Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3083/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər X4 (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və X8 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum X1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Bəhruz Müslümov) ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə, ## ###### 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 3 6 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Beton zavod üzrə * saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən *** nömrəli evdə yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs X1 təqsirli bilinmişdir ona görə ki, o, qeyri şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edən, 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbini ilkin olaraq 200 manat yol pulu, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini özünə götürmək və narkotik vasitələrin satışından əldə ediləcək gəlirdən 3000 manat ona verilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə daşıyaraq müxtəlif şəxslərə qanunsuz olaraq satmaq barədə razılığa gələrək ## ######## 2023-cü il tarixdə saat 05 radələrində Qazax rayonu ərazisinə gəlib mobil telefonunda olan “Whatsapp” tətbiqi vasitəsi ilə şəxsiyyəti məlum olmayan şəxslə əlaqə saxlayıb narkotik vasitələrin ünvan 1 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatlarını və şəkilləri əldə edib qeyd edilən ünvana gedərək borunun içərisinə qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı 1 ədəd göy rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən, 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbini həmin yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum həmin tarixdə saat 05:45-də ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin qarşısında saxlanılaraq Qazax şəhəri ,Heydər Əliyev prospekti, 165A ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda ## ######## 2023-cü il tarixdə saat 06:45-dən saat 09:20-dək olan müddətdə Məhkum üzərində şəxsi axtarış aparılan zaman əlində daşıdığı qara rəngli idman çantasının içərisindən 1 ədəd göy rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbi aşkar olunaraq götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Sevindik Əzizov) ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, hökmlə məhkum Məhkum təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi 6 (altı) il müddətinə endirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması ## ##### 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, məhkum X1 məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum X1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum X1 ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum X1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-3083/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3083/2025
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver