Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3099/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xüsusi ittihamçı ## ####### 2024-cü il tarixdə xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, # ###### 1960-cı ildə Göygöl rayonunun Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 207.6-cı maddəsinə əsasən ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verilməsini xahiş etmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, o, # ####### 1956-cı il tarixdə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuş, ali təhsilli elmi işçidir, ailəlidir, DIN-nin 1-ci dərəcəli Qarabağ «əlilidir, 1978ci ildən “R”, 1986-cı ildən isə “R” rütbəsində zabit kimi ehtiyatda olmuş, 1991-ci ildə AMEAnın zabit komanda heyətində İ Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ilin mart ayında batalyon komandiri vəzifəsində xidmətdə olarkən ağır baş-beyin travması alaraq Qarabağ əlili olmuşdur. Barəsində şikayət verdiyi şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs heç bir hüquqverici sənəd olmadan DIN-in vəkili və nümayəndəsi qismində məhkəmələrdə müxtəlif işlərə baxılmasında iştirak etməklə Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna qadağa qoydurur, onun haqqında yalan məlumatlar verir, bununla da ona böhtan atmaqla həmçinin onu təhqir edir. Hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu kimi hərəkətləri onun CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi kifayət qədər əsas yaradır, bu qənaətin arxasında isə aşağıdakı faktlar dayanır:
1. 1978-ci ildən zabit olduğu halda, DIN-nə, dövlət hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı barədə məlumat olmadığını bildirmişdir. (Çoxsaylı məktublardan biri əlavə olunur) Bu təhqirdir, zabit şərəfinin kobud aşağılanması deməkdir. 46 ilin zabitinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində sıravi əsgər rütbəsində xidmətdə olmasını məktublarla, internetlə, məhkəmə iclaslarında bildirmək ən ağır təhqir, işgüzar nüfuzu, zabit şərəfini ləkələməkdir;
2. 2017-cu ildə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində DSMF-nə qarşı iş üzrə DIN-ni 3-cü şəxs etdirmiş və hüquqverici sənəd olmadan DIN-nin vəkili və nümayəndəsi kimi əleyhinə çıxış etmiş, buna etiraz etdikdə isə hakimə barəsində akt tərtib etdirmiş, xüsusi qərardadla prokurorluğa müraciət etməyi təklif etmiş, lakin hakim bu təxribata getməmişdir;
3. 2018-ci ildə Şəki Inzibati-Iqtisadi Məhkəməsində iddiasını sifarişlə mümkün saymamış və Şəki Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən bəyanatla çıxış etmişdir ki, heç bir məhkəmədə onun məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə imkan verməyəcək;
4. ## ###### 2019-cu ildə Şəki Inzibati-Iqtisadi Məhkəməsində qərar qəbul edilmədiyi halda, iclasın növbəti tarixə təyin edilməsini “elektron məhkəmə” informasiya sistemi sübut etdiyi halda, iddianın mümkün sayılmaması haqqında həmin tarixli qərardad tərtib etdirmiş və bu qərardadı 5 ildən çoxdur bütün məhkəmə instansiyalarında preyudisial akt kimi tətbiq etdirir. Məhkəmənin adından saxta akt tərtib etmək isə dövlət hakimiyyətinin mənimsənilməsi deməkdir və Konstitusiyaya görə dövlətə qarşı ən ağır cinayət sayılır. Lakin məhkəmələr nəinki bu ağır cinayətə qiymət verməmiş, əksinə heç Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs statusunu belə yoxlamamışlar. Bu saxta qərardaddan verdiyi şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmamışdır, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə məhkəmə iclaslarında onun səlahiyyətlərini təsdiq edən sənədlər olmadan iştirak etmişdir.
5. ## ###### 2019 tarixli qərardadı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü, 2024-cü illərdə müxtəlif məhkəmələrə preyudisial akt kimi təqdim etmişdir;
6. Məhkəmə iclaslarında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bildirmişdir ki, o, cəbhəyə döyüşlərdə iştirak etməsi üçün yox, xidməti ezamiyyətə göndərilmiş, sonradan isə orada yaralanıb hospitalda dincəlmişdir. Bu ifadələri ilə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun təhqir edib işgüzar nüfuzuna xələl gətirmişdir. Halbuki onun döyüşlərdə batalyon komandiri vəzifəsində iştirak etməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən verilmiş ## ##### 1993 tarixli arayışla təsdiq edilir.
7. Müxtəlif instansiyalara müraciət etdiyinə görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ondan şərəf və ləyaqətin alçaldılmasının bərpası olaraq 30 milyon manat tələb edir. Göstərilənlərə əsasən Xüsusi ittihamçı öz şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla cəzalandırılmasını, habelə həmin hökmlə CPM-in 207.6-cı maddəsinə əsasən ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının # ###### 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı həmin şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin dəlilləri:
Apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edərək Azərbaycan Respublikasının Konstitusiyasına, CPMin bir sıra maddələrinə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarına istinad edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki məhkəmə instansiyası onun ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, təqdim edilmiş materialları araşdırılması üçün prokurorluq orqanlarına göndərməli olduqları halda bu haqda qərar qəbul olunmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası onun birinci instansiya məhkəməsinin # ###### 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətini ## ###### 2025-ci il tarixli qərarla hərəkətsiz saxlamış, daha sonda ## ###### 2025-ci il tarixdə, yəni 10 ay müddətində süründürməçilikdən sonra eyni məhkəmə tərkibi etirazına və iclasın video konfrans əlaqə sistemi vasitəsi ilə keçirilməsi barədə vəsatətlərinə baxmadan şikayətin icraata götürülməsindən imtina edilməsinə dair qərar çıxartmışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən o, Bakı şəhərindən kənarda olmuş, işə baxan məhkəmə kollegiyası isə onun məhkəmə iclasında iştirak etmək hüququnu təmin etməmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə məhkəmələrə qeyri-prosessual yolla təsir göstərərək işə mahiyyəti üzrə və obyektiv baxılmasına imkan verməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq Xüsusi ittihamçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.
Hüquqi məsələlər:
Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı kassasiya şikayətinin məzmunundan göründüyü, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun təqdim etdiyi sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini iddia edərək həmin məhkəmənin qəbul etdiyi ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və bu müraciətlə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materialları və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlillərini xüsusi ittiham qaydasında şikayətə əsasən toplanmış materiallarla müqayisəli şəkildə təhlil edərək daha sonra vurğulamağı lazım bilir ki, CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. CM-in 147.1-ci maddəsinin dispozisiyasında böhtan cinayəti yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi müəyyən edilmişdir. CM-in “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə isə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. Xüsusi ittiham qaydasında ərizədə cinayət-prosessual qanunvericiliklə şikayətin məzmunu ilə bağlı müəyyən edilmiş tələblərə əsasən zəruri məlumatlar öz əksini tapmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, 3 № li Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr isə CPM-in 293.3, 299.3.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-in 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-in 302.1-ci maddəsində təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Xüsusi ittihamçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlandığı xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, onun müəllifi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini, CPM-in 207.6-cı maddəsinə əsasən ictimai və ya ictimaixüsusi ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verilməsini xahiş etmişdir ona görə ki, Bakı Inzibati Məhkəməsində işə baxılarkən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin nümayəndəsi olaraq onun barəsində yalan məlumat vermiş, şəxsi işini təqdim etməmiş, saxta olduğunu bilə-bilə, ona vermədən, şəxsi kabinetdə yerləşdirmədən, əlbəəl hakimə saxta tərtib etdiyi qərardad vermiş, etiraz edəndə isə onu həbslə hədələmişdir. Lakin, elə həmin şikayətin məzmunundan və şikayət üzrə toplanmış digər materiallardan müəyyən edilir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət CPM-in 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. CPM-in 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatların əks edilməməsi verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsini və gəlməməsinə üzrlü səbəb olduğu barədə sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası CM-in 147 və 148-ci maddələrinin tələblərinə əsaslanıb Xüsusi ittihamçı verdiyi şikayətin məzmununa diqqət yetirərək xüsusilə ilə onu vurğulamağı lazım bilir ki, ki, sonuncu həmin şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hansı hərəkət və hərəkətsizliyinin CM-in 147.1, həmçinin hansı əməlinin isə CM-in 148-ci maddəsi ilə cinayət tərkibi yaratması göstərilməmişdir ki, bu hal da Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin olmasını istisna etdiyinə görə CPM-in 302.1.6-cı maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməklə baxılmasından imtina olunması üçün əsas yaratmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə qanuni və əsaslı olaraq hazırlıq iclasında qəbul etdiyi qərarla Xüsusi ittihamçı şikayətini icraata qəbul etməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının # ###### 2024cü il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamaqla tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul olunmasından imtina edilməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə qəbul edilməz hesab edərək həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda qeyd edir ki, hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsinə dair materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.