Məhkəmə qərarları › İş №1(102)-31/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-31/2020

17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X1, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Azad Məcidov, hakimlər Mayıl Bayramov və Zeynal Ağayevdən ibarət tərkibdə), Məhkum, 12 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli,iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, **************************** qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 12 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən madd i nemət olan pulu rüşvət kimi istəyərək almışdır. Belə ki, Məhkum 16 iyun 2009-cu il tarixdən 06 sentyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Maliyyə şöbəsinin baş inspektoru, 06 sentyabr 2018-ci il tarixdən 11 sentyabr 2018-ci il tarixə kimi həmin şöbənin rəisi vəzifəsində işləyərkən, 07 dekabr 1999-cu ildə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 124-cü maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xitam verilməsi ilə bağlı xidmət illərindən asılı olaraq birdəfəlik müavinətin verilməsinin tezləşdirilməsi, qanunsuz olaraq əlavə birdəfəlik müavinətin hesablanıb ödənilməsi üçün vəzifə səlahiyyətlərinin icrası ilə b ağlı edəcəyi qanunsuz hərəkətə görə rüşvət almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 avqust 2018-ci il tarixli 100/1199ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar gömrük orqanlarında xidmətinə xitam verilmiş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi «Beynəlxalq Dəniz Ticarət Limanı» gömrük postunun sabiq böyük inspektoru X2 15 avqust 2018-ci ildə birdəfəlik müavinətin verilməsinin tezləşdiriiməsı uçun maddi nemət olan 200 manat, qanunsuz əlavə birdəfəlik müavinətin hesablanaraq ödənilməsi üçün isə 2500 manat, cəmi vahid niyyətlə 2700 manatı ünvan 1 ünvanda yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının yaxınlığında rüşvət qismində istəyib həmin tarixdə 200 manat və 11 sentyabr 2018-ci ildə həmin ünvanda 2.50 0 manat, maddi nemət olan vahid niyyətlə cəmi 2700 manat pulu xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət kimi almışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Ə6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019cu il tarixli qərarı ilə (sədrlik edən hakim İlqar Murquzov, hakimlər Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə ve rilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarının dəyişdirilməsini və məhkuma təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17 mart 2020-ci il tarixdə keçirilən kassasiya kollegiyasının iclasında iştirak edən Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısın ın məhkumun ərizəsinin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinin tələblərinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malik dir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün və qanuni hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şi kayətinə əlavə məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar