Məhkəmə qərarları › İş №1(102)-309/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-309/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-309/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1605/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən Azər Tağıyev) 14 may 2024cü il tarixli 1(009)-12/2024 nömrəli hökmü ilə xx xxx 1992-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu Neapol dairəsi 43 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən o nun həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 və X6 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum Arif oğlu ona görə məhkum edilmişdir ki, X1 Rəşad Akif oğluna məxsus "Toyota-Prado” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilin salonunda olan xeyli miqdarda pulun oğurlanmasına dair qardaşı X6 tərəfindən təhrik edildikdən sonra, həmin cinayət əməlini Məhkum ilə birlikdə törətmələrinə dair sonuncu ilə razılıq əldə edərək qabaqcada n əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında vəzifə bölgüsü müəyyən edərək, özünün ətrafı müşahidə etməsi, Muradəli Qardağlının isə avtomobilin salonundan həmin pulun götürməsinə dair sövdələşərərk, 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 4-cü Bağlar döngəsi 30 ünvanında saxlanılan "Toyota-Prado” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, o ətrafı müşahidə etməklə Məhkum həmin cinayət əməlini törədən zaman kənar şəxslər gələcəyi halda onların müdaxiləsindən sığortalamış, sonuncu isə özü ilə gətirdiyi vintaçanla avtomobilin sağ tərəf ön qapısının şüşəsinin sındırılması yolu ilə avtomobilin salonundan 10000 AZN, həmin dövr üçün milli manatla məzənnəsi 3740 man at təşkil edən 2200 ABŞ dolları və həmin dövr üçün milli manatla məzənnəsi 460 manat təşkil edən 250 Avronu gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14200 AZN, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Murad Məmmədov və Qədim Babayevdən ibarət tərkibdə) 30 iyul 2024-cü il tarixli 1(103)-1605/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(009)-12/2024 nömrəli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ay müddətinə artırılmış, Dövlət ittiha mçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti verərək xahiş etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum öz əməlindən peşman olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə zərərçəkmiş şəxslə razılaşaraq ona dəymiş ziyanın (4733 manat 44 qəpik) ödənilməsi barədə razılığa gəlmiş və törətdiyi əmələ görə həmin ziyanın həcminin faiz nisbətində dövlət büdcəsinə ödənişin həyata keçiril məsinə hazır olmuşdur. Məhkum zərərçəkmiş şəxslə danışıqlar apararaq, dəymiş ziyanın ödənilməsi mərhələsində olarkən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü Məhkum münasibətdə dəyişdirərək, onun cəza müddətini 2 (iki) il 6 (altı) ay müddətinə artırmışdır. Beləliklə, apellyasiya protesti araşdırılarkən məhkumun subay olması, əməlindən peşman olması və ziyanı ödəmək niyyətinin olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından ona azadlıqdan məhrum etmə ilə əlaqədar ol mayan cəza növü təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-c ü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək, ona qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum təqsirli bilindiyi əvvəlki cinayət işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 1 0 avqust 2020-ci il tarixli qərarı üzrə məhkumluğunun ödənilməsi müddəti onun şərti olaraq vaxtından əvvəl azad edildiyi 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə olan halda, Məhkum Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 may 2024-cü il tarixli hökmü ilə təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 11 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarı üzrə yaranmış məhkumluğu ödənilməmiş və CM-in 18.1-ci maddəsinin tələblərinə görə onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həd dinin yarısından az ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkuma münasibətdə cinayət qanunu normasını düzgün tətbiq etməməklə cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin hökmü Məhkum aid hissədə cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olun an ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, t əyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1605/2024 nömrəli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1605/2024 nömrəli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar