Məhkəmə qərarları › İş №1(102)-31/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-31/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM- in) 126.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: B.M.Məmmədov (sədrlik edən), R.İ.Hüseynov və N.N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası CM-nın 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesabl anması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov (sədrlik edən), E.Ş.Hüseynov və A.A.Mahmudov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxxx 2018-ci ildə saat 18:00 radələrində Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsinin giriş hissəsində “şizofreniya paranoid forma, hallüsinator sayiqlama sindromu xbt-10, f 20.0” diaqnozu ilə ruhi-əsəb xəstəsi olan X4 ona qarşı uzun müddət davam edən on un və ailə üzvlərinin mütəmadi olaraq təhqir olunması ilə ifadə olunan qanunsuz hərəkətlərindən bezib üzərində gəzdirdiyi mətbəx bıçağı ilə sonuncunun aşkar surətdə köməksiz vəziyyətdə olduğunu və müqavimət göstərmə imkanından məhrum olduğunu bilə-bilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona bir ədəd döş boşluğuna, qara ciyərin və bağırsağın zədələnməsi ilə qarın boşluğuna dəlib keçən iki ədəd deşilmiş kəsilmiş yara, periton arxasına keçən və qarın boşluğuna keçməyən bir ədəd yaradan ibarət insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxs X1 ağır zərər vurmuşdur Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişd irilməsi, Məhkum əməlinin CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri işin hallarına düzgün hüquqi qiymət verməyərək Məhkum əməlini zərərçəkmiş şəxs X4 aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə sağlamlığına qəsdən ağır zərər vurma kimi qiymətləndirmiş və CM-nin 126.2.3-cü maddəsi ilə tövsif etmişlər. Müdafiəçi hesab edir ki, sözügedən hadisədə hər hansısa bir köməksiz vəziyyətdə olmadan söhbət gedə bilməz. Belə ki, zərərçəkmiş şəxsin özünün psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmaması köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmiş cinayətin əsas şərti hesab olunur. Hazırki halda isə zərərçəkən şəxs özü və qanuni nümayəndəsi olan atası da göstərirlər ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum aktiv müqavimət göstərmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayaraq sərt cəza təyin etmişlər. Belə ki, Məhkum cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun zərərçəkmişin onlara qarşı bir daha təhqirlərə yol verməyəcəyini bildirdikdən sonra ona xəsarət yetirməməsi, evinə getməsinə şərait yaratması, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaması, yaşadığı ərazidə müsbət xarakterizə olunması nəzərə alınmamışdır. Müdafiəçinin fikrincə, Məhkum əməli CM-nin 126.1-ci maddəsinə tövsif edilməli və qeyd olunan yüngülləşdirilən hallar nəzərə alınaraq CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəzanın təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiy ası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirməyi, bununla əlaqədar cinayət qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin “ Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126-cı maddəsinə görə: “126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qab iliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya; 126.2. Eyni əməllər: 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunu bolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prose ssual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 13-cü bəndində deyilir: “CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci i l tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitəd ir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərərçəkmiş şəxs X8 üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərbə vuraraq ağır zərər yetirməsi ilə əlaqədar sübutlar mübahisələndirilmədiyindən həmin sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlinin hüquqi tövsifini qiymətləndirərkən səhvə yol vermiş, yalnız zərərçəkmiş şəxs X4 “şizofreniya paranoid forma, hallüsinator sayiqlama sindromu xbt-10, f 20.0” diaqnozu ilə ruhi-əsəb xəstəsi olmasını əsas götürərək sonuncunun köməksiz vəziyyətdə olması nəticəsinə gəlmiş və Məhkum əməlini CM-nin 126.2.3-cü maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda istinad edilən "Qəsdən adam öldü rmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli Qərarının 13-cü bəndində verilən həmin tövsiyələr CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan qəsdən ağır zərər vurma “təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə” halına da aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin fiziki və ya psixi qüsürunun olması özü-özlüyündə onun köməksiz vəziyyətdə olması nəticəsinə gəlinməsi üçün yetərli deyil. Zəruridir ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmasın və cinayət törədən şəxs də zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk etsin. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirləndirilməsinə dair iş üzrə toplanmış materialları qanunvericiliyin yuxarıd a qeyd olunan tələbləri baxımından təhlil etdikdə zərərçəkmiş X4 təqsirləndirilən şəxs Məhkum tərəfindən xəsarətləndirilərkən təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olması nəticəsinə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, uzun illər ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyindən Mingəçevir şəhər Regional Ruhi-əsəb dispanserində və Azərbaycan Respublikası mərkəzi psixanevroloji xəstəxanasında mütamadi müəlicələr almış, xəstəliyi ilə əlaqədar özündən asılı olmayan səbəblərdən onunla qonşuluqda yaşayan XX və ailə üzvlərinin ünvanına təxminən 2015-ci ildən başlayaraq söyüşlər söymüşdür. Bu səbəbdən onun XXlə aralarında mübahisə olmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə saat 8 radələrində yaşa dığı qəsəbənin baş tərəfində yerləşən marketə su almaq üçün gedib qayıtdıqdan sonra yolda XXlə qarşılaşmışdır. XX həmin vaxt onun qarşısını kəsərək, nə üçün onun ailəsinin ünvanına söyüşlər söydüyünü deyib ona irad tutmuş, XXin dava etmək istədiyini görüb bir qədər çəkinmişdir. XX bir əli ilə onun yaxasından tutub, digər əlindəki bıçaqla onun bədəninə zərbələr endirməyə başlamışdır. Bu zaman özünü müdafiə etmək üçün XXə təpik vurmuş və sonuncudan bir qədər uzaqlaşmışdır. Həmin vaxt XXin əlində olan bıçaq qırılmış, XX bıçağı əlində düzəldib ona yenidən yaxınlaşıb təkrar zərbələr endirmişdir. Həmin vaxt XX ona bir neçə xəsarət yetirdikdən sonra bir daha özünün və ailəsinin ünvanına söyüş söyməməsini demişdir. Həmin vaxt qorxub bir daha XXə və ailə üzvlərinə qarşı söyüşlər söyməyəcəyini ded ikdən sonra XX ondan əl çəkərək tez uzaqlaşıb yaşadığı evə tərəf getmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, oğlu zərərçəkmiş uzun illərdir ki, ruhi-əsəb xəstəliyinə düçar olduğundan Mingəçevir şəhər Regional Ruhi-əsəb dispanserində və Azərbaycan Respublikası Mərkəzi Psixonevroloji Xəstəxanasında mütamadi müalicələr almışdır. Məhkum onlarla qonşu olmaqla oğlu zərərçəkmiş xəstəliyi ilə əlaqədar özündən asılı olmayan səbəblərdən XXin və ailə üzvlərinin ünvanına təxminən 2015-ci ildən başlayaraq söyüşlər söymüşdür. xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən oğlu zərərçəkmiş su almaq üçün marketə getmiş, bir qədər sonra zərərçəkmiş evə qaytdıqda sonuncun un bədənindən qan axdığını, xəsarət aldığını görmüşdür. zərərçəkmişdan nə baş verdiyini soruşduqda sonuncu ona marketdən çıxdıqdan sonra qəsəbənin baş tərəfindən keçən yolda XXlə qarşılaşdığını, XXin həmin vaxt zərərçəkmişın qarşısını kəsərək, nə üçün özünün və ailəsinin ünvanına söyüşlər söydüyünü deyib zərərçəkmişa irad tutduğunu və əvvəlcədən özü ilə götürdüyü bıçaqla zərərçəkmişın bədəninə zərbələr endirdiyini demişdir. Həmin vaxt zərərçəkmiş özünü müdafiə etmək üçün XXə təpik vuraraq bir qədər uzaqlaşmış, həmin vaxt XXin əlində olan bıçaq əyilmişdir. XX bıçağı əlində düzəldib zərərçəkmişa yenidən yaxınlaşıb təkrar zərbələr endirmişdir. XX zərərçəkmişa bir neçə xəsarət yetirdikdən sonra bir daha söyüş söyməməsini demiş, zərərçəkmiş isə həmin vaxt qorxub bir daha söyüşlər söyməyəcəyini bildirdikdən sonra XX zərərçəkmişdan əl çəkmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Şərh olunanlar təqsirləndirilən şəxs Məhkum, şahidlər X10, X9, X5, X6, X7 ifadələri və iş üzrə toplanmış digər materiallarla da təsdiq olunur. İş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum qarşı aktiv hərəkətlər etmiş, onu təpiklə vurmuşdur. Belə olan halda zərərçəkmişin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olması nəticəsinə gəlinməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Məhkum əməli CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Kassasiya şikayətində həmçinin Məhkum cəza təyin edilərk ən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və qanunda nəzərdə tutulan cəzaya nisbətən daha yüngül cəzanın təyin olunması xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yax ud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinаyət Məcəlləsinin 62.1-ci mаddəsinin məzmununa görə məhkum haqqında həmin maddənin tətbiqi üçün aşağıdakı əsaslardan ən azı biri olmalıdır; -törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal, -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, İş materillarından da göründüyü kimi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmə lərə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yün gülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halları n olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar