Məhkəmə qərarları › İş №1(102)-3089/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3089/2025

10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3089/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 1(104)-104/2025 nömrəli qərarından xüsusi ittihamçı X tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 1(125)-220/2025 nömrəli qərarı ilə (sədrlik edən hakim M.V.Həsənli) Xnun X6 qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti nin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 1(104)-104/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.T.Əliyev, hakimlər S.B.Hüseynov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) xüsusi ittiham qaydasında şikayət vermiş Xnun apellyasiya şikayəti təmin edilməmiş, X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Gəncə Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli qərarından xüsusi ittihamçı X kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Xüsusi ittihamçı X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq, tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin qərardan onun verdiyi apellyasiya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. X iddia edir ki şəkərli diabet və böyrək xəstəlikləri ilə əlaqədar həbsdə saxlanıldığı müddətdə Penitensiar Xidmətin 2 saylı X3-sanitar hissəsində müalicə olunarkən həmin müəssisədə həkim vəzifəsində çalışan X tərəfindən təhqir olunmuşdur. Belə ki, X ona “şərəfsizlik etmə” və “get kimə şikayət edirsən et, sən dus taqsan, heç kimsən” kimi ifadələrlə təhqir etmiş, həkim otağının qapısını sifətinə çırpmışdır. Xüsusi ittihamçı X kassasiya şikayətində göstərilənləri (kassasiya şikayətinin məzmunundan çıxış edərək) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə materialın prokurorluğa göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassa siya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegi yası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittihamçı X verdiyi kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiyindən, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıda kı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: _şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); 293.3.1-293.3.7-ci _cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); _cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); _şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); _şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üz ürlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə Gəncə Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, məhkəmənin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xnun xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respub likası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib olunmamışdır. Belə ki, X törədilməsi ehtimal olunan cinayətin məhz harada, nə vaxt və necə törədildiyinə, eyni zamanda həmin əməllərin məhz X tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini müəyyən etməyə imkan verən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən Cinayət-Prosessual Məcəlləsində əksini tapmış forma və tərtibat tələblərinə riayət etməmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin hallar cinayətprosessual qanunda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinin əsası kimi birbaşa göstərildiyindən, formal, yəni xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışını ist isna etməyən hal kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1, 302.1.3 və 302.2.3-cü maddələrinə istinad etməklə Xnun xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət və cinayət-prosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırlıq iclasının qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin X tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti icraata qəbul e tməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bu isə onu göstərir ki, Xnun kassasiya şikayətinə baxılması nəticəsində mübahisələndirilən məhkəmə qərarı ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittihamçı Xnun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 04 noyabr 2025-ci il tarixli, 1(104)104/2025 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittihamçı X tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Gəncə Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 1(104)-104/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar