri ilə daşıma xərclərini ödəmək üçün Xırmandalı kənd ərazisində həmin kəndin sakini Mürvət Qurbanovdan aldığı 800 manatın 240 manatını deyil, hamısını X2ya verdiyini göstərmişdir. X7 məhkəməyə verdiyi ifadəsində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar filialında mağaza müdiri vəzifəsində işlədiyini, həmin filialın hesabat sənədlərinə əsasən Zərərçəkmiş şəxs onun həmin filialda işləməmişdən əvvəl, satıcı işləmiş Tahir Məmmədovdan qiyməti 485 manat olan «Beko» markalı 1 ədəd televizor aldığını müəyyən etdiyini göstərsə də, həmin sənədlər cinayət işinin materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs X2 ilə münasibətləri pisləşdikdən sonra X2dan hüquq mühafizə orqanlarına şikayət edəcəyin i bildirmiş, əgər həmin şəxslərin əleyhinə şahid qismində ifadə verərsə, ona 1.000 manat məbləğində pul verməyi vəd etmişdir. Eyni zamanda həmin iclasda yenə də müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu ərazisində yerləşən «Dadlı Məkan» çay evində satıcı-ofisiant işləmişdir. «Dadlı Məkan» çay evində işləyərkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, çay evinin sahibəsi X2 barəsində məlumat verəcəyi halda ona bir ədəd mobil telefon və bir ədəd fen alacağını vəd etmişdir. Bu ifadələrin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs X2 ilə münasibətləri pozulduqdan sonra, o, israrlı şəkildə və istənilən üsullarla, o cümlədən başqa şəxsləri böhtan xarakterli ifadələr verməyə təhrik etməklə X 2nın ona qarşı dələduzluq törətməsi barədə görüntü yaratmağa, buna görə onun cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasına, digər tərəfdən isə ona qarşı qaldırdığı mülki iddianın təmin edilərək ondan külli miqdarda pulun alınıb ona verilməsinə nail olmağa çalışmış və birinci instansiya məhkəməsi tərəfindən X2nın barəsində ittiham hökmünün çıxarılması ilə istədiyinə nail olmuşdur. Halbuki, qanuna müvafiq qaydada qiymətləndirilməmiş sübutlar əsasında çıxarılmış həmin hökmdən görünür ki, bu yekun məhkəmə aktı X29un ziddiyyətləri ifadələri və onun tanışlarının və qohumlarının verdikləri, lakin bir sıra hallarda Zərərçəkmiş şəxs ifadələrindən fərqlənən ifadələri əsasında çıxarılmış, X2nın cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələr və bu ifadələri təsdiq edən sübutlar isə əs assız olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətin arxasında həmçinin aşağıdakı hallar da durur. Belə ki, Zərərçəkmiş şəxs verdiyi izahat və ifadələrində göstərmişdir ki, X2 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayına qədər olan müddət ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun pulunu (müxtəlif məbləğlərdə) ələ keçirmişdir. X2ya CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda da onun tərəfindən bu cinayəti Zərərçəkmiş şəxs göstərdiyi müddətdə, yəni 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayına qədər törədilməsi göstərilmişdir. Halbuki, Zərərçəkmiş şəxs şahid qismində xx xxxx 2018-ci il tarixdə zərərçəkmiş qismində xx xxxx 2018-ci il tarixdə verdiyi ifadələrində göstərmişdir ki, “Dadlı Məkan” ç ay evinin işləməsi üçün hazırlıq işləri 2015-ci ilin aprel ayından başlayaraq görülmüş, həmin ilin may ayında obyekt fəaliyyətə başlamış, təxminən 2015-ci ilin sentyabr ayında isə X2 onu oradan qovmuşdur. Belə olan halda, yəni 2015-ci ilin sentyabr ayından obyektdən qovulması ilə bağlı aralarında olan münasibət pozulduğu halda, Zərərçəkmiş şəxs həmin vaxtdan sonra da, yəni 2016-cı ilin mart ayına qədər X2ya pul verməkdə davam etməsi barədə onun ifadələrini həqiqətə uyğun ifadələr kimi qəbul edilməsi mümkün deyil. Həmçinin Zərərçəkmiş şəxs göstərdiyi vaxtdan, yəni 2015-ci ilin sentyabr ayından sonra X2 tərəfindən “Dadlı Məkan” çay evindən qovulduğu halda, onun həmin dövrdə pozulmuş hüquqlarının bərbası, o cümlədən əmlak və dəymiş ziyan tələbi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət et məməsi də ağlabatan deyil. İş materialları ilə isə müəyyən edilir ki, “Dadlı Məkan” çay evi 2016-cı ilin sentyabr ayına qədər fəaliyyət göstərmiş və bu vaxtadək, yəni Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi əsasında məcburi qaydada çıxarılanadək Zərərçəkmiş şəxs onun pulu ilə alındığını israr etdiyi əmlak sözügedən obyektdə olmuş və belə olan halda Zərərçəkmiş şəxs bu əmlaklara dair mübahisə açmaqla onların gizlədilməsinin və ya hər hansı bir formada özgəninkiləşdirilməsinin məhkəmə qaydasında qarşısının alınması üçün kifayət qədər imkanı olmuşdur. İşin hallarından göründüyü kimi, Zərərçəkmiş şəxs 2015-ci ilin sentyabr ayına qədər X2 ilə münasibətlərinin pozulmuş olduğu, buna görə X2dan verdiyi pulları geri tələb etdiyi, özünün deməsinə görə, bankdan külli məblə ğdə kredit götürüb onun pullarını qaytarması üçün X2ya lazım olan 45000 manatın ona verilməsi barədə xx xxxxxxxx 2015-ci il tarixdə notarial qaydada müqavilə bağladığı halda, o, bu məbləğ də daxil olmaqla həmin vaxta qədər hissə-hissə X2ya verməsini israr etdiyi bütün məbləği deyil, məhz xx xxxxxxxx 2015ci il tarixdə notariusda verməsini göstərdiyi 45000 manatın mülki məhkəmə icraatı qaydasında alınması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli məhkəmə əmri ilə X2dan 45000 manat borc və 20 manat dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi əmr edilmiş, lakin X2nın etirazı əsasında həmin məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılaraq Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, qətnaməsi ilə Zərərçəkmiş şəxs iddiası təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə isə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Zərərçəkmiş şəxs iddiası üzrə qəbul edilmiş və qüvvədə olan yekun məhkəmə aktları ilə nəinki Zərərçəkmiş şəxs iddia etdiyi 45.000 manat, habelə onun iddia ərizəsində naməlum səbəbdən göstərmədiyi digər məbləğlərdə pulun X2ya verməməsini təsdiq edir, bu məhkəmə aktları həmçinin işin hallarına dair preyusidial əhəmiyyətə malik olmaqla X2nın Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayəti törətmədiyini də göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən bu nəticəni təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həmdə məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzər tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X2ya təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Zərərçəkmiş şəxs, həmin ş ikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı C.R.İsgəndərovun, bəraət almış X2nın və onun müdafiəçisi M.Ə.Əliyevin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli və X2ya CM-nin 178.2.4-cü maddəsi ilə təqrliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetir ilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-308/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-308/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver