Məhkəmə qərarları › İş №1(102)-3081/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3081/2025

05.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3081/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, X3 barəsində olan xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli, 1(106)-795/2025 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Salyan Rayon Məhkəməsinin (sədrlik edən hakim: X10) 22 sentyabr 2025-ci il tarixli, 1(057)-91/2025 nömrəli qərarı ilə X4 X6 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 apellyasiya şikayəti ver ərək həmin qərarın ləğv edilməsini və icraat materiallarının Salyan Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X13 (sədrlik edən və məruzəçi), X7 və X9 ibarət məhkəmə tərkibində) 12 noyabr 2025-ci il tarixli, 1(106)795/2025 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 1(057)-91/2025 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli, 1(106)-795/2025 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi (vəkil) Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin məzmunu ilə eynilik təşkil etməklə aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş qənaətlərə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək, məhkəmələr tərəfindən işin tam və obyektiv qiymətləndirilməməsi göstərilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli, 1(106)795/2025 nömrəli qərаrının ləğv еdilərək işin yеni аpеllyаsiyа bахışınа qаytаrılmаsı bаrədə qərаr qəbul еdilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmə mişdir.

8. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III.Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.

10. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

12. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü n yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.

13. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır.

14. Belə ki, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vax t və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası.

15. CPM-in 300.1.3-cü maddəsinə əsasən məh kəmə, məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir.

16. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır.

17. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

18. Birinci instansiya məhkəməsində işin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş həmin şikayət ərizəsində ərizədə törədilmiş cinayət haqqında məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam qeyd olunmamış, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutl arla təsdiq edildiyi qeyd olunmamışdır. Şikayətə əlavə edilmiş sənədlər və diskdəki məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 aid olmamaqla, başqa şəxslər barəsindədir. Həmin sənədlər və disklə Dürdanə Ələkbərovanın şikayətçini təhqir etməsi və ona böhtan atması təsdiqini tapmır. Belə ki, Dürdanə Ələkbərovanın əks olunduğu videoda və tik-tok sosial şəbəkəsində qoşulduğu canlı yayımda Mehriban Soltanovanın ünvanına nalayiq söz deməsi aşkar olunmamışdır. Şikayətə əlavə edilmiş videolarda fikirləri səsləndirənlər başqa şəxslərdir. X5 məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinin tələblərinə uyğun olmamaqla, CPM-in 293.3.1-293.3.7- ci maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur, bu səbəbdən də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. 19. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır.

20. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mə nəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.

21. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs h aqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri).

22. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.

23. Məhkəmə kollegiyası hesab edir ki, X4 nümayəndəsi (vəkil) Nümayəndə xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.

24. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli, 1(106)-795/2025 nömrəli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.

25. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli, 1(106)-795/2025 nömrəli qərarı kassasiya şikayətinə münas ibətdə dəyişdirilmədən saxlansın. Xüsusi ittihamçı X4 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar