Məhkəmə qərarları › İş №1(102)-3096/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3096/2025

08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3096/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X5, məhkum Məhkum Arif qızının və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdır. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən, Məhkum ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onu öz övladının toy mərasiminə və ad günü tədbirinə dəvət etməməsi səbəbindən, habelə əvvəllər aralarında yaranmış borc pul mübahisəsinə görə şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə şillə ilə, həmçinin bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə zərbə vuraraq ona hər iki diz oynağının, sol mil-bilək oynağının qançırları, hər iki dodaq keçəcəyinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması, sağ qulaq seyvanının qançırı, hər iki kürək nahiyyəsinin qançırları, sol sağrının hemotoması ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hökmdə Zərərçəkmiş şəxs əməllərinə və Məhkum barədə olan ekspert rəyinə qiymət verilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda tərəflər arasında baş vermiş münaqişənin səbəblərini araşdırmadan, hadisənin baş vermə şəraitinə qiymət vermədən, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı verdikləri ifadələr arasındakı fərqlərə və ciddi ziddiyyətlərə hüquqi qiymət vermədən qanunsuz hökm vermişdir. Belə ki tərəflər arasında baş vermiş münaqişənin əsl səbəbkarı özünü zərərçəkmiş şəxs kimi tanınmasına nail olmuş Zərərçəkmiş şəxs olmuşdur. Bundan başqa, zərərçəkmiş şəxs ziddiyyətli ifadələr vermiş və bu ziddiyyətlər məhkəmə araşdırmaları zamanı aradan qaldırılmadan təqsirləndirilən şəxsin sübutlarına qiymət verilmədən qanunsuz və əsassız hökm qəbul edilmişdir. Belə ki zərərçəkmişin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ciddi fərqlər mövcud olmuş və həmin fərqlərə qiymət verilməmişdir. Istintaq və məhkəmə materiallarında küt alətin hadisə yerində aşkar olunması, həmin predmetin maddi sübut kimi götürülməsi, ekspertizaya göndərilməsi və ya məhkəmədə təqdim edilməsi barədə heç bir qeyd yoxdur. Hətta həmin alətin təqsirləndirilən şəxsə məxsusluğunu təsdiqləyən hər hansı fiziki sübut (barmaq izləri, qan ləkəsi və s.) protokollarda əksini tapmamışdır. Şahidlər ifadələrində heç biri açıq şəkildə təqsirləndirilənin əlində küt alət gördüyünü demir, bir qismi hadisəni görmədiyini, digərləri isə yalnız səs-küy eşitdiklərini bildirmişdir. Beləliklə işdə olan ifadələr bir-birini inkar edir, tibbi sənədlər isə ilkin məlumatlarla üstüstə düşmür. Eyni zamanda münaqişə zərərçəkmiş şəxsin qanuna zidd əməlləri nəticəsində baş vermişdir. Belə ki Məhkum ona verdiyi pullarını ondan dəfələrlə müraciət etməsinə baxmayaraq ala bilməmişdir. Bu barədə hüquq mühafizə orqanlarına müraciətlər də vardır və sübutlar məhkəməyə təqdim olunmuşdur. Bu hal CM-in 128-ci maddəsinin tətbiqini istisna edir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirinin olmadığını və onun barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda isə məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini və ya məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.6-cı bəndinə əsasən qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və məhkum Məhkum CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun təqsirsiz olduğunu iddia edərək ona bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 - ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı, onun cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Məhkəmə kollegiyasının iclasında məhkum və onun müdafiəçisi məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin qərarının tətbiq edilməsini və məhkumun ona təyin edilmiş cəzadan azad edilməsini xahiş etdilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixi qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər həmin cəzadan azad edilməlidirlər. Lakin amnistiya qərarının 19.3-cü bəndinə əsasən bu Qərarın 2.6-cı bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın icra məmurları tərəfindən tətbiq edilməli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum barəsində amnistiya icra məmurları tərəfindən tətbiq edilməli olduğundan, onun barəsində hazırkı mərhələdə amnistiya qərarı tətbiq edilməməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2025-ci il # ######## tarixli, 1(010) ***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar