Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və zərərçəkmiş şəxs X3 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiya sının 12 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim Ayaz Səlimov) 1(050)-130/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli hökmü ilə 28 mart 1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 177.2.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəz açəkmə müddətinin əvvəli 12 mart 2020ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumi çəkisi 1,801 qram olan narkotik vasitə heroini əldə etmiş, 12.03.2020-ci il tarixdə saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində Masallı rayonu, Sərçuvar kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilib götürülənədək qanunsuz saxlamışdır. Eyni za manda, ibtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə də ittiham olunsa da, ona həmin maddə ilə Masallı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmü ilə bəraət verilmişdir. Həmin ittihama əsasən Məhkum tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 13.02.2020-ci il tarixdə, təxminən saat 14 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində həmin kənd sakini X4 məxsus fermaya qanunsuz daxil olaraq sonuncuya məxsus fermanın həyətindən 1 ədəd 150 manat dəyərində, dəmir materialdan, 200 litrlik su çəni, 2 ədəd hər birinin dəyəri 70 manat, ümumi dəyəri 140 manat olan, aliminium materialdan, hər biri 50 litrlik su qabı, 1 ədəd 100 manat dəyərində uzunluğu 3 metr, hündürlüyü 2 metr, dəmir materialdan, olan qa pı, 10 ədəd hər birinin dəyəri 20 manat, ümumi dəyəri 200 manat olan, 6 metr uzunluğunda, 1,6 santimetr diametrində olan armatur, 10 ədəd hər birinin dəyəri 20 manat, ümumi dəyəri 200 manat olan, 6 metr uzunluğunda, 4 santimetr diametrində olan dəmir turbaları, fermanın həyətində yerləşən mal-qara tövləsinə pəncərədən qanunsuz daxil olaraq 1 ədəd 25 manat dəyərində, 70 santimetr diametrində, aliminium materialdan olan ləyən və 1 ədəd 20 manat dəyərində, 60 santimetr diametrində, aliminium materialdan olan ləyəni gizli yolla talamaqla oğurlayaraq Şahbaz Məmmədova ümumilikdə 835,00 manat məbləğində maddi ziyan vurmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)124/202 1 nömrəli, 12 aprel 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı V.İ.Şabanov tərəfindən verilmiş apelyasiya protesti və Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməsi və cinayət işi apelyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı İlqar Əsədov kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyası tərəfindən hökm çı xararkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, Məhkum əməlində CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin mövcud olmaması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, Məhkum oğurluq etməsi tam təsdiq olmasına baxmayaraq, birinci və apelyasiya instansiyası məhkəmələri ona bu hissədə bəraət vermələrini əsaslandırmağa çalışarkən, hökndə və qərarda qeyd etmişlər ki, şahid qismində dindirilmiş Sadiq Məmmədov ifadəsində Məhkum su çənini haradan və hansı üsulla əldə etməsini görmədiyini bildirsə də, Zaurun onun torpaq sahəsinin yanından keçərkən yararsız halda olan su çənini itələyərək özü ilə aparmasının şahidi olduğunu əminliklə göstərmişdir. Bundan əlavə, hər iki instansiya məhkəmələri yekun qərarlarında Məhkum özünü CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini vurğulayaraq, bəraət verilməsi üçün əsas kimi qəbul edərək, onun zərərçəkmiş şəxsə məxsus fermandan su çəni də daxil olmaqla digər əşyaları oğurlamasını təsdiq edə biləcək hər hansı sübut olmadığı səhv qənaətə gələrkən, ilk öncə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etmək məcburiyyətində olmadığını, həmçinin özgə əmlakını gizli yolla talama, yəni oğurluq cinayətinin əksər hallarda şahidsiz törədilən cinayət olmasını nəzərdən qaçırmış, iş üzrə qeyd olunan əməliyyat tapşırığına verilmiş cavab məktubunda oğurluq üzrə aparılmış əməliyyat tədbirləri zamanı məhz Məhkum tərəfindən törədilməsinin aşkar olunması, onun həqiqətən də su çənini özünün də etiraf etdiyi kimi səyyar dəmi r satan şəxslərə satmasını, həmin su çənini sahədən apararkən şahid qismində dindirilmiş, Sadiq Məmmədovun bunun şahidi olmasını vahid konteksdə qiymətləndirməmiş, məhkəmə məhz öz qərarına tam əmin olmadığı üçün istər zərərçəkmiş şəxsin, istərsə də, şahid Sadiq Məmmədovun ibtidai istintaqda bilə-bilə yalan ifadə verib-verməmələrinə hüquqi qiymət verməmişdir. Bu isə bəraət vermiş məhkəmələrin yekun qərarları qəbul edərkən daxili inamında da qəti olmadığına dəlalət edir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi üçün həmin əşyaların aşkar olunması və zərərçəkmiş şəxsə təqdim olunması heç bir əhəmiyyət kəsb etməmiş, ibtidai istintaq orqanı tərəfindən qeyd olunan oğurlanmış əşyaların aşkar olunması istiqamətində kifayət qədər intensiv istintaq hərək ətləri aparılsa da, müsbət nəticə əldə olunmamış, eləcə də tapılmayan oğurlanmış əşyanın da sahibinə təqdim edilə bilməsi qeyri-mümkündür. Bununla yanaşı, Məhkum ifadəsində səyyar metal alıcılarına satdığı dəmir su çənini zərərçəkmiş şəxsə məxsus fermanın yaxınlığından keçən su kanalından çıxardığını, həmin su çəninin yarıya qədər palçığa və suya batmış vəziyyətdə olduğunu bildirdikdən sonra o, ittiham tərəfinin konkret suallarını cavablandıraraq su çənini palçıqdan və suyun içərisindən çıxaran zaman üzərində heç bir su və palçıq ləkələrinin əmələ gəlmədiyini, üzərində olan geyimlərin təmiz qaldığını göstərməsinə, onun qeyd etdiyi halları şahid Sadiq Məmmədov da təsdiq edərək Məhkum su çənini aparan zaman onun üzərində paltarlarında qeyd olunan formada ləkələr görmədiyini bildirməsinə baxm ayaraq, məhkəmə istintaqında Məhkum su çənini məhz fermadan deyil su kanalından çıxarmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ailə üzvləri belə məlum cinayət hadisəsinin məhz Məhkum tərəfindən törədilməsini yəqinliklə bildikləri üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişlər. Buna baxmayaraq məhkəmə həmin xüsusatı da nəzərər almamış, heç bir əsaslı sübut olmadan məhz təqsirləndirilən şəxsin ifadəsi əsasında belə qənaətə gəlmişdir ki, oğurluq cinayəti Məhkum tərəfindən deyil digər şəxslər tərəfindən törədilmişdir. Qeyd olunanlardan əlavə, hər iki instansiya məhkəmələri yekun qərarlarında qeyd etmişlər ki, hətta şahid Sadiq Məmmədovun ibtidai istintaq dövründə verdiyi ifadələri mötəbər hesab edilmiş olsa belə, su kanalının zərəçəkmiş şəxs Şahbaz Məmmədovun fermasının hüdudları daxilində yerləşmədiyi işin mübahisəsiz halıdır. Belə olan halda təqsirləndirilən şəxsin də həmin su çənini zərəçəkmişə aid olmayan sahədən sahibsiz hesab edərək götürməsi oğurluq cinayətinin zəruri tərkib əlamətlərini yaratmır. Göründüyü kimi, məhkəmələr yekun qərarlarında təqsirləndirilən şəxsin həmin su çənini zərəçəkmişə aid olmayan sahədən sahibsiz hesab edərək götürməsini oğurluq cinayətinin zəruri tərkib əlamətlərini yaranmaması ilə izah etməyə çalışsalar da, faktiki olaraq öz yekun qərarlarında belə bir qənaətə gəlmələrinin motivlərini göstərməyərək həmin halı da bəraətin dəlillərindən biri kimi qəbul edib, bu zaman nəzərə almamışdır ki, dəyəri olan hər bir əşyanın olduğu yerdən asılı olmayaraq mütləq sahibi olduğu üçün həmin əmlakın gizli yolla tal anması oğurluq cinayətinin tərkib əlamətini yaradır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məhkəmə Məhkum CM-in 177.2.3-cü maddəsi ilə bəraət verərək, həmin Məcəllənin 234.1-ci maddəsi ilə ittiham hökmü çıxararkən CPM-in tələblərinə riayət etməmiş, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməmiş, məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamışdır. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, üzləşdirmə protokollarına, istintaq hərəkətlərinin protokollarına və digər sü butlara qərəzli yanaşaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan süni surətdə yayınması üçün açıq-aşkar Məhkum ifadələrini əsas sübut kimi qəbul edib, Məhkum əməli sübuta yetirilməməsi barədə qənaətə gəlməklə, ona istintad edilmiş CM-in 177.2.3-cü maddəsi ilə bəraət verməklə CPM-in 33-cü maddəsində təsbit olunmuş "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipini də pozmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyası Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə və CM-in 177.2.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayarkən, məhkumun verdiyi qeyrisəmimi, həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifad ələrinə əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, Məhkum CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini ara şdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hökmdə göstərdiyi sübutları CinayətProsessual Məcəlləsinin 124, 144-146-cı maddələrinə əsasən yoxlayıb qiymətləndirməklə, belə nəticəyə gəlm işdir ki, “ibtidai istintaq orqanı tərəfindən heç bir əsaslı sübut olmadan, ehtimallara əsaslanaraq, yalnız əməliyyat tapşırığına alınmış cavab əsasında Məhkum Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı tərəfindən nə Məhkum satdığı 1 ədəd dəmir su çəninin, nə də ki, oğurlanması ehtimal edilən zərərçəkmişə məxsus digər əşyaların alıcısı müəyyən edilməmiş, həmin su çəni zərərçəkmiş şəxsə tanınma üçün təqdim edilməmiş, ümumiyyətlə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs tərəfindən satılmış su çəninin məhz zərərçəkmişə məxsus oğurlanmış su çəni olması müəyyən edilməmişdir. Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə ona bəraət verilməlidi r”. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarı ilə razılaşaraq birinci instansiya məhkəməsinin Məhkum oğurluq cinayəti üzrə bəraət verilməsindən ibarət qənaətini qanuni və əsaslı hesab edir. Belə ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar məhkəmə istintaqı zamanı tədqiqi edilmiş, lakin həmin sübutlarla Məhkum ittiham olunduğu oğurluq əməlinin törədilməsi müəyyən olunmamışdır. Bundan başqa məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda göstərilən əşyaların, yəni 2 ədəd ləyən, 1 ədəd 200 litrlik su çəni, 2 ədəd 50 litrlik su qabı, 10 ədəd armatur, 1 ədəd dəmir qapı və 10 ədəd dəmir turbadan ibarət iri həcmli və ağır çəkili metal əşyaların daşınması üçün nəqliyyat vasitəsi olmalı, bunların nəq liyyat vasitəsinə yükləməsi üçün isə bir neçə insan iştirak etməlidir. Lakin ittiham tərəfi göstərilən əşyaların Məhkum tərəfindən təkbaşına oğurlanması barədə qənaətə gələrkən bu hallara əhəmiyyət verməmişdir. Həmin əşyalardan heç biri aşkar olunmayaraq maddi sübut kimi tanınmamışdır. Məhkum yalnız yararsız hala düşmüş su çəninin zərərçəkmişin fermanın yanında olan su kanalında tapılıb götürməsini etiraf etmiş, onun tərəfindən oğurluq törədilməsini təsdiq edən bir dənə də olsun sübut əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırıb Məhkum verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, sübutlara və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq h əmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya protesti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamaqda haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 42.1.2 və 42.1.4-cü maddələrinin tələblərinə görə əməldə cinayət tərkibinin olmaması və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması hallarından biridir. Azərbaycan Respublikası CPM- in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, Məhkum əməlinin sübuta yerilməməsi əsası ilə bəraət verməsini isə kifayət qədər əsaslandırmışlar. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmü nü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. İşdən də görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.22-ci maddələrində göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 12 aprel 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-31/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-31/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver